Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə161/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   157   158   159   160   161   162   163   164   ...   232

328 

 

alınarkən buradakı  zəngin ba zarın,  karvansaraların,  xarici ölkədən gələn tacirlərin, 



o cümlədən rus tacirlərinin b ir neçə  milyonluq  malın ın qarət olun ması da bununla 

izah  edilə  bilər.  Qeyd  etnıək  lazımdır  ki,  bu  məsələdə  rus tacirlərin in  özlərin in  də 

günahı  olmuĢdu.  Onlar  üsyançıların  Ģehərə  hücumu  ərəfəsində  Ġran  tacirlərin in 

əmlakın ı gizlətmiĢdilər. Üsyançılar Ģəhərə daxil olduqdan sonra tacirlər in əmlakını 

tələb  etmiĢ,  rus  tacirləri  isə  bu  tələbi  yerinə  yetirməmiĢ  və  üsyançılara  toplardan 

atəĢ  açmıĢdılar.  Bundan  sonra,  adətən,  xarici  tacirlərə  to xun may an  üsyançılar  rus 

tacirlərin i cəzalandırmıĢdılar. 

ġamaxıda  qazan ılmıĢ  qələbədən  ruhlanan  Hacı  Davud  öz  yürüĢünü  davam 

etdirməyi  qərara  aldı.  Lakin  Dərbənd  və  Bakı  qalala rına  edilən  hücumlar  uğursuz 

oldu.  Buna  baxmayaraq,  ġirvanda  xalq  hərəkatı  gündən -günə  geniĢlənirdi.  ġah ın 

göstəriĢi  ilə  Ġrəvan  xanı  1721-ci  ildə  öz  qoĢunu  ilə  üsyançılara  qarĢı  yeridi.  Bunu 

eĢidən  Hacı  Davud  daha  cəld  tərpənərək  Kür  çayın ı  keçib,  gö zlən ilmədən  onlara 

həmlə etdi. DöyüĢ üsyançıların xeyrinə qurtardı. 

Hadisələrin  Ģahidi  olan  Yesai  Həsən-Cəlal  yazır  ki,  daha  sonra  üsyançı 

dəstələr  ara-sıra  Qarabağın  Xaçın,  Dizaq  və  Vərəndə  mahallarında  görünmüĢlər. 

Lakin  müəllif  bu  "görünüĢün" nəticəsi  barədə yazmır.  Mənbələrdə  Hacı  Davud un 

Azərbaycanın cənub vilayətlərinə də daxil o lması,  Ərdəbilə yaxınlaĢ ması haqqında 

məlu mat vardır. 

1721-c i  ildə  Hacı  Davudun  dəstələri  Gəncə  Ģəhərini  mühasirə  etsələr  də, 

Ģəhəri ala bilməd ilər. 

Hacı  Davudun  dəstələri  Gəncədən  uzaqlaĢıb  ġirvana  getdikdən sonra  Ģəhər 

Kartli  və  Kaxeti  çarlarının,  habelə  erməni  məliklərin in  birləĢmiĢ  qoĢunlarımn 

hücumlarına məruz qaldı. 

Üç  aydan  sonra  Gəncənin  mühasirəsini  pis  təĢkil  edən  bəylərbəyi  Uğurlu 

xan Ģəhəri tərk etməyə məcbur oldu. 

Rusiyanın  ona  qarĢı  mənfi  münasibətindən  xəbər  tutan  Hacı  Davud  özünə 

arxa  tap maq  məqsədilə  Osman lı  imperiyasına  müraciət  etdi.  Bunu  irəlicədən 

görürmüĢ  kimi,  A.P.Volınski  I  Pyotra  yazmıĢdı:  " Belə  olduqda  üsyan  etmiĢ 

knyazlar  kö mək  almaq  üçün  mütləq  Türkiyəyə  müraciət  edəcəklər...  Bu,  heç  də 

Rusiyanın xeyrinə olmayacaqdır. YaxĢısı budur ki, ö zümü z iĢə fəal müdaxilə edək. 

ġimali  Azərbaycanın  Xəzər  sahillərində  möhkəmlənmək  arzusunda  olan 

Osmanlı  imperiyası  vaxt  itirmədən  Hacı  Davudla  əlaqə  yaratdı.  Hacı  Davud 

Türkiyədən  hərbi  kömək  istəməklə  bərabər  həmin  dövlətin  himayəsini  də  qəbul 

etməyə söz verdi. 




329 

 

I Pyotrun 1722-ci il yürüĢündən sonra Türkiyə Hacı Davudu himayəyə qəbul etdi 



(1722-ci  il, dekabr). Əks təqdirdə, I Pyotr Türkiyə himayəsində olan Ģəxsə qarĢı cəza 

ekspedisiyası göndərdiyini açıqlamağa cəsarəti çatmazdı. 

Türkiyə  sultanından  müsbət  cavab  alan  Hacı  Davud  ġamaxıya  qayıtdıqdan 

sonra  qoĢunları  əsasən  qarətlə  məĢğul  olan sabiq  müttəfıqi  Qazıqumuxlu  Surxay  xanı 

özündən uzaqlaĢdırdı və yeni yaranmıĢ ġirvan xanlığının vahid hakimi oldu. 

Ġstanbulda  Hacı  Davudla  Sultan  Əhməd  arasında  aparılan  danıĢıqlar  I  Pyotr 

hökumətini  xeyli  narahat  etdi.  ġirvana  Osmanlı  qoĢununun  yeridilməsi  təkcə 

Rusiyanın Cənub sərhədlərin i hədələmirdi, bu, eyni zamanda onun ġərq ticarətinə də 

ağır  zərbə  endirə  bilərdi.  Bütün  bunlar  I  Pyotru  Xəzər  dənizi  hövzəsində  tələs məyə 

vadar etdi. 

Rusiya  imperatorunun  ġərq  siyasətində  ġimal-ġərqi  Azərbaycan  mühüm 

əhəmiyyət kəsb edirdi. Hətta ġirvan üsyanından əvvəl Peterburqda qarĢıda duran yürüĢ 

barədə tərtib olunmuĢ sənədlərdləri bu yürüĢ "ġamaxı ekspedisiyası" adlanırdı. 

ġirvan  üsyanı  qələbə  çaldıqdan  sonra  I  Pyotr  həm  yürüĢün  adın  həm  də 

istiqamətini  dəyiĢdirməli  oldu.  I  Pyotr  ehtiyatlanırdı  ki,  Ġranda  mərkəzi  dövlətin 

zəifləməsindən istifadə edən Osmanlı imperiyası Cənubi Qafqaza qoĢun yeritməklə bu 

yerləri alar və beləliklə, Rusiyanın  Qafqaz siyasətinin həyata  keçirilməsinə  mane olar. 

Ona görə də yürüĢ yubadıla bilməzdi. 

YürüĢ  ərəfəsində,  1722-ci  il  iyulun  25-də  I  Pyotr  Rusiyanın  Ġrandakı  konsulu 

S.Abramova göstəriĢ verdi ki, Ģahın Xəzərboyu əyalətləri  Rusiyaya güzəĢtə getməsinə 

çalıĢsın. Əks təqdirdə, Rusiya bu yerləri silah gücü ilə almağa hazırdır.  

I Pyotr S.Abra mova yazırd ı ki, biz  mütləq dəniz sahillərinə sahib olma lıy ıq, 

türkləri buraya buraxa bilmərik. 

Beləliklə,  Xəzərboyu  əyalətlərə yürüĢ  etmək üçün  zəmin yarandı. Əvvəlcə yürüĢə 

1723-cü  ildə  baĢlamaq  planlaĢdırılmıĢdı.  Sonra  bu  vaxt  bir  il  qabağa  çəkmək  lazım 

gəldi. Peterburqda xəbər alınmıĢdı qiyamçı əfqan qəbilələri 1722-ci ilin martında Ġsfahan 

yaxınlığında  Ģah  qoĢunlarını  məğlubiyyətə  uğratmıĢ  və  Səfəvilərin  paytaxtını 

mühasirəyə almıĢlar.  Peterburqda  qorxurdular  ki,  Türkiyə  Səfəvi  dövlətinin süqutundan 

istifadə edib Rusiyadan əvvəl Xəzərboyu vilayətləri  ələ  keçirər.  Qəti  addım  atmazdan 

əvvəl  I  Pyotr  Xəzərboyu  əyalətlərin  sakinləri  arasında  yürüĢün  səbəbini  doğrultmaq 

məqsədilə  "Manifest"  çap  edib,  xüsusilə  rus  ordusu  hərəkət  edəcək  istiqamətdə 

yerləĢən Ģəhər və kəndlərə göndərdi. "Manifest‖ də yürüĢün əsil səbəbi, mahiyyəti ört-

basdır  edilir  və  göstərilir  ki,  rus  ordusunun  bu yürüĢdə  məqsədi  ġirvan üsyanı  zamanı 

ġamaxıda qətl və qarətə məruz qalmıĢ rus tacirlərinin intiqamını almaq, habelə  Rusiya 

dövlətinin  dostu  olan  Ġran  Ģahına  qarĢı  qalxan  üsyançılara,  xüsusilə  Hacı  Davuda  və 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə