Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə198/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   194   195   196   197   198   199   200   201   ...   232

405 

 

Məhəmmədhəsən  xan  dövründə  ġəki  xan lığ ında  "Dəsuləməl"  adlı 



qanunlar  məc muəsi  tərtib  o lunmuĢdu.  Burada  bütün  vergi  və  mü kə llə fiyyətlər 

―təmizlən irdi‖. 

Xanlıqlarda  onların  mühüm  gəlir  mənbələrindən  olan  iltizam  sistemi 

mövcud olmuĢdur. Ən baĢlıca iltizam növləri aĢağıdakılar  idi:  mizan, yaxud tərəzi, 

tamğa,  rahdari, neft hasilatı, balıqtutma qəssabxana və ya sallaq xana, d abbağ xana, 

sabun  biĢirilməsi  və  iltizamçılar  müəyyən  olunmuĢ  məbləği  əvvəlcədən  xəzinəyə 

verir, sonra isə həmin məb ləği b ir neçə qat artıq ödəyirdilər.  

Digər ö lkələrdə olduğu kimi, A zərbaycanda da vergilərin toplanması qarət 

xarakteri  daĢıyırdı.  Xanlıqlarda  vergilərin  toplanması  üçün  xüsusi  qayda  yox  idi. 

Bu  isə  baĢda  darğa  olmaqla  vergitoplayanların  özbaĢınalığı  üçün  əlveriĢli  Ģərait 

yaradınırd ı. 

Bununla belə, acından ölməsinlər deyə,  kəndlilər yeganə yaĢayıĢ mənbəyi 

olan  kənd  təsərrüfatından  əl  çəkmirdilər.  XVIII  əsrin  son  rübündə  Azərbaycanda 

kənd  təsərrüfatının  və  kəndlilərin  ağır  vəziyyətinin  Ģahidi  olmuĢ  səyyah 

F.BiberĢteyn  yazırdı:  "Fasiləsiz  müharibələr  və  bu  ölkə  əhalisinin  narahat  əhvalı 

əkinçiliyə ziyan vursa da, yaĢamaq zəru rəti buranın əhalisinə onu tamamilə at mağa 

mane  o lurdu.  Arasıkəsilməyən  hərb i  toqquĢmalar  nəticəsində  suvarma   sistemin in 

dağılmasına,  əkin  sahələrin in  azalmasına,  onlarla  kəndin  talan   edilməsinə  və  s. 

baxmayaraq,  kənd  təsərrüfatı  nəinki  məhv  olur,  əksinə,  bəzən  ticarət  üçün  məhsul 

da verird i". Daha sonra BiberĢteyn yazırd ı: "Quba öz məhsulunun bir hissəsini hətta 

qonĢulara,  xüsusilə  Dərbənd  və  Bakı  Ģəhərlərinə  də  verə  bilir.  Kəndlilər  səpin  və 

əkin lə ço x çətin Ģəraitdə məĢğul olurlar. On ları hər an kənardan təhlükə gözləyirdi. 

Dəfələrlə  hazır  məhsul  yadelli  iĢğalçıların  qənimətinə  çevrilir,  buna  görə  də 

aramsız  müharibələr və qarətlər əhalini həmiĢə özləri  ilə silah gəzd irməyə  məcbur 

edir.  Kəndlilər hətta yer Ģumlayanda, səpəndə, biçəndə yanlarında  xən cər gəzdirir, 

yaxınlıqda isə tüfəng qoyurlar". 

Demək  olar  ki,  bütün  xanlıq larda  kəndlilər  belə  ağır  Ģəraitdə  çalıĢır, 

onların əməy indən isə feodal əyanlar bəhrələnird ilər.  



ġəhərlər, sənətkarlıq  və ticarət.  XVIII əsrin ikinci yarısında Azərbaycan 

ərazisində Təbriz, ġamaxı, Naxçıvan, Ərdəbil, Dərbənd, Bakı, Maku, Urmiya, Xoy, 

Əhər,  Gəncə,  ġəki kimi qədim Ģəhərlərlə yanaĢı, ġuĢa (Pənahabadın), Yen i ġamaxı 

kimi  təzə  Ģəhərlər  də  meydana  gəldi.  XVIII  əsrin  ikinci  yarısında  adları  çəkilən 

Ģəhərlərin  hamısı  bu  və  ya  digər  xanlıqların  mərkə zi  id i.  Həmin  Ģəhərlər  əsas 

etibarilə qala divarları  ilə əhatə olunmuĢdu. DüĢmənin qəfıl hücu munun qarĢısının 

müəyyən qədər alın ması  məqsədilə belə qalaların ətrafında  xəndək qazılır və su ilə 



406 

 

doldurulurdu.  Hər  bir  paytaxt  Ģəhərdə  əsas,  bayır  və  sənətkarlıq  məhəllələ ri 



yerləĢirdi. 

Azərbaycanda  tez-tez  baĢ  verən  feodal  ara  müharibələri  və  xarici 

iĢğalçıların  basqınları  zamanı  Ģəhərlərə  ciddi  ziyan  to xunurdu.  XVIII  əsrin  ikinci 

yarısında  ən  çox  zərər  ġamaxı  Ģəhərinə  dəydi.  Bu  Ģəhər  Azərbaycan  ərazisindən 

Osmanlı  qoĢunları  çıxarıldığı  zaman,  1734-cü  ildə  Nadir  xan  tərəfındən  yerlə  

yeksan olunmuĢ, əhalisi isə Ağsuya köçürülmüĢdü. 

ġamaxının cənub-qərbində, təxminən 40 kilo metr  məsafədə yerləĢən Ağsu 

az bir  zaman  içində qala hasarları  ilə əhatə olunduqdan sonra "Yeni  ġamaxı" adını 

aldı.  Bu  Ģəhərə  Nadir  özünün  yaxın  adamlarından  Hacı  Məhəmmədəli  xan ı  hakim 

təyin  etdi.  1743-cü  ildə  Ġran  hakimiyyətinə  qarĢı  çevrilmiĢ  ġirvan  üsyanında  Yeni 

ġamaxı Nadir Ģahın qoĢunları tərəfındən bir daha dağıdıldı.  

Azərbaycanda  xanlıqlar  əmələ  gəld iyi  zaman  ġirvanın  Xançobanı 

tayfasından olan Allahverdi bəyin oğlu Məhəmməd Səid  xan qardaĢı Ağası xan və 

digər  yaxın  adamları  ilə  birlikdə  Köhnə  ġamaxıya  köçdü.  Elə  bu  zaman 

Ģamaxılıların  bir  qismi  öz  doğma  Ģəhərinə  qayıdaraq buranı  bərpa  etməyə  baĢladı. 

Köhnə ġamaxıya həmçin in qaçqın rəiyyətlər də gəldilər. Təcridən köhnə ġamaxıda 

həyat yenidən canlanmağa baĢladı.  Beləliklə,  ġamaxı  xan lığ ında iki  mərkəz əmələ 

gəldi:  Yeni ġamaxı və Köhnə ġamaxı.  Lakin bu vəziyyət çox d avam etmədi. 1761-

ci ildə ətrafına lazımi qüvvə topladıqdan sonra Məhəmməd Səid xan Yen i ġamaxını 

tutdu. ġamaxı  xanlığında  ikihakimiyyətlilik aradan qalxd ı, hakimiyyət Məhəmməd 

Səid  xan  və  onun  qardaĢı  Ağası  xanın  ə linə  keçd i.  1768-ci  ildə  ġamaxı  xanlığı 

Quba  xanlığı  tərə fındən  iĢğal  olundu.  Qubalı  Fətəli  xan  rəsmən  Köhnə  ġamaxını 

inzibati  və  iqtisadi  mərkəz  elan  etdi.  Beləliklə,  Yeni  ġamaxın ın  əhalisi  zorla 

əvvəlki  paytaxta  köçürüldü.  Bu  hadisədən  sonra  Köhnə  ġamaxı  yenidən  öz 

xarabalıqları içərisindən dirçəlməyə baĢladı. 

1775-c i  ildə  Quba  xanlığında  siyasi  vəziyyətin  kəskinləĢ məsi  ilə  əlaqədar 

olaraq  Fətəli  xan  keçmiĢ  ġamaxı  xan ı  Məhəmməd  Səid  xanla  barıĢmağa  və  Yeni 

ġamaxını ona qaytarmağa  məcbur oldu. Bu hadisə ilə əlaqədar olaraq Ģəhər əhalisi 

bir daha zorla Köhnə ġamaxıdan Yeni ġamaxıya  köçürüldü. 

XVIII əsrin 90-cı illərində ġamaxıya yeni bir  fəlakət üz verd i 1795-ci  ildə 

Ġran hökmdarı Ağa Məhəmməd  xan ın yürüĢü ilə əlaqədar olaraq ġamaxı  xanlığın ın 

hakimi Mustafa  xan düĢməndən ziyan çəkməsin deyə, əhalini Fit dağında yerləĢən 

qalaya  köçürdü.  Mustafa  xanın  ə mrinə  riayət  etməyənlərin  evlərin i  xan  özü 

dağıtdırdı. Ġran qoĢunları Ģəhəri boĢalmıĢ görüb onu alt-üst etdi. 

Gö ründüyü  kimi,  tarixən  qısa  bir  müddət  ərzində  Köhnə  ġamaxı  və  Yeni 

ġamaxı  Ģəhərləri  dəfələrlə  feodal  basqınlarının  qurbanı  olmuĢdur.  Əhalin in  tez-tez 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə