Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə187/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   183   184   185   186   187   188   189   190   ...   232

382 

 

edən qaradağlı Kazım  xan, naxçıvanlı Heydərqulu xan, Gəncəli ġahverdi xan və irəvanlı 



Hüseynqulu xan da bu ittifaqda birləĢdilər. DanıĢıqlar aparmaq üçün II Ġrakli  müttəfıqlərə 

Gəncədə görüĢməyi təklif etdi. 

Gəncə görüĢünə II Ġrakli və atası Teymuraz heç kəsə bildirmədən böyük bir 

ordu  ilə  gəldilər.  Gürcü  qoĢunları  qəflətən  basqın  edərək danıĢıqların  iĢtirakçısı  olan 

Azərbaycan xanlarını əsir götürdülər və Tiflis istiqamətində irəlilədilər.  Bundan xəbər 

tutan Hacı Çələbi  xan vaxt itirmədən düĢməni təqib edərək, Qızıl qaya adlanan yerdə 

onları məğlubiyyətə uğratdı. Teymurazla II  Ġrakli aradan  çıxıb  Tiflisə  tələsdilər.  Hacı 

Çələbi  xan əsirlikdən qurtardığı xanlarla görüĢmədən düĢməni təqibdə davam etdi və 

nəticədə  Borçalı  və  Qazax  mahallarını  ələ  keçirdi.  Həmin  mahallarm  idarəsini  oğlu 

AğakiĢiyə tapĢırıb ġəkiyə döndü. Lakin çox keçmədi ki, Gürcüstandan gələn qoĢunların 

təzyiqi altında AğakiĢi ġəkiyə qayıtmalı oldu. 

Müəyyən  vaxtdan  sonra  Hacı  Çələbi  xan  Car  torpağı  uğrunda  bir  daha  II 

Ġrakli  ilə  toqquĢmalı  oldu.  DöyüĢ  yenə də Ģəkililərin  qələbəsi  ilə  nəticələndi.  Gürcü 

qoĢunları  üzərində  qələbədən  ruhlanan  Hacı  Çələbi  xan  öz  dövlət  sərhədlərini 

geniĢləndirməyi  qərara  aldı.  1755-ci  ildə  Hacı  Çələbi  xan  qubalı  Hüseynəli  xanla 

toqquĢmalı  oldu.  Lakin  həmin  döyüĢdə  Ģəkililər  məğlubiyyətə  uğradılar.  Bu 

hadisədən  sonra  Hacı  Çələb i  xan  vəfat  etdi.  Atasını  ġəki  xan lığında  əvəz  edən 

AğakiĢi  çox  keçmədən  qayınatası  Qazıqumu xlu  Məhəmməd  xan  tərəfindən  qətlə 

yetirildi.  ġəki  xanlığının  taxtına  sahib  olan  Məhəmməd  xan  da  hakimiyyəti  əldə 

saxlaya  bilməd i.  40  gün  xanlıq  etdikdən  sonra  Hacı  Çələbi  xanın  nəvəsi 

Məhəmmədhüseyn  xan  onu  taxtdan saldı  və  ġəki  xanlığını  22  il  ərzində  idarə  etdi. 

Onun hakimiyyəti dövründə ġəki  xanlığında feodal ara çəkiĢmələrinin demək olar  ki, 

qarĢısı  alındı.  Nəticədə  xanlıqda  təsərrüfatın  bütün  sahələrində,  o  cümlədən  kənd 

təsərrüfatı,  sənətkarlıq  və  ticarətdə  müəyyən  irəliləyiĢ  əmələ  gəldi.  Xanlıqda 

müharibələr  zamanı  sıradan  çıxmıĢ  suvarma  sistemi,  ticarət  yolları,  kəndlər  təcridən 

bərpa  olunmağa  baĢladı.  Lakin  bu  tədbirlər  çox  davam  edə  bilmədi. 

Məhəmmədhüseyn xan feodal ara müharibəsinin qurbanı oldu. Onu əmisi Hacı Çələbi 

xanın digər oğlu Əbdülqadir xan qətlə yetirdi. Lakin Əbdülqadir xanın hakimiyyəti də 

çox davam etmədi. Tezliklə Əbdülqadir  xanı Məhəmmədhəsən xanın oğlu Hüseynağa 

xan  qətlə  yetirib  hakimiyyəti  ələ  alsa  da,  ġəki  xanlığının  taxt ında  cəmi  iki  il  otura 

bildi. Beləliklə, əldən-ələ  keçən ġəki  xanlığı siyasi cəhətdən zəiflədiyi kimi, iqtisadi 

sahədə də sarsıldı. 

Azərbaycan  torpaqlarını  birləĢdirməyə səy  göstərən  hakim  feodallardan  biri 

də qarabağlı Pənahəli xan idi. 1751-ci ildə Pənahəli xan ona qarĢı olan güclü hücumun 

qarĢısını  almıĢdı.  Ġlk  dəfə  o,  Məhəmmədhəsən  xan  Qacarın  yenieə  əsası  qoyulmuĢ 



383 

 

ġuĢa qalasına həmlələrini  müvəffəqiyyətlə dəf etmiĢ,  ikinci dəfə  Qarabağ qoĢunları 



Urmiya xanlığının döyüĢçüləri ilə toqquĢmalı olmuĢlar. 

Urmiya  xanlığının  banisi  Fətəli  xan  ƏfĢar  da  fəaliyyətinin  ilk  günlərindən 

qonĢuluğundakı  pərakəndə  xanlıqları  birləĢdirib  vahid  dövlət  yaratmağa  təĢəbbüs 

etmiĢdir.  Öz  arzusunu  həyata  keçirmək  üçün  Fətəli  xan  hərbi  qüvvəsini  artırmaq 

məqsədilə  Nadir  Ģahın  sabiq  sərkərdəsi  Azad  xanla  ittifaq  bağladı.  Azad  xanın  15 

minlik  dəstəsi  Fətəli  xanın  qoĢunları  ilə  birləĢdi.  Fətəli  xan  ƏfĢar  həmç inin  Xoy 

xanlığının  hakimi  ġahbaz  xanı  da  öz  tərəfınə  çəkməyə  nail  oldu.  Tezliklə  Xoy 

xanlığının qoĢunları da ƏfĢar ordusunun tərkibinə daxil edildi. Bundan sonra Fətəli xan 

ƏfĢar Azərbaycanın digər  xanlıqlarını  ö zünə  tabe  etmək  məqsədilə  geniĢ  fəaliyyətə 

baĢladı  və  buna  Cənubi  Azərbaycan  çərçivəsində  qismən  nail  oldu.  Az  müddət 

ərzində  Urmiya  xanlığına  Qaradağ,  Marağa,  Təbriz  xanlıqları,  habelə  bir  sıra  xırda 

feodal malikanələri tabe edildi. 

Belə  mühüm  qələbələrdən  sonra  Fətəli  xan  ƏfĢar  həmin  uğurların  əldə 

edilməsində  böyük  rol  oynayan  Azad  xana  rəsmi  olaraq  xan  rütbəsi  verməklə  onu 

birləĢmiĢ  qoĢunların  baĢ  sərkərdəsi  təyin  etdi.  Beləliklə,  Urmiya  xanlığının  bütün 

hərbi  yürüĢlərində  Azad  xan  önəmli  rol  oynamağa  baĢladı.  Fətəli  xan  ƏfĢar  isə 

Urmiyada  qalaraq  həm  xanlığın  idarəsi  ilə  məĢğul  olur,  həm  də  Azad  xanın 

ixtiyarında olan qoĢunları ərzaq, silah və əlavə döyüĢçülərlə təmin edird i. 

Bir  sıra  Cənubi  Azərbaycan  xanlıqlarını  öz  ətrafında  birləĢdirməklə 

qüvvətlənən Fətəli xan ƏfĢarı artıq Təkcə Cənubi Azərbaycan xanlıqları təmin etmədi. 

O,  nəzərini  ġimala  dikdi.  Çox  keçmədi  ki,  Fətəli  xan  ƏfĢarın  qoĢunları  Qarabağ 

xanlığının  hüdudlarına  daxil  olub  ġuĢa  qalasını  mühasirəyə  aldı.  Qala  ətrafında 

səngər  qazdırıb  movqeyini  möhkəmləndirən  Fətəli  xan  ƏfĢar  qarabağlı  Pənahəli 

xandan  tabe  olmağı  tələb  etdi.  Tezliklə  ġuĢanı  mühasirəyə  alan  ƏfĢar  qoĢunlarına 

məliklər  də  öz  dəstələri  ilə  qoĢuldular.  Müqavimət göstərməyi lüzu msuz hesab edən 

Pənahəli  xan  oğlu  Ġbrahim  ağanı  Fətəli  xan  ƏfĢara  girov  verməklə  ġuĢa  qalasını 

mühasirədən  azad  etdi.  Bu  hadisədən  sonra  Urmiya  xanlığına  Lənkəran  xanlığı  və 

QutqaĢın sultanlığı da tabe oldu. 

Həmin  vaxt  Ġranda  bir  çox  v ilayətləri  özünə  tabe  edən  Kərim  xan  Zənd 

Cənubi Azərbaycan xanları üzərində öz hakimiyyətini yaymağa səy göstərdi. Burada 

o,  Fətəli  xanın  qoĢunları  ilə  mübarizədə  məğlub  olub  geri  çəkildi.  Bu  qələbədən 

ruhlanan Fətəli xan Kərim xan Zəndi Ġrana qədər təqib etdi. Lakin o, d ərk edə bilmədi 

ki,  geri  çəkilmə klə  Kərim  xan  Zənd  eyni  zamanda  onun  üçün  bir  növ  tələ 

hazırlamıĢdı. Nəticədə  məğlub olub geri çəkilən Fətəli  xanın özü təqib edildi.  Geri 

çəkilərkən  Fətəli  xan  ƏfĢara  məlu m  oldu  ki,  Məhəmmədhəsən  xan  Qacar  onun 

xanlıqdan  uzaqlaĢmasından  istifadə  edərək  Urmiya  qalasını  mühasirəyə  almıĢdır. 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə