Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə167/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   163   164   165   166   167   168   169   170   ...   232

340 

 

Türkiyə  tərəfindən zəbt olunmuĢ torpaqları yenidən özünə qaytarsın. Bunun  əvəzində 



Ġran  dövləti  Rusiya  ilə  əbədi  dost  olacağına,  "onun  düĢmənlərini  özünün  düĢməni 

sayacağına" söz verirdi. 

Rusiya  dövləti  Ġran  tacirlərinə  ölkənin  hər  yerində  sərbəst,  gömrüksüz  ticarət 

etməyə  və  Rusiyadan  gömrük  vermədən  mal  gətirməyə  də  icazə  verdi.  Ġran  da  öz 

növbəsində rus tacirlərinin gömrük vermədən Ġrandan keçərək Hindistana getməsinə 

razı  o ldu.  Müqaviləyə  əsasən  rus  təbəələrinə  həmçinin  Ġran  dövlətin in  hər  yerin i 

özləri üçün ev, karvansara və dükan tikməyə  icazə verilirdi. Müqavilən in yeddinci 

maddəsində  deyilird i  ki,  vaxtilə  Rusiya  təbəəliyin  qəbul  edən  yerlilərə  heç  bir 

təzyiq göstərilməyəcəkd ir. 

Beləliklə,  1732-ci  il  RəĢt  müqaviləsi  əsasında  ölkə  daxilində  müəyyən 

sabitlik əmələ gəldisə də, Azərbaycanın Kür çayından cənubda yerləĢən Xəzərboyu 

əyalətləri yenidən Ġran ın hakimiyyəti altına keçd i. 



Azərbaycan  torpaqları  Osmanlı  hakimiyyəti  dövründə  (1723-1735-ci 

illər).  Osmanlı  iĢğalına  məruz  qalmıĢ  vilayətlərdə  əvvəlki  inzibati-ərazi  bölgüsü 

kiçik  dəyiĢikliklərlə  saxlanılmıĢdı.  A zərbaycan  torpaqları  vilayətlərə  (əyalətlərə), 

onlar  da  sancaqlıqlara bölünmüĢdü.  Vilayətlərin  əra zisi,  adətən,  əvvəllər  mövcud 

olan  bəylərbəyiliklərin   ərazisinə  uyğun  gəlird i.  Ancaq  Gəncə  v ilayətin in  ərazisi 

keçmiĢ Qarabağ (Gəncə) bəylərbəyiliy inin ərazisinə nisbətən xeyli kiçik  idi.  Qazax 

sancaqlıq  kimi  qonĢu  Tiflis  vilayətinin,  Göyçə  gölünün  Ģimal-Ģərqində  yerləĢən 

Lori, Pəmbək isə Ġrəvan vilayətinin tərkib inə daxil edilmiĢdi. 

Sancaqlıqların  ərazisi  əvvəlki  ölkələrin,  bəzi  hallarda  mahalların  ərazisinə 

uyğun  gəlirdi.  Sancaqlıqlar  öz  növbəsində  mahallara  və  nahiyələrə  bölünürdü. 

Nahiyələr də, adətən, bir neçə kənddən ibarət olan qəriyələrə ayrılırdı. 

Vilayətlərdə  ali  hərbi-inzibati,  həmçin in  siyasi  hakimiyyət  hərbi  dövrdə 

sərəsgər,  dinc  vaxtlarda  isə  mühafız  adlandırılan  Os manlı,  sərkərdələrinə  məxsus 

idi.  Sancaqbəyilər,  mahal  və  nahiyə  naibləri  isə  əsasən  yerli  feodallardan  təyin 

olunurdu. 

Kür çayından Ģimaldakı Azərbaycan torpaqları  xüsusi statusa malik id i. 

Bu ərazilər vassal hakimlər tərəfindən idarə olunurdu. Məsələn, paĢa rütbəsi 

almıĢ Əli Sultan ġə ki vilayətinin hakimi vəzifəsinə təsdiq olunmuĢdu. ƏrəĢ və Qax 

da vassal mü lkləri idi. 

1725-c i ilə yaxın ġirvanda öz  hakimiyyətini bir qədər rnöhkəmləndirən Hac ı 

Davud  artıq  rusları  Azərbaycandan  sıxıĢdırmağ ı  planlaĢdırır  və  Gəncədəki  türk 

paĢasından hərbi yardım göndərməyi xah iĢ edirdi. 

Surxay  xanın basqınların ın qarĢısını almağa çalıĢan osmanlılar o nun ġirvana 

yolunu  kəsmək  üçün  Topkaraqan  qalasını  tikməyə  baĢlamıĢdılar.  Ancaq  Surxay 




341 

 

xanın  tərəfdarı  olan  carlılar  bu  qalan ı  dağıtdılar.  Surxay  xanı  zərərsizləĢdirmək 



üçün  osmanlılar  1727-ci  ildə  ona  ikibunçuqlu  paĢa  rütbəsi  verib,  aylıq  məvacib 

təyin  etdilər.  Qəbələn in  idarəsi  də  Surxay  xana  tapĢırıld ı.  Surxay  xan  bununla 

kifayətlən məyib AğdaĢı da zəbt etdi və yalnız bundan sonra Osmanlı impe riyasına 

sədaqət andı içdi. ġübhəsiz, bu, Hacı Davudu narahat etdi və o, Türkiyəyə meylində 

tərəddüdə  baĢladı.  ĠĢ  o  yerə  çatdı  ki,  türk  paĢası  Hacı  Dav udun  Osmanlı 

imperiyasına  sədaqətinə  Ģübhə  ilə  yanaĢmağa,  onun  Rusiyaya  meyil  etdiyini 

düĢünməyə  baĢladı.  Səfəvilərə  qarĢı  mübarizə  dövrün də  xalq  kütlələrinə  bol-bol 

vədlər  verən  Hacı  Davud  hakimiyyət  baĢına  gəldikdən  sonra  xalqın  vəziyyətini 

yüngülləĢdirmək  üçün  heç  nə  etmədiy indən,  ġirvanda  ictimai  dayağını  itirmiĢ  və 

kənarda kömək axtarmağa baĢlamıĢdı. O, hətta II Təhmasibə də məktub göndərərək 

Ģaha qulluq etməyə hazır o lduğunu bildirmiĢdi.  

1728-c i il iyunun 6-da Osmanlı hökumət i Hac ı Davudu xanlıqdan kənar etdi 

və  o,  ailəsi  ilə  birlikdə  Gəncəyə  gətirild i.  Hacı  Davud  4  oğlu,  2  qardaĢı  və  bütün 

ailəsi  ilə  b irlikdə  Kipr  adasına  aparıldı,  1735-ci  ildə  isə  Geliboluya  köçürülərək 

orada da öldü. Qazıqu mu xlu Surxay xan ġirvan xanı təyin o lundu. 

Osmanlı  hakimiyyəti  dövründə  Azərbaycanda  aqrar  münasibələrin 

məzmununda ciddi dəyiĢiklik baĢ verməmiĢdi.  Divani və  xass torpaqları vahid  miri 

torpaqları  kateqoriyasına  daxil  edilmiĢdi.  Osmanlı  hakimiyyətinə  loyal  münasibət 

bəsləyən  mülkədar  və  tiyuldarların  mülkiyyət  hüququna  toxunulmurdu.  Ġtaətsizlik 

göstərənlərin  torpaqları  isə  müsadirə  olunub,  osmanlı  döyüĢçülərinə  paylanır, 

yaxud  satılırdı.  Maraqlıdır  ki,  1730-cu  ildə  Os manlı  ko mandanlığı  Təbrizi  Ġran 

qoĢunlarına  təslim  edərkən  oradakı  yeniçərlər  yiyələndikləri  malikan ələrdən 

məhru m olduqları üçün qiyam qaldırmıĢdılar. 

Osmanlı  hakimiyyət  orqanları  iĢğal  olunmuĢ  yerlərdə  əhalinin  siyahısını 

tutub  hər sancaqlıq,  vilayət  üçün  vergi  qanunnaməsi  tərtib  edird ilər.  Xüsusi  vergi 

dəftərlərində  kiĢi  əhalisi  və  vergilər  əks  olunurdu.  1727-ci  il  "Gəncə  vilayəti 

Qanunnaməsi"ndən göründüyü kimi, əhali  üşr, bəhrə,  rəsmi-bağ (bağpulu),  rəsmi-

bostan  (bostanpulu),  rəsmi-rəqan  (sağılan  inəklə rə  görə  hesablanırdı  rəsmi-əqnam 

(yay  və  qıĢ  otlaqlarından  istifadəyə  görə  alınırdı  rəsmi-asiyab  (dəyirmana  görə), 



rəsmi-ispəncə (can vergisi - Səfəvilər dövründəki səranə - baĢpulu vergisinə uyğun 

gəlird i)  və  d igər  vergilər,  mü kəlləfiyyətlər  ödəyird i.  Ço x  ağır  vəziyyətdə  olan 

sakinlərin  güzə ranını  bir  qədər  ya xĢılaĢdırmaq  üçün  rəsmi-arusanel  (gəlin  üçün 

alınan  vergi),  tapuyi-zamin  (üstündə  yardımçı  obyektlər  yerləĢdiyinə  və  baĢqa 

səbəblərə görə becərilməyən torpaqdan alınan vergi) kimi bezi verg ilər  müvəqqəti 

olaraq  alın mırd ı.  " Naxçıvan  dəftəri"  ndən  məlu m  olur  ki,  Osmanlılar  qadınları, 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə