Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə24/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   20   21   22   23   24   25   26   27   ...   232

51 

 

torpaqları  Hülakular  dövlətinin  hakim  sülaləsinin  ixtiyarına  keçdi.  Beyləqan  və 



Ərdəbil bölgələrində geniĢ torpaq sahələri bu sülalənin əlində cəmlən miĢdi. Cənubi 

Azərbaycan ərazisində (Səlmas,  Urmiya,  Xoy vilayətlərində) geniĢ torpaq mülkləri 

iqta hüququnda xırda və orta feodallara verildi. Arran ərazisində (Bey ləqan, Bərdə, 

ġəmkir  və  s.)  də  bir  çox  feodallara  iqta  hüququnda torpaq  sahələri  bağıĢlanmıĢdı. 

Hülakular dövründə mövcud olan torpaq fondu əsasən hakim sülalənin və monqol-

türk  mənĢəli  hərbi-köçəri  əyanlar  arasında  bölüĢdürüldü.  Muğanda  keçirilmiĢ 

qurultayın  qərarına  əsasən  Azərbaycan,  Gürcüstan  və  Ermənistanda  olan  torpaq 

sahələri  110  əyan  arasında  paylanmıĢdı.  Yerli  feodalların  b ir  hissəsi  hərbi 

toqquĢmaların  gediĢində  məhv  edildi,  digər  hissəsi  isə  torpağa  sahib  olmaq  

hüququndan məhrum olundu. Ölkədə  mövcud olan torpaq fondunun yalnız cü zi b ir 

hissəsi yerli əyanların əlində qaldı. 

Qazan  xanın  islahatından  sonra  torpaq  mülklərinin  bölüĢdürülməsində 

dəyiĢikliklər  baĢ  verdi.  1303-cü  ildə  hərbi  xid mət  etmiĢ  monqollara  dövlət 

fondundan  torpaq  paylanması  haqqın da  fərman  verilmiĢdi.  Ġqta  torpaqların ın 

paylanması  monqol  qoĢununun  strukturuna  uyğun  gəlirdi.  Ġqta  torpaqların ın 

satılması qadağan edildisə də, onlar gerçəkdə irsi səciyyə daĢıyırdı. Bu torpaqlardan 

əldə  olunan  vergilər  iqta  sahibinə,  iqtadara  məxsus  idi.  Ġqta  mülkləri  iri  qoĢun 

vahidləri  üçün  nəzərdə  tutulmuĢ  böyük  torpaq  sahələrinə  ayrılırd ı.  Hülakular 

dövlətinin metropoliyası o lan Azərbaycanda daha çox iqtalar paylan mıĢdı. ġirvanda 

geniĢ  torpaq  sahələri,  MeĢkin  və  GuĢtəsfı  bölgələri  bütövlüklə  feodallara  iqta 

hüququnda verilmiĢdi. 

Qazan  xanın  islahatından sonra dövlət torpaq fondu hesabına mülk və vəqf 

torpaqlarının  artması  prosesi  sürətləndi.  XIV  əsrin  birinci  yarısında  iri  feodalların  

əlində  geniĢ  torpaq  sahələrinin  cəmləĢ məsi  prosesi  gücləndi.  BoĢ qalmıĢ  sahələrin 

istifadəsi və abadlaĢdırılması bu iĢdə az ro l oynamad ı. Lakin bu proses əsasən xırda 

torpaq mülkiyyətçilərinin iflası hesabına gedirdi.  

Monqol iĢğalları dövründə azad kəndlilərin torpağa təhkim edilməsi prosesi 

gücləndi. Qazan  xanın  1303-cü  ildə verdiyi fərmana əsasən torpaq mülkiyyətçiləri 

yaĢayıĢ  yerindən  qaçmıĢ  kəndliləri  30  il  ərzində  geri  qaytara  bilərd ilər.  Torpaq 

sahiblərinə  baĢqa  sahibkarın  mü lkündən  qaçmıĢ  kəndlini  qəbul  etmək  qadağan 

olunmuĢdu. Bu, Azərbaycanda (eləcə də ġərqdə)  kəndlilərin torpaq sahibinə deyil, 

torpağa təhkim olun ması haqqında ilk hüquqi sənəd idi.  

Monqol  iĢğalı  dövründə  kənd  icmaları  da  dövlətdən  asılı  vəziyyətə 

salmmıĢdı. 



Vergi  və  mükəlləfiyyətlər.  XIII əsrin  30-50-ci  illərində monqolların tətbiq 

etdiyi  ağır  vergi  siyasəti  ölkə  iqtisadiyyatma  yeni  zərbə  vurdu.  Monqol 




52 

 

hökmdarları  vergilərin  yığılmasında  istifadə  olunan  üsulların,  zorakı  tədbirlərin 



faydasızlığına  əmin  olduqdan  sonra  vergi  sistemində  müəyyən  qayda  yaratmağa 

cəhd  etdilər.  1254-cü  ildə  Munke  xanın  sərəncamı  ilə  bütün  Monqol  imperiyası 

hüdudlarında  əhalin in  ümu mi  siyahıyaalın ması  keçirild i.  Gəncəli  Kirakos  yazırdı: 

"Qadınlar  istisna  olunmaqla,  on  yaĢına  çatmıĢ  bütün  adamları  siyahıya  alırdılar. 

Əhalidən müəyyən olunmuĢ həddən artıq olan vergiləri amansızlıq la tələb ed irdilər, 

xalq  dilənçi  vəziyyətinə  düĢ müĢdü.  Verg i  yığanlar  əhaliyə  görünmə miĢ  əzab  və 

iĢgəncələr verirdilər". 

XIII  əsrin  50-ci  illərin in  sonlarında  təĢəkkül  tap mıĢ  Hülakular  (Elxanilər) 

dövlətində monqol caniĢin lərinin hakimiyyəti dövründəki vergi sistemin in qaydaya 

salın ması,  mərkəzləĢdirilməsi  və  təkmilləĢdirilməsi  üçün  bir  sıra  tədbirlər  həyata 

keçirildi.  Elxanilər yerli in zibati vergi sisteminin ənənələrin i əsasən saxlamağa, bu 

sistemi  Çingiz  xan  dövründən  miras  qalmıĢ  "Ulu  Yasa"nın  geridə  qalmıĢ  feodal-

patriarxa l qaydaları ilə u zlaĢdırmağa çalıĢırdıla r.  

XIII-XIV  əsrlərin  mənbələrindən  məlu m  olur  ki,  bu  dövrdə  zəhmətkeĢ 

əhalidən dövlət və feodalların  mənafeyinə 45 adda mü xtəlif vergi və  mükəlləfiyyət 

tələb edilird i. 

Ġstifadə  olunan  torpağın  müqabilində  alınan  baĢlıca  vergi  xərac  idi. 

Atabəylər  dövləti  dövründə  bu  vergini  ödəmək  əhali  üçün  həllo lunmaz  problem 

deyildi: " xərac vergisi becərilən əkin sahələrin in, bağların  müqabilində ödənilməli 

idi.  Məhsulsuzluq  Ģəraitində  bu  vergi  tələb  olun murdu.  Alınan  xərac  məhsuldar 

mü lk torpaqlarından əldə olunan məhsulun 10 və ya xud 5 fa izini təĢkil ed ird i". 

Monqol  hökmdarlığı  dövrü  (XIV  əs rin  əvvəlləri  istisna  olunmaqla) 

vergilərin  (habelə  xəracın)  a rtımı  təmayülü  ilə  səciyyəvi  olmuĢdur.  Hətta  rəsmi 

sənədlərdə qeydə alınmıĢ  məlu matlardan aydın olur ki,  xərac vergisi  məhsulun 60-

70 faizini, əlavələrlə isə 70-80 faizini təĢkil etməyə baĢlamıĢdı. Lakin vergiyığanlar 

və  vergilərin  yığılması  iĢini  icarəyə  götürmüĢ  Ģəxslər  əhalidən  müəyyən  edilmiĢ 

həddən  artıq  məhsul  qoparmağa  can  atırdılar.  Xərac  ildə  iki  dəfə  y ığılırdı:  ilin  

əvvəlində  (Novruzda)  bu  vergi  əsasən  pulla,  məhsul  yığımı  dövründə  isə  pul  və 

məhsulla ödənilirdi. 

Vergin in  kəmiyyəti  becərilən  torpağın  sahəsinə  müvafiq  idi.  Divan 

torpaqlarından xə racın yığ ılması iĢi ayrı-ayrı feodalların ica rəsinə verilird i.  Yığ ılan  

xəracın 1/3 hissəsi xəzinəyə daxil edilir, 1/3 isə icarədarın xeyrinə gedird i.  

Monqol  iĢğalçılarının  tətbiq  etdiyi  ağır  vergilərdən  biri  də  qopçur  (monqol 

dilində "otlaq" mənasına gəlir)  idi.  Bu vergini əvvəllər  köçəri  maldarlar ödəyirdilər 

(hər  100  baĢ  mal-qaradan  1  baĢ  heyvan  alınırdı).  Tədricən  qopçur  can  vergisinə 

çevrilərək  Ģəhər  və  kəndlərin  oturaq  əhalisinə  də  Ģamil  ed ild i.  Qopçurun  tətbiq 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə