Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə172/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   168   169   170   171   172   173   174   175   ...   232

350 

 

geri  çəkilməyə  məcbur  oldu.  QıĢın  gəliĢi  ilə  Ġran  ordusunun  vəziyyəti  daha  da 



ağırlaĢdı.  Nadir  Ģah  özünün  əldən  düĢmüĢ  ordusuna  istirahət  vermək  və  yeni  qüvvə 

toplamaq  məqsədilə düĢməni təqib etməkdən əl çəkdi və ordunu ġirvana yönəltmək 

qərarına  gəldi.  Nadir  ġirvandan  da  daim  həyəcanlı  xəbərlər  alırdı.  Məlumatlardan 

birində  deyilirdi  ki,  "...ġirvanla  əlaqəni  saxlamaq  üçün  təyin  olunmuĢ  Ġran  generalı 

amansız hücuma məru z qalmıĢdır". 

Nadir  Ģah  ġirvanda  baĢ  verən  "özbaĢınalıqlara"  görə  ġirvan  bəylərbəyi 

Mahmud  xanı  günahlandırdı.  Onu  vəzifədən  kənar  etdi  və    ġah  ġirvanın  yeni 

hakimi  vəzifəsinə  özünün  yaxın  adamı,  ƏfĢarla  sülaləsinin  nü mayəndəsi  Heydər 

bəy ƏfĢan təyin etdi. Dərbənd  hakimi isə Məhəmmədəli Qırxlı o ldu. 

 

Yeni hakimlər təyin etməklə Nadir Ģah özünə etibarlı dayaq yaradacağına və 



bununla  öz  arxasının  təhlükəsizliy ini  təmin  edəcdi  yinə,  həm  də  belə  böhran lı 

vaxtda  ço x  vacib  olan  vergilərin  yığ ması  iĢini  qaydaya  salacağına  ümid  edirdi. 

Nadir Ģahın vəziri Mehdi   xan bir dəfə söhbətlərinin  birində etiraf etməyə  məcbur 

olmuĢdu  ki,  Gəncə  müqaviləsinə  əsasən  əvvəllər  Rusiyanın  tutduğu  torpaqların 

Ġrana  verilməsinə  baxmayaraq,  onlardan  heç  bir  xeyir  götürmək  mü mkün  deyil. 

Belə ki, Ġranın hakimiyyət orqanları həmiıi yerlərdən vergi toplaya bilmirlər.  

Bu dövrdə Ġranla  Türkiyə hələ də  müharibə vəziyyətində olduğundan Nadir 

Ģah  ġirvanda  iĢləri  bir  qədər  qaydaya  saldıqdan  sonrl  ordunun  əsas  hissəsi  ilə 

Türkiyə  sərhədləri  istiqamətində  hərəket  etdi.  Bu  dövrdə  zəh mətkeĢ  əhalin in 

istismarı  daha  da  gücləndiyi  vergilərin  sayı  artdığı,  orduya  zorla  səfərbərlik 

keçirildiy i  və  ordu  əldən  düĢdüyü  üçün  Nadir  Ģahın  çox  böyük  ərazin i  əhatə  edən 

dövlətinin demək o lar ki, bütün guĢələrində yeni-yeni silah lı üsyanları baĢ verird i. 

Ġran  hökmranlığına  qarĢı  yönəlmiĢ  üsyanlardan  biri  ġirvand a  baĢlandı.  Bu 

üsyan  "yaxĢı  hökmdar"  ideyası  altında  gedirdi.  Üsyan  iĢtirakçıları  özünü 

Səfəvilərin  hakimiyyətdən  uzaqlaĢdırılmıĢ  Ģahzadəsi  kimi  qələmə  verən  Ģəxsi 

müdafiə  edirdilər.  1743-cü  ildə    ard ıcıl  olaraq  (ilin  I  və  IV  rüblərində)  ġirvanda 

özünü Səfəvi Ģahzadəsi kimi qələmə verən iki Sam Mirzə meydana çıxmıĢdı.  

Birinci  yalançı  Sam  M irzə  əvvəlcə  Avarda  peyda  oldu.  O,  Dağıstana 

Osmanlı dövləti tərəfindən ona görə göndərilmiĢdi ki, burada kö mək aldıqdan sonra 

ġirvana  doğru  irəliləsin  və  üsyançı  Ģirvanlıların  kö məy i  ilə  yerlərdə  Ġran 

hakimiyyətini ləğv etsin. 

Sam Mirzə az müddət ərzində öz ətrafına böyük dəstə toplaya bildi. Tezliklə 

Nadir Ģaha qarĢı birgə hərəkət etməyə söz verən Qazıqu mu xlu Surxay  xan da Sam 

Mirzənin düĢərgəsinə gəldi. 

Hadisədən xəbər tutan Nadir Ģah oğlu Nəsrulla Mirzəyə böyük ordu ilə təcili 

olaraq ġamaxıya doğru hərəkət etməyi tapĢırdı. Bundan baĢqa, Nadir Ģah Gəncəyə, 




351 

 

Qarabağa,  Çu xursədə,  Əhərə,  Qaradağa,  Muğana  10-20  min lik  qoĢun  göndərərək 



yerli  qaraizonları  möhkəmləndirmək  və  dövlət  əleyhinə  çıxan ların  qarĢısım  almaq 

qərarıns gəldi. Elə bu vaxt Surxay  xanın və 50  minlik ordunun müĢayiət  etdiyi Sam 

Mirzə ġamaxın ı ələ keçird i.  Yerli əhali Sam Mirzəni  sevinclə qarĢıladı.  Lakin Sam 

Mirzəyə hakimiyyətdə uzun müddət qalmaq nəsib olmadı.  

Tezliklə  Ģahzadə  Nəsrulla  Mirzənin  ko mandanlıq  etdiyi  nizami  Ġran  ordusu 

ġamaxıya  yaxınlaĢdı.  Sam  M irzə  qaçmaq  istərkən  ələ  keçirildi  və  edam  edildi. 

Surxay  xan Dağıstanda gizlənə bildi.  Yeni ġaıııaxıda Ġran hakimiyyətin i bərpa edən 

Nəsrulla  M irzə  atasının  göstəriĢi  ilə  Heydər  xanı  ġirvan  hakimi  təyin  edib  geriyə 

döndü. 

Lakin  Sam  Mirzə  üzərində  qələbə  ġirvanda  Ġran  əleyhinə  hərəkatı  zəiflədə 



bilməd i.  1743-cü  ilin  sonuncu  rübündə  azadlıq  hərəkatına  mənĢəcə  adlı-sanlı 

ailədən olmayan və özünü Səfəvi Ģahzadəsi elan edən yeni bir Ģəxs baĢçılıq etməyə 

baĢladı. O, "Bini-beride" (Burnukəsik)  ləqəbi  ilə tanınırdı. Məsələ burasındadır ki, 

bu  Ģəxs  hələ  birinci  Sam  M irzə  meydana  gələnə  qədər  özünü  Səfəvi  taxtı-n ın 

qanuni  Ģahzadəsi  kimi  qələmə  verərək,  Təbrizdə  Ġran  əleyhinə  üsyana  baĢçılıq 

etməyə  cəhd  göstərmiĢdi.  Lakin  yalançı  Ģahzadə  tezliklə  ələ  keçirilmiĢ  və  ifĢa 

edilmiĢdi.  Hakimiyyət dairələri onu ciddi  rəqib saymamıĢ, azadlığa buraxmıĢdılar. 

Uzun  müddət  sərgərdan  həyat  keçirdikdən  sonra  həmin  Ģəxs  Dağıstanda  özünə 

sığınacaq  tapmıĢ  və  üsyana  baĢçılıq  edərək  Dərbəndə  yola  düĢmüĢdü.  II  Sam 

Mirzənin  dəstələrin in  gəlməsin i  gözləməyən  Dərbənd  feodalı  XurĢud  bəy  öz 

ətrafına  "qiyam  qald ırmaq  istəyən"  feodallardan  təxminən  250  adam  topladı. 

Artmaqda  olan  təhlükəni  hiss  edən  Sultan  Məhəmmədəli  Nad ir  Ģaha  həyəcanlı  bir 

məktub yazıb ondan kömək istədi. 

Ağsuya  -  Yeni  ġamaxıya  n isbətən  Dərbəndin  strateji  əhəmiyyətin i  daha 

yüksək  qiymətləndirən  Nadir  Ģah  ġirvan  hakimi  Xıdır  bəyə  dərbəndli 

Məhəmmədəlinin  kö məyinə  tələsməyi  əmr  etdi.  Lakin  ġabran la  Dərbənd  arasında 

ġirvan  üsyançıları  Heydər  xana  hücum  edib  ordusunu  məğlubiyy ətə  uğratdılar, 

özünü  isə  öldürdülər.  Bundan  sonra  üsyançılar  ġirvanın  mərkəzi  Ağsunu  ələ 

keçirdilər, az sonra II  Sam M irzə də Məhəmmədəlinin  müĢayiəti  ilə Ağsuya girdi. 

Sam  M irzənin  Ağsuda  həyata  keçirdiy i  ilk  tədbir  Nad ir  Ģah  tərəfındən  qoyulmuĢ 

ağır  vergi  sistemin i  ləğv  etmək  o ldu.  Bunun  əvəzində  Sam  Mirzə  xey li  yüngül 

vergilər  tətbiq  etdi.  Belə  münasibət  Nadir  höku mətinin  məmurları  tərəfındən 

amansız  istismara  məruz  qalan  əhalinin  Sam  Mirzə  ətrafına  toplan masına  gətirib 

çıxardı. 

Be ləliklə,  Yen i  ġa ma xı  böyük  bir  sahəni  -  tə xminən  Xə zər  sahillərindən 

Gəncəyə qədər olan ərazin i əhatə edən ġirvan üsyanını» mərkəzinə çevrild i.  Yalnız 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə