Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə26/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   22   23   24   25   26   27   28   29   ...   232

55 

 

Qazan  xanın islahatları.  XIII əsrin  80-90-cı  illərində Hülakular dövlətində 

baĢ  verən  siyasi  və  ictimai-iqtisadi  böhran  ən  yüksək  səviyyəyə  çatdı.  ĠĢğal 

altındakı  ölkələrin  müdhiĢ  dağıntılara  məru z  qalması,  arası  kəsilməyən  feodal 

çəkiĢ mələri,  zəh mətkeĢ  əhalinin  amansız  Ģəkildə  talan  olunması  nəticəsində  öz 

yerlərini  tərk  etməsi  və  digər  amillər  kənd  təsərrüfatı  istehsalının  kəskin  s urətdə 

azalmasına, Ģəhərlərin iqtisadi həyatının ölgünləĢməsinə gətirib ç ıxa r-mıĢdı. 

Dövlət  xəzinəsinin,  feodalların  gəlirinin  azalması  Elxan i  hökmdarı  Qazan 

xanı  (1295-1304)  daxili  siyasət  istiqamətin i  əsaslı  surətdə  dəyiĢməyə,  bir  sıra 

mühü m  islahatlar  keçirməyə  məcbur  etdi.  Qazan  xan  dövlətin  mərkəzləĢdirilməsi 

prosesinə  maneçilik  törədən  monqol  mənĢəli  hərbi-köçəri  əyanlara  qarĢı 

mübarizədə  yerli  əyanlara,  müsəlman  ruhanilərinə,  hakim  sülalə  ilə  əlaqədar  olan, 

hakimiyyətin  mə rkə zləĢdirilməsinə  tərəfdar  çıxan  monqol-türk  mənĢəli  köçəri 

əyanların bir q isminə arxalanırd ı. Qazan xan, onun ardınca isə monqol hərbçilərinin  

əksəriyyəti  fəth  olunmuĢ  ərazidə  öz  mövqelərin i  möhkəmləndirmək  üçün   islamı 

qəbul  etdilər.  Ġslam  yenidən  dövlət  dini  səviyyəsinə  yüksəldi.  Müsəlman  

müqəddəslərinə  məxsus  olan  vəqflərə,  din i  təĢkilatlara,  ruhanilərə  geniĢ  torpaq 

sahələri bağıĢlandı. 

Qazan  xan ın  həyata  keçirdiyi  islahatların  əsas  təĢəbbüskarı  və  həyata 

keçirəni baĢ vəzir, təbib, dövrün  məĢhur tarixçisi Fəzlullah  RəĢidəddin idi. Ġslahat 

vergi  sistemin in  sabitləĢdirilməsi,  verg i  zülmünün  yumĢaldılması,  vergilərin 

yığılması  prosesində  mövcud  olan  sui-istifadə  hallarının  aradan  qaldırılması 

vasitəsilə  əkinçiliy in  və  Ģəhər  iqtisadiyyatının  yüksəliĢin i  təmin  etmək  məqsədi 

güdürdü. 

Tədbiri  həyata  keçirən  Ģəxslərin  qənaətinə  görə,  bu  islahat  dövlət 

xəzinəsinin sabit Ģəkildə gəlirlərlə təchiz o lunmasın ı təmin et məli idi. 

Ġslahatların  əsas  hissəsi  1297-1304-cü  illər  ərzində  həyata  keçirild i  və 

inzibati  aparatın  təqribən  bütün  sahələrini  əhatə  etdi.  BaĢ  verə  biləcək  mü xtəlif 

qeyri-qanuni  əmə llərin  aradan  qaldırılması  üçün  Qazan  xan  Elxanilər  dövlətinin  

bütün  maliyyə  verg i  sisteminin  yenidən  qurulması  siyasətini  yeritməyə  baĢladı. 

Vergi  verməli  olan  əhalinin  siyahısı  tərtib  o lundu,  vergilərin  növləri,  məbləği  və 

vaxtı  dəqiq  müəyyən  edildi.  Verg ilə rin  növləri,  ödənilmə  vaxtı  taxta,  metal,  daĢ 

lövhələr  üzərində  həkk  o lundu  və  müxtəlif  yaĢayıĢ  məntəqələrinin  nəzərəçarpan 

yerlərində  qoyuldu.  Tərtib  olunmuĢ  dövlət  sənədlərinə  düzəliĢlərə  imkan 

vermə mək  məqsədilə  həmin  sənədlərin  əsli  ġənbi-Qa zanda  yerləĢmiĢ  xüsusi  yerə 

təhvil verilməli idi. 

Həyata  keçirilən  islahata  əsasən  xərac  və  qopçur  vergilərinin  məb ləği, 

ödənilmə  vaxtı,  qaydası  müəyyən  edilmiĢdi.  Dövlət  torpaqlarından  alınan  xərac 




56 

 

vergisi  məhsulun 60  faizini təĢkil edirdi,  xüsusi torpaq sahələrində isə əldə olunan 



məhsulun  10  faizi  xərac  vergisi  Ģəklində  ödənilməli  id i.  Verg i  alınarkən  tərk 

edilmiĢ, uzun  müddət ərzində becərilməmiĢ torpaq sahələrini becərən lərə güzəĢtlər 

edilird i.  Bu  cür  sahələrin  sahibləri  becərmən in  ilk  ilində  bütün  vergilərdən  azad 

olunurdular.  Üçüncü  ildən  etibarən,  torpaq  becərildikdən  sonra,  torpağın 

becərilməsi  çətinliyindən  asılı  olaraq  xəracın  məcmusu  tədricən  3/4,  2/3  və  1/2 

qədər  azaldılmıĢdı.  Belə  torpağı  becərən  Ģəxs  mü lk  hüququnda  həmin  torpaq 

sahəsinin sahibinə çevrilird i. 

Qazan  xan Ģəhər iqtisadiyyatının inkiĢafı üçün mühüm əhəmiyyət kəsb edən 

bir sıra islahatlar da keçirmiĢdi. Pul tədavülü üzrə, ticarət yollarının qorunması, bac 

toplanması,  ta mğa  vergisinin  yığılması  sahələrində  təsirli  tədbirlər  görülmüĢdü. 

Bütün  Hülakular  dövləti  miqyasında  sikkə  zərb  olun ması  iĢində  vahid  qayda 

bərqərar  edildi.  1301-1302-ci  illərin  islahatı  nəticəsində  dövlət  ərazisində  vahid 

ölçü  və  çəki  sistemi  tətbiq  olundu.  Təbrizdə  mövcud  olmuĢ  çəki  və  ölçü  

vahidlərindən  nümunə  kimi  istifadə  edilirdi.  Yo l  keĢikçilərinin  (rahdarların)  sayı 

artırılırdı. XIV əsrin əvvəllərində rahdarların sayı 10 min nəfərə çatmıĢdı. 

Qazan  xan ın  islahatları  A zərbaycanda Ģəhər həyatının  müəyyən  dirçəliĢinə, 

ticarətin  canlan masına  yard ım  etdi.  Lakin  bu  islahatlar  tam  Ģəkildə  həyata 

keçirilməd i.  Bunun  üçün  o  dövrdə  obyektiv  Ģərait  də  yox  id i.  Qazan  xanın  

islahatları ticarət yolların ın  təhlükəsizliyini təmin edə b ilmədi. 

Dövlət  miqyasında  tətbiq  edilmiĢ  vahid  ölçü  və  çəki  sistemi  tənəzzülə 

uğradı. 

1303-cü  ildə  Qazan  xan  hərbi  feodal  əyanlarının  mənafeyi  na minə  xüsusi 

fərman  vermiĢdi.  Bu  fərmana  əsasən  dövlət  torpaq  mülkiyyəti  (divani)  fondundan 

onlara  iqta  hüququnda  sahələr  verilməyə  baĢlandı.  Türk-monqol  mənĢəli  feodallar 

Muğan, ġirvan və Arranda geniĢ iqta sahələrinə malik oldular.  

XI-XII əsrlərdə iqta ömü rlü k Ģərti torpaq sahəsi idi. XIV əsrdə isə bu sahələr 

feodalların  irsi  istifadəsinə  keçd i.  Ġqtadar  vergi  to xunulmazlığı  hüququna  malik 

olub, iqta əra zisindəki əhali ü zərində geniĢ səlahiyyətlərdən istifadə edirdi. 1303-cü 

il fərmanına əsasən kəndlilərin bir yerdən digər yerə keçməsi qadağan olunmuĢdu. 

Kəndli  torpağa  təhkim  ed ilmiĢdi.  Lakin  qaçmıĢ  kəndlilərin  əksəriyyəti  keçmiĢ 

məskənlərinə  qayıtmadı.  Onları  zorla  qaytarmaq  isə  torpaq  sahiblərinə  müyəssər 

olmadı. 


Qazan   xanın   torpaq  islahatı  dövlətin  mərkəzləĢdirilməsi  xəttinə  zidd  id i, 

obyektiv olan proseslərin qarĢısını ala bilmədi və  XIV əsrin  30-cu illərində feodal 

separatçılığın ın güclən məsi dövlətin tənəzzülü üçün əlveriĢli zəmin yaratdı. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə