Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə152/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   148   149   150   151   152   153   154   155   ...   232

310 

 

məqbərələrinin səciyyəvi  xüsusiyyəti onların səkkizguĢəli formaya  malik olması və 



gözəl  yonulmuĢ  yerli  daĢlardan  tikilməsid ir.  Məqbərə  onu  əhatə  etmiĢ  divarlarla, 

giriĢ qapısı ilə u zlaĢır.  Bizim səkkizguĢəli  məqbərələrdə  ilk dəfə təsadüf etdiyimiz 

bu dəst-xətt Kələxana abidələrin in məkan ifadəliliyin i gücləndirmiĢdir.  

ġəhərsalmada  da  dəyiĢikliklər  baĢ  vermiĢdi.  Təbrizin  Səfəvilər  dövlətinin 

paytaxtı  olması  orada  yeni  memarlıq  obyektlərinin  artması  üçün  Ģərait  yaratdı. 

Mənbələrdən məlu m olur ki, bu dövrdə Təbrizdə  300  mindən artıq əhali yaĢayırdı. 

Osmanlı-Səfəv i  müharibələri  Ģəhərsalma  iĢlərinə  mənfi  təsir  göstərmiĢdir.  Bu  fakt 

nəticədə  Ģəhərsalmanın  in kiĢafı  prosesini  xey li  ləngitdi  və  bir  ço x  bədii-memarlıq 

dəyərlərin in  məhv  olmasına  gətirib  çıxard ı.  Bakı,  Gəncə,  ġamaxı,  Təbriz  kimi  iri 

Ģəhərlərin müdafiə istehkamları xüsusən böyük dağıntılara məru z qaldı.  

Bu  dövrdə  çoxsaylı  məscidlərin  inĢası  səciyyəvi  hal  idi.  Məscidlərin 

nəzdində mədrəsə binaları da tikilird i. Təhsil prosesi baĢlıca olaraq bu mədrəsələrdə 

gedirdi.  Təbriz  məscidləri  öz  ölçü lərinə  görə  XIV-XV  əsrlərin  eyni  tipli 

obyektlərindən  geri  qalırdı.  Lakin  qeyd  edilməlidir  ki,  XVI -XVII  əsrlərdə  tikilmiĢ 

məscidlərin  sayı  daha  ço x  olmuĢdur  (b ir   ço x  Ģəhərlərin  böyük  məhəllələrində 

məscidin o lması zəruri Ģərt kimi geniĢ yayılmıĢdı).  

Maraqlıd ır  ki,  əwəlki  dövrdən  fərqli  olaraq  XVI -XVII  əsrlərdə  Təbrizdə 

birminarəli  məscidlər  inĢa  olunmağa  baĢlanmıĢdı.  Halbuki  əvvəllər  ikiminarəli 

məscidlərin tikilməsi vacib hesab edilirdi. 

1606-c ı  ildə  Gəncədə  inĢa  olunan  came  həm  me ma rlıq  həllinə,  hə m  də 

Ģəhərsalma  baxımından  mövqeyinə  görə  diqqəti  cəlb  edir.  Abbasqulu  Ağa 

Bakıxanovun  məlu matından  aydın  olur  ki,  məscid  tanın mıĢ  alim,  memar 

Bəhaəddinin rəhbərliy i altında tikilmiĢdir. 

AbĢerondakı  ölçülərinə  görə  böyük  olmayan  dini  təyinatlı  tikililər  də 

maraqlıdır.  Bunlar  AbĢeron  memarlığının  nadir  incilərindəndir.  Nardaranda 

əhəngdaĢından tikilmiĢ  məscid öz quruluĢuna görə simmetrik  memarlıq obyektidir. 

Məsciddəki daĢüstü yazıdan aydın olur ki, abidə 1663-cü ildə tikilmiĢdir.  Digər bir 

yazıda isə abidəni inĢa edən usta Muradəlinin adı qeyd olunmuĢdur. 

Ordubad Ģəhərindəki came və məd rəsə binası da bu dövrün abidələrindəndir. 

Bəzi  materiallara  əsasən  ehtimal  etmək  olar  ki,  bu  məscidin  ilkin  əsası  daha 

qədimd ir.  Lakin  məscidin  memarlıq  görkəmi  XVII  əsr  abidələrinin  baĢlıca 

cəhətlərini  özündə  daĢımadadır.  Gü man  etmək  olar  ki,  məscid  XVII  əsrdə  əsaslı 

Ģəkildə bərpa edilmiĢdir. 

Səfəvilər  dövründə  körpü,  kəhriz,  buzxana,  ovdan,  hamam  və  karvansara 

tikintisi iĢləri də geniĢ miqyasda aparılırdı. 



311 

 

Təbrizin  cənub-Ģərqində,  ġibli  adlı  yerdə  inĢa  cdilmiĢ  karvansara 



özünəməxsus  səciyyəyə  malik  obyektdir.  Bütövlükdə  XVl-XVII  əsrlərin 

Azərbaycan  memarlığı  böyük  maraq  kəsb  edir  və  memarlıq  fəaliyyətinin  bir  ço x 

sahələrində  yeni,  məhsuldar  ideyalarla  təmsil  olunur.  Bu  cəhət  ictimai  təyinatlı 

tikililərdə ö zünün daha aydın ifadəsini tapmıĢdır.  



Fəlsəfi  flkir.  XVI  əsrin  əvvəllərində  Ġsmay ıl  Səfəv inin  Təbrizdə  taxta 

çıxması  ilə  ictimai  həyatın  bütün  sahələrində  -  siyasətdə,  dində  və  fəlsəfi  fıkirdə 

kəskin  dəyiĢiklik  baĢlandı.  ġah lıq  taxtına  yiyələn miĢ  Ġs mayıl  Səfəvin in  onu 

hakimiyyətə  gətirmiĢ  kütlələrə  qarĢı  münasibəti  dərhal  dəyiĢdi.  Dini  həyatda  da 

nəzərəçarpan  yeniliklər  baĢ  verdi:  islamın  s ünnilik  məzhəbindən  imtina  olundu, 

Ģiəlik  isə  dövlətin  ərazisində  rəs mi  məzhəb  elan  edildi.  Lakin  artıq  bu  zamandan 

etibarən Ģiəlik  mü xalifətin deyil,  imtiyazh ictimai təbəqələrin  məfkurəsinə çevrildi. 

Sünnilik  rəsmi  d inə  qarĢı  durmuĢ  məzhəb  kimi  təqib  olun mağa  baĢlandı.  Ġsmay ıl 

Səfəvinin   hakimiyyətə  gəlməsində  fəal  iĢtirak  etmiĢ  ifrat  Ģiəlik  tərəfdarları  da 

bidətçi elan o lundular. 

XVI  əsr  fəlsəfı  fıkri  sahəsində  müəyyən  ideya  fərqi  və  qarĢıdurması,  həm 

panteizmlə  rəs mi  dini  baxıĢ  (ilahiyyat)  arasında,  həm  də  panteizmin  ö z  daxilində 

(onun  idealist  və  materialist  təmayülləri  arasında)  mübarizənin  kəskinləĢ məsi  ilə 

səciyyəvidir. 

ġah  Ġsmayılın  hakimiyyətə  gəliĢindən  sonra  Ģiə-qızılbaĢ  məfkurəsi  kəskin 

surətdə  dəyiĢdi.  Onun  mü xtəlif  ifratçı  sufı  cərəyanları  ilə  əlaqələri  ya  tamamilə 

kəsild i,  ya  da  formal  səciyyə  daĢımağa  baĢladı.  Bilavasitə  panteizmə  əsaslanan 

mü layim və  ifratçı cərəyanlarda yeni parçalan ma baĢ verdi. Ġfratçı  mövqedə duran 

panteistlər  aləmin  dərk  olunmasında  materializmə  meyil  göstərir,  ictimai  t ələblər 

sahəsində  isə  ümu mi  bərabərlik  ideyaları  ilə  çıxıĢ  edird ilər.  Mülayim  cərəyan 

tərəfdarları tədricən yeni  mövqelərdə qərarlaĢır,  mistik-panteist cərəyanların bidətçi 

istilahlar  məcmusundan  istifadə  etmələrinə  baxmayaraq,  panteizmdən  u zaqlaĢır, 

idealizmə  daha  çox  meyil  edirdilər.  Ġsla mın  Ģiə  ruhunda  sonsuz  təbliği  mü layim 

mövqelərdə  olan  ideoloqlara  xas  idi.  Bu  xüsusiyyət  Ġsmayıl  Səfəvin in  (Xətayinin) 

yaradıcılığ ında  və  siyasətində  daha  parlaq  surətdə  aĢkara  çıxmıĢdır.  O,  yaĢadığı 

dövrdə qızılbaĢ  məfkurəsinin əsas təbliğatçısı olmuĢdur.  ġah Ġs mayıl,  ilk növbədə, 

bidətçi  panteizmdən  uzaqlaĢmağa  can  atırdı.  Hakimiyyətə  qədərki  dövrdə  özü 

haqqında  "Ki  adəm  donuna  girmiĢ  xuda  gəldi,  xuda  gəldi"  misraların ı  yazmıĢ, 

hürufiliyə  aludə  olduğuna  görə  məzəmmət  edilmiĢ,  özlərini  ilah iləĢdirmələri  və 

Babəkin  dini  qanununu geniĢ yaymaları  ilə  tanınan  əcdadlarının  əməllərini  davam 

etdirmiĢ  Ġsmayıl  Səfəv i  Ģahlıq  taxtına  çıxaraq  taxta  yiyələn mək  üçün  özünün 

əvvəlki Mehdi rolundan imtina etdi, zaman keçdikdən sonra panteizmdən uzaqlaĢdı 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə