Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə180/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   176   177   178   179   180   181   182   183   ...   232

367 

 

Rus  tacirləri  A.P.Vo lınskiyə  bild ird ilə r  ki,  1707-ci  ildən  bəri  yalnız 



ġamaxıda  alver  edirlər.  Həmin  müddət  ərzində  yerli  tacirlər  və  dövlət  məmu rları 

onları ço x incitmiĢ, malların ı mən imsəmiĢlər. 

Rus  tacirlərinin  Ģikayətlərini  d inlədikdən  sonra  A.P.  Vo lınski  "Ġranda, 

ġamaxıda  və  Niyazabad  körpüsündə  rus  taçirlərinə,  əlahəzrət   çarın  təbəələrinə 

vurulan  ziyanlar  haqqında"  10  maddədən  ibarət  geniĢ  məktub  yaza raq  ġirvan 

bəylərbəyi Key xosrova göndərdi və ondan belə hallara son qoyulmasın ı tələb etdi. 

Lakin A.P.Vo lınski ġamaxıda rus tacirlərinin  iĢlərinin qaydaya salınması sahəsində 

heç bir iĢ görə bilmədi və səfərini davam etdirərək Ġsfahana yola düĢdü. 

1717-c i  ildə  isə  A.P.Vo lınski  ilk  dəfə  ola raq  Rusiya  ilə  Ġran   arasında 

ticarət  müqaviləsi  bağlanılmasına,  həmçinin  ġamaxıda  Rusiyanın  konsulluğunun 

açılmasına  nail  oldu.  Rus  elçisinin  səyi  ilə  Ģah  rus  tacirlərinə  qarĢı  maneələrə  son 

qoyulması  haqqında  ġirvan  bəylərbəyi  Key xosrova  fərman  göndərdi.  ġirvan 

bəylərbəyinə  eyni  zamanda  tapĢırıldı  ki,  Ģahın  fərmanı  əsasında  Dərbəndin  və 

Niya zabadın gömrük rə isləri bundan sonra rus tacirlərini sıxıĢdırmasınla r. 

1721-c i  il  ġirvan  üsyanı  za manı  ġa ma xı  Ģəhərinin  ticarətinə  də  böyük 

ziyan  dəydi.  Lakin  hakimiyyəti  ələ  keçirmiĢ  Hacı  Davud  götürülən  gəliri  nəzərə 

alaraq,  Ģəhərdə  ticarətin  dirçəld ilməsi  üçün  tədbirlər  gördü.  Bunun  nəticəsində 

ġamaxıda qısa bir müddət ərzində ticarət çiçəklən məyə baĢladı. 

1723-cü  il  ġirvan  üsyanından  iki  il  sonra  ġama xıda  olmuĢ  ingilis  Henri 

Bryus  öz  xatirələrində  ġamaxın ı  bütün  Cənubi  Qafqazın  ən  məĢhur  ticarət  Ģəhəri 

kimi qələmə vermiĢdir. O yazır: "ġamaxıda bütün ġərq xalqların ın Ģirkətləri vard ır. 

Məhz bu səbəbə görə də Ģəhərdə bütün ölkələrdən gələn tacirlərə rast gəlmək olur". 

1724-c i  ildə  Rusiya ilə Tü rkiyə arasında bağlan mıĢ Ġstanbul müqaviləsinə 

əsasən  ġirvana  daxili  mu xtariyyət  verildikdən  sonra  ġamaxı  Ģəhərinin  ticarəti 

demək  olar  ki,  büsbütün  əvvəlki  vəziyyətinə  qayıtdı.  Bakı  Ģəhərinin  ko mendantı 

knyaz Ba ryatinski 1724-cü ildə mərkə zə göndərdiyi məktubunda Bakı limanına te z-

tez ġirvan, o cü mlədən ġamaxı və Quba tacirlərinin karvanlarının gəldiyin i yazırdı. 

XVIII  əsrin  b irinci  yarısında  ticarət  sahəsində  Gəncə  heç  də  ġamaxıdan 

geridə  qalmırdı.  Təkcə  onu  qeyd  etmək  kifayətdir  ki,  Gəncədən  ildə  hər  birin in 

ağırlığ ı 100, bəzən 400 rus futuna bərabər olan 100 tay xam ipək ixrac edilirdi. 

Gəncə  bazarında  yerli  mallar  və  sənətkarların  hazırladıqları  əĢyalardan 

baĢqa,  qonĢu  ölkələrdən  -  Rusiyadan,  hətta  Qərbi  Avropa  ölkələrindən  gətirilən 

mallara təsadüf edilird i. 

1724-1735-c i  illərdə  Türkiyə  qoĢunlarının  iĢğal  zonasında  olan  Gəncə, 

Təbriz,  Naxçıvan,  Ərdəbil,  Xoy  və  Azərbaycanın  digər  Ģəhərlərində  ticarət  xey li 

zəiflədi. 




368 

 

ġəhərlərdə ticarət əsasən bazar  meydanında aparılırd ı.  Bu ona görə  idi  ki, 



Ģəhər  hakimləri  ticarətin  gediĢinə  lazımi  nəzarət  edə  bilsinlər.  Ticarət  aparan 

tərəflər  dövlət  xəzinəsinə  lazım  olan  mü xtə lif  gö mrü k  haqqı  verməli  id i.  Bazar 

meydanının  mərkəzində  qapan  adlanan  xüsusi  mizan-tərəzi  qoyulmuĢdu.  Satılmaq 

üçün gətirilən bütün mallar həmin tərəzidə çəkilir və tacirdən  malın keyfıyyətindən 

və kəmiyyətindən asılı olaraq müəyyən gömrük-mizan pulu alın ırdı. 

Əgər  tacir  istədiyi  Ģəhərə  mal  satmaq  üçün  getmək  istəyirdisə,  hər  hansı 

Ģəhər və kənddən, yaxud körpüdən keçərkən rahdari adlanan gömrük haqqı verməli 

idi.  Rahdari  gömrüyünün  miqdarı  sabit  deyildi.  Rahdari  gömrüyü  də  malın 

həemindən, keyfiyyət və kəmiyyətindən, satılaeaq yerdən asılı olurdu. 

Rahdari gö mrüyü Ģahın xəzinəsinə külli  miqdarda gəlir gətirən vergilərdən 

idi. Xa rici ticarətdən baĢqa vergilərlə  yanaĢı, tərcü məçilərin nəfinə olaraq dilmane 

pulu  da  alınırd ı.  Təkcə  ġa ma xıda  rus  tacirləri  ildə  təqribən  1000  manatdan  artıq 

dilmane pulu verməli o lurdular. 

Saysız-hesabsız  ticarət  vergiləri,  habelə  ölçü,  çəki  mü xtəlifliyi,  vahid  pul 

sisteminin  olmaması,  hərbi  yürüĢlər,  feodal  ara  müharibələri  ticarətin 

məhdudlaĢmasına gətirib çıxarırdı.  Bu, eyni zamanda Ģəhər təsərrüfatının tənəzzü lü 

ilə  nəticələnirdi.  Təsadüfı  deyild ir  ki,  XVIII  əsrin  birinci  yarısında  baĢ  verən 

üsyanlarda  Ģəhər  əhalisi,  xüsusilə  ticarətlə  məĢğul  olanlar  və  sənətkarlar  ya xından 

iĢtirak edird ilər. 



Xalq  hərəkatı.  Gündən-günə  Ģiddətlənən  feodal  istismarı  sinfı 

mübarizənin  kəskin ləĢməsinə  gətirib  çıxarırdı  ki,  bu  da  ilk  növbədə  kəndlilərin 

vergidən bəyun qaçırması və mü kəlləfıyyətləri yerinə yetirməməsi ilə  nəticələnirdi. 

Bəzi  hallarda  feodal  istismarı  kəndliləri  kütləv i  halda  doğma  yurdlarını  qoyub 

qürbət  ellərə  qaçmağa  məcbur  edird i.  XVIII  əsrin  əvvəllərində  ġamaxıda  olmuĢ 

iezuit  Ġohan  Laman  Moskvadakı  miss ioner  Emiliana  göndərdiyi  məktubunda 

yazırdı  ki, "kəndlilərin istis marı elə bir dərəcəyə çatmıĢdır  ki, baĢ götürüb qaçmaq 

istəyirlər,  inanıram  ki,  əgər  onların  hər  hansı  bir  yerdə  təhlükəsiz  sığına cağı 

olsaydı,  bir  nəfər  də  kənddə  qalma zdı".  Uzaq  yerlə rə  qaçmıĢ  kəndlilər  ço x  za man 

acından  ölməsinlər  deyə  qarətə  əl  atır,  feodal  malikanələrini  dağıdır,  tacir 

karvanlarına basqın edirdilər.  

ġah Sultan Hüseynin 15 yaĢına çatmıĢ hər kəsin vergi siyahısına salınması 

barədə  fərmanından  sonra  qaçqın  kəndlilərin  sayı  bir  neçə  dəfə  artd ı.  ġah ın 

siyahıyaalma  fərman ı  geniĢ  xalq  kütləsi  üçün  əsil  bəlaya  çevrildi.  Vergi 

toplayanların  acgözlüyü  və  tamah karlığ ı  ü zündən  saysız-hesabsız  kəndli  ailəsi  öz 

doğma  yurdunu  tərk  edib  qürbət  ölkələrə  gedirdi.  Qaçqın  kəndlilərin  sayı 

çoxaldıqca becərilməyən torpaqların sayı da artırdı. Beləliklə, dövlət xəzinəsinin də 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə