Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə214/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   210   211   212   213   214   215   216   217   ...   232

438 

 

Xalq  yaradıcılığ ı  ilə  bu  cür  qırılma z  bağlılıq,  rəssamın  ətraf  həyatla  canlı 



əlaqəsi  Azərbaycan divar  rəsmlərinə  çox  vaxt  özünəməxsus  realizm  xüsusiyyətləri 

verird i. 

Ölkə  iqtisadiyyatında  natural  təsərrüfatın  hakim  olduğu  Ģəraitdə  sənayedə 

sənətkarlıq  üstünlük  təĢkil  edirdi.  ġəhərlərdə  və  bəzi  kəndlərdə  külli  miqdarda 

pambıq, ipək və yun parça istehsal edən, dəri emalı ilə məĢğul olan, eləcə də zərgərlik 

məmulatı,  mis  və  gil  qablar hazırlayan emalatxanalar  mövcud  idi.  Bu  malların  satıĢı 

həm xanlıq daxilində, həm də xanlıqlar arasında aparılırdı.  

XVIII  əsrdən  bugünədək  külli  miqdarda  dekorativ-tətbiqi  incəsənət 

nümunələri,  o  cümlədən  daĢ  və  ağac  üzərində  bədii  oyma,  döymə  metal  məmulatı, 

xalçalar, saxsı qablar, parçalar və naxıĢlı tikmələr qorunub saxlan ılmıĢdır. 

Müxtəlif  dekorativ  incəsənət  növləri  arasında  aparıcı  yer  xalçaçılığa 

məxsusdur.  Əvvəllər  olduğu  kimi,  XVIII  əsrdə  də  Quba,  Bakı,  ġamaxı,  Qarabağ, 

Gəncə,  Qazax,  Təbriz,  Ərdəbil  xalça  məmulatı  ilə  məĢhur  idi.  Bunlar  həm  əhalinin 

ehtiyaclarını  ödəmək,  həm  də  xarici  ticarət  məqsədilə  istehsal  olunurdu.  Ya zılı 

mənbələrlə  yanaĢı,  mü xtəlif  Avropa  və  ġərq  kolleksiyalarında  saxlanılan  xalçalar 

bunu bir daha təsdiq edir. Xalçalar xovlu (xalça, xalı, gəbə və s.) və xovsuz (palaz, kilim,  

sumağı,  zili  və  s.)  toxunurdu.  Xovlu  xalçalar  naxıĢlarının  incəliyi  və  rənglərin 

zənginliyi ilə fərqlənirdi. 

Ötən  əsrlərin  xalçaçılıq  ənənələrini  davam  etdirən  bu  xalçalar  iki  böyük 

qrupa bölünürdü: ornamentli  xalçalar və süjetli-tematik  xalçalar. Ġkinci qrup xalçalar 

daha  az  miqdarda  istehsal  edilir  və  XVI-XVII  əsrlərdə  olduğu  kimi,  mürəkkəb 

ko mpozisiya, süjet rəngarəngliyi və texn ikasının incəliyi ilə seçilird i. 

Xüsusi kolorit zənginliyi və naxıĢ rəngarəngliyi ornamentli  xalçalara  xas idi. 

Azərbaycanın  mü xtəlif  rayonlarının  XVIII  əsrə  aid  ornamental  xalçalarının 

müqayisəsi  göstərmiĢdir  ki,  uzaq  keçmiĢdə  qəbul  olunmuĢ  kompozisiya  üsulları  və 

ornament motivləri nəsildən-nəslə təkrar edilərək, ço x nadir hallarda yeni elementlərlə 

təzələnmiĢdir. 

Bu dövr Azərbaycan xalçalarının ən gözəl nümunələri sırasında öz dekoruna 

görə  seçilən  iki  xovlu  xalçanı  (1800-cü  ildə  biri  Bakının  Suraxanı,  digəri  isə  Xilə 

kəndində toxunmuĢdur), habelə XVIII əsrdə Qazaxda (Almaniya, Ģəxsi kolleksiya) və 

Qarabağda  toxunmuĢ  süjetli  ko mpozisiyalı  xovsuz  xalçaları  (Kiyev,  Qərb  və  ġərq 

Ġncəsənəti Muzeyi) misal göstərmək olar. 

XVIII  əsrdə  xalçaçılıqla  yanaĢı,  Azərbaycanda  ipək,  pambıq  və  yun  parça 

istehsalı  da  mühüm  əhəmiyyət  kəsb  etmiĢdir.  Bodii  parçaların  istehsalı  ġamaxı  və 

Təbriz  kimi  ənənəvi  mərkəzlərlə  bərabər,  XVIII  əsrdə  Gəncə,  ġəki  və  Marağa 

Ģəhərlərində  də  geniĢ  inkiĢaf  etmiĢdi.  Məsələn,  ġamaxıda  1500-ə  yaxın  toxuculuq 




439 

 

dəzgahı  iĢləyirdi.  Rusiya  Elmlər  Akadınemiyasının  üzvü  S.Qmelin  qeyd  edirdi  ki, 



ġamaxıda  ipək  parça  istehsal  edən  fabriklər  vardı.  Görünür,  bu,  muzdlu  əməkdən 

istifadə  olunan  manufakturanın  rüĢeymi  idi.  ġama xıda  istehsal  olunan  ipək  parçaların 

çeĢidi  zənginliyi  ilə  fərqlənirdi.  Burada öz  istehsal texnikası,  rəngi  ilə  seçilən darayı, 

tafta,  kimxa  və  s.  növlü  parçalar  hazırlanırdı.  Yüksək  keyfıyyətli  bu  parçalar  geniĢ 

yayılmıĢ və Qafqazdan kənara, o cümlədən Ġrana, Kiçik Asiyaya, eləcə də HəĢtərxana, 

oradan da Rusiyanın içərilərinə aparılırdı. 

Xalq  yaradıcılığının  geniĢ  yayılmıĢ  növlərindən  biri  d ə  bədii  tikmədir. 

Azərbaycan  Tarixi  Muzeyində  saxlan ılan  həmin  dövr  bədii  tikmə  nümunələri 

onların yüksək bədii səviyyəyə və mü xtəlif icra  te xnikasına ma lik o lduğunu göstərir.  

Təkəlduz  və  güləbətin  kimi  ənənəvi  üslubla  yanaĢı,  XVIII  əsrdə  məiĢət 

əĢyalarına,  paltara  bəzək  vurulduqda  müxtəlif  metallardan  -gümüĢ,  tune  və  s. 

hazırlanmıĢ  dairə,  borucuq,  romblardan  geniĢ  istifadə  olunurdu.  Bu  tikmələrdə  əsas 

üstünlük  rəngbərəng  yastı,  parıltılı,  ortası  deĢik  metal  dairələrə  -  pilələrə  verilirdi. 

Onlardan daha çox Gəncə, ġuĢa, ġəki, Qa za x və Na xç ıvanda istifadə olunurdu. Taxça 

üçün  pərdələrdən  və  podnos  örtüyündən  tutmuĢ  at  çulunadək  ən  müxtəlif  əĢyalar 

pilələrlə bəzədilirdi. 

Qarabağ xanının təkəlduzla tikilmiĢ papağı, Naxçıvanda güləbətinlə iĢlənmiĢ 

qadının  köynəyi  -  arxa lıq  və  ġuĢadına  hazırlanmıĢ  muncuqlu  əl  ağacı  -  bürüncək 

XVIII əsr tikməsinin ən gozəl nümunələridir (Azərbaycan Dövlət Ġncəsənət Muzeyi). 

Onlar nəinki  mü xtəlif iĢ üsulu, eləcə də rənglərin və naxıĢ motivlərinin zənginliyi  ilə 

seçilir. 

Azərbaycanda  dəmir,  mis,  qızıl  və  digər  metalların  mövcud  olması 

nəticəsində  bədii  metaliĢləmə  sənəti  geniĢ  vüsət  almıĢdır.  Yazılı  mənbələrin 

məlu matına görə,  XVIII əsrdə bədii  metaliĢləmə sənətinin mərkəzi Təbriz, ġamaxı, 

ġəki,  Gəncə,  Naxçıvan  olmuĢdur.  Bakı,  Moskva,  Leninqradın  və  bir  sıra  xarici 

ölkələrin  mu zeylərində  (məsələn,  Bern  Tarix  Muzeyinin  zəngin  kolleksiyasını 

göstərmək  olar)  XVIII  əsrə  aid  külli  miqdarda  bədii  metaliĢləmə  nümunəsi 

saxlan ılır. 

Metaldan  hazırlanan  əĢyalar  arasında  mis  döymə  qablar  daha  geniĢ 

yayılmıĢdı.  Əcnəbi  səyyahlar  bu  dövr  bir  sıra  Azərbaycan  Ģəhərlərində  forma  və 

dekoruna  görə  gözəl  olan  ev  əĢyaları  -  sərpuĢ,  aftafa,  cam,  Ģamdan,  manqal  və  s. 

hazırlayan xüsusi misgər məhəllələri olduğunu qeyd edirlər. Ġrandakı  rus səfırliyinin 

həkimi  Ġ.Lerx  1745-ci  ildə  ġamaxıda  hazır  məhsula  naxıĢ  vuran  xüsusi  oymaçı 

emalatxanaların  mövcud  olduğunu  da  yazır.  Müxtəlif  növlü  metal  əĢyaların 

hazırlan masında  bədii  emalın  məlu m  olan  bütün  üsullarından  -  nəqqaĢlıq,  oyma, 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə