Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə164/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   160   161   162   163   164   165   166   167   ...   232

334 

 

keçmiĢ Mərənd Ģəhərini ald ıqdan s onra Təbriz Ģəhərinə yaxın laĢdılar.  Yo lüstü türk 



əsgərləri  So fıyan  yaĢayıĢ  məntəqəsinə  daxil  oldular.  Lakin  So fiyan  bomboĢ  idi. 

Əhali  türk  qoĢunlarının  yaxınlaĢ masını  eĢitdikdə,  ö z  doğma  yurdla rın ı  tərk  ed ib 

əlçatmaz dağlara çəkilmiĢdi. 

Həmin dövrdə vaxtilə ticarət və sənətkarlıq mərkəzi sayılan Təbriz Ģəhəri də 

demək  olar  ki,  müdafiəsiz  qalmıĢdı.  ġəhərin  qala  d ivarları  bir  qədər  əvvəl  baĢ 

vermiĢ  zəlzələ  nəticəsində  dağılmıĢdı.  Bu  barədə  bir  qədər sonra  Təbriz  Ģəhərində 

olmuĢ  ingilis  səyyahı  C.Hanvey  belə  yazır:  "Bu  Ģəhərin  bir  hissəsi  zəlzələdən 

dağılsa da... ġərqin ən gözəl Ģəhərlərindən biri id i.  ġəhərin nə qala d ivarları, nə də 

topxanası vardı. Qəd im Spartada olduğu kimi, onun yeganə dayağı Ģəhər əhalisinin 

miqdarında və gücündə idi". 

Təbrizə  yaxınlaĢar-yaxın laĢmaz  türk  əsgərləri  Çorsu  adlanan  yerdə  

təbrizlilərlə    toqquĢmalı    oldular.    Təbriz    qoĢunlarına  bu  döyüĢdə Ģəhərin  hakimi 

Əli  qorçi  baĢçılıq  edird i.  Təbrizlilər  hiylə    iĢ lədərək  geri  çəkildilər  və  düĢmən 

qoĢunları  Ģəhərə  daxil  olmağa  baĢladı.  Bu  dəm  birdən-birə  təbrizlilər  hər  tərəfdən 

həmlə edib dörd minlik qoĢunu qırdılar. 

Bu  hadisədən  sonra  Osmanlı  əsgərləri  Təbrizə  daxil  olmaq  üçün  dəfələrlə 

cəhd  göstərdilər.  Lakin  hər  dəfə  təbrizlilərin  ciddi  müqavimətinə  rast  gəldilər. 

ġəhəri  ala  bilməyən  rəqib  geri  çəkilməyə  məcbur  oldu.  Osman lı  əsgərləri  geri 

çəkilərkən  kəndlərdə,  obalarda  yaĢayan  əhalini  qarət  edir,  qadın  və  uĢaqları  əsir 

alırdılar.  Bəzi hallarda sonsuz siyasi, ictimai sarsıntılardan cana doymuĢ,  möhkəm 

hakimiyyət  arzusunda  olan  bir  sıra  yerlərin  sakinləri  könüllü  surətdə  Osman lı 

hakimiyyətini  qəbul  edirdilər.  Məsələn,  Naxçıvan  və  Ordubad  Ģəhərləri  türklərin 

əlinə keçdi. Borçalı və Qazax könüllü olaraq Os manlı hakimiyyətini qəbul etdi.  

1725-c i  ilin  mayında  Təbriz  uğrunda  döyüĢlər  yenidən  baĢ landı.  BaĢda 

Abdulla Köprülü paĢa olmaqla türk əsgərləri yenidən Təbriz Ģəhərinə yaxın laĢdılar. 

Ġstənilən  nəticə  əldə  edə  bilməyən  Os manlı  qoĢunları  sərkərdəsinin  əmri  ilə  Ģəhər 

top  atəĢinə  tutuldu.  Təbriz  Ģəhəri  demək  olar  ki,  iki  ay  bu  vəziyyətdə  qaldı. 

Nəhayət,  hərbi  texnika  və  qoĢunların  sayca  üstünlüyü  özünü  göstərdi.  Təbrizlilər 

Ģəhəri  təhvil  verməzdən  öncə  Osmanlı  ko mandanlığından  ailələri  və  silahları  ilə 

birlikdə Ģəhəri tərk etmək üçün icazə aldılar. 

Təbrizi  ald ıqdan  sonra  Osmanlı  əsgərləri  Gəncə  Ģəhərinə  doğru  hərəkət 

etdilər.  Gəncəni almaq  40  min lik o rduya baĢçılıq edən Sarı Mustafa paĢaya həvalə 

olunmuĢdu.  Əlavə  olaraq  Krım  xanlığından  kö mək  alan  Sarı  Mustafa  paĢa  iki 

aydan sonra - 1725-c i ilin avqustunda Gəncə Ģəhərini ə linə keç ird i.  

1725-c i 

ilin  sonlarında  Os manlı  əsgərləri  Azərbaycanın  sonuncu 

istehkamını,  Ġstanbul  müqaviləsinə  görə,  Osmanlı  iĢğal  zonasına  daxil  olmayan 



335 

 

Ərdəbil  Ģəhərini  də  almağa  müvəffəq  oldular.  1725-ci  il  dekabrın  18-də  Ərdəbil 



Ģəhərinin alın ması Ġstanbulda atəĢfəĢanlıqla qeyd edildi. 

Beləliklə,  Ġstanbul  müqaviləsindən  sonra  Azərbaycanın  böyük  bir  ərazisi 

Türkiyə  tərəfındən  zəbt  edildi.  Azərbaycanın  Xəzərboyu  əyalətləri  isə  Rusiya 

dövlətinin hakimiyyətində qaldı. 

1728-c i ildə Türkiyə Hac ı Davudun yerinə onun sabiq müttəfiqi, sonralar isə 

rəqibinə  çevrilən  Qazıqu mu xlu  Surxay  xanı  ġirvana  hakimiyyət baĢına  gətirdi.  Bu 

"yaxĢılığın"  əvəzində  Surxay  xanı  Türkiyə  sultanına  qiymətli  hədiyyələr  verməli, 

dövlət  xəzinəsinə  əhalidən  külli  miqdarda  vergi  toplayıb  göndərməli  idi.  Az  bir 

müddət  ərzində  Surxay  xan  Türkiyənin  itaətində  olan  bir  alətə  çevrildi.  Türkiyədən 

hərbi  kömək  alan  Surxay  xan  Xəzərboyu əyalətlərə  mütəmadi  basqınları  ilə  əhalinin 

mal-qarasını əlindən alır

 

var-dövlətini qarət edird i. 



Surxay  xan həmçinin Quba və Dərbənd istiqamətlərində soyğunçuluq yürüĢləri 

etdi.  Lakin  onun  dəstəsi  rus  qoĢunlarının  müqavimətinə  rast  gələrək  geri  qayıtmağa 

məcbur oldu. 

Surxay  xanın  Salyan  mahalına  basqınlarına  cavab  olaraq,  Bakıdakı  general-

leytenant  A.Rumyantsev  təcili  surətdə  ona  etiraz  mə ktubu  göndərdi.  Lakin 

Təbrizdəki Os manlı qarnizonundan kömək alan Surxay xan, Rumyantsevin məktubuna 

məhəl qoymadan öz əməllərinə davam edirdi. Çox keçmədən Surxay xan öz dəs təsi ilə 

Muğana gəlib, Salyanın bir çox kəndlərini qarət və darmadağın etdi. 

Surxay  xanın  yeni  cinayətlərindən  xəbər  tutan  general-leytenant,  Rumyantsev 

onu  cəzalandırmaq  üçün  podpolkovnik  PuĢeçnikovun  baĢçılığı  altında  Bakı 

qaraizonundan  dörd  yüz  nəfər  əsgər  göndərdi.  Rus  qoĢunlarının  tərkibində  bakılı 

Dərgahqulu xanın dəstəsi də iĢtirak edird i. 

Rus  qoĢunlarının  və  Dərgahqulu  xanın  dəstəsinin  Salyana yaxınlaĢdığını  eĢidən 

Surxay  xan  cəld  qərbə  -  türk  qoĢunlarının  yerləĢdiyi  düĢərgəyə  çəkildi.  Rus 

komandanlığının  Surxay  xanın  əməlləri  barədə  Türkiyə  nümayəndəliyinə  Ģikayəti 

nəticəsiz qaldı. 

XVIII  əsrin  20-ci  illərinin  sonunda tənəzzülə  uğramıĢ  Ġran  dövlətinin  tədricən 

bərpa  olunması,  bütün  Cənubi  Qafqazda  iĢğalçılara  qarĢı  mübarizə  əhvali-ruhiyyəsi 

Azərbaycanda Osmanlı ordusunun vəziyyətini xeyli çətin ləĢdirdi. 

Çarizmin  Azərbaycanın  Xəzərboyu  əyalətlərində  iqtisadi  siyasəti. 1732-

ci  il  RəĢt  müqaviləsi.  Ġstanbul  müqaviləsinə  əsasən  Dərbənddən  tutmuĢ  Astrabada 

qədər Xəzərboyu əyalətlər Rusiyanın himayəsi altına keçdi. Bu sahədə yerləĢən Ģəhər-

qalalar - Dərbənd, Bakı, Ənzə li rus ordusunun dayaq nöqtəsinə çevrildi. 

Rus  dövləti  Xəzərboyu  əyalətlərdən  həm  iqtisadi,  hem  də  strateji  məqsədlə 

istifadə etmək üçün xüsusi tədbirlər hazırlamıĢdı. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə