Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə25/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   21   22   23   24   25   26   27   28   ...   232

53 

 

edilməsi  müsəlman  hüququna  (Ģəriətə)  zidd  idi.  ġəriətə  görə,  can  vergisi  yalnız 



müsəlman  olmayan  əhalidən  alına  bilərd i.  Qazan  xan ın  hakimiyyəti  dövründəki 

qopçurun  nə  dərəcədə  ağır  vergi  olduğunu  Fəzlu llah  RəĢidəddinin  bu 

məlu matından anlamaq  mü mkündür: "Bu vilayətləri hakimlərin icarəsinə verirdilər, 

həmin  hakimlərə  yardım  etmək  üçün  zəruri  sayda  xid mətçilər  verilirdi...  Bu  cür 

hakimlər  hər  il  rə iyyətdən  10,  bəzi  hallarda  isə  20-30  qopçur  məbləğ ində  vergi 

yığırd ılar,  toplanmıĢ  verginin  xeyli  hissəsi  hakimlərin,  vergiyığanların  əlində 

cəmlənirdi". 

Qazan  xanın  islahatı qopçur vergisinin yığ ılmasında müəyyən dönüĢ yaratdı, 

vergi  məbləğ inin  özbaĢına  artırılması  qadağan  olundu.  Lakin  bu  islahata 

baxmayaraq, qopçur ağır verg i olaraq qalmaqda idi.  

Çingiz  xanın  dövründən  etibarən  Ģəhər  sənətkarlarından,  ticarətdən  alınan 

vergilər  tamğa  istilahı  ilə  qeyd  edilirdi.  Tamğa  vergisi  pulla  ödənilirdi  və  onun 

məb ləği  ço x  yüksək  idi.  Tamğan ın  iki  növü  mövcud  olmuĢdu:  böyük  və  kiç ik 

tamğa.  Böyük tamğa Ģəhər darvazalarında, gömrü kxanalarda,  məhsulların Ģəhərlərə 

gətirildiy i  zaman  alın ırdı.  Verg iyığanlar  böyük  məbləğ  təĢkil  edən  bu  verginin 

ədalətliliyini  təsdiq  etmək  üçün  iri  tərəzilərdən  istifadə  edirdilər.  Kiçik  tamğa 

vergisi  isə  bazarlarda,  məhsulların    satıĢı  zamanı  ödənilirdi.  Ta mğa  Elxanilər 

xəzinəsinin  zənginliyin i təmin etmiĢ ən sabit vergi olmuĢdur. XIII əsrin sonlarında 

yalnız  Təbriz  Ģəhərindən  əldə  olunan  tamğanın  məbləği  80  tü mənə  çatmıĢdı  və 

Hülaku  dövləti  xəzinəsinin  gəlirlərinin  5  faizin i  təĢkil  edird i.  XIV  əsrin 

əvvəllərində  də,  Qazan  xan ın  islahatlarına  uyğun  surətdə,  Ģəhər  həyatının 

dirçəld ilməsi  məqsədilə  bəzi  Ģəhərlərdə  tamğa  vergisi  müvəqqəti  olaraq  ləğv 

edilmiĢ,  digər  Ģəhərlərdə  isə  50  faiz  azaldılmıĢdı.  Lakin  ticarətin  və  sənətkarlığ ın 

inkiĢafı sayəsində tamğanın ümumi həcmi nəinki azaldı, əksinə, bu məbləğ artmağa 

baĢladı. Məsələn, 1340-cı ildə Təbrizdə yığ ılmıĢ tamğa verg isinin ü mu mi  məbləği 

87 tümən 5000 d inar olmuĢdur. 

Əvvəllər  olduğu  kimi,  bu  dövrdə  də ticarət  karvanlarından  yol  haqqı  -  bac 

alın ırd ı.  Bac  Ģəhər  darvazalarının  yanında,  körpülərdə  ödənilird i.  Bu  iĢlə  xüsusi 

gömrükxana  məmu rlanrı  məĢğul  olurdular.  Bac  əsasən  baĢqa Ģəhərlərdə  satılmaq 

üçün  nəzərdə  tutulmuĢ  məhsulların   müqabilində  alınırdı.  Əgər  əmtəə  Ģəhər 

bazarına  satıĢ üçün gətirilirdisə,  onun  əvəzində  tamğa  vergisi  ödənilməli  idi.  Bac 

yığımının  ən  iri  gömrük  məntəqələrindən  biri  Araz  çayı  ü zərində  olan  Xudafərin  

körpüsü olmuĢdur. 

Dövlət  aparatının  ayrı-ay rı  zü mrələrinin  maddi  cəhətdən  təmin  o lunması 

üçün Ģəhər və kənd əhalisindən mü xtəlif vergilər alınırdı. Orta əsr mənbələrində bu 

vergilərin məcmusu ixracat istilah ı ilə qeyd edilmiĢdir. 




54 

 

Ordu  hissələrinin,  hərb i  məmu rların,  elçilərin  ərzaqla,  heyvanla,  ələflə 



təchizini  ehtiva  edən  mü xtəlif  verg i  və  mü kəlləfiyyətlər  sistemi  də  mövcud  idi. 

Sabit  olmayan  ictimai-siyasi,  iqtisadi  Ģəraitdə  bu  cür  vergi  və  mükəlləfiyyətlər 

sistemi  zəhmətkeĢləri  xüsusilə  incidirdi.  Müxtəlif  təyinatlı,  təcili  xərcləri  ödəmək 

məqsədilə  dövlət  və  feodallar  tərəfindən  alınan  avariz  də  əhalini  müflisləĢdirən 

vergilərdən biri idi. 

Poçt  xidmətinin  ehtiyaclarını  ödəmək  üçün  kəndlilər  xüsusi  mükəlləfiyyət 

daĢıyırdılar:  onlar  rabitə  məntəqələrini  at, ulaq,  qatır  və digər  nəqliyyat vasitələri  ilə 

təmin  etməli  idi.  Kəndlilər,  Ģəhər  əhalisi  hərbi  məmurları,  elçiləri,  əmirləri  və  digər 

yüksək  rütbəli Ģəxsləri  (onları  müĢayiət edənlərlə  birlikdə)  qonaq saxlamağa  məcbur 

edilird ilər. 

Qazan  xan  dövründə  poçtla  əlaqədar  olan  mükəlləfiyyətlər  ləğv  edildi  və  bu 

tədbir Azərbaycanda, eləcə də qonĢu ölkələrdə iqtisadi inkiĢafa müəyyən təkan verdi. 

Lakin XIV əsrin 40-cı illərində bu mükəlləfiyyət yenidən adi gerçəkliyə çevrild i. 

Bağlardan  xüsusi  xərac  alınırdı.  Bu  xərac  bağbaĢı  (farsdilli  mənbələrdə 

"bağĢomare") adlanırdı. Hökmdara, hakimlərə, əyanlara verilməli peĢkəĢ və hədiyyələrin 

müəyyən toplusu da mövcud olmuĢ dur. Həmin peĢkəĢ və hədiyyələr ali Ģəxslərə onların 

müəyyən  məkana  gəliĢi,  mü xtəlif  dini  və  mülki  bayramlarda  iĢtirakı  münasibətilə 

təqdim ed ilirdi. 

Tərx adlanan mükəlləfiyyət əhali üçün ağır idi. Bu mükəlləfiyyətə əsasən əhali 

dövlət  anbarlarında  yığılıb  qalmıĢ  izafı  kənd  təsərrüfatı  məhsullarını  bazar 

qiymətlərindən  yüksək  qiymətə  almalı  o lurdu.  Tərx  mükəlləfiyyəti  dövlətə  və 

feodallara kənd təsərrüfatı məhsullarını, sənətkarlıq məmulatını bazar qiy mətlərindən 

aĢağı qiymətə almaq imkanı da yaratmıĢdı. 

XIIl-XIV  əsrlərdə  Azərbaycan  əhalisi  vergi  və  mükəlləfiyyətlərin  dəhĢətli 

ağırlığı  altında  əziyyət  çəkmiĢdir.  Vergilərin  yığılması  prosesində  mövcud  olan 

özbaĢınalıqlar  bu  zülmü  daha  dözülməz  edirdi.  Həyat  Ģəraitinin  ağırlaĢması 

zəhmətkeĢlərin  kütləvi  Ģəkildə  yaĢayıĢ  yerlərini  tərk  etməsinə  səbəb  oldu.  Qazan  xan 

dövründə  vergi  ağırlığının  nisbətən  azaldılması,  iqtisadiyyatın  müəyyən  qədər 

yüksəliĢi ümumi tənəzzül təmayülünü aradan qaldırmadı. Məsələn,  Naxçıvan,  Mərənd 

və Sərab əhalisi Ģikayət edərək bildirmiĢdi ki, vergiyığanlar və məmurlar Qazan xanın 

fərmanına əməl etmir, istədikləri məhsulları ələ keçirir, tələb olunandan artıq məbləğdə 

vergilər alır, "bir dinar əvə zinə 20 d inar tələb edirlər".  

Dözü lməz  zülm  nəticəsində  Naxçıvanda  mövcud  olan  evlərin  5/6  hiss əsi 

boĢalmıĢdı.  BaĢ  verən  mü xtəlif  yolu xucu  xəstəliklər,  məhsulsuzluq  əhalinin  həyat 

Ģəraitini xeyli ağ ırlaĢdırmıĢdı. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə