Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə175/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   171   172   173   174   175   176   177   178   ...   232

356 

 

hakimiyyəti ələ aldı. Bu dövrdə artıq Ġran dövləti tam tənəzzül keçirirdi. Ġranın  ozündə 



dövlət  əleyhinə  çıxıĢlardan  bərk  təĢviĢə  düĢ ən  Nadir  Ģah  Azərbaycana  cəza  dəstəsi 

göndərmək  üçün  qüvvə  tapa  bilmirdi.  Nadir  Ģah  1747-ci  il  iyunun  19-da  bəzi 

məlu matlara görə, mayın 9-da öldürüldü. 

Nadir  Ģahın qətli  ilə  onun  dövləti  əslində süqut  etdi.  Ġranda Ģah  taxtı  uğrunda 

qanlı  müharibələr  baĢlandı.  Silah gücünə  Ġran tərkibinə  ilhaq  edilmiĢ  ölkələr  tədricən 

özlərinin keçmiĢ müstəqilliklərini bərpa etməyə baĢladılar. 

Bu  dövrdə  Azərbaycanda  da  müstəqil  xanlıqların  yaranması  prosesi  gedirdi. 

Araz və  Kür  çayları  arasında  Qarabağ  xanlığı, Zəngəzur  dağlarından  Araz  çayınadək 

ərazidə  Naxçıvan  xan lığ ı  yarandı. Gəncə  xanlığı Murovdağ silsiləsindən Kür çayına 

qədər  uzanırdı.  ġirvan  yaylasında  ġamaxı  xanlığı,  Azərbaycanın  Ģimal-qərbində  isə 

ġəki xanlığı möh kəmləndi. 

AbĢeron  yarımadasında  Bakı  xanlığı,  Azərbaycanın  Ģimal-Ģərqində,  Xəzər 

dənizinin qərb sahilində Quba və Dərbənd xanlıqları yarandı. Bakı  xanlığından cənubda 

Salyan, Cavad və TalıĢ xanlıqları formalaĢdı. Azərbaycanın cənubunda Təbriz, Urmiya, 

Ərdəbil, Xoy, Qaradağ, Marağa, Maku və Sərab xanlıqları meydana gəldi. 

Bu xanlıqlardan əlavə, Azərbaycanda QutqaĢın, Qəbələ, ƏrəĢ,  Qazax, ġəmĢədil 

və  Ġlisu  sultanlıqları  yarandı.  Sonuncudan  Ģimalda  Car-Balakən  camaatı  yerləĢirdi. 

Qarabağ  xanlığın ın  dağlıq  hissəsində  Vərəndə,  Xaçın,  Gülüstan,  Dizaq,  Cərabərd 

məliklikləri mövcud idi. 

Azərbaycanda bu  xanlıqlar və digər  feodal  mülkləri  Ġranda  hakimiyyət  uğrunda 

mübarizə  aparan  feodal  qrupları  ilə  mübarizədə  yarandı.  Hakimiyyət  uğrunda 

mübarizədə  bu qruplar  Azərbaycan  feodallarını  öz  tərəflərinə çəkməyə  və  bununla da 

mövqelərini  möhkəmləndirməyə  cəhd  göstərirdilər.  Nadir  Ģahın  ölümündən  sonra 

Ġrandakı  qarıĢıqlıqdan  istifadə  edərək  daha  qəti  addımlar  atan  III  Sam  Mirzə  belə 

qruplardan birinin baĢçısı oldu. 

Sam Mirzə tezliklə  Lənkəran və Bakı xanlarını öz tərəfınə çəkərək RəĢtə yürüĢ 

etdi. Zəngin ticarət Ģəhərinə olan bu yürüĢ qarət məqsədi daĢıyırdı. Bu dövrdə Ġranın 

mü xtəlif  yerlərində,  xüsusilə  Nadir  Ģahın  qohumlarından  Ģah  tacına  çoxlu  iddiaçı 

meydana çıxdı. Bunlardan biri Nadir Ģahın qardaĢı oğlu, sonradan Adil Ģah adını qəbul 

etmiĢ Əliqulu Mirzə ƏfĢar idi. ġah taxtına rəqibin meydana gəlməsi və onun RəĢtdə 

olması  xəbərin i eĢidən Adil Ģah öz ordusunu oraya yeritdi. III Sam Mirzə  RəĢti tərk 

edib  Təbrizə  tələssə  də  burada  əhali  ƏfĢarlar  sülaləsi  nümayəndələrinə  qarĢı  üsyan 

qaldırılmıĢdı. Təbrizə gələn Sam M irzə hakimiyyəti ələ keçirdi və Ģəhər əhalisinin fəal 

köməyi  ilə  hələ  Nadir  Ģah  tərəfindən  qoyulmuĢ  idarə  sistemini  ləğv  etdi.  Beləliklə, 

yalançı Ģahzadə  Təbrizin də hakimi  oldu  III  Sam  Mirzə  Təbrizdə  pul  zərb  etdirməyə 

baĢladı.  O,  eyni  zamanda  Azərbaycan  xanlarına  özünün  ali  hakimiyyəti  haqqında 




357 

 

fərmanlar  göndərdi.  Lakin  öz  müstəqilliklərini  elan  etməyə  macal  tapmıĢ Azərbaycan 



xanları  Sa m  Mirzənin  fərmanını  rədd  etdilər.  ƏfĢar  sülaləsinin  nümayəndələri  ilə 

mübarizədə Azərbaycan xanlarında kömək almaq ümidindən məhrum olan Sam Mirzə 

Nadirin caniĢinlərinə qarĢı mübarizə aparılan yerlərdə əhaliyə yardım göstərməyi qərara 

aldı,  O,  Ġrəvan  qalasına  yürüĢ  etdi.  Burada  əhali  Nadir  Ģaha  əmisi  oğlu  və  keçmiĢ 

sərkərdəsi Əmiraslan xana qarĢı üsyan qaldırmıĢdı. 

ġəhər  əhalisinin  üsyanını  yatıran  Əmiraslan  xan  III  Sam  Mirzənin  dəstəsini 

darmadağın etdi. Bu məğlubiyyətdən sonra Sam Mirzə müttəfıqlərin yardımına daha çox 

ehtiyac  hiss  etdiyindən  Qarabağ,  Gəncə  və  ġamaxı  xanları  ilə  görüĢərək  özünün 

rəhbərliyi altında onlara ittifaq yaratmağı təklif etmək qərarına gəldi. 

Sam  Mirzəyə  yardım  göstərmək  əslində  öz  hakimiyyətini  təh lükə  altmda 

qoymaq demək  idi.  Çünki  yalançı Ģahzadə  Ġran  Səfəvilər  dövlətini bərpa  etmək  Ģüarı 

altında fəaliyyət göstərirdi. Bu dövlətə qarĢı uzun müddət mübarizə aparan xanlar Sam 

Mirzənin  yaxınlaĢ ması  xəbərini  eĢitdikdə  öz  qüvvələrin i  birləĢdirib  onu    məğlub 

etdilər və Arazın o tayına qovdular. 

Təbrizə  qayıdan  Sam  Mirzə  hakimiyyətdə  uzun  müddət  qala  bilmədi. 

Tezliklə  Əmiraslan  xanın  ordusu  Təbrizə  doğru  irəliləyərək    Sam  Mirzənin  dəstəsini 

məğlubiyyətə uğratdı, özünü isə edam etdi.  

Yalançı  Ģahzadə  üzərindəki  qələbədən  sonra  Əmiraslan  xan  1748-ci  ildə 

özünü Ġranın müstəqil hakimi elan etdi. Onun ilkin  mülkləri sırasına Təbriz və onun 

bölgələri  daxil  idi.  Lakin  Ģah  taxtının  iddiaçıları  ilə  döyüĢ  meydanında  toqquĢmaq 

istəməyən  Əmiraslan  xan  özünü  Ģah  elan  etməkdən  çəkindi.  Məhz  bu  mülahizələrə 

görə Əmiraslan xan pulları da öz adından deyil, Ġmam Rza adından buraxdırırdı. 

Əmiraslan  xan  qısa  müddət  ərzində  çox  böyük  əraziləri,  o  cümlədən  bütün 

əyalətləri  ilə  birlikdə  Təbrizi,  Ərdəbili,  Xalxalı,  Gəncəni  və  Azərbaycanın 

cənubundakı bir sıra əyalətləri özünə tabe etdi. Lakin Azərbaycanın Ģimal ərazilərində 

yerləĢən  bir  sıra  xanlıqlar,  o  cümlədən  Bakı,  ġamaxı,  ġəki,  Dərbənd,  Quba  onun 

hakimiyyətini tanımaqdan qəti imtina etdilər.  

Həmin  vaxt  Adil  Ģah  müxtəlif  üsullarla  Əmiraslan  xanı  öz  tərəfinə  çəkməyə 

hazırlaĢırdı.  O,  hətta  ittifaq  bağlamaq təklifı  ilə  Əmiraslan  xanın  yanına öz  elçisini  də 

göndərmiĢdi.  Lakin  Adil  Ģahın  təklifın i  qəbul  etməyən  Əmiraslan  xan  ərdəbilli 

Rzaqulu xanın ordusu ilə RəĢtə tərəf hərəkət etməyə və Ģəhəri ələ keçirməyə  çalıĢdı. 

Rzaqulu xan geri dönərkən Adil Ģahın göndərdiyi ordu  tərəfindən darmadağın edildi. 

Əmiraslan xan ġirvan və ġəkiyə doğru yürüĢündə uğur qazana bilmədi. Bu vilayətlərin 

xanları ordu toplayaraq Əmiraslan xanın yolunu kəsdilər və onun ordusuna Kür  çayını 

keçməyə imkan vermədilər. Əmiraslan xan geri dön məyə məcbur oldu. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə