Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə205/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   201   202   203   204   205   206   207   208   ...   232

419 

 

carçıları  fərmanlar  o xuyur,  əhalini  əvarizə  və  ya xud  səfərbərliyə  dəvət  edir, 



müharibənin  baĢ  verəcəyindən,  bu  və  ya  digər  caninin  və  cinayətkarın 

cəzalandırılacağından xəbər verirdilər. 

ġəhərlərdə, adətən, bir əsas bazar olurdu. Lakin iri Ģəhərlərdə  ticarət həmçinin 

karvansaralarda  da  aparılırdı.  ġəhər  bazarlarında  ticarət  əsasən  iki  növdə  gedirdi: 

topdansatıĢ  və pərakəndə satıĢ.  Pərakəndə satıĢ  bazar  meydanında  təsadüfı  alıcı  ilə 

tacir  arasında  aparılırdı.  TopdansatıĢ  ticarət  həm  nağd,  həm  də  hüquqi  sənədlər 

əsasında gedirdi. Belə hallarda satıcı ilə alıcı arasında bir növ müqavilə bağlanılırdı. 

Müqavilələrdə hər iki tərəfın imza və ya barmaq yerlərindən əlavə, mütləq Ģahidlərin 

də imzası olmalı  idi.  Hər hansı bir ev və ya dükan fərdi Ģəxslər tərəf indən kirayəyə 

verildiyi zaman da belə müqavilələr bağlanılırdı.  

Azərbaycan  Ģəhərlərinin  hamısında  ticarətin  bütün  növləri  üzərində  böyük 

gömrük qoyulmuĢdu. Feodal  malikanəsinin, demək  olar  ki, hər bir guĢəsində - qala 

qapısından  tutmuĢ,  çayların  keçidlərinə,  hətta  dini  ocaqlara  gedən  yollaradək  xanın 

rahdar və bacdarları durur, gəlib-gedənlərdən yolxərci alırdılar. Rahdar və bacdarların 

vəzifəsi,  demək  olar  ki,  eyni  idi,  hər  ikisi  gömrük  toplayırdı.  Lakin  bununla  belə, 

onların fəaliyyətində müəyyən fərq vardı:  bacdarlar  gəlmə  tacir  və  səyyahlardan,  bir 

növ,  torpaqbasdı  gömrüyü  alır,  rahdarlar  isə  həmin  vergini  xanlığın  daxilində 

toplayırdılar. 

Rahdari  gö mrüyü  xanın  ən  böyük  gəlirlərindən  idi.  Bu  gömrüyün  miqdarı, 

hər  Ģeydən  əvvəl,  aparıb-gətirilən  malın  keyfıyyət  və  kəmiyyətindən  asılı  idi.  Bu 

gömrük eyni zamanda ticarətin normal gediĢinə böyük zərbə endirirdi. Çünki bütün keçid 

yollarını  xanın silahlı  dəstələri  kəsmiĢdilər.  Rahdari  vermədən  xanlığın  daxilində  bir 

yerdən baĢqa yerə getməyə heç kəsin ixtiyarı yo x idi.  

XVIII əsrin ikinci yarısında ticarətin elə bir sahəsi yox  idi  ki, vergi ilə əhatə 

olunmasın.  Vergilərin  sayı  və  miqdarı  o  qədər  çox  id i  ki,  xanın  vergi  toplayanları 

vəzifələrinin  öhdəsindən  gələ  bilmirdilər.  Məhz  buna  görə  də  çox  vaxt  vergi 

toplamaq hüququnu iltizama verirdilər. 

XVIII  əsrin  ikinci  yarısında  Azərbaycanın  ictimai  quruluĢu  özünün  iqtisadi 

əsaslarına görə hələ də natural təsərrüfat çərçivəsindən kənara çıxmamıĢdı.  Təbiidir 

ki,  belə  bir  Ģəraitdə  pulun  hakim  ro lundan  danıĢmağa  dəyməz.  Çünki  feodal 

təsərrüfatında vergilərin əsasını məhsulla toplanan vergi təĢkil edirdi. Pul isə əmtəənin 

vahid bir ekvivalenti kimi özünü tamamilə doğrulda bilmirdi.  Lakin bu heç də həmin 

dövrdə  Azərbaycan  Ģəhərlərində  pulun  rolunu  azaltmırdı.  Bunu  XVIII  əsrin  ikinci 

yarısında  Azərbaycan  Ģəhərlərində  zərb  olun muĢ  mis  və  gümüĢ  pullar  bir  daha 

təsdiq edir. Numizmatik nümunələrin mövcud olması göstərir ki, öyrəndiyimiz natural 

vergi  ilə  yanaĢı,  pul  da əmtəə  mübadiləsində  müəyyən  rol  oynamıĢdır.  Pulun  əmtəə 




420 

 

mübadiləsində  zəif  mövqe  tutmasına  təkcə natural  təsərrüfat  səbəb  deyildi.  Belə  bir 



vəziyyət,  həmçinin  ayrı-ayrı  xanlıqlardan  ibarət  Azərbaycanda  vahid  pul  sisteminin 

olmamasından  doğurdu.  Demək  olar  ki,  bütün  böyük  Ģəhərlərdə  -xüsusilə  ġamaxı, 

Gəncə,  Bakı, ġəki,  Dərbənd, ġuĢa (Pənahabadın) və digər xanlıq mərkəzlərində, hər 

xanın xüsusi mis və gümüĢ pulu zərb olunurdu. Pul zərb olunan emalatxana  zərbxana 

adlanırdı. Adla rı çəkilən Ģəhərlərdə  zərb olunan pullardan  xa lq arasında pənab adın 

adlanan  (Pənahabadın  -  ġuĢa)  pul  nə inki  A zərbaycanda,  hətta  yüksək  keyfıyyətli 

olduğuna  görə  qonĢu  ölkələrdə  də  iĢə  gedirdi.  Ço x  za man  xanla r  zə rb xanala rı 

iltizama verərək böyük gəlir əldə edird ilər. 

Xanlıqlar  dövründə  zərb olunan pullann sabit  qiyməti  yox  idi.  Ölkənin  daxili 

vəziyyətindən asılı olaraq, yerli hakimlər pul vahidlərinin qiymətini artıra, yaxud aĢağı 

sala bilərdilər.  Belə  bir  vəziyyətin  mövcud olması  Ģəhərlərdə  pul dövriyyəsinə,  eyni 

za manda ticarətin normal Ģəkildə aparılmasına ciddi maneə törədirdi. 

Hər bir  xanlığın pulu o xanlıqda əsas pul hesab olunurdu. Lakin  bundan əlavə, 

həmin  xanlıqda  digər  xan lıq  və  ölkələrin  də  pulları  dövr  edirdi.  XVIII  əsrdə 

Azərbaycanda  mü xtəlif  ö lkələrin,  hətta  Hollandiyanın  pulu  da  iĢlənilirdi.  Onu  da 

qeyd etmək lazımd ır ki, bir  xanlığın pulu baĢqa bir xanlığa keçdikdə öz dəyərini xeyli 

itirirdi.  O dövrün səyyahı, Azərbaycanın bir çox Ģəhərlərində olmuĢ S.Qme lin  yazır 

ki,  "...b ir  xanlıqdan  baĢqa  bir  xanlığa  keçdikdə  pulun  dəyərsiz  o lması  o  saat  üzə 

çıxır".  Bəzi Ģəhərləri istisna etməklə, demək olar ki, Azərbaycanın Ģəhərlərində zərb 

olunan  pullar  Ġrandakı  kimi  abbası  adlanırdı.  Ümu miyyətlə,  Azərbaycan 

Ģəhərlərindəki  pul  vahidləri  əsasən  Ġranda  iĢlənilən  pul  terminlərinə  uyğun  gəlirdi: 

abbası, tümən, qran, şahı və s. 

XVIII əsrin ikinci yarısında Azərbaycan xanlıqlarında pul sistemi kimi çəki və 

ölçü vahidləri də  müxtəlif  idi. Demək olar ki, hər bir  xanlığın özünəməxs us uzunluq 

ölçüsü və çəki  daĢları  vardı.  Bu  isə  xüsusilə  gəlmə  tacirlərlə  yerli  əhalinin  alverinə 

ciddi  maneçilik  törədir,  hərc-mərcliyə,  narazılığa  səbəb  olurdu.  Alıcı  və  satıcıların 

özünəməxsus ölçüsü vardı; necə deyərlər, alver vaxtı hərə öz arĢını ilə ö lçürdü. 

 

 

 



XV FƏSĠL 

 

XVIII ƏSR AZƏRBAYCAN MƏDƏNĠYYƏTĠ 

 

Maarif.  El m.  XVIII əsrin birinci yarısında yadellilərin basqınları, Azərbaycan 

ərazisində  gedən  Türkiyə-Ġran  dağıdıcı  feodal  ara  müharibələri  nəticəsində  ölkən in 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə