Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə176/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   172   173   174   175   176   177   178   179   ...   232

358 

 

Bu dövrdə Azərbaycanın Ģimal vilayətlərinin xanları öz müstəqilliklərini həm də 



Adil  Ģahın  ordularından  qorumağa  çalıĢırdılar.  Bu  münasibətlə  Qarabağ,  Bakı, 

Dərbənd,  Quba,  ġamaxı,  ġəki  hakimləri  Adil  Ģahın  yanına  nümayəndələr  göndərib 

onların  müstəqilliyini  tanımaq  tələbini  irəli  sürdülər. "Əks halda özlərini  Nadir  Ģahın 

vaxtındakı kimi aparmağa məcbur olacaqlarını" elan etdilər. 

Belə cəsarətli ultimatuma görə onları cəzalandırmaq imkanı  olmayan Adil Ģah 

təklif ed ilən Ģərtlərlə razılaĢdı və hətta onlara xələt bağıĢladı. 

Əmiraslan  xan  da,  öz  növbəsində,  Azərbaycanın Ģimal  vilayətləri  hakimlərinə 

qarĢı silah iĢlətməyin mənasızlığını baĢa düĢərək, könüllü tabe olmaq haqqında onlarla 

danıĢıqlar aparmaq qərarına gəldi.  Əmiraslan  xanın cəhdləri heç bir nəticə vermədi. 

Belə  olduqda,  o  öz  ordusunu  parçalamaq  və  əvvəlcə,  heç  olmazsa,  ġirvanın  qədim 

paytaxtı ġamaxını əvəz edən Yeni ġamaxını ələ keçirməyi qərara aldı. 

DüĢmən  ordusunun  yaxmlaĢması  xəbəri  ġamaxı  hakimlərini  qorxuya  saldı. 

Müttəfıqlərin  köməyi  olmadan  düĢməni  dəf  etmək  iqtidarında  olmayan  hakimlər 

əhalini taleyin ümidinə buraxaraq qalanı tərk etdilər. 

ġamaxını  müqavimətsiz  ələ  keçirən  Əmiraslan  xan  Ģəhərnin  hakimi 

vəzifəsinə  Əh məd  xanı  təyin  etdi  və  onun  yanında  döyüĢçü  qoyaraq  sürətlə 

Gəncəyə  doğru  irəliləd i.  Əmiraslan  xan  getdikdən  sonra  ətraf  kəndlərin  əhalisi 

Ģəhəri tərk edən Ģamaxılılarla birləĢərək düĢməni təqib etməyə və ona böyük zərbələr 

vurmağa baĢladılar. Sonra onlar ġamaxıya dönərək, Əhməd xanın baĢ çılığı a ltında olan 

qarnizonu bütünlüklə məhv etdilər. 

Azərbaycan  xanlarının  müstəqilliyindən  çox  narahat  olan Adil  Ģah  onları  öz 

tərəfınə  çəkmək  üçün  hakimlərə  yenidən  hədiyyələr  göndərməyi  qərara  aldı.  Lakin 

Azərbaycan  xanları  Ġranda  vəziyyəti  gündən-günə  pisləĢən  Adil  Ģahdan  hədiyyələr 

qəbul etmək istəmədilər. 

1748-ci ilin sonunda Adil Ģah ara vuruĢ malarının qurbanı oldu. O özünün Ġranın 

Ģahı elan edən doğma qardaĢı Ġbrahim Mirzə tərəfindən hakimiyyətdən devrildi. 

Ġbrahim Ģah, hər Ģeydən əvvəl, özünün əsas rəqibi hesab etdiyi  Əmiraslan xanı 

aradan götürməyi qərara aldı. Elə ilk toqquĢmada Əmiraslan xan  məğlubiyyətə uğradı 

və sonralar xəyanət nəticəsində Ġbrahim Ģaha təslim edildi. Öz sələfi kimi Ġbrahim Ģah 

da  Azərbaycan  xanlarının  köməyinə  ehtiyac  duyurdu.  Bu  münasibətlə  o  da  xanlara 

hədiyyələr  göndərərək  özünün  Ģah  tacını  qəbul  etdiyini  bildirdi  və  onlardan  hərbi 

kömək  istədi.  Lakin  Ģamaxılı  Hacı  Məhəmmədəli  xan  istisna  olmaqla,  Azərbaycan 

xanları  Ġbrahim  Ģahın  hakimiyyətini  tanımaqdan  imtina  etdilər.  Bu  azmıĢ  kimi, 

qubalı  Hüseynəli  xan,  Ģəkili  Hacı  Çələbi,  salyanlı  Səfərəli  xan  və    bakılı  Mirzə  

Məhəmməd  xan  Ġbrahim  Ģaha  qulluq  göstərdiyinə  görə  ġamaxı  xanını 

cəzalandırmaq qərarına gəldilər. 




359 

 

Onlar  öz  aralarında  razılığa  gəldilər  və  hər  kəs  dəstəsi  ilə  Yen i  ġamaxıya 



doğru  hərəkət  edərək  onu  mühasirəyə  aldı.  Lakin  mühasirə  gözlənilən  nəticəni 

vermədi. Xanlar arasında ixtilaf yarandı və bundan məharətlə istifadə edən Ġbrahim Ģah 

Ģamaxılı  Məhəmmədəli  xana  kömək  üçün  ordu  göndərdi.  Bu  dövrdə  Quba  xanı  ilə 

düĢmənçilik edən Dərbənd xanının ordusu da ġamaxı xanmın köməyinə yetiĢdi. 

Azərbaycan  xanları  cənubdan  Ġran,  Ģimaldan  isə  Dərbənd  qoĢunlarının  gələ 

biləcəyini  güman  etmirdilər.  Onlar  həmçinin  Yeni  ġamaxım  azsaylı  qoĢunla  ələ 

keçirə b iləcəklərini düĢünmüĢdülər və buna görə də hər bir xan 200-300 döyüĢçü ilə 

kifayətlənmiĢdi.  Azsaylı  müttəfiq  qoĢunları  üç  hissəyə  bölünməyə  və  üç  cəbhədə 

döyüĢməyə  məcbur  oldular.  Bu  gözlənilməz  hadisə  Azərbaycan  xanlarını  möhkəm 

qəzəbləndirdi  və  onlar  ittifaqa girərək  heç  vaxt  Ġbrahim  Ģaha  tabe  olmayacaqlarına 

and içdilər. 

Hələ  1748-ci  ildə  Azərbaycan  feodallarının  Ġrana  qarĢı  yaranmıĢ  ittifaqı 

Azərbaycanda Ġran hökmranlığının tam ləğv olunduğunu göstərirdi. Ġttifaq bağlandıqdan 

sonra  xanlar  ilk  növbədə  ġamaxı  xanından  intiqam  almaq  qərarına  gəldilər.  Bu  dəfə 

nisbətən  böyük  qüvvə  toplayan  müttəfiqlər  öz  qoĢunlarını  Yeni  ġamaxıya  doğru 

yönəltdilər. Yeni ġamaxının - Ağsunun mühasirəsi cəmi 8 gün çəkdi. 

Hacı  Məhəmmədəli  xanı  hakimiyyətdən  devirən  qaliblər  Ģama xılılara  "iranlı 

ġah Ġbrahimə xid mət etməməyə və onun təbəəsi olmamağa and içdirdilər". 

XVIII  əsrin  birinci  yarısında  Ġran  hökmranlığına  qarĢı  çıxıĢ  edən 

Azərbaycanın  feodal  hakimləri  yerli  əhaliyə  arxalanırdılar.  Məhz  bu  mübarizə 

Azərbaycan ərazisində yadelli hökmranlığın  ləğv edilməsinə gətirən əsas amillərdən 

olmuĢdur. 




360 

 

XII FƏSĠL 



 

XVIII ƏSRĠN B ĠRĠNCĠ YARIS INDA AZƏ RBAYCANIN 

SOSĠAL-ĠQTĠSADĠ QURULUġ U 

 

Kənd  təsərrüfatı  və  aqrar  münasibətlər.  XVIII  əsrin  əvvəllərində  hələ 

də  Səfəvi  dövlətinin  tərkibində  olan  Azərbaycan  keçmiĢdəki  kimi  öz  təbii 

sərvətlərinin zənginliyi ilə fərq lənird i. 

Ölkə  iqtisadiyyatının  əsas  sahələrini  əkinçilik  və  maldarlıq  təĢ kil  edirdi. 

GünəĢli  günlərin  bolluğu  və  torpağın  münbitliyi  burada  müxtəlif  kənd  təsərrüfatı 

bitkilərinin yetiĢdirilməsinə zəmin yaradırdı. 

Əkinçilikdə  əsas  yeri  dənli  bitkilər  tuturdu.  Bu  sahədə  ġirvan,  Təbriz, 

Gəncə, Qarabağ, Quba, Qazax,  Lənkəran, həmçinin ġəkinin bərəkətli torpaqlarından 

daha  çox  məhsul  əldə  edilirdi.  Qa ra  torpaq  sahələrdə,  xüsusilə  Kür  və  Araz 

çaylarından çəkilən süni suvarma  sistemi  -  arx  və  qanovlar  əkinçilərə  buğda,  arpa, 

düyü, darı və digər dənli bitkiləri yetiĢdirmək üçün imkan yaradırdı.  Dənli bitkilər 

arasında əsas yeri taxılçılıq tuturdu. 

Taxılçılıq  üçün  daha  əlveriĢli  sahələr  Kür  çayı  boyunca  yerləĢən  kəndlərə 

məxsus  idi.  XVIII  əsrin  əvvəllərində  Azərbaycana  gəlmiĢ  iezuit  missionerləri 

ġirvanda kəndlilər tərəfındən torpağın iĢlənməsinin və burada yüksək keyfıyyətli taxıl 

məhsulu  götürülməsinin  Ģahidi  olmuĢlar.  Onların  yazılannda  oxuyuruq:  "Torpaq  3 

qədər münbitdir ki, gübrəyə ehtiyacı yoxdur. Torpağa yalnız bir və ya iki il  istirahət 

verildikdən sonra yenidən əkinə baĢlayırlar.  Əldə edilən buğda çox gözəldir, ondan 

əla çörək biĢirilir". 

Quba əyaləti də taxılla  zəngin id i.  Belə  ki,  Quba kəndliləri  ġəki,  Dərbənd, 

Bakı və digər yerləri buğda ilə təmin edirdilər.  MüĢkür mahalında da keyfıyyətli və 

bol taxıl  məhsulu  yetiĢdirilirdi.  Dövrün  müasiri,  XVIII  əsrin  20-ci  illərində  ġirvanda 

olmuĢ  Ġ.Qerber  bu  barədə  öz  xatirələrində  yazmıĢdır:  "Bu  mahal  bütün  ġirvanı, 

ġamaxmı və Dağıstanın bir hissəsini buğda, arpa, darı ilə təmin edir. 

Həmin bitkilərin bu yerlərdə xeyli miqdarda əkilməsinə buraya Kürdən axan 

xırda çaylar kö mək ed ir". 

Dənli bitkilər arasında çəltik də mühüm əhəmiyyət kəsb edirdi.  Çəltik əsasən 

TalıĢda,  Cavadda,  Marağada,  ġəkidə,  həmçinin  Təbriz  və  ġirvan  əyalətlərin in 

vadilərində əkilird i. 

Vergi  verən  əhalin in  həyatında  əsas  yeri  nisbətən  az  su  tələb  edən  arpa 

tuturdu. Kəndlilər həmçinin paxlalı bitkiləri də beeərirdilər. 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə