Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə196/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   192   193   194   195   196   197   198   199   ...   232

400 

 

sonra  Ģaha  təzminat  vermək  üçün  əhalidən  pul  və  daĢ-qaĢ  toplanıldı.  Adların  niĢan 



üzüklərini də barmaqlarından zorla çıxarırdılar. 

Lazımi məbləğ iki günə toplandı. Bundan sonra qalanın əsas darvazası açıldı. 

BaĢda  Hacı  Babək  olmaqla  ġuĢanın ağsaqqalları  duz-çörəklə  Ağa  Məhəmməd  Ģahın 

piĢvazına  çıxdılar.  ġuĢalılar  elə  güman  edirdilər  ki,  təzminat  verməklə  qəddar  Ağa 

Məhəmməd  Ģahın  qəzəbindən  yaxa  qurtara  biləcəklər.  Lakin  onlar  əbəs  yerə  belə 

səxavətə  ümid  bəsləyirdilər.  ġah  tələb  etdiyi  təzminatı  aldıqdan  sonra,  Qurana  and 

içdiyinə  baxmayaraq,  sərbazlara  Ģəhəri  qarətə  icazə  verdi.  Vədini  pozan  Ağa 

Məhəmməd  Ģah  dinc  əhalini  qəddarlıqla  təhqir  edir,  ĢuĢalıları  1795-ci  ildə  ona  qarĢı 

göstərdikləri müqavimətə, Ġbrahimxəlil xana rəğbət və sədaqətə görə təqsirləndirirdi.  

ġuĢada Ġbrahimxəlil  xanın sarayında yerləĢən Ağa Məhəmməd Ģah sərbazlara 

əmr  etdi  ki,  qətlə  yetirdikləri  qurbanların  baĢlarını  bədənlərindən  ayırıb  ayrıca 

toplasınlar.  ġahın  məqsədi  ġuĢanın  ən  yüksək  yerində  insan  kəllələrindən  piramida 

hördürmək idi. ġah istəyirdi ki, həmin piramidanı görən hər kəs dəhĢətə gəlib bir daha 

ona qarĢı silah qaldırmasın. 

ġuĢada  olarkən  Ağa  Məhəmməd  Ģah  ġimali  Azərbaycanın  bütün  xanlarının 

yanına gəlməsini, yaxud da ən əziz adamlarını girov  göndərmələrini əmr etdi.  Lakin 

xanların əksəriyyəti Ģahın birinci çağırıĢına dərhal cavab vermədi. Bakılı Hüseynqulu 

xan  hətta  iki  "dəvətdən"  sonra  belə  ġuĢaya  getmədi.  Onda  Ağa  Məhəmməd  Ģah 

üçüncü dəfə qasid və məktubla bərabər Bakıya qoĢun da göndərdi. 

Hüseynqulu  xan  məcburiyyət  qarĢısında  ġuĢaya  getməli  oldu.  ġuĢada  Ģah 

1796-cı  ildə rus qoĢunlarını qəbul etdiyi üçün onu xeyli  danladıqdan sonra  özünü  və 

ailəsini həbs edib Tehrana göndərdi. O, həmçinin bakılılardan təzminat almağı əmr etdi. 

Ağa  Məhəmməd  Ģah  eyni  zamanda  Bakı  xanlığının  idarəsini  ona  qulluq  göstərən 

qubalı ġey xə li xana həvalə etdi. 

Mustafa  xan  qaçdıqdan  sonra  ġamaxıda  özünü  xan  elan  etmiĢ  Qasım  xan, 

qeyri-səmimi  olsa  da,  Ġrana  tabeliyini  bildirdi.  Lakin  tezliklə  o,  keçmiĢ  Mustafa  xan 

tərəfindən  devrildi  və  hakimiyyətdə  qalmaq  naminə  Ağa  Məhəmməd  Ģahın sarayına 

pənah apardı. ġəki xanı qasidlər vasitəsilə Ġrana tabe olduğunu bildirdi. 

Ağa  Məhəmməd  Ģahın  birinci  yürüĢü  zamanı  ona  kömək  edən  Gəncə 

xanlığının hakimi  Cavad xan özünün keçmiĢ  xid mətlərinə güvənərək Ģahın hüzuruna 

gəlməyə  tələsdi.  Lakin  Ģah onu da  qandallarla  "mü kafatlandıraraq"  edam  olunacağı 

ilə hədələdi. Çünki o da 1796-cı ildə rus qoĢunlarına müqavimət göstərməmiĢdi. 

Beləliklə,  1797-ci  ildəki  ikinci  yürüĢü  zamanı  ġimali  A zərbaycan 

xanlıqlarına  qarĢı  qəsbkarlıq  p lanların ı  həyata  keçirmək  Ağa  Məhəmməd  Ģaha 

müəyyən dərəcədə müyəssər oldu. 



401 

 

QarĢıda  Gürcüstana  da  ikinci  yürüĢ  gözlənilirdi.  Lakin  sui-qəsd  nəticəsində 



Ağa Məhəmməd Ģahın ġuĢada öldürülməsi (1797-ci il iyulun 4-də) bu səfəri saxladı. 

Sui-qəsdin  təĢkilatçılarından  biri  Ġbrahimxəlil  xanın  qardaĢı  Mehrəli  xanın  oğlu 

Məhəmməd  bəy  idi.  Həmin  gecə  o  öz  adamlarını  üç  dəstəyə  bölüb,  birinə  Ġran 

sərbazlarının  sərkərdələrini  həbs  etmək,  digərinə  dustaqları  zindandan  buraxmaq,  o 

birinə isə plan baĢ tutmadığı təqdirdə hazır vəziyyətdə olmağı tapĢırdı. 

Səhər  açılar-açılmaz  sərbazlar  Ģahın  öldürülməsi  xəbərini  eĢidib  qeyri-

mütəĢəkkil  vəziyyətdə  Ġrana  qaçmağa  baĢladılar.  ġuĢalılar  Ġran  qoĢunlarını  Araz 

çayının sahillərinə qədər təqib etdilər. 

ġuĢada hakimiyyət müvəqqəti olaraq Məhəmməd bəyin əlinə  keçdi. O, Ağa 

Məhəmmədin  öldürülməsi  xəbərini  əmisi  Ġbrahimxəlil  xana  çatdırıb,  ona  geri 

qayıtmağı təklif etdi. Tezliklə Ġbrahimxəlil xan ġuĢaya qayıtdı və minnətdarlıq əvəzinə 

Məhəmməd  bəyə  Ģübhə  ilə  yanaĢmağa  baĢladı.  Ġbrahim  xana  çatdırmıĢdılar  ki, 

xanlığın  vəziri  Ģair  Molla  Pənah  Vaqifin  öldürülməsində  Məhəmməd  bəyin  əli 

olmuĢdur.  Bundan  əlavə,  Məhəmməd  bəyi  bir  sıra  digər  əməllərdə  də 

təqsirləndirirdilər.  Məlum  olduğu  kimi,  Ġbrahimxəlil  xan  Mehrəli  xanı  özünün ümdə 

rəqibi kimi nəinki dövlət iĢlərindən uzaqlaĢdırmıĢ, hətta onu ġuĢadan çıxmağa məcbur 

etmiĢdi.  Əmisinin  ona  qarĢı  münasibətini  görən  Məhəmməd  bəy  təqibdən  canını 

qurtarmaq  üçün  ġuĢanı tərk  etməli  oldu  və  ġəkiyə  pənah  gətirdi.  Lakin  Məhəmməd 

bəy yanıldı.  ġəkidə  Səlim  xan  onu  həbs  edərək  qan düĢməni olan Ģamaxılı  Mustafa 

xana təhvil verdi. Mustafa xan Məhəmməd bəyi edam etdi. 

Ağa  Məhəmməd  Ģahın  qətlindən  sonra  Bakı,  Gəncə  və  Ġrəvan  xanları  öz 

Ģəhərlərinə qayıtdılar. 

Ġranda Ağa  Məhəmməd Ģahın qardaĢı oğlu  Baba  xan  Fətəli  Ģah  adı  ilə  taxta 

çıxdı. Elə ilk gündən yeni Ģah Ġranda hakimiyyətini möhkəmləndirməklə məĢğul oldu. 

Beləliklə,  Ağa  Məhəmməd  Ģahın  ölümü  və  Ġranda  hökm  sürən  hərc-mərclik 

nəticəsində Azərbaycan xarici müdaxilədən bir qədər yaxa qurtardı. 

Gö zləmək  olardı  ki,  yuxarıda  sadalanan  hadisələrdən  sonra  Azərbaycan 

xan lıq ları  bir  mərkəz  ətrafında  birləĢməyin  zərurətini  dərk  edəcək,  vahid  dövlət 

yaradacaqlar.  La kin  təəssüf  ki,  belə  olmadı.  Ġran  qoĢunlarının  getməsi  ilə  ölkədə 

kəskin daxili feodal ara müharibələri baĢlandı. 

Bundan  istifadə  edən  Ġranın  yeni  hökmdarı  Fətəli  Ģah  Cənubi  Qafqazı  zəbt 

etmək  fıkrinə  düĢdü.  Lakin  bunun  üçün  Rusiya  ilə  münasibətləri  qaydaya  salmaq 

lazım  id i.  Bu  məqsədlə  Fətəli  Ģah  1797-ci  ildə  özünün nümayəndəsi  Ağa  Mir  Seyid 

Həsəni  I  Pavelin sarayına göndərdi.  Ġran Ģahının  məqsədini öyrəndikdən sonra  I  Pavel 

Ġran hökumətinə Cənubi Qafqaza olan hər cür iddiadan əl çəkməyi məsləhət gördü. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə