Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə168/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   164   165   166   167   168   169   170   171   ...   232

342 

 

uĢaqları  qocaları,  Ģikəstləri,  xəstələri,  həmçin in  zehni  əməklə  məĢğul  olan Ģəxsləri 



vergilərdən azad edib lərmiĢ. 

Ticarət  və  sənətkarlıqda  Səfəvilər  dövründə  alınan  vergilər  o lduğu  kimi 

saxlan mıĢdı.  Bir  sıra  hallarda  Osmanlı  hakimiyyət  orqanları  vergilərin  yığılmasın ı 

müqatiəyə  verird ilər.  Os manlılar  Təbrizdəki  zərb xananın  iĢini  qaydaya  salmağa 

çalıĢırdılar.  Hərb i əmə liyyatlar nəticəsində tənəzzülə uğra mıĢ ticarəti canlandırmaq 

üçün  bəzi  tədbirlər  görülürdü.  Araz  çayı,  Arpaçayın  yataqları  təmizlənərək 

gəmiçilik üçün yararlı hala gətirilmiĢdi. 

Adətən, vilayət  hakimləri  yığ ılan  vergilərin  bir  h issəsini  özlərin in  məvacib 

üçün saxlayırd ılar.  Yerli  xəzinənin  xey li  h issəsi  Osman lı    qoĢunlarını  saxlamağa, 

habelə  istehkamlar  tikməyə  sərf  o lunurdu.  1726-cı  ilədək  Gəncədə  xan  sarayı 

ətrafında  dördqülləli  qala  inĢa  edilmiĢdi.  1725-ci  ildə  Təbrizdə  Uzun  Həsən  və 

Mehdi  Sahib  əz-zaman  məscid ləri  ətrafında  biĢmiĢ  və  çiy  kərp icdən  qala  inĢa 

olunmağa  baĢlanmıĢdı.  Qalanın  8  iri  və  4  kiçik  darvazası  var  idi.  Tikintiyə  artıq 

iyirmi  ildən  bəri  Os manlı  xid mətində  olan  bir  alman  memarı  rəhbərlik  edirdi. 

Ərdəbildə də qala inĢa olunurdu. 

Osmanlı o rdusunda xid mət edən yeniçərlərin bir ço xu qayda-qanunu pozur, 

yerli  sakin ləri  qarət  edirdilər.  Os manlı  hakimiyyət  orqanları  yeniçərlərin 

özbaĢınalığın ın  qarĢısını  almağa  çalıĢsalar  da,  bəzən  buna  nail  olmurdular. 

Məsələn,  1729-cu  ilin  sentyabrında  Təbriz  hakimi  tərəfindən  yerli  sakinləri  əsir 

edərək,  ödənc  alıb  buraxmaq  qadağan  olunduğu  zaman  yeniçərlər  qiyam 

qaldırmıĢdılar.  Onlar  iki  nəfər  yeniçəri  öldürərək  bu  iĢdə  yerli  sakinləri 

günahlandırmıĢ, intiqam tələb etmiĢdilər. Təbriz hakimi sərəsgər Hacı Mustafa paĢa 

yeniçərlərin fıtnəsini baĢa düĢərək Ģəhərlilərə qarĢı cəza tədbirlər görülməsinə icazə 

verməmiĢdi.  Belə  olduqda  yeniçərlər  qiyam  qaldıraraq  paĢanı  öldürmək 

istəmiĢdilər.  PaĢa  qalada  gizlən məklə  xilas  etmiĢ  və  əlacsız  qalıb  yeniçərlərə 

sərbəstlik vermiĢdi. 



 Xarici iĢğalçılara  qarĢı xal q az adlı q  mübarizəsi. Ərazisi iki  iri  imperiya 

arasında  bölüĢdürülmüĢ  Azərbaycanın  xalq  kütlələri  yadelli  əsarətinə  tabe  olmaq 

istəmir,  kəskin  müqavimət  göstərirdi.  Mübarizənin  passiv  formaları  vergi  və 

mü kəlləfıyyətləri  ödəməkdən  imtina,  yaĢayıĢ  yerlərin i  tərk  etmə k  idi.  Bir  ço x 

sakinlər  rusların  iĢğal  etdiyi  ərazidən  osmanlıların  iĢğal  bölgəsinə  və  ya  əksinə 

qaçırdılar. 

Xalq  azad lıq  hərəkatının  fəal  formaları  düĢmən  hissələrinə  partizan 

basqınları  və  kütləvi  xalq  azadlıq  üsyanlarından  ibarət  idi.  Hacı  Davudun 

dəstələrin in rus qarnizonlarına hücumunu partizan hərəkatına aid etmək olar. 



343 

 

1724-cü  ilin  yayında  Salyanda  Rusiya  əleyhinə  çıxıĢ  baĢ  verdi.  Salyandakı 



bütün  rus  zabitləri,  podpolkovnik  Zimbulatov  baĢda  olmaq la,  Salyan  naibi 

Məhəmmədhüseyn  bəyin yanına  qonaq  çağırılıb  öldürüldülər.  Salyan  hakimləri,  o 

cümlədən  keçmiĢ  Salyan  xanın  dul  qadını  Fatimə  xan ım  mahalın  bütün 

sərvətlərinin rus hakimiyyəti orqanlarının əlində cəmləĢ məsindən narazı id i.  

Azərbaycan  feodalların ın  bir  çoxu  1722-ci  ildə  çarizmin  Rusiyanın  guya 

iĢğalçılıq  məqsədi güdmədiyi haqqındakı vədlərinə  müəyyən dərəcədə inanmıĢ, rus 

iĢğalına  müvəqqəti bir hal  kimi baxmıĢdılar. Ancaq onlar  zaman  keçdikcə rusların 

əsil məqsədini, A zərbaycanda möhkəmlən mək n iyyətində olduqlarını anlamıĢdılar.  

Salyanla  eyni  vaxtda  Bakıda  da  Dərgahqulu  bəyin  baĢçılığı  ilə  çıxıĢ  olmalı 

idi.  Ancaq  irəlidə  bəhs  edildiyi  kimi,  rus  hakimiyyət  orqanları  Bakıda  hazırlanan 

çıxıĢdan xəbər tutdular və cəza tədbirləri gördülər. 4 yüzbaĢı,  250  xid məti Ģəxs və 

ticarət  adamı  həbs  edildi.  Dərgahqulu  bəyi  tutmaq  mü mkün  olmadı.  Həbs  edilmiĢ 

bakılılar Rusiyaya sürgün olundular. 

1727-c i ildə Muğan hakimi  Ra ma zan Os manlı və rus hakimiyyətlərinə qarĢı 

çıxıĢ etməyə cəhd göstərdi, lakin müvəffəqiyyətsizliyə uğrayaraq həbs olundu. 

1726-c ı  ildə  ġəqqaqi  və  ġahsevən  tayfaları  Osman lı  hakimiyyətinə  qarĢı 

üsyan etdilər. Əbdürrəh man paĢa qiyamçı tayfaları sakitləĢdirə bildi. Os manlı saray 

tarixçisi  K.Çələbizadənin  yazdığ ına  görə,  1727-ci  ilin  yayında  Dizaq  və  BərgüĢad 

maha lla rında  yaĢayan  Qaraçorlu  ad lı  kürd   tayfasını  sakit ləĢdirmə k  üçün    15  min 

nəfərlik  Os manlı  qoĢunu  göndərilmiĢdi.  Ancaq  orduya  səfərbər  olunmuĢ  Osman lı 

döyüĢçüləri  müsəlman  əhaliyə  qarĢı  vuruĢmaqdan  imtina  etdilər.  Bu,  Osman lı 

ko mandanlığın ı  Qaraçolu tayfasının baĢçıları  ilə saziĢə gəlməyə  məcbur etdi.  Əldə 

olunan razılığa görə, Qaraçorlu tayfası Osmanlı hakimiyyətini tanımağı ermən ilərlə 

əlaqə saxlamamağ ı öhdəsinə götürürdü. 

1727-c i  ilin  sonunda  Qaradağda  böyük  xa lq  azad lıq  hərə katı  baĢ   verdi. 

Üsyana  Əbdürrəzaq  xan  baĢ çılıq  edirdi.  O,  əvvəllər  könüllü  olaraq  Osman lı 

hakimiyyətini qəbul etmiĢ və paĢa rütbəsi almıĢdı.  Bir neçə sancaqlıqdan toplanan 

qoĢuna baĢçılıq  edirdi.  Əbdürrə za  xan  Ģahsevənlərlə  Osman lı  hakimiyyətinə  qarĢı 

birgə mübarizə  haqqında razılığa gəldi. Tezliklə Ģahsevənlər və Muğanlı tayfası da 

Əbdürrəzaq  xana  qoĢuldular.  Təbriz  hakimi  1728-ci  il  yazın  əvvəllərində 

Əbdürrəhman  paĢanı  20  min  nəfərlik  qoĢunla  üsyançılara  qarĢı  göndərdi. 

Mənbələrin məlu matına görə, sayı 40 min nəfər çatan üsyançılar Osmanlı qoĢununu 

darmadağın etdilər və Ərdəbili mühasirəyə aldılar.  

1728-c i  ilin  əvvəllərində  özünü  yalandan  "Ġsmayıl  M irzə"  adlandıran  bir 

nəfərin  fəaliyyəti  gücləndi.  Yalançı  Ģahzadə  əvvəlcə  Xəzər  dənizin in    cənub  

sahillərində  fəaliyyət göstərirdi.  Mazandaran hakimi tərəfındən məğlub edildikdən 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə