Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə192/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   188   189   190   191   192   193   194   195   ...   232

392 

 

pozulmasın  deyə  Ağa  Məhəmməd  xan  Na xçıvan  qalasının  mühasirəsin dən  əl  çəkib 



Ġrəvana doğru hərəkət etməyi qərara aldı. Müdafıəsi  pis təĢkil edilmiĢ Ġrəvan qalası 

zəif müqavimət göstərdi və az bir müddət ərzində düĢmən əlinə keçd i. 

Ağa Məhəmməd xanın rəhbərlik etdiyi Ġran qoĢunlarının əsas dəstəsi 1795-ci 

ilin  iyun ayında ġuĢa qalasını mühasirəyə aldı. Sərbazlar qalaya arasıkəsilmədən atəĢ 

açmağa  baĢladılar.  Lakin  düĢmənin həmləsi  qarabağlıları  əsla  qorxutmadı.  Onlar  bir 

neçə  dəfə  qaladan  çıxaraq  düĢmənə  ağır  zərbələr  endirdilər.  Nəhayət,  Ağa 

Məhəmməd  xan aclıq yolu ilə ĢuĢalıların  müqavimətini qırmağı qərara aldı.  La kin iĢ 

elə  gətirdi  ki,  sərbazların  özləri  aclığa  məruz  qaldılar.  Məsələ  bundadır  ki,  ĢuĢalılar 

bir neçə dəfə qaladan çıxaraq qəflətən Ġran qoĢunlarının ehtiyat ərzağını ələ keçird ilər. 

Bu  hadisədən  hiddətlənən  Ağa  Məhəmməd  xan  qoĢunlarına  ətrafdakı  kəndləri  və 

yaĢayıĢ məntəqələrini talamağı əmr etdi. 

ġuĢanın  mühasirəsi  bir  aydan  artıq  davam  etdi.  Ġran  sərbazlarının  ġuĢa 

ətrafında məğlubiyyəti, yubanmaları Ģahın planlarını alt-üst edə bilərdi. Odur ki, düz 

33  gündən  sonra  Ağa  Məhəmməd  xan  ordusuna  ġuĢanın  mühasirəsindən  əl  çəkib 

Tiflis  istiqamətində  irəlilə məyi  ə mr  etdi.  Tiflis  Ģəhərini  qarət  və  darmadağın 

etdikdən  sonra  Ġran  sərbazları  1795-ci  il  sentyabrın  20-də  külli  miqdarda  qənimət, 

habelə 20 min əsirlə Ģəhəri tərk etdilər. 

Həmin  ilin  noyabrında  Ağa  Məhəmməd  xanın  ordusu  Gəncəyə  çəkildi  və 

buradan o, yenə də ġuĢaya qasid göndərib tabe olmağı  tələb etdi. Bu dəfə də ĢuĢalılar 

rədd  cavabı  verdilər.  Bundan  sonra  Ağa  Məhəmməd  xan  qıĢlamaq  üçün  ordusunu 

Muğana çəkdi. 

Ġran  qoĢunları  Muğanda  yerləĢdiyi  zamanda  Azərbaycanda  feodal  ara 

müharibələri kəsilmirdi.  Bəzi  xanlar Ağa Məhəmmədin  Azərbaycanda olmasından öz 

xeyirlərinə istifadə etməyə çalıĢırdılar. ġamaxılı Mustafa xanın malikanəsində gözü olan 

Ģəkili  Məhəmməd  Həsən  xan  onu  Ağa  Məhəmmədin  nəzərindən  salmaq  məqsədilə 

yaxın  adamı  Hacı  Seyid  bəyi  Ġran  hökmdarının  düĢərgəsinə  göndərdi.  Ağa 

Məhəmməd  xan  Ģamaxılı  Mustafa  xanı  cəzalandırmaq  üçün sərkərdəsi  Mustafa  xan 

Dəvəlini ġamaxıya yolladı. ġəki xanlığının qoĢunu da Ġran sərbazları ilə birləĢdi. 

DüĢmən  qüvvələrinin  yaxınlaĢmasından  xəbər  tutan Ģamaxılı  Mustafa  xan 

vaxt  itirmədən  Ģəhər  əhalisini  Fit  dağında  yerləĢən  əlçatmaz  qalaya  köçürdü.  Ağa 

Məhəmmədin  qoĢunları  heç  bir  müqavimətə  rast  gəlmədən  ġamaxıya  daxil  oldular. 

Ġran  sərbazları  və  ġəkidən  gələn  dəstələr  boĢaldılmıĢ  Ģəhəri  qarət  etməklə 

kifayətləndilər. 

ġamaxıdakı "qələbədən" ruhlanan Ağa Məhəmməd  xan  Azərbaycanın, eləcə 

də  Dağıstanın  feodal  hakimlərinə  fərman  göndərərək  tabe  olmalarını  tələb  etdi. 

Fərmanda  Ağa  Məhəmməd  xan  bütün  Azərbaycan  xanlıqlarının  ona  tabe  olması 




393 

 

barədə yalan da yazmıĢdı. Lakin Ġran hökmdarının hiyləsi baĢ tutmadı. Qubalı ġeyxəli 



xan  və  Gəncəli  Cavad  xandan  baĢqa  Azərbaycanın  heç  bir  feodal  hakimi  Ağa 

Məhəmməd xanın fərman ını qəbul etmədi. 

Ağa  Məhəmməd  xan  Mustafa  xan  Dəvəlini  ġamaxı  xanlığına  təyin  edərək, 

ona  ġamaxı  Ģəhərində  oturmağı  əmr  etdi.  Mustafa  xan  Dəvəli  hakimiyyət  baĢına 

gələn kimi  xanlıq əhalisini qarət etməyə baĢladı. Lakin qəddarlıq və zorakılıq  xalqın 

iradəsini  qıra bilmədi.  Yerli əhali silaha əl atıb Mustafa xan Dəvəlini qətlə yetirdi. Bu 

hadisə  Ağa  Məhəmməd  xanı  xeyli  məyus  etsə  də,  Mustafa  xan  Dəvəlinin 

öldürülməsinə görə əhaliyə divan tutmaqdan ehtiyat etdi. 

ġamaxı  Ģəhərini  tərk  etmiĢ  xanlığın  hakimi  Mustafa  xan  da  öz  növbəsində 

Ġran  sərbazları  ilə  mübarizəsini  davam  etdirird i.  Fit  dağında  mövqeyini 

möhkəmləndirən  Mustafa  xan  Ġran  sərbazlarının  Dərbənd  istiqamətində  hərəkətinə 

mane oldu. ToqquĢma zamanı Ģamaxılılar  3000 sərbazı  məhv etdikləri halda, ö zləri 

100  döyüĢçü  itirdilər.  Bundan  əlavə,  Ģamaxılılar  Ġran  qoĢunlarından  4  ədəd  top  da 

qənimət  götürdülər.  Bu  topları  Ağa  Məhəmmədin  sərbazları  Tiflis  Ģəhərini  qarət 

etdikləri zaman ələ keçirmiĢdilər. 

ġəkili  Məhəmmədhəsən  xan  öz  dəstəsi  ilə  Ağa  Məhəmməd  xanın 

qoĢunlarının tərkibində hərbi əməliyyatlarda iĢtirak edərkən,  onun kiçik qardaĢı Səlim 

ağa  saray  çevriliĢi  edərək  ġəki  xanlığında  hakimiyyəti  ələ  ald ı.  Məhəmmədhəsən 

xanın  Ağa  Məhəmməd  xana  xid mət  etməsindən  narazı  olan  saray əyanları  və  əhali 

Səlinı ağanın hərəkətini müdafıə etdilər. ġəki  xanlığının yeni hakimi Ağa Məhəmməd 

xandan  ehtiyat  edərək  özünə  dayaq  axtardı.  Tezliklə  o,  qarabağlı  Ġbrahimxəlil  xanın 

simasında  müttəfiqini  tapdı.  O,  Ġran  sərbazlarının  gec-tez  ġəkiyə  basqın  etmələri 

ehtimalı  qarĢısında  Ģəhər  əhalisini  daha  etibarlı  olan  Gələsən-görəsən  qalasına 

köçürtdü. 

ġəki  xanlığ ında hakimiyyətdən uzaqlaĢdırılan Məhəmmədhəsən xan kö mək 

üçün Ağa  Məhəmməd  xana  müraciət  etdi.  Lakin  həmin vaxt Ağa Məhəmməd  xanın 

özünün  yerli  hakimlərin  köməyinə  ehtiyacı  vardı.  Hakimiyyətdən  uzaqlaĢdırılmıĢ 

Məhəmmədhəsən  xan  artıq  Ağa  Məhəmməd  xana  lazım  deyildi.  Odur  ki,  onun 

gözlərini çıxartdırıb Ġrana göndərdi. 

Ağa  Məhəmməd  xanın  Cənubi  Qafqaza  dağıdıcı  yürüĢündən sonra  Rusiya 

Cənub sərhədlərinin təhlükəsizliyini  qorumaq və  Xəzər  dənizindəki  hakim  mövqeyini 

saxlamaq,  habelə  1783-cü  il  Georgiyevsk  müqaviləsinin  Ģərtlərinə  əməl  etmək 

məcburiyyəti qarĢısında qaldı. 1795-ci ilin noyabr aymda Mozdok Ģəhərindən Cənubi 

Qafqaza  ilkin  mərhələdə  iki  istiqamətdə  rus  qoĢunları  göndərildi.  Tiflisə  polkovnik 

Sıro xnevin baĢçılığı  ilə  iki  yeger  batalyonu,  Dağısan  və  Azərbaycan  istiqamətində  isə 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə