Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə195/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   191   192   193   194   195   196   197   198   ...   232

398 

 

tərəfə  baĢ  götürüb  qaçdı.  Səs-küyə  yuxudan  ayılan  Ağa  Məhəmməd  Ģah  nə  baĢ 



verdiyini  birdən-birə baĢa  düĢmədi.  Səma  tamamilə  təmiz  idi,  yağıĢ  yağmırdı,  lakin 

dəhĢətli  qüvvə  ilə  gələn  sel  düĢərgənin  yerləĢdiyi  sahədən  keçərək  qarĢısına gələn 

hər  Ģeyi  özü  ilə  aparırdı.  ġah  öz  canını  bir  təhər  qurtardı.  Sel  yalnız  hündürlükdə 

qurulmuĢ  toplara  xətər  toxundura  bilmədi.  Səhər  seli  əmələ  gətirən  qayıqlardan 

yaranmıĢ  süni  bəndi  görən  Ģahın  əmri  ilə  toplardan  həmin  bəndlərə  atəĢ  açıldı. 

Tezliklə  çayın  suyu  yenidən  əvvəlki  məerasına  qayıtdı.  Qəflətən  axan  sel  yalnız 

sərbazların azuqəsini, geyimini deyil, həmçinin külli  miqdarda silahı da aparmıĢdı. ġah 

qarabağlıların  bu  əməlinin  əvəzin i  yerli  əhalidən  çıxdı.  Sərbazlar  çəyirtkə  kimi 

kəndlərə  daraĢıb  əhalinin  son  tikəsini  əlindən  aldılar.  Sənətkarlara,  xüsusilə 

dəmirçilərə zorla silah hazırlatdırdılar. 

Ġran sərbazları  Qarabağın kəndlərində qarətlə məĢğul olduqları  zaman yerli 

silahlı dəstələr bir neçə dəfə düĢmən düĢərgəsinə uğursuz həmlələr etdilər.  

Ətraf  kəndlərdən  lazımi  miqdarda  ərzaq  və  silah  topladıqdan  sonra  Ağa 

Məhəmməd Ģah ordusunu ġuĢa qalasına doğru apardı. 

Ġran  qoĢunları  Əsgəran  qalası  ətrafında  qarabağlıların  güclü  müqavimətini 

qırıb ġuĢaya yaxınlaĢdılar. 

1797-c i  ildə Ġbrahimxə lil  xan yenə də ġuĢa qalasının müdafıəsinə rəhbərlik 

etmiĢ,  mərdlik  və  vətənpərvərlik  nü munəsi  göstərmiĢdir.  Ġbrahimxəlil  xan ın  bu 

xüsusiyyətlərinə  bələd  olan  və  ġuĢa  qalasının  1795-ci  il  mühasirəsinin  acı 

təcrübəsini  unutmamıĢ  Ağa  Məhəmməd  Ģah  birdən-birə  hücuma  keçmədi.  O,  ġuĢa 

yaxınlığında mövqeyini möhkəmləndirdiyi zaman Ġrandan oraya əlavə olaraq bir neçə 

ədəd top gətirtdi. Qəti hücuma hazırlıq gördükdən sonra Ağa Məhəmməd Ģahın əmri 

ilə  sərbazlar  ġuĢaya  basqın  etdilər.  La kin  Ġran  qoĢunlarımn  hücumu  yenə  də 

uğursuz  oldu.  Axırda  Ağa  Məhəmməd  Ģah  atəĢi  qala  divarlarının  eyni  nöqtəsinə 

vurmağı  əmr  etdi  ki,  bəlkə həmin  hissədə yarıq  əmələ  gəlsin.  Həqiqətən də  toplardan 

açılan yaylım atəĢləri qala divarlarının bir hissəsini zədələyərək düĢmən qoĢunlarının 

ġuĢaya soxulması təhlükəsini artırdı. Bunu görən Ġbrahimxəlil  xan düĢmənin topxanasını 

susdurmağı qərara aldı. Ġbrahimxəlil  xanın  baĢçılığı  altında  qalanın  qapılarından  eyni 

vaxtda  üç  yüngül süvari  dəstəsi  çıxaraq  cəld  düĢmən  topxanası  üzərinə hücum  etdi. 

Qarabağlıların  məqsədini  tez  duyan  Ağa  Məhəmməd  Ģah  təcili  surətdə  əks  tədbir 

gördü. O, sərbazları iki hissəyə bölərək, birinə Qarabağ süvarilərinin qarĢısını almağı, 

digərinə isə qala divarı istiqamətində irəliləməy i əmr etdi. 

ġahın  topxanası  üzərinə Ģığıyan  qarabağlılar  sayca üstün  olan  düĢmənlə üz-

üzə  gəldilər.  Topxana sıradan  çıxanlsa da,  döyüĢ  meydanında  çoxlu  qarabağlı  həlak 

oldu.  Lakin  düĢmən  piyadaları  tərəfindən  yol  bağlandığından  qələbə  qazanmıĢ 

qarabağlılara  qalaya  qayıtmaq  müyəssər  olmadı.  Ġbrahimxəlil  xan  özünün  azs aylı 




399 

 

dəstəsi  ilə  mühasirəni  yarıb  keçməyə  və  Dağıstan  tərəfə  pənah  aparmağa  məcbur 



oldu. 

ġuĢa  qalasının  müdafiəçiləri  baĢsız  qaldılar.  ġəhərdə  çaxnaĢma  yarandı. 

Ġranpərəst  ünsürlər  hərəkətə  gəld ilər.  Belə  bir  mü lahizə  yürütmək  mü mkündür  ki, 

satqınlar  tərəfindən  qala  divarlarının  Ġbrahimxəlil  xanın  üzünə  bağlanması  onun 

Qarabağı tərk etməsinin səbəblərindən biri o lmuĢdur. 

Daha  bir  dəlil  sübut  edir  ki,  Ġbrahimxəlil  xan  ġuĢa qalasını  qorxaq  bir  Ģəxs 

kimi  tərk  etməmiĢdir.  Məsələ  burasındadır  ki,  Ġbrahimxəlil  xanın  Dağıstan  tərəfə 

hərəkət  etdiyini  bilən  Ağa  Məhəmməd  Ģah  onu  yolda  haqlamaq  üçün  cəld  2000 

nəfərlik  süvari  dəstəsi  göndərdi.  Tərtər  çayını  keçərkən  düĢmən  Ġbrahimxəlil  xanın 

dəstəsi  ilə  qarĢılaĢmıĢ,  lakin  baĢ  verən  döyüĢdə  qarabağlılar  düĢməni  darmadağın 

edib dağlara çəkilmiĢlər. 

Ağa Məhəmməd Ģah Ġbrahimxəlil  xanın ardınea qoĢun göndərməklə bərabər 

ġuĢanın  müdafiəçilərinə  də  məktubla  müraciət  etdi.  Məktubda  deyilirdi  ki, 

Ġbrahimxəlil  xan qorxaq kimi qaçdı və ĢuĢalıları baĢsız qoydu. Müqavimət göstərmək 

mənasızdır.  ġuĢalılar  könüllü  surətdə  tabe  olsalar,  onlar  məhv  edilməyəcək,  mal-

dövlətlərinə və namuslarına toxunulmayacaq. Daha sonra Ģah məktubda bildirird i  ki, 

əgər  müqavimət  görsəm,  qalanı  alan  kimi  kiĢilərin  hamısını  qılıncdan  keçirəcəyəm, 

qadları isə sərbazlara paylayacaq, Ģəhəri Tiflis kimi alt-üst edəcəyəm. 

Ağa  Məhəmmədin  məktubu  ilə  əlaqədar  ġuĢanın  ağsaqqalları  toplaĢıb 

məĢvərətləĢdilər.  Məclisə toplaĢanlar  arasında  ixtilaf  baĢ verdi. Hərbçilərdən Ġsmayıl 

adlı birisi təklif etdi ki, son damla qanımızadək mübarizə aparmalıyıq. Onsuz da Ģəhəri 

aldıqdan sonra Ģah hamımızı  köləyə çevirəcəkd ir. Əgər  mübarizə davam etdirilərsə, 

o vaxta qədər Ġbrahimxəlil xan da topladığı yeni qüvvə ilə gəlib  kö məyə çatar. 

Ruhanilərin  baĢçısı  baĢ  müetəhid  Hacı  Babək  bu  təklifın  əleyhinə  çıxaraq 

bildirdi  ki,  o,  Ağa  Məhəmməd  Ģahın  vədinə  o  qədər  də  inanmır  və  danıĢıqlar 

aparmaq  üçün  Ģahın  düĢərgəsinə  getmək  niyyətindədir.  Uzun  sürən  mübahisədən 

sonra  Hacı  Babək  qala  divarından  enib  kəcavə  ilə  Ağa  Məhəmməd  Ģahın  hüzuruna 

yollandı. 

Gö rüĢ zamanı  Hacı  Babək Ağa Məhəmməd Ģaha çatdırdı ki, Tiflis Ģəhərinin 

və  gürcülərin  aqibətindən  xəbərdar  olan  ĢuĢalılar  onu  qalaya  buraxmaqdan  ehtiyat 

edirlər.  Ağa  Məhəmməd  Ģah  Quranı  götürüb  ona  öz  möhürünü basdı  və  and  içdi  ki, 

müqavimətə rast gəl-məsə, ġuĢada bir nəfərə də toxunmayacaqdır. ġah eyni zamanda 

Hacı  Babəkə  tapĢırdı  ki,  onun  gəliĢi  münasibətilə  ĢuĢalılar  500000  əĢəfı 

toplamalıdırlar. Lakin Hacı Babək təzminatı 200000 əĢrəfıyə endirməyə nail o ldu. 

DüĢmən  düĢərgəsindən  qayıdan  Hacı  Babək  bütün  ağsaqqalları  yığıb 

üzərində Ağa  Məhəmməd  Ģahın  möhürü  olan  Quranı  onlara  göstərdi.  Yalnız  bundan 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə