Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə158/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   154   155   156   157   158   159   160   161   ...   232

322 

 

HəĢtərxan  Ģəhərinə  gəlib  çatdı.  Burada  səfırlik  üçün  ayrılmıĢ  üç  böyük  gəmiyə  və 



üç barja yerləĢib yoluna davam edərək Azərbaycanın Niyazabad liman ına yanaĢdı. 

Həmin  vaxt  Azərbaycanda,  xüsusilə  ġirvanda  ara-sıra  üsyanlar  baĢ 

verdiyindən ġirvan bəylərbəyi Keyxosrov rus elçisinin təhlükəsizliyini təmin etmək 

məqsədilə onu müĢayiət üçün 200 nəfərdən ibarət süvari göndərdi. A.P.Volınskin in 

dəstəsi  Niyazabaddan  ġamaxıya  yollandı.  ġamaxı  hakimlə ri  qonağı  təntənəli 

Ģəkildə  qarĢıladılar.  Hətta  qala  divarlarında  yerləĢən  toplardan  yaylım  atəĢi  açıldı. 

A.P.Volınski  ġama xı  Ģəhərində  üç  aydan  artıq  qaldı.  Hərmin  müddət  ərzində  o,  I 

Pyotrun  məxfı  göstəriĢinə  əsasən  bir  çox

 

mühüm  məsələlərin həlli  ilə  məĢğul oldu, 



daha  doğrusu,  dövləti  maraqlandıran  məlumatı  topladı.  O,  həm  də  illərdən  bəri 

ġamaxıda məskən salmıĢ rus tacirlərinin ticarət məsələlərini qaydaya salmağa çalıĢdı. 

ġamaxıdakı  rus  tacirləri  A.P.Vo lınskinin  gəliĢin i  bilmiĢ  və  ona Ģikayətlə  müraciət 

etmiĢdilər. 

Onların  dediyinə  görə,  yerli  tacirlər  və  hakimlər  mərkəzi  hökümətlə 

hesablaĢmır,  onların  malların ı  ya  ucuz  qiymətə  zorla  və   yaxud da aldıqları borcları 

qaytarmırdılar.  Rus  tacirlərinin  Ģikayətləri  əsasında  A.P.Volınski  ġamaxıda  və 

Niyazabad  limanında  yerli  hakimlər  tərəfındən  rus  tacirlərin in  və  təbəələrinin 

incidilməsi  barədə rəsmi məktub yazıb ġirvan bəylərbəyi Keyxosrova göndərdi. ġirvan 

bəylərbəyi  rus  elçisinin  məktubunu  ehtiramla  qəbul  etsə  də, heç bir  tədbir  görmədi. 

1716-cı  il  dekabrın  7-də  A.P.Volınski  bəylərbəyi  tərəfindən  ona  təhkim  olunan 

mehmandar və onu müĢayiət edən dəstə ilə ġamaxını tərk edib Ġsfahana yola düĢdü. 

Yo lboyu  A.P.Volınski  bir  ço x  çətinliklərlə  qarĢılaĢma lı  oldu  rus  elçisi  karvanının 

hərəkətinə bir tərəfdən qıĢın soyuğu, digdg tərəfdən ərzaq qıtlığı man e 

olurdu.  Səfəvi dövlətinin  qanunlarının  əsasən  xaricdən gəlmiĢ Ģəxslər  ölkə  daxilində 

mərkəzə  kimi yerli əhali tərəfindən ərzaqla və gecələmək üçün yataqla təmin edilməli 

idi.  Təyin adlanan bu verginin  bütün ağırlığı yerli  əhalinin  üzərinə düĢürdü.  Onsuz  da 

vəziyyəti ağır olan əhali "rəsmi qonağın" gəldiyini görüb əlçatmaz yerlərə qaçır, yalnız 

qonaq  getdikdən  sonral  öz  yurduna  qayıdırdı.  Hətta  Əhərə  yaxınlaĢan A.P.Volınskini 

Ģahın  qonağı  kimi  Ģəhərə  buraxmamıĢdılar;  burada  Ģah  üsuli-idarəsinə  qarĢı  üsyan 

qalxmıĢdı. 

A.P.Volınski  Azərbaycanda  müĢahidə  etdiyi  mənzərəyə,  yerli

 

feodalların 



mərkəzi  hakimiyyətlə  hesablaĢmaması,  ġirvanın  bir  çoxlu  yerlərində  üsyanların  baĢ 

verməsi,  Əhərdəki  üsyan,  yerli  əhalinin  mehmandarın gözündən  qaçıb təyin vergisini 

verməməsinə əsasən belə qənaətə gəlmiĢdi ki, Səfəvi dövlətində Ģahın yalnız adı var, 

hakimiyyət isə yerli hakim feodalların əlindədir.  

Əhərə daxil ola b ilməyən A.P.Vo lınski Təbriz  istiqamətində hərəkət etməyə 

məcbur o lmuĢdu. Təbriz bəylərbəyi rus elçisin i ehtiramla qarĢıladığı üçün A.P.Volınski 




323 

 

təbrizlilər  barədə  öz  gündəliyində  tərifli  sözlər  yazmıĢdır.  Təbrizdə  çox  qalmayan 



A.P.Volınski yoluna davam  edərək,  1717-c i  il  martın  14-də  təntənəli  Ģəkildə  Ġsfahan 

Ģəhərinə daxil oldu. ġah Sultan Hüseynin yanında rəsmi qəbulda olub, ona etimadnamə 

təqdim etdikdən sonra A.P.Volınski etimad üd-dövlə (baĢ vəzir)  Fətəli  xanla görüĢlər 

keçirərək danıĢıqlar apardı. 

Ġsfahanda olduğu  zaman A.P.Volınski gizli Ģəkildə dövlətin daxili vəziyyəti barədə 

xeyli  məlumat  toplamıĢ  və  onu  ĢifrələnmiĢ  məktubla  Peterburqa,  qraf  Qolovkinə 

göndərmiĢdi.  Məktubların  birində  o,  I  Pyotra  Xəzər  dənizi  üçün  nəzərdə  tutulmuĢ 

gəmilərin  Kazan  Ģəhərində  daha  sürətlə  quraĢdırılmasını  tövsiyə  etmiĢdir.  1717-ci  il 

iyunun  2-də  Fətəli  xanla  görüĢdüyü  zaman  ona  Ġranla  Rusiya  arasında  mövcud  olan 

ticarət münasibətlərinin geniĢləndirilməsi barədə bir sıra təkliflər etmiĢdir. 

A.P.Volınskinin  təklifiəri  bağlanılması  nəzərdə  tutulan  Rusiya-Ġran  ticarət 

müqaviləsinin əsasını təĢkil etməli idi. 1717-ci il iyunun 30-da A.P.Volınski və Fətəli xan 

tərəfındən  ilk  rəsmi  Rusiya-Ġran  ticarət  müqaviləsinin  layihəsi  tərtib  olundu.  Hələ 

müqavilə hər iki dövlət baĢçısı tərəfındən təsdiq edilməmiĢ A.P.Volınski onun mətninin 

nüsxələrini Ģahın fərmanı ilə birlikdə rus tacirləri alver edən Ģəhərlərə, xüsusilə ġirvan 

bəylərbəyiliyinə  göndərdi.  ġahın  fərmanında  və  müqavilə  layihəsində  rus  tacirlərinin 

yerli hakim və tacirlər tərəfindən sıxıĢdırılması qəti qadağan olunurdu. 

ġahın  fərmanında  ġirvan bəylərbəyiliyinə tapĢırıldı  ki,  rus  tacirləri  fəaliyyət  göstərən 

bütün  Ģəhərlərin  gömrükxana  rəislərinə  (Bakı,  Dərbənd  Ģəhərləri  kələntərlərinə, 

Niyazabad  limanı)  xəbərdarlıq edilsin  ki,  rus tacirlərinin alver etməsi üçün hər cür Ģərait 

yaratsınlar.  ġahın  fərmanının  məzmunundan  müəyyən  etmək  olur  ki,  Rusiya-Ġran 

ticarətində Azərbaycan Ģəhərlərindən ġamaxı, Dərbənd, Bakı, ġabran, habelə Niyazabad 

limanı mühüm rol oynayırmıĢ. 

Əslində  Rusiya-Ġran  ticarəti  layihəsində  söhbət  ġirvan  və  onun  Xəzərboyu 

əyalətlərindən  gedirdi.  Çünki  rus  tacirləri  əsasən  bu  yerlərdə  cəmləĢirdilər.  Yerli 

hakimlər rus tacirlərinin Azərbaycanda istehsal olunan, yaxud buramn bazarlarına ġərq 

ölkələrindən, hətta uzaq Hindistandan gətirilən mallara göstərdikləri marağı görüb, ticarət 

gömrüklərin in  miqdarını  istədikləri  qədər  artırırd ılar.  Həmin  məsələləri  qaydaya 

salmaq  üçün  A.P.Vo lınski  Səfəvi  dövlətində  konsulxana  təsis  olunmasını  təklif 

etdi. 


ġah  höku məti    ilə    ticarət    müqaviləsi    bağladıqdan   sonra A.P.Vo lınski 

Rusiyaya  qayıtmağı  qərara  aldı.  O,  quru  yolla  ReĢtə  getmək,  oradan  gəmi  ilə 

HəĢtərxana  üzmək,  beləliklə,  Gilan  haqqında  da  kəĢfiyyat  məlu matı  toplamaq 

istəyirdi.  Lakin  Ģah  hökumət  gec  də  olsa  ayıldı,  A .P.Vo lınskinin  n iyyətini  baĢa 

düĢdü və yalnız gəld iyi yolla qayıtmasına icazə verdi. 1717-ci il dekabrın 17-də rus 

səfıri  ġamaxıya  gəldi  və  yolların  açılmasını  gözləyərək  8  ay  ġamaxıda  qaldı.  ü, 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə