Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə190/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   186   187   188   189   190   191   192   193   ...   232

388 

 

Həmin vaxt Qaraqaytağa general Medemin baĢçılığı  ilə rus  hərbi qüvvələri 



gəlmiĢdi.  Onların  məqsədi  Rusiya  Elmlər  Akade miyasının  həqiqi  üzvü  S.Qmelinin 

ölümünə  səbəb  olmuĢ  Əmir  Həmzən i  cəzalandırmaq  idi.  Məsələ  burasındadır  ki, 

S.Qmelin H Ye katerina hökumətinin göstəriĢi ilə Cənubi Qafqazı və Cənubi Dağıstanı 

öyrənmək üçün 1771-ci ildən etibarən həmin yerləri gəzib material toplayırdı.  Bundan 

Ģübhələnən Əmir Həmzə S.Qmelini həbs etdirmiĢ və o, həbsxanada aclıqdan ölmüĢdü. 

Əmir  Həmzənin  bu  hərəkəti  Rusiya  dövlətini  dərindən  qəzəbləndirmiĢdi.  Bundan 

istifadə  edən  Fətəli  xan  kö mək  üçün  general  Medemə  müraciət  etdi.  O,  tərəddüd 

etmədən və Rusiyanın hakim dairələrindən icazə almadan Fətəli xana kö mək göstərdi. 

Beləliklə, düĢmən qoĢunları Dərbəndin mühasirəsindən əl çəkib geriyə dönməyə məcbur 

oldular. 

General  Medemin  özbaĢınalığı  II  Yekaterina  höku mətin i  qane  etmədi  və 

buna görə o, hətta tənbeh olundu. 

Qarabağlı  Ġbrahim  xan  da  dağınıq  Azərbaycan  torpaqlarını  birləĢdirmək 

təĢəbbüsündə olmuĢdu. Ġbrahimxəlil  xan, ilk növbədə, ona zahirən tabe olan, əslində 

isə həmiĢə əleyhinə çıxan və sərbəstliyə ean atan Qarabağ məlikləri ilə vuruĢmuĢdur. 

Digər  tərəfdən,  Ġbrahimxəlil  xan  onu  diz  çökdürməyə  çalıĢan  qubalı  Fətəli  xanla 

uzun müddət mübarizə aparmıĢdı. Bakılı Məlik Məhəmməd  xan rəqabət aparan xanları 

barıĢdırmaq  məqsədilə  ġuĢaya getmiĢdi.  Lakin  Ġbrahimxəlil  xan  Məlik  Məhəmmədin 

səmimiliyinə  inanmayıb  onu  zindana  salmıĢ  (1779),  Məlik  Məhəmməd  iki  il  ġuĢa 

qalasında həbsdə qalmıĢdı. 

Qubalı  Fətəli  xanın  Qarabağ  xanlığına  bir  neçə  dəfə  basqın  etməsi heç bir 

nəticə vermədi. 1780-ci ildə Fətəli xan öz qoĢunları ilə Qarabağ xanlığı ərazisinə daxil 

olarkən  II  Ġrakli  Ġbrahim  xana  kömək  üçün  Ģahzadələr  Georgi  və  Davidin  baĢçılığı 

altında  qoĢun  göndərdi.  ġahzadə  David  Fətəli  xanın  qoĢunları  tərkibində  olan 

Dağıstandan  toplanmıĢ  muzdlu  döyüĢçüləri  yoldan  çıxarıb  onların  Quba  xanını  tərk 

etməsinə  nail  oldu.  Bunun nəticəsi  idi  ki,  toqquĢma  zamanı  Qubadan gələn  qoĢunlar 

məğlubiyyətə uğradı. 1781-ci  ilin əvvəlində Fətəli xan yenidən Qarabağa basqın etdi. 

Bu  za man  bir  çox  kənd  qarət  olundu,  xeyli  əhali  və  mal-qara  zorla  Quba  xanlığ ına 

aparıld ı. 

1783-cü  il  iyulun  24-də  Georgiyevsk  Ģəhərində  bağlanılan  müqaviləyə 

əsasən  Kartli-Kaxeti  çarlığı  Rusiyanın  himayəsinə  qəbul olundu. Rusiya Gürcüstanı 

hər cür təcavüzdən qoruyaeağına söz verdi. Tezliklə Rusiyadan Kartli-Kaxeti çarlığına 

polkovnik  S.BurnaĢovun  baĢçılığı  altında  iki  batalyon  rus  qoĢunu  göndərildi. 

Georgiyevsk  müqaviləsi  bağlanıldıqdan  sonra  Rusiya  dövlətinin  Qafqazdakı 

nümayəndəsi  P.S.Potyomkinin  imzası  ilə  qonĢuluqda  yerləĢən  bütün  Azərbaycan 

xanlıqlarına  hədiyyələr  və  eyni  zamanda  hədə-qorxu  ilə  dolu  məktublar  göndərildi. 




389 

 

Məktubda  onlar  II  Ġraklini  müdafıə  etməyə  çağırılırdılar.  Bir  sıra  xanlıqlarda  yerli 



hakimlər  Rusiya  dövlətindən  ehtiyat  edərək,  Potyomkinə  göndərdikləri  cavab 

məktubunda  Ġrakliyə  xeyirxah  münasibət  bəslədiklərini  bildirdilər.  Lakin  bəzi 

xanlıqlardan  fərq li  o laraq  qubalı  Fətəli  xan  nəinki  Potyomkinə  müsbət  cavab 

göndərdi, əksinə, o, II Ġrakli ilə rəqabət aparan sabiq Kartli çarı  Vaxtanqın nəvəsinə - 

Gürcüstandan qaçmıĢ knyaz Aleksandra öz sarayında sığınacaq verdi. Fətəli xan hətta 

ona  məqsədinə  çatmaq  üçün  kömok  edəcəyinə  də  söz  verdi.  Bundan  xəbər  tutan 

Potyomkin  hər  ehtimala  qarĢı  Tiflisdəki  rus  qoĢunlarına  hazır  vəziyyətdə  olmağı 

tapĢırdı. 

Qarabağda isə Ġbrahimxə lil xanın əleyhinə olan məliklər onu taxtdan salmaq 

məqsədilə  Potyomkinə  bildirdilər  ki,  Qarabağda  xan hakimiyyəti  devrildikdən sonra 

onlar  Rusiyanın  himayəsi  altında  burada  xristian  dövləti  yaradılması  arzusundadırlar. 

Bundan xəbər tutan Ġbrahimxəlil xan diplomatik addım ataraq II Yekaterina hökumətinə 

bildirdi  ki,  o,  Rusiya  dövlətinin  himayəçiliyini  qəbul  etməyə  hazırdır.  II  Yekaterina 

Ġbrahimxəlil  xanın  müraciətinə  biganə  qalmayıb,  Qafqazda  fəaliyyət  göstərən 

Potyomkinə aĢağıdakı məzmunda məktub göndərdi: "Mənə elə gəlir ki, Ġbrahim xanın 

məktubu,  türklərin  və  iranlıların  məktublarından  fərqli  olaraq,  nəzakətlə  yazılmıĢdır. 

YaxĢı  olardı  ki,  mənə  onun  kim  olduğunu  bildirəsən:  necə  olub  ki,  xan  rütbəsinə 

çatmıĢdır,  cavandır,  ya  qoca,  qüvvəsi  nə  vəziyyətdədir".  Lakin  Ġbrahim  xan  Fətəli 

xanın  hücumlarını  dəfə  etdikdən  sonra  Xaçın  məliki  Mirzə  xan  və  Vərəndə  məliki 

ġahnəzər Ġbrahimxəlil xana bildirdilər ki, onlar Qarabağ xanının müttəfıqi olacaqlar. 

1781-ci  ildə  Ġbrahimxə lil  xan  Xaç ın  və  Vərəndə  mə liklə rin in  dəstələri  ilə 

Tuğ  qalasını  mühasirəyə  aldı.  Müttəfıqlər  Dizaq  məliki  Yesayı  hakimiyyətdən 

devirməyə nail oldular və əvəzində oraya  Yesayın qardaĢı oğlu Bahtamı  məlik təyin 

etdilər.  Ġbrahimxəlil  xan ın  Qarabağın  digər  məlikləri  ilə  mübarizəsi  də  onun 

qələbəsi ilə baĢa çatdı. 

II  Yekaterina  Ġbrahimxəlil  xana hər hansı bir hərbi  kömək  etməyə  tələsmird i. 

Bunun səbəblərindən biri də ġuĢa qalasında həbsdə olan məliklərin zindandan qaçıb 

Tiflisə  getmələri  və  II  Ye katerinaya  müraciətləri  idi  ki,  Ġbrahimxə lil  xana  kö mək 

edilməsin.  Belə  bir  məlu mat  da  var  ki,  həmin  dövrdə  Tiflisdə  yerləĢən  rus 

batalyonunun komandiri S.BurnaĢov Qarabağ xanlığına yürüĢ etmiĢdir.  Lakin Rusiya-

Türkiyə  müharibəsinin  baĢlanması  buna  mane  olmuĢ  və  BurnaĢov  qoĢunları  ilə 

birlikdə Tiflisə qayıtmıĢdır. 

Rusiya-Türkiyə  müharibəsi  dovründə  Qarabağ  xanlığının  A zərbaycanın 

digər xanlıqları arasında nüfuzu xeyli artmıĢdı. Belə ki,  Naxçıvan, Qaradağ, Ərdəbil, 

Xoy  və  digər  xanlıqlar  Ġbrah imxəlil  xanla  həmrəy  və  ona  tərəfdar  olduqlarını 

bildirmiĢdilər. 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə