Heydə r ə LĠyev


Sənətkarlıq  istehsalı.  Əsnaflar



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə27/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   23   24   25   26   27   28   29   30   ...   232

57 

 

Sənətkarlıq  istehsalı.  Əsnaflar.  Monqol  iĢğalları  dövründə  əksər 

Ģəhərlərdə iqtisadiyyatın kəskin surətdə zəifləməsi yaĢayıĢ məskənlərində ticarət və 

sənətkarlıq ünsürlərin in art masına səbəb oldu. Lakin  iri, o rta, bəzi  xırda Ģəhərlərin 

əhalisinin ictimai tərkibində əsaslı dəyiĢikliklər baĢ vermədi. Sənətkarlar və tacirlər 

faiz  baxımından  Ģəhər  əhalisi  arasında  aparıcı  mövqeyə  malik  id ilər.  Hələ  XIII 

əsrin  70-ci  illərində  səyyah  Marko  Polo  qeyd  edirdi  ki,  Təbrizin  əhalisi  əsasən 

sənətkarlardan  və  tacirlərdən  ibarətdir.  XIII  əsrin  sonu və  XIV  əsrin  əvvəllərində 

Təbriz Ģəhərinə tacir və sənətkarların axın ı prosesi davam edirdi, bunun sayəsində 

Ģəhərin  qala  divarlarından  xaricdə  geniĢ  ticarət-sənətkarlıq  məhəllə ləri  meydana 

gəldi.  XIV əsrin əvvəllərində Elxanilər  iqamətgahının yerləĢdiyi  Sultaniyyə Ģəhəri 

ərazisində xeyli miqdarda tacir, sənətkar məskunlaĢdı. 

Sənətkarlığın   ən  geniĢ  yayılmıĢ  sahələrindən  biri  to xuculuq  idi. 

Toxuculuqda  pamb ıq  və  ipək  parça ların  istehsalı  mühüm  yer  tuturdu.  To xuculuq 

Təbriz,  Gəncə,  Naxçıvan,  Xoy,  Beyləqan  və  Ərdəbil  Ģəhərlərin in  iqtisadiyyatında 

əsas rol oynayırdı. 

Elxan i  hökmdarları  Çindən,  Orta  Asiyadan,  Ġrandan,  Hindistandan,  Kiçik 

Asiya və Ərəb ölkələrindən mü xtəlif  ixtisasdan olan sənətkarları Azərbaycana cəlb 

edirdilər. 

XIII əsrin sonu - XIV əsrin əvvəllərində  xeyli  xərc çəkilməklə Təbrizdə bir 

sıra  iri  sənətkarlıq  emalatxanaları  (karxanalar)  təĢkil  edild i.  Bu  karxanalarda 

monqol  xanlarının  tələbatını  ödəyən  bahalı  ipək  parçalar  hazırlan ırd ı.  Həmin 

dövrdə  zərli  parçalara  tələbat  çoxalır,  bu  cür  parçaların  istehsalı  kəskin  surətdə 

artırd ı.  Təbriz  Ģəhərinin  ətrafında  (məsələn,  Rəbi-RəĢid idə)  xeyli  to xuculuq 

karxanası fəaliyyət göstərirdi. Azə rbaycanda və dövlətin digər ərazilə rində  mövcud 

olan  karxanaların  ço x  h issəsi  dövlətin  (xəzinənin),  baĢ  vəzir  iĢləmiĢ   Fəzlullah 

RəĢidəddinin  ixtiyarında  id i.  Dövlət  (xəzinə),  iri  feodallar  bu  karxanalardan  külli 

miqdarda gəlir əldə edirdilər. 

XIII  əsrin  70-ci  illərində  Azərbaycanda olmuĢ  Marko  Polo  ġirvanı  nəzərdə 

tutaraq qeyd edirdi ki, "burada xey li  ipək var,  zərli və ipək parçalar hazırlan ır, belə 

gözəl parçalara heç b ir yerdə təsadüf etməzsiniz".  

Azərbaycan  Ģəhərlərində  to xuculuqla  əlaqədar  olan  baĢqa sənət  sahələri  də 

vardı.  Ġpək  və  pamb ıq  parçalardan  süfrələr,  çalmalar,  ipək  və  yun  parçalardan 

çadırlar  hazırlan ması,  dərzilik,  bədii  tikmə  sənəti,  boyaqçılıq  iĢi  və  s.  geniĢ 

yayılmıĢdı. 

Azərbaycan  sənətinin  mühüm  və  geniĢ yayılmıĢ   növlərindən  biri  xalçaçılıq 

idi.  Azərbaycan  xalçaları  ö lkən in  hüdudlarından  kənarda  da  məĢhur  id i.  Elxani 

xəzinəsi  və  ayrı-ayrı  feodallar  Ģəhər  və  kənd  xalçaçılarından  xüsusi  vergilər 




58 

 

alırdılar.  Bir ço x  xalçalar  mü xtəlif d ini və tədris  müəssisələrinə (məscid,  xanəgah, 



mədrəsə və s.) bağıĢlanırdı. 

MetaliĢləmə sənəti Ģəhərlərin iqtisadi həyatında mühü m yer tuturdu. Orta əsr 

Ģəhərləri  Beyləqanın,  Qəbələnin  ərazisində  aparılmıĢ  arxeoloji  qazıntılar,  yazılı 

mənbələr  sübut  edir  ki,  metal  üzə rində  iĢləmiĢ  orta  əsr  sənətkarları  soyuq  və  isti 

üsulla  döymənin,  tökmənin  mü xtəlif  texn iki  vasitələrindən  istifadə  etmiĢ,  bütün 

əmək  alətlərini,  məiĢət  üçün  zəruri  ləvazimatı,  bir  sıra  silah ları  hazırla mağı 

bacarmıĢlar. 

Mis  və  mis-bürünc  məmulatın ın,  əsasən  məiĢət  təyinatlı  qab-qacağın 

istehsalı  metaliĢləmə sənətinin iri sahələrindən olmuĢdur. Təbriz,  Gəncə-Naxçıvan, 

Xoy,  ġə mkir  Ģəhərləri  monqol  yürüĢlərinə  qədərki  dövrdə  meta liĢlə mə  sənətinin 

mühü m  mərkəzləri idi. Həmin Ģəhərlərdə bu sənətin bütün sahələri üzrə sənətkarlar 

fəaliyyət göstərirdilər.  Gəncədə soyuq silahlar,  Xoyda  mis silah növləri,  ġəmkirdə 

bıçaqlar  hazırlanırdı.  ġiz  bölgəsində  qızıl  və  qurğuĢun hasil  edilir,  emal  olunurdu. 

Monqol  iĢğallarından sonra bu  Ģəhərlərdə  metal  e ma lı  iĢi  tənəzzü lə  uğradı.  Ya lnız 

Təbrizdə sənətin bu sahəsi in kiĢaf etdi və yüksək tərəqqi səviyyəsinə çatdı. 

Elxan ilər  soyuq  silahların    istehsalına  böyük  əhəmiyyət  verirdilər. 

ġəhərlərdə  mü xtəlif  soyuq  silahlar  hazırlayan  xey li  yerli  və  monqol  mənĢəli 

sənətkar  vardı.  Əsir  kimi  istis mar  o lunan  belə  sənətkarlar  dövlət  müəssisələrində 

(karxanala rda)  ağır  ə mə k  Ģəraitində  çalıĢırd ıla r.  Qa zan  xan  həmin  karxanalarda  

iĢləyən  sənətkarların  vəziyyətini  bir  qədər  yüngülləĢdirə  bilən  xüsusi  islahat 

keçirdi:  silah  hazırlayan  emalatxanalar  adi  sənətkarlıq  emalatxanalarına  çevrild i. 

Dövlət xəzinəsi silah ları bazarlarda pul ödəmək Ģərti ilə almağa baĢladı və bu tədbir 

yaraq-əsləhə istehsalının bir qədər geniĢlən məsi üçün Ģərait yaratdı.  

Yaxın və Orta ġərqdə mövcud olmuĢ məĢhur mərkəzlərin monqol iĢğalçıları 

tərəfındən  viran  edilməsi  dulusçuluq  məmu latı  istehsalının  tənəzzülünə  səbəb 

olmuĢdu.  Lakin  məiĢət  təyinatlı  dulusçuluq  məmulatı  istehsalının  azalmas ma 

baxmayaraq,  inĢaat  üçün  zəruri  olan  keramika  məmu latın ın  hazırlan masında 

canlanma  müĢahidə  edilirdi.  Azərbaycanın  xatirə  və  mü lki  təyinatlı  obyektlərində 

kera mik  mo zaikadan  geniĢ  istifadə  olunurdu.  Təbrizdə,  Su ltaniyyədə    bu 

istiqamətdə nəzərəçarpacaq uğurlar qazanılmıĢdı.  XIV əsrin əvvəllərindən etibarən 

Təbriz  Ģəhəri  keramika  məmu latı  istehsalı  sahəsində  yüksək  inkiĢaf  səviyyəsin ə 

çatdı,  ġərq  ölkələrinin  dulusçuluq  məmulatı  istehsalının  tərəqqisinə  mühüm  təsir 

göstərməyə  baĢladı.  1357-ci  ildə  Bağdadda  inĢa  olunmuĢ  Mərcaniyyə  məscidinin 

keramik mo zaikasının  müəllifi təbrizli Əh mədĢah olmuĢdur. 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə