Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə204/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   200   201   202   203   204   205   206   207   ...   232

417 

 

HəĢtərxana,  Vo lqa  ilə  Moskvaya  və  uzaq  ölkələrə  mal  aparırdılar.  HəĢtərxandan 



Azərbaycana  gələn  gəmilər  Dərbənddə,  Niyazabadında,  Bakıda,  Salyanda  və 

Cavadında lövbər salıb ya mal satır, yaxud da mal  mübadiləsi ilə  məĢğul olurdular. 

Qara dəniz vasitəsilə Azərbaycana mal gətirən tacirlər Gürcüstanı keçərək Balakən-

ġəki-ġamaxı-Bakı  və  yaxud  Gəncə-ġuĢa-Lənkəran-Ən zəli  istiqamətində  hərəkət 

edirdilər.  Tacirlər  Ġran  və  Hindistana  mallarını  əs asən  Xəzər  dənizi  vasitəsilə 

aparırdıla r. 

Karvan  yolları  və  dəniz  yolu  təkcə  tranzit  ticarətə  xid mət  etmir,  yerli 

Ģəhərləri  də  bir-b iri  ilə  b irləĢdirirdi.  Ticarətin  aparılması  və  inkiĢafında  ölkə 

daxilindəki körpülər, karvansaralar və ovdanlar da əhəmiyyətli rol oynayırdı. 

Körpülər,  adətən,  çayların  dar  keçid lərində  tikilirdi.  Ticarət  yolu  ağzında 

olan  körpülərin  yaxınlığında  isə  karvansaralar  yerləĢirdi.  Dövrün  müasirlərindən 

P.Zubov  Azərbaycanın  ticarət  əlaqələ rindən  bəhs  edərkən  yazır  ki,  bunu  yolboyu 

gözə çarpan karvansaralar, yaxud onların qalıqları sübut edir. 

Ço xlu  qazanc  götürmək  və  ticarət i  in kiĢaf  etdirmək  məqsədi  güdən yerli 

hakimlər  karvansaraları  özləri  üçün  münasib  yerlərdə,  əsasən  karvan  yolla rında 

tikdirirdilər. 

XVIII  əsrin  ikinci  yarısında  Azərbaycanda  mövcud  olan  bütün  Ģəhərlər 

daxili  və  xarici  ticarətdə  iĢtirak  edirdi.  1780-ci  ildə  Cənubı  Qafqaz  bölgəsində, 

xüsusilə  Gü rcüstanda  bir  müddət  yaĢamıĢ  rus  hərbi  xadimi  S.BurnaĢov  öz 

xatirələrində  yazır  ki,  Ġran  və  Hindistanla  ticarət  əsas  etibarilə  Gəncə  Ģəhəri 

vasitəsilə aparılırd ı. 

Azərbaycanın əsas ticarət mərkəzlərindən biri ġamaxı Ģəhəri olmuĢdur. Bu 

Ģəhər  XVIII  əsrdə  dəfələrlə  iĢğala  məruz  qalsa  da,  beynəlxalq  aləmdə  ticarət 

əhəmiyyətini  itirməmiĢdi.  Hələ  də  ġamaxıda  cəmləĢ miĢ  ġirvan  ipəyinə  xarici 

bazarda böyük ehtiyac duyulurdu. XVIII əsrin ikinci yarısında yaĢamıĢ rus tarixçisi 

M.Çulkov  yazır  ki,  ġamaxı  ipəyi  Türkiyəyə,  Hindistana,  Ġtaliyaya,  demək  o lar  ki, 

Avropa və Asiyanın bütün Ģəhərlərinə ixrac ed ilird i. 

Dünyanın  bir  çox  ölkələrindən,  o  cümlədən  Rusiyadan,  Ġrandan, 

Hindistandan,  Türkiyədən,  Hollandiyadan,  Ġngiltərədən  ġamaxı  ipəyi  və  ipək 

məmu latı  almaq  üçün  çoxlu  tacir  gəlir  və  satmaq  üçün  özləri  ilə  mü xtəlif  əĢyalar 

gətirirdilər. 

Ġpəkçilik sayəsində ġamaxı Ģəhəri uzun müddət bütün Cənubi Qafqazın ən 

gur  bazarına  çevrilmiĢdi.  Bu raya  Azərbaycanın  bir  ço x  Ģəhərlərindən,  xüsusilə 

Gəncədən,  ġəkidən  (Nu xa),  ƏrəĢdən  xam  ipək  və  ipək  məmu latı  gətirilirdi. 

Maraqlıd ır  ki, b ir ço x hallarda Türkiyədən gələn tacirlər ġamaxıdan aldıqla rı ipəyi 

aparıb Qərbi Avropa fabrik sahiblərinə türk ipəyi kimi satırd ılar.  




418 

 

Azərbaycanın bir çox Ģəhərlərində ipəkçiliklə  məĢğul olurdular. Ġpək və ipək 



məmu latı  həm  dəniz,  həm  də  karvan  yolları  ilə  u zaq  diyarlara  aparılırdı. 

Azərbaycanın  cənubunda  ipəkçilik  mərkəzi  kimi  Ərdəbil  Ģəhəri  məĢhur  idi. 

Buradan ço x za man Ġzmirə, Hə ləbə və Ġstanbula karvan vasitəsilə ipə k yola s lınırdı. 

ġuĢada  istehsal  olunan  ipəyi,  adətən,  ġəki,  Naxçıvan,  Xoy  və  Təbriz 

Ģəhərlərindən gələn tacirlər alırd ı. Xarici bazarda Naxçıvanda hazırlanan qırmızı və 

ağ bezin müĢtəriləri daha çox idi. Naxçıvandan xanlığ ın kən arına həmçinin pambıq, 

çəltik,  Ģərab  və  s.  məhsullar  da  aparılırdı.  Naxçıvan  bezinə  Qarabağ,  Ġrəvan 

xanlıqlarında, çəltiyə Mərənddə, Xoyda, Tobriz xanlığında, pamb ığa isə Türkiyənin 

Bayazid, Qars Ģəhərlərində, Qarabağ xanlığında və Tiflisd ə tələbat daha çox id i. 

Ordubadın meyvələrinə,  xüsusilə xuĢibərinə (quru) də xarici baza rda müĢtəri 

tapılırdı. 

Azərbaycanın  ticarətində  ġəki  əhəmiyyətli  ro l  oynayırdı.  Bu rada  istehsal 

olunan xam ipək ġamaxı və Tiflisə daĢınırdı.  

ƏlveriĢli təbii  limanda yerləĢən Bakı Ģəhərinin ticarət sahəsindəki fəaliyyəti 

daha  geniĢ  idi.  1796-cı  ildə  Bakıda  olmuĢ  rus  qoĢunlarının  ko mandanı  V.Zubov 

yazır  ki,  Bakı  Xəzər  dənizində  ən  yaxĢı  limandır.  Gəmilər  burada  7  sajen

2

 

dərinliyində  təhlükəsiz  qala  bilir.  Bakının  ətrafı  neft  bulaqları  ilə  zəngindir.  Buraya 



Rusiyadan, Mazandarandan, Gilandan, Azərbaycanın cənubundan çoxlu tacir gəlir. 

Xəzər dənizində Rusiya donanması daha da inkiĢaf etdikdən sonra Bakı Ģəhəri 

tranzit  ticarətdə  bütün  Cənubi  Qafqaz  Ģəhərləri  arasında  birinc iliyi  öz  ə linə  aldı. 

Müasirlərin  yazdıqlarına  görə  həmin dövrdə  Bakıya "karvanlar axıĢıb  gəlirdi".  Çünki 

Bakıdan  Ġran  körfəzinədək  rahat  və  təhlükəsiz  yol  vardı.  Bu  yol  hələ  ġah  Abbasın 

vaxtında  salınmıĢdı.  Ġran  körfəzindən  karvan  yolu  ilə  Bakıya  gətirilən  ma llar 

Gürcüstana, oradan isə Qara dəniz vasitəsilə Qərbi Avropa ölkələrinə aparılırdı. 

Bakının eoğrafı Ģəraiti yerli əhalini ticarətlə məĢğul olmağa eəlb edirdi. ġəhərin 

varlı  tacirləri,  u zaq  məsafələri  qət  etmək  üçün  gəmilər  olmadığından,  çox  vaxt  rus 

tacirlərinin  gəmilərini  iltiza ma  yə  yaxud  icarəyə  götürüb  Xəzər  dənizində  ma lla rını 

Rusiyaya və Ġrana daĢıtdırırdılar.  Bakının ticarət məhsullarını əsasən neft, zəfəran və 

duz təĢkil edirdi. 

Karvan ticarətində mühüm əhəmiyyət daĢıyan Ģəhərlərdən biri də Təbriz idi. 

Yaxın ġərq ölkələrində olduğu kimi, Azərbaycanda da bazar Ģəhərin ən gur və 

qızğın  yeri  idi.  Burada  ticarət  əməliyyatından  baĢqa  dərviĢlər  çıxıĢ  edir,  xanın 

                                                                 

2

 1  s a j e n - 3 arĢın və ya 2,134 metrə bərabərdir. 



 


Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə