Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə171/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   167   168   169   170   171   172   173   174   ...   232

348 

 

Bir  neçə  uğursuzluqdan  sonra  Osmanlı  ko mandanlığı  Ġran  ordusu  ilə 



döyüĢməyi  mənasız  saydı  və  1735-ci  ilin  sonunda  qoĢunlarını  Cənubi  Qafqaz 

hüdudlarından tamamilə çıxardı. 



XVIII əsrin 30-40-cı illərində Azərbaycanda  xalq hərəkatı. 1735-1736-cı 

illərdə A zərbaycan və Dağıstanda ona qarĢı müqavimətin qeyri-mütəĢəkkilliyindən 

istifadə edən Nadir, çoxsaylı  qurbanlar hesabına olsa da, öz hakimiyyətini bərqərar 

etdi. 


Yerli  əhalini  müvəqqəti  sakitləĢdirməklə  kifayətlənən  Nadir  qıĢlamaq  üçün 

öz ordusu ilə Muğana çəkilmək qərarına gəldi.  Əvvəlcədən hazırlan mıĢ plana görə, 

burada təntənəli tacqoyma mərasimi keçirilməli idi. 1736-cı ilin martında Nadir Ġran 

Ģahı  elan  edildi.  Azərbaycanın  bəzi  feodalları  Nad irin  Ģah  elan  edilməsinə  mənfı 

münasibət  bəsləyirdilər.  Bu  baxımdan  Ziyadoğlu  nəslindən  olan  Gəncə  xanları 

xüsusilə  fərqlən irdilər.  Nadir  Ģah  olduqdan sonra  onları  cəzalandırdı,  hüquqlarını 

məhdudlaĢdırdı  və  həmin  xanları  Qazax,  Borçalı  elatların ın  hakimləri  ilə  birlikdə 

Gü rcüstan çarlarına tabe etdi.  Yeni Ģahın namizədliyinə qarĢı çıxmıĢ  Otuzikilər və 

Kəbirli  kimi  A zərbaycan  tayfalarının  baĢçıları  da  cəzalandırıldılar.  Nadir  ġah 

onlardan bir ço xunu ailəsi ilə birlikdə Xorasana köçürdü. 

Nadir  Ģah  vilayətlərin  köhnə  hakimlərinin  təsdiq  edilməsinə  və  yenilərinin 

təyin  olunmasına  böyük  ehtiyatla  yanaĢırdı.  Yeni  Ģahın  hakimiyyətin i  qəbul  etmiĢ 

hakimlərə  nəzarət  üçün  Nadir  Ģah  tərəfindən  onların  yanına  xüsusi  naib  təyin 

olunurdu. 

Nadir Ģah Azərbaycandan getməzdən öncə özünü mümkün ola biləcək üsyanlardan 

qorumaq  məqsədilə burada əvvəllər  mövcud olan   inzibati-ərazi bölgüsünü ləğv etdi. 

ġirvan,  Qarabağ,  Təbriz,  Çuxursəd  bəylərbəyiliklərini  birləĢdirərək  mərkəzi  Təbriz 

olmaqla yeni inzibati bölgə yaratdı. Bölgəyə Ģahın qardaĢı Ġbrahim xan baĢçı təyin olundu. 

Bundan sonra  Nadir Ģah ordusunun əsas hissələri  ilə  Ġrana çəkilməsi burada öz ordusunu 

qüvvətləndirən  və  dövlətin  idarə  edilməsi  oğlu  Rzaqulu  xana  tapĢıran  Nadir  Ģah 

Hindistana yürüĢ etdi. 

Nadirin çəkilməsindən sonra Azərbaycanda Ġran zülmünə qarĢı mübarizə daha da 

gücləndi.  Bununla  əlaqədar  xalq  çıxıĢları  yayılmıĢ  vilayətlərə  cəza  dəstələri 

göndərilməsi qərara alındı. 

ġahın qardaĢı Ġbrahim xanın baĢçılıq etdiyi belə dəstələrdən biri 1737-ci ildə Car 

vilayətinə göndərildi.  Cənubi  Dağıstandan  köməl  almıĢ  carlı  dəstələrinə  Car  tayfaları 

arasında Ģöhrət qazanmıĢ Divai Ġbrahim və Xəlil baĢçılıq edirdilər. Ġlk toqquĢma nizami 

ordunun  xeyrinə  qurtardı.  Lakin  üsyançıları  təqib  edən  ordu  tezlik lə  tələyə  düĢdü. 

Üsyançıların  qüvvəsini  qiymətləndirməyən  Ġbrahim  xan  bir  zərbə  ilə  düĢməni  məhv 

etmək  qərarına  gəldi.  O  öz  düĢərgəsini  dağın  ətəyində  qoyub  piyada  qoĢunları  ilə 




349 

 

üsyançılar üzərinə hərəkət etdi. Ġran ordusunun yolu dar dağ keçidlərindən və meĢə 



cığırlarından  keçirdi.  Ġntizamı  unudan  döyüĢçülər  bu  keçidlərdə  zorla  hərəkət 

edirdilər. Ġbrahim  xan bəzi yerli feodalların ordularından olan dəstəni irəli buraxaraq 

özü  ancaq  xorasanlılardan  ibarət  dəstə  ilə  arxada  gedirdi.  Divanə  Ġbrahimin  baĢçılıq 

etdiyi  carlılar  Ġran ordusunun ön  hissəsinin hərəkətinə  mane  olmadılar.  Ġbrahim  xanın 

baĢçılıq etdiyi dəstə göründükdə isə xalq ordusu birdən-birə "tüfənglərdən amansız atəĢ 

açmağa"  baĢladı.  Qəfil  hücumdan  özünü  itirən  Ġran  əsgərləri  ö z  silahların ı  hansı 

tərəfə  yönəltmək  lazım  olduğunu  belə  müəyyənləĢdirə  bilməd ilər.  Ġlk 

yaralananlardan  biri  Ġbrahim  xan  o ldu.  Had isələrin  Ģahidi  olmuĢ  Məhəmməd 

Kazımın sözlərinə görə, yaralanmıĢ Ġbrahim xan ı görən və özü də yaralı o lan Gəncə, 

bəylərbəyi  Uğurlu  xan öz  yaxın  adamı  Hüseynəli  xanı  yanına çağıraraq belə  demiĢdi: 

"Onu bu  cəhənnəmdən  çıxart,  əgər  Allah  eləməmiĢ,  ona bir  Ģey olarsa, sabah bütün 

Azərbaycan Nadirin qəzəbinin qurbanı olar və oda qalanar". Lakin güllə Ġbrahim  xanı 

ölümcül yaralamıĢdı.  Aldığı yaradan Uğurlu xan da öldü. 

Ġbrahim  xanın ölüm  xəbəri  ildırı sürəti  ilə yayıldı və  Ġran ordusu arasında vahimə 

yaratdı. Ġranlılar qaçmağa baĢladılar. Qələbədən 

 

ruhlanan üsyançılar düĢməni qovmaqla 



kifayətlənməyib  onu  təqib  edir  və  ƏfĢarların  Azərbaycandakı  bir  sıra  inzibati 

mərkəzlərini  mühasirəyə  alırdılar.  XVIII  əsrin  30-cu  illərinin  sonun  yaxın  üsyançılar 

demək olar ki, ġirvandakı bütün karvan yollarma nəzarət edirdilər. 

Yalnız  Nadir  Ģahın  uzaq  Hindistandan  göndərdiyi  tələblərdən  sonra  Ģahzadə 

Rzaqulu  xan  Mirzə  Səfı  xanın  baĢçılığı  ilə  böyük  ordu yaradaraq  ġirvana  göndərə 

bildi. 


Cənubi  Qafqazı  itirməkdən  qorxan  Nadir  Ģah  üsyançılara  qarĢı  yürüĢə  özü 

baĢçılıq etməyi qərara aldı və 1741-ci ilin yazında Orta Asiyaya səfərini baĢa çatdıraraq 

özünün  əldən  düĢmüĢ  ordusunu  ġimali  Azərbaycana  -  Car  vilayətinə  və  Cənubi 

Dağıstana yönəltdi. Nadirin ordusunda əsgərlərin sayı 100 minə çatırdı. 

Belə  böyük  ordunun  bütün  xərcləri  yerli  əhalinin  üzərinə  düĢürdü.  Yayın 

əvvəllərində Nadir Ģah Yeni ġamaxıya gəldi. O, buradan Heydər bəyin baĢçılıq etdiyi 

10  minlik dəstəni dənizsahili rayonlarla üsyançıların arxasına göndərdi. Özü isə 35 minlik 

ordu ilə Bərdə, Qəbələ, ġahdağ vasitəsilə Qazıqumu xa doğru hərəkət etdi. 

Ġran  ordusu  üsyançıların  düĢərgəsinə  çatan  zaman  onların  baĢçıları  arasında 

sözün əsl mənasında özbaĢınalıq hökm sürürdü. Buna görə də heç təsadüfı deyildi  ki, Ġran 

ordusunun  elə  ilk  hücumu  zamanı  üsyançılar  "qorxuya  düĢdülər  və  aralarında  razılıq 

olmadığından dağlara səpələnərək Ģahın sərbəst keçməsinə imkan verdilər". 

Nadir Ģahın ordusu üsyançıları təqib etsə də, böyük itki verdiyindən öz yolunu 

Dağıstanın  Çox  kəndindən  o  tərəfə  davam  etdirə  bilmədi.  Burada  Ģah  üsyançılarla 

döyüĢə girməli oldu. DöyüĢ üsyançıların qələbəsi ilə nəticələndi. Ġtki verən Nadirin ordusu 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə