Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə186/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   182   183   184   185   186   187   188   189   ...   232

380 

 

xanlıqlarının  birləĢ miĢ  qüvvələri  tərəfındən  iĢğal  edildi.  Bundan  sonra  Qaradağ 



xanlığı, demək olar ki, öz müstəqilliyin i itirdi. 

Təbriz  xanlığının  banisi  Dünbuli  tayfasının  görkəmli  nümayəndəsi 

Nəcəfqulu  xan (1745-1780) olmuĢdur. O, Təbrizdə urmiyalı Fətəli  xan ƏfĢarın fəal 

yardımı  ilə  möhkəmlən miĢdi.  Buna  görə  də  Təbriz  xanlığı  müəyyən  vaxt  ərzində 

Urmiya  xan lığ ından asılı vəziyyətdə olmuĢdu. Faktiki olaraq Nəcəfqulu  xan Təbriz 

xanlığını  Urmiya  xan ının  naibi  kimi  idarə  edird i.  Lakin  1763-cü  ildə  Fətəli  xan 

ƏfĢar  Kərim  xan  Zənd  tərəfindən  məğlub  edildikdən  sonra  Təbriz  xan lığ ı  tam 

müstəqillik qazandı. Nəcəfqulu xanın gördüyü ilk tədbirlərdən biri ö z hakimiyyətini 

möhkəmləndirmək üçün Təbrizin ətrafına qala divarları çəkdirmək oldu. 



Marağa  xanlığının  əsasını  Əliqulu  xan  Müqəddəm  (1747-1750) 

qoymuĢdur.  Elə  bir  əhəmiyyət  kəsb  etməyən  bu  xanlıq  Ağa  Məhəmməd  Qa car 

hakimiyyətə gələnə qədər müstəqil id i. 

Ərdəbil xanlığının banisi ġahsevən tayfasının baĢçısı Nəzərəli  xan (1747-

1783)  olmuĢdur.  Onun  hakimiyyəti  dövründə  xanlıq  in kiĢaf  etmiĢdi.  Nəzərəli  xan 

nikah dip lo matiyası vasitəsilə qarabağlı Ġbrah im  xanla dostluq əlaqələri yarat mıĢdı 

və  Lənkəran  xan lığı  ilə  də  mehriban  qonĢuluq  münasibətində  idi.  Ġran  hakimi 

Kərim  xan  Zənd  Ərdəbil  xanlığın ı  ələ  keçirmək  üçün  cidd-cəhd  göstərirdi.  Onun 

məsləhəti  ilə  Gilan  hakimi  Hidayət  xan  Ərdəbildən  uzaqlarda  olan  Nəzərəli  xan ın 

üzərinə  xaincəsinə  basqın  edib  onu əsir  görürdü  və  Ənzəliyə  apardı.  Lakin  Kərim 

xanın  ölü mündən  sonra  (1779)  ərdəbillilər  Gilana  hücum  edib  Nəzərəli  xanı 

əsirlikdən qurtardılar. 

Urmiya  x a n l ı ğ ı n ı n   baĢçısı  ƏfĢarlar  tayfasından  olan  Fətəli  xan  ƏfĢar 

(1747-1763)  idi.  Öz  sərhədlərini  geniĢləndirmək  məqsədi  güdən  Fətəli  xan 

müəyyən vaxt ərzində Cənubi Azərbaycanda xeyli ərazi tuta bilmiĢdi.  Lakin 1763-

cü ildə onun özü Kərim  xan Zənd tərəfındən məğlub edildi.  Bundan sonra Urmiya 

xanlığı ö zünün əvvəlki əhəmiyyətini itird i. 

Xoy xanlığının ilk hakimi ġahbaz  xan (1747-1763) olmuĢdur. O, Nadir Ģah 

dövründə  Xoy  vilayətinin  hakimi  olmuĢ  Murtuzqulu  xanın  oğlu  idi.  ġah 

Ģübhələndiyinə  görə,  Murtuzqulu  xan ı  qətlə  yetirmiĢ,  vilayətə  onun  oğlu  ġahbaz 

xanı  hakim  təyin  etmiĢdi.  Nadir  Ģahın  ölü mündən  sonra  o  özünü   Xoy  xanlığın ın 

müstəqil  hakimi  elan  etmiĢdi.  Mülay im  siyasət  yeridən  ġahbaz  xan  Fətəli  xan 

ƏfĢarla dostluq münasibətləri saxlayırd ı. 



Maku  x a n l ı ğ ı n ı n   banisi  Bayat  tayfasının  baĢçısı,  Nadir  Ģahın 

sərkərdələrindən  biri  Əh məd  Su ltan  (1747-1778)  id i.  ġah ın  ölü mündən  sonra 

vətənə qayıdan Əhməd  Sultan Makunu  müstəqil  xanlıq, ö zünü isə  xa nlığın hakimi 



381 

 

elan etmiĢdi.  Xanlığın paytaxtı iki tərəfdən dağlarla əhatə olunmuĢ Maku Ģ əhəri idi. 



Maku xanlığ ı öz ətrafında 30 kəndi b irləĢdirirdi. 

Sərab  xanlığının  əsası  ġəqaqi  tayfasının  baĢçısı  Əli  xan  (1747-1786) 

tərəfındən  qoyulmuĢdur.  Nadir  Ģahm  ölü mündən  sonra  paytaxtdakı  qarıĢıqlıqdan 

istifadə  edən  Əli  xan  özünü  həmtayfaları  arasında  xan  elan  etdi.  O, 

Məhəmmədhəsən  xan  Qacarla  mübarizədə  öz  müstəqilliyini  qoruyub  saxlasa  da, 

Kərim  xan ın  nominal  hakimiyyətini  qəbul  etməyə  məcbur  olmuĢdu.  Lakin  onun 

ölümündən  sonra  Sərab  xan lığ ı  yenidən  müstəqilliyə  nail  o lmuĢ,  öz  sərhədlərini 

geniĢləndirməyə cəhd göstənniĢdi. 

Adları  çəkilən   xanlıq lardan  baĢqa,  Kür  ilə  Araz  çayların ın  qovuĢuğunda 



Cavad  xanlığı  və  Kür  çayının  mənsəbində  daha bir  kiç ik  xan lıq  -  Salyan  xanlığı 

mövcud idi. 



Xanlıqların  qarĢılıqlı  münasibətləri  və  Azərbaycan  torpaqlarının 

birləĢdirilməsi  təĢəbbüsü.  Xan lıq lar  dövrü  Azərbaycan  tarixində  feodal 

dağınıqlığ ı  və  Ģiddətli  feodal  ara  çəkiĢmələri  ilə  səciyyələnir.  Hakim  feodallar  - 

xanlar  bir-biri  ilə  mübarizə  apararaq  əra zilərini  geniĢləndirməyə,  vergi  ve rməyə 

qadir  olan  rəiyyətin  sayını  artırmağa  ean  atırdılar.  Müəyyən  bir  həddən sonra  bu, 

obyektiv  surətdə  Azərbaycan  torpaqlarının  birləĢdirilməsi  prosesinə  çevrilirdi.  Bu 

baxımdan urmiyalı Fətəli  xan ƏfĢarın, Ģəkili Hacı  Çələbi  xan ın, qarabağlı  Pənahəli 

xanın təĢəbbüsləri təqdirə layiq olsa da, heç bir müsbət nəticə verməmiĢdir. 

Hacı  Çələbi  ö zünü  xan  elan  etdikdən,  1747-ci  ildə  Qəbələ  və  ƏrəĢ 

sultanlığını  ġəki  xanlığına  birləĢdirdikdən  sonra  ġəmsəddin  mahalın ı  özünə  tabe 

etmək  istədikdə  Kartli  ça rı  Tey muraz  və  Kaxeti  çarı  II  Ġraklinin  simasında  güclü 

rəqiblərlə  toqquĢmalı  olmuĢdur.  Gü rcü  çarları  da  baĢqa  feodal  hakimləri  kimi 

qonĢu xanlıq lar hesabına varlanmağa çalıĢırdılar.  Gürcü  mənbələrinin birində etiraf 

olunur  ki,  Teymuraz  və  II  Ġraklinin qoĢunları  ilə  toqquĢma  zamanı  Hacı  Çələbi  xanın 

döyüĢçüləri  düĢməni  darmadağın  etmiĢlər.  Gürcü  çarları  4000  nəfər  itirmiĢ, 

qoĢunlarının bir hissəsi Alazan çayında batmıĢ, bəziləri isə əsir düĢmüĢdülər. 

Hacı Çələbi xan  xarici düĢmənlərin yürüĢünü dəf etdiyi zaman  Azərbaycanın 

digər  xanlıqları  arasında  torpaq  və  rəiyyət  üstündə  mübarizə  davam  etməkdə  idi. 

Məğlub  olmuĢ  gürcü  çarları  Azərbaycan  xanları  arasında  gedən  rəqabətdən  öz 

xeyirlərinə istifadə etməyi qərara aldılar. Onlar ilk növbədə ġimali Azərbaycanda böyük 

nüfuza malik olan qarabağlı Pənahəli xanı öz tərəflərinə çəkməyi p lanlaĢdıraraq, Hacı 

Çələbi xan ın gündən-günə qüvvətlənməsinin qonĢu xanlıqlar üçün təhlükəli olduğunu 

ona bildirdilər və birlikdə ġəki xanlığ ına hücum etməyə çağırdılar. 

Torpaqlarını  geniĢləndirmək  və  rəiyyətin  sayını  çoxaltmaq  arzusunda olan 

Pənahəli  xan gürcü çarlarının təklifini qəbul etdi. Tezliklə Hacı Çələbi  xandan ehtiyat 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə