Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə197/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   193   194   195   196   197   198   199   200   ...   232

402 

 

Nümayəndəsinin  Sankt-Peterburqdan  qayıtmasını  gözləməyən  Fətəli  Ģah 



Cənubi  Qafqazın  bütün  hakim  feodallarına  fərman  göndərib  onlardan  itaət  əlaməti 

olaraq  girov  və  böyük  məbləğdə  pul  tələb  etdi.  Rədd  cavabını  alan  Fətəli  Ģah  öz 

qoĢunlarına sərhədi keçməyi və feodal pərakəndəliyi hökm sürən Cənubi Qafqazı ələ 

keçirməyi əmr etdi. 

Cənubi Qafqazı fəth etmək fikrindən daĢınmayan Rusiya dövləti artıq hərbi 

əməliyyatın baĢlanması vaxtının çatdığını qət etdi. I Pavel qoĢunların Cənubi Qafqaza 

yeridilməsi  haqqında  əmr  verdi.  Rusiya  dövlətinin  tədbirlərindən  xəbər  tutan  Ġran 

qoĢunları  təcili  geri  çəkildilər.  Belə  olduqda  Rusiya  dövləti  də  özünün  Cənubi 

Qafqaza yürüĢünü dayandırdı. 

Sərbazlarının müasir texnika ilə silahlanmıĢ Rusiya qoĢunlarından qat-qat zəif 

olduğunu  anlayan  Fətəli  Ģah  ordusunun  təĢkilində  yeniliklər  aparmağa  baĢladı. 

DöyüĢçülərin təlimi üçün Avropa ölkələrindən, əsasən Fransadan hərbi mütə xəssislər 

dəvət edildi. 

Beləliklə,  XVIII  əsrin  sonu  -  XIX  əsrin  əvvəllərində  Cənubi  Qafqaz 

uğrunda  birinci  Rusiya-Ġran  müharibəsinin  baĢlanması  üçün  zəruri  Ģərtlər  meydana 

çıxd ı. 


 

 

 



 

XIV FƏSĠL 

 

XVIII ƏSRĠN ĠKĠNCĠ YARISINDA AZƏ RBAYCANIN 

ĠCTĠMAĠ-ĠQTĠSADĠ VƏZĠYYƏTĠ 

 

Kənd təsərrüfatı və aqrar münasibətlər. GünəĢli günlərin çoxluğu və münbit 

torpaqlar  Azərbaycanda  mü xtəlif  bitkilər,  o  cümlədən  kətan,  küncüd,  buğda,  arpa, 

çəltik və s. yetiĢdirmək üçün əlveriĢli Ģərait yaradırdı. 

Ölkə  iqtisadiyyatında  mühüm  yer  tutan  ipəkçilik  ġamaxı,  ġəki,  Qarabağ, 

TalıĢ, Naxçıvan və digər xanlıqlarda in kiĢaf etmiĢdi. 

Kənd  təsərrüfatında  arıçılıq,  ü zümçülük,  bostançılıq,  xüsusilə  bağçılıq 

müəyyən rol oynayırdı. Bunlar əsasən Qarabağ, Təbriz,  Marağa, Gəncə, ġəki,  Quba, 

Urmiya, Naxçıvan və s. xanlıqlarda yayılmıĢdı. 

Quba,  Bakı  və  digər  xanlıqlarda  əhali  əkinçiliklə  məĢğul  olurdu.  AbĢeron 

həmçinin  özünün  ətirli  zəfəranı  ilə  məĢhur  idi.  Burada  bostançılıq  da  inkiĢafda  idi. 



403 

 

TalıĢ  xanlığında  çəltik  və  Ģəkər  çuğunduru  yetiĢdirilirdi.  Xəzər  dənizi  və  Kür  çayı 



sahillərində yaĢayan əhali balıqçılıqla məĢğul olurdu. 

Kənd  təsərrüfatının  mühüm  sahələrindən  biri  də  maldarlıq  idi.  Maldarlıqla 

əsasən yarımköçəri  həyat sürən  tayfalar  məĢğul  olurdular. QıĢlaqlarda və yaylaqlarda 

xırda və iribuynuzlu mal-qara bəslənilirdi. 

XVIII  əsrin  ikinci  yarısında,  əvvəlki  dövrlərdə  olduğu  kimi,  eyni  feodal 

mülkiyyət  formaları  mövcud  idi.  Lakin  bu  baxımdan  dövrün  səciyyəvi  xüsusiyyəti 

ondan  ibarət  idi  ki,  xanlıqlarda  dövlət torpaqları  ilə  xan  ailəsinə  məxsus  torpaqların 

birləĢdirilməsi  müĢahidə  olunur.  Bu  torpaqlar  xan  və  onun  ailəsinin  baĢlıca  gəlir 

mənbələrindən sayılırd ı. Xanlıqlar dövründə mülk, vəqf və camaat torpaq mülkiyyəti 

formaları da mövcud idi. 

XVIII  əsrin  ikinci  yarısında Ģərti  torpaq  mülkiyyət  forması  kimi  tiyul geniĢ 

yayılmıĢdı.  Bu  dövrdə  də  tiyul  xanlar  tərəfındən  müəyyən  Ģəxslərə  vəzifəyə  və 

xid mətə görə verilirdi. 

Əvvəllər  olduğu  kimi,  A zərbaycan  xan lıq larında  feodallar  və  kəndlilər 

əsas sinifləri təĢkil edird ilər. 

Xan, bəy, sultan və məliklərdən, habelə torpaq sahiblərindən əlavə, feodal 

zü mrəsinə  ruhanilər,  yarımköçəri  tayfaların  baĢçıları  olan  elbəyilər  də  daxil  idi. 

Xid mət  müqabilində yarımoturaq, bəzən isə oturaq kəndlilərlə birlikdə torpaq alan 

elbəyilər  eyni  zamanda  torpaq  sahiblərinə  çevrilirdilər.  Elbəyilər  xan  qarĢısında 

hərbi mükəlləfiyyət daĢıyırdılar. 

Ruhani zü mrəsi iki dərəcəyə - ali və aĢağı dərəcələrə bölünürdü. 

Kəndli  sinfi  əsasən  rəiyyət  və  rəncbərdən  ibarət  idi.  Kəndlilərin  

əksəriyyətini  təĢkil  edən  rəiyyət  divan,  mülk  və  vəqf  torpaqlarında  yaĢayırdı. 

Rəiyyətin bir q ismi  kənd icmasın ın onlar üçün ayırdığ ı torpaqları becərir və  kimin 

torpağında  yaĢamasından  asılı  olaraq  feodallara,  yaxud  xəzinəyə  əsas  vergi  kimi 

məhsul rentası ödəyirdi. 

Ən  ağır  vəziyyətdə  yaĢayan  kəndli  rəncbər  idi.  Öz  torpağı  o lmayan 

rəncbər xanın və d igər feodalların mü lklərində iĢləyərək yığ ılan məhsulun müəyyən 

hissəsini - adətən, 

l

/



3

-ni alırdı. 

Rəncbərlərin  sıraların ın  artmasın ın  mənbələri  mü xtəlif  idi.  Adətən,  aclıq  

və  məhru miyyətlərə  məru z  qalan  rəiyyət  özünün  kiçik  torpaq  sahəsini  feodala 

satmağa  məcbur  olur  və  beləliklə,  rəncbərə  çevrilird i.  Rəncbərlərin  sayı  həmçin in 

əsirlərin və digər xan lıq lardan qaçmıĢ kəndlilərin hesabına da artırdı. 

Maldarlıq  təsərrüfatı  ilə  məĢğul  olan  elatlar  da  kəndli  sinfınə  məxsus  idi. 

Onlar  yarımköçəri  həyat  tərzi  keçirməklə  birbaĢa  tayfa  baĢçılarından  asılı 

vəziyyətdə olurdular. 



404 

 

Xanların  kəndliləri  itaətdə  saxlamaq  üçün  nökərlərdən  və  maaflardan 



ibarət  ayrıea  dəstələri  vardı.  Xüsusi  imtiyazlara  malik  o lan  həmin  Ģəxslər  bütün 

vergi və mükəlləfıyyətlərdən azad edilird ilər.  

Azərbaycan  xanlıqlarındakı  sarayları,  hərəmxanaları,  məmu rlar  aparatın ı, 

ordunu  saxlamağa  və  digər  ehtiyacları  ödəməyə  kü lli  miqdarda  vəsait  tələb 

olunurdu ki, bunun da əsas ağırlığı zəhmət keĢ kütlənin ü zərinə düĢürdü. 

Azərbaycan  xanlıqlarında  əsas  vergi  malcəhət  (Naxçıvan  və  ġirvan 

xanlıqlarında  bu  vergi  bəhrə  adlanırd ı)  idi.  Ġndi  mü xtəlif  xan lıq larda  onun  həemi 

1/10-lə  1/ 3  arasmda  tərəddüd  edirdi.  Feo-da lla r  otlaqlardan  istifadə  müqabilində 

rəiyyətdən  çöpbaşı  adlı  əlavə  vergi  alırd ılar.  Kəndli  bağlarından  toplanan  bağbaşı 

adlı  verg i  məhsulun  1/10-ni  təĢkil  edirdi.  Bayram  günlərində  rəiyyət  "hədiyyə" 

olaraq  feodala  bayramlıq  gətirmə li  idi.  Kəndlilə rdən  toypulu da  alınırd ı.  Əgər  toy 

kəndlin in ailəsində olurdusa, onda o, bəyə toyxərci verməli id i. Toy bəyin ailəsində 

baĢ verirdisə,  onda  bəy  kəndlidən  toypulu  tələb  edirdi.  Hər  bir  kəndli  həyətindən 

otaqxərci deyilən vergi də yığ ılırdı. 

Kəndli  xanın  atları  üçün  arpa  verməli  idi.  Bu  vergi  at  arpası  adlanırdı. 

Rəiyyət  tez-tez  öz  hesabına  xan ın  muzd lu  əsgərlərini  də  saxlamalı  olurdu.  Bu 

mü kəlləfıyyət  dişkirəsi  adlanırdı.  Rəiyyətdən  həmçin in  xan  dəftərxanasının  və 

inzibati  idarəet mənin  digər  quru mlarının  xərc lərini  ödə mək  üçün  mirzəyanə, 

kələntərlik  və  digər  vergilər  toplanılırdı.  Vergiy ığanlar  xan ın  əmrinə  əsasən  öz 

xeyirlərinə darğalıq adlı vergi toplay ırdılar. 

Kəndli  feodalın  xeyrinə  olaraq  b ir  sıra  mükəlləfiyyətlər  -  biyar  və  əvrəz 

yerinə yetirməli id i.  Biyar  ildə  3 gündən 6 günədək, əvrəz isə 2 gün olurdu. Əv rəz 

zaman ı  kəndin bütün əhalisi ya qala divarı hörməli,  körpü çəkməli, ya da feodalın 

təsərrüfat və ev iĢlərində birlikdə çalıĢmalı idi.  

Kəndlilərin  gəlirinin  ço x  h issəsi  mü xtəlif  verg i  və  mükəlləfıyyətlərin  

ödənilməsinə sərf olunurdu. 

Mirzə  Camal  Qarabağ  xan lığ ında  vergi  və  mü kəlləfiyyətlər  haqqında 

maraqlı  məlu matlar verir. O yazır  ki, hər  il  Novruz bayra mında sərkərdələrə  xan ın 

adından  mü xtəlif  hədiyyələr  -  xələtlər,  atlar,  silahlar  bağıĢlanırdı.  Feodallar  da 

bunun müqabilində  xana ö z adlarına layiq  hədiyyələr gətirirdilər. Ġbrah imxəlil  xan 

səfərdə olarkən və ya hər hansı yerdə düĢərgə qurarkən  minbaĢıların, yüzbaĢıların, 

bəylərin,  ağaların  əksəriyyəti,  bəzi  döyüĢçülər,  katiblər,  eĢik-ağası,  darğalar  və 

yolçular  xanın  mətbəxindən yemək alırdılar.  Ço x vaxt  xanın  mətbəxin in birgünlük 

xərci onlarla qoyundan, qırx puddan artıq düyüdən və s. ibarət olurdu. Bütün bunlar 

çoxlu  xərc  tələb  edird i  və  əsasən  istehs alçıların  amansız  istismarı  hesabına 

ödənilird i. Belə mənzərə demək olar ki, bütün xan lıq larda müĢahidə edilirdi.  



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə