Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.

səhifə166/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
1   ...   162   163   164   165   166   167   168   169   ...   232

338 

 

edin  ki,  onlardan  heç  bir  Ģikayət  eĢidilməsin,  çünki  biz  burada  ermən i  xa lqını 



imperatorluq qayğısı ilə əhatə edib, öz himayəmizə götürmüĢük". 

I  Pyotr,  demək  olar  ki,  eyni  məzmunlu  əmri  Xəzər  sahillərində  yerləĢən 

digər  ordu  qərargahlarına  da  göndərmiĢdi.  Bu  barədə  P.Butkov  yazır:  " General-

leytenant  MatyuĢkin  və  briqadir  LevaĢova  tapĢırılmıĢdı  və  eyni  za manda  bütün 

erməni  xalqına bildirilmiĢdi ki, hər cür vasitə ilə ermən iləri və digər  xristianları  rus 

ordusunun  tutduğu  əyalətlərdə  -  Gilanda,  Ma zandaranda,  Bakıda,  Dərbənddə  və 

digər  əlveriĢli  yerlərdə  mehribanlıq la  qəbul  etsinlər,  onlara  nəzakət  göstərib 

mühafizə  etsinlər;  onlara  ev-eĢik  salmaq  üçün  münasib  sahələr  ayırsınlar,  torpaq 

versinlər,  Ģəhər  və  kəndlərdə  sahibsiz  qalan  evləri  də  onların  ixtiyarına  versinlər". 

Burada  Bakı  ilə  əlaqədar  əmrlərdən  aĢağıdakı  sözləri  xatırlatmaq  yerinə  düĢərdi: 

"XoĢagəlməz,  yaxud  Ģübhəli  müsəlmanları  qovmaq  və  onları  xristianlarla  əvəz 

etmək". 


I  Pyotrun  bu  məkrli  siyasəti  1725-ci  il  fevralın  11-də  Xarici  iĢlər 

kollegiyasının  qərarında  və  I  Yekaterinanın  1726-cı  il  fevralın  22-də  verdiyi 

əmrində də ö z əksin i tap mıĢdı. 

Rus  qoĢunları  tərəfındən  iĢğal  edilmiĢ  Xəzərboyu  əyalətlərdə,  Rusiya 

hökumətin in  buranın  təbii  sərvətlərinə  o lan  ehtiyacı  sayəs ində  təsərrüfat  nisbətən 

canlandı:  1723-cü ilin avqustundan 1725-ci  ilin avqustunadək olan müddət ərzində 

Bakıda neft satıĢından dövlət xəzinəsi 36 çervon, 16.638  man. və 951/4 qəp. gömrük 

etmiĢdi. Bu qayda ilə Dərbənd və Salyan Ģəhərlərində də mədaxil artmıĢdı. 

Lakin bununla belə, Rusiyanın yeni torpaqlardan götürüləcək gəlirə  bəslədiyi 

ümidi  ö zünü  doğrultmadı.  Buradan  əldə  edilən  gəlir  nə  rus  piyada  və  süvari 

qoĢunlarının, nə də gəmilərinin xərc ini ödədi. 

Buna  görə do  I  Pyotrun sağlığında bu  barədə  bir  kəlmə  belə  deməyə cəsarəti 

çatmayan məmurlar imperatorun ölümündən sonra (1725)  Xəzərboyu  əyalətlərdən  əl 

çəkməyi tələb etməyə baĢladılar. 

Bununla belə, Rusiya hökuməti bu torpaqları birdən-birə tərk etməkdən ehtiyat 

edirdi. Çünki rus qoĢunları gedər-getməz Türkiyə Xəzərboyu əyalətlərə sahib ola bilərdi. 

Həmin  dövrdə  Ġranın  mərkəzi  hökuməti  dağılmıĢ,  dövlətin  paytaxtı  isə  əfqan 

qəbilələrinin  əlinə  keçmiĢdi.  Məhz  buna  görə  də  Rusiya  hökuməti  Xəzərboyu 

əyalətlərdən hələlik əl çəkməyə cürət etmirdi. 

Türkiyənin  gələcəkdə  həmin  yerləri  zəbt  etməməsi  üçün  Rusiya  hökuməti 

Ġstanbul müqaviləsinin Ģərtlərini yerinə yetirmək qərarına gəldi və Türkiyə hökumətini 

sərhəd məsələlərinin həlli məqsədilə danıĢığa dəvət etdi. 




339 

 

1726-cı  ildə  ġa ma xı  Ģəhəri  ya xın lığ ında,  Mabur  kəndinə  Rusiya  ilə  Türkiyə 



dövlətlərinin  nümayəndələri  görüĢərək  öz  aralarındakı  sərhədi  müəyyən  etməyi 

qərara ald ılar. 

Hər  iki  dövlət  nümayəndələrinin qərarına  əsasən  1726-cı  ildən  baĢlayaraq  rus 

qoĢunları  silah  iĢlətmədən  MüĢkür,  Niyazabad,  Cavad,  Salyan,  Lənkəran,  Astara, 

Qızılağac, TalıĢ dağlarının biri hissəsini tutdular. 1727-ci ildə onlar ġeĢpara, Rustov, 

1728-c i ildə isə Quba və Təngiyə sahib oldular.  

Əgər  ilk  çağlarda  rus  komandanlığı  iĢğal  olunmuĢ  Ģəhərlərdə    Ģah  inzibati 

idarəsini  ləğv  edib,  əvəzinə  komendant  üsuli-idarəsi  yaradırdısa, 1726-cı  ildən sonra 

həmin  torpaqlarda  ümumi  iĢğal  idarəsi  təĢkil  olundu  və  knyaz  V.V.Dolqoruki 

ko mandan təyin edildi. 

Bu  hadisədən sonra  rus  hərbi  məmurları  iĢğal  olunmuĢ  əyalətlərdə təsərrüfat 

həyatını  canlandırmaq  məqsədilə  mü xtəlif  layihə  hazırladılar  və bu  barədə  Peterburq 

hökumətinə məlumat verdilər.  Belə  məlumatlardan  birində deyilirdi:  "Bakı  ətrafındakı 

dağılmıĢ  karvansaralar  bərpa olunmalıdır,  qaçmıĢ  əhalinin  qayıtmasına nail  olunmalı, 

hamı  əfv  edilməlidir.  ġirnikləndirici  vədlərlə  ġamaxıdan  erməniləri  və  hindliləri 

Bakıya cəlb etmək, burada bütün ġərq ticarətinin mərkəzin i yaratmaq lazımd ır". 

Rus komandanlığı eyni zamanda yerli tacirləri gəmilərlə təmin  etməklə  onların 

Volqa-Xə zər ticarətinə cəlb olunmasına çalıĢırdı. 

Azərbaycan  tacirlərinin  Volqa-Xəzər  ticarətində  iĢtirakı  çox  güman ki, hər iki 

tərəfı  təmin  edirdi.  Bunu  azərbaycanlıların  uzun  müddətə  hətta  ailələri  ilə  Rusiya 

Ģəhərlərinə köçmələri, burada ticarətlə məĢğul olmaları bir daha sübut edir. HəĢtərxan 

Dövlət  Vilayət  Arxivində  hifz  olunan  "HəĢtərxan  quberniyası  dəftərxanasından 

Rusiyanın yuxarı Ģəhərlərində ticarət etmək üçün gedən  Bakı və Salyan tacirlərinin 

siyahısı" adlı  sənəddə  kiĢi  adları  ilə  yanaĢı,  "ġəhrəbanı, Asiya,  Xanıms ultan,  Gözəl" 

kimi qadın adları da vardır ki, bu da tacirlərin ailələri ilə birgə səfərə çıxdığını göstərir. 

XVIII  əsrin  30-cu  illərində  Azərbaycanda  vəziyyət  kəskin  surətdə  dəyiĢir. 

Ölkə ərazisi Türkiyə ilə Ġran arasında gedən qanlı  döyüĢlər meydanına çevrilir. Həmin 

dövrdə  Ġranda  zəifləmiĢ  mərkəzi  hökumət  ƏfĢar  qəbiləsindən  olan  Nadirin 

(Təhmasibqulunun) dövlət iĢlərinə qarıĢması sayəsində tədricən dirçəlməyə baĢlayır. 

Ġran-Türkiyə  müharibəsində  Ġranın  qələbəsini  arzulayan  Rusiya  hökuməti  Ġran 

diplomatları  ilə  danıĢıqlardan  sonra  1732-ci  il  yanvar  ayının  21-də  RəĢt  Ģəhərində 

müqavilə  bağlayır.  RəĢt  müqaviləsi  8  maddədən  ibarətdir.  Birinci  maddəyə  görə, 

Rusiya beĢ ay ərzində Kür çayının Xəzər dənizinə tökülən məntəqəyə qədər ərazidən 

Ġran  dövlətinin  xeyrinə  olaraq  qoĢunlarını  geri  çəkməli  və  həmin  yerlərə  Türkiyəni 

buraxmamalı  id i.  Ġkinci  maddədə  deyilirdi  ki,  Kür  çayından  Ģimala  doğru  yerləĢən 

torpaqlardan  Rusiya  öz  qoĢunlarının  o  vaxt  geriyə  çəkəcəkdir  ki,  Ġran  20-ci  illərdə 






Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   232


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə