Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə30/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   26   27   28   29   30   31   32   33   ...   232

63 

 

Çində istehsal olunmuĢ baĢqa məmulat da (xam ipək,  ipək parçalar,  zərlə to xunmuĢ 



dibai, saxsı qablar və s.) id xal edilirdi.  XIV  əsrdə Dağıstanda (Kubaçi) hazırlan mıĢ 

bürünc  çıraqların  Bakıda  tapılması  A zərbaycan  Ģəhərlərin in  bu  ölkə  ilə  iqtisadi 

əlaqə saxlad ığını göstərir. Azərbaycan Ģəhərləri ilə Orta  Asiya Ģəhərləri arasında da 

əmtəə mübadiləsi mövcud idi. 

XIII-XIV  əsrlərdə  Hü laku lar  dövlətin in  əhatə  etdiyi  əra zidən  keçən  ticarət 

yollarının  bir  sıra  mühüm  qolları  (Ģahralı)  Azərbaycan  ərazisindən  keçirdi.  Əsas 

Ģimal  yolu  Təbrizdən  və  Mərənddən  keçərək  Araz  çayı  sahillərinə  qədər  çatırdı. 

BaĢqa  bir  yol  Sultaniyyə,  Zəncan,  Kağəzkonan  (Xunəc),  Miyanə,  Ucan,  Təbriz, 

Sərab,  Ərdəbil,  Biləsuvar,  Mahmudabad,  Bakı,  ġamaxı  və  Dərbəndədək  uzanırdı. 

Həmin  baĢ  yolun  bir  qolu  Araz  çay ının  kənarındakı  Bəcirəvana,  Beyləqana, 

Ləmbərana,  Bərdəyə,  Gəncəyə,  ġəmkirə,  sonra  isə  Tiflisə  doğru  yönəlird i.  BaĢ 

yolun  ikinci  qolu  isə  Bərdədən  Dərbəndə,  oradan  Ģimala,  sonra  isə  K rıma  doğru 

gedirdi.  BaĢ  qərb  yolu  Təbrizdən  baĢlayıb  Mərəndə,  Xoya,  Naxçıvana,  Dəb ilə 

(Dvinə),  oradan  isə  ƏrciĢə,  Ahlata,  Malazg irdə,  Ərzuru ma,  Ərzincana,  Sivasa, 

Trabzona, Qara dəniz sahillərinə doğru uzanırdı.  Cənubla Ģərqi əlaqələndirən baĢqa 

bir  yol  Təbrizdən  baĢlayıb,  Sərab  və  Ərdəbildən  keçir,  Xəzər  dənizi  sahillərinə, 

TalıĢa istiqamətlənird i. Təbrizdən Əhərə, Bəcirəvana və Arrana doğru ayrıca b ir yol 

istiqamət alırdı. 

Azərbaycanın  cənub  əyalətlərindən  keçən  ticarət  yolları  əsasən  iki 

məntəqədən - Həmədandan və Sultaniyyədən baĢlanırdı. Hə mədandan baĢlanan yol 

Zəncana  çatdıqda  Tarom  və  Miyanə  yolları  ad lanan  iki  qola  parçalanırdı. 

Zəncandan  Taroma  gedən  yolun  bir  qolu  Xalxal  və  Ərdəbilə,  digəri  is ə  Səfidrud 

vadisinə, sonra isə  Səfıdrud sahili  ilə  Gilana və Ənzəliyə gedirdi. Ən zəli  ilə  Bakını 

I dəniz yolu da birləĢdirirdi. 

Zəncandan Miyanəyə gedən yol üç qola haçalanırdı: 1) ġimal  yolu: Ərdəbil, 

Muğan,  Beyləqan,  Bakı,  Dərbənd  (Bab  ül-Əbvab);  2)  ġimal-qərb  yolu :  Ucan, 

Urmiya  gölünün  Ģima lından  keçərə k  Er mənistana,  Qara  dəniz  sahilinə  və  Kiç ik 

Asiyaya  gedən  yol;  3)  Qərb  yolu:  Marağa,  Urmiya  gölünün  cənub u  -  Ravənduz, 

Mosul,  Hələb,  Qara  dəniz  sahillərinə  qədər  uzanırdı.  Volqa  yolu  Astara vasitəsilə 

Təbrizlə əlaqədar idi. Karvan Təbriz-Trabzon yolunu təxminən otuz gün müddətinə 

qət edirdi.  Bakı  ġamaxı  ilə tranzit ticarətdə Xəzər dənizində ən yaxĢı  liman hes ab 

olunurdu. 

Çin  və  Hindistandan  gələn  ticarət  yolu  Orta  Asiya  və  Ġrandan  keçərək 

Azərbaycana  çatır,  Xəzər  dənizi  sahili  boyunca Ģimala  doğru  yönəlir,  Qara  dəniz 

sahillərinədək u zanırd ı.  Çin və Hindistandan Orta Asiyaya, Xəzər dənizi vasitəsilə 

Azərbaycana  ticarət  yolu  vardı.  GətirilmiĢ  mallar  Kür  və  Rion  çayları  vasitəsilə 




64 

 

Qara dəniz sahillərinə çatdırılırd ı.  BaĢqa birbaĢa yol - Araz sahili boyunca keçərək 



Ermənistana,  Suriyaya  (ġam)  və  Beyn  əl-Nəhreynə  gedən  qədim  yol  hələ  də  öz 

əhəmiyyətini  itirməmiĢdi.  ġimaldan  HəĢtərxan  vasitəsilə  Qızıl  Ordanın  ərazisinə, 

Çinə istiqamətlən miĢ xüsusi karvan yolu da mövcud idi.  

Çini  Orta  Asiya  vasitəsilə  Yaxın  ġərq,  Qara  dəniz,  Xəzər  dənizi  və  Aralıq 

dənizi ilə birləĢdirən karvan yolu qədimdən Ġpək yolu adı ilə  məĢhur olmuĢdur. Bu 

yolun  əhəmiyyəti  yalnız  beynəlxalq  ticarətlə  məhdudlaĢmırd ı.  Asiyanı  Avropa  ilə 

əlaqələndirən  Ġpək  yolu  mü xtəlif  xalqların  siyasi-diplo matik  və  mədəni 

münasibətlərinin inkiĢafında  müstəsna rol oynamıĢdır. Azərbaycan bu yolda ġərqlə 

Qərb arasında sanki körpü id i. 

XIII əsrin 30-cu illərindən etibarən "gümüĢ böhranı" tədricən aradan qalxd ı, 

Azərbaycanda yenidən gümüĢ sikkələr  zərb edilməyə baĢlandı.  Gü müĢ pul sistemi 

bərpa  edildi.  Qızıl  pula  n isbətən  gümüĢ  pul  daha  çox  buraxılırdı.  Ən  yüksək  pul 

vahidi tümən, qızıl və gümüĢ balıĢ hesab olunurdu. Dinar, fəls, gümüĢ dirhəm daha 

az  dəyərə  malik  idi.  XIII  əsrin  ikinci  yarısında  dövriyyədə  yalnız  qızıl  tü mən  və 

qızıl  balıĢ  qalmıĢdı.  Bu  dövrdə  gümüĢ  dinar  da  buraxılmağa  baĢlanmıĢdı. 

Azərbaycanın  pul  dövriyyəsində  xarici  ölkələrin  qızıl  sikkələrindən  də  istifadə 

olunurdu. Elxani hökmdarı Əh məd in hakimiyyəti dövründə (1282-1284) sikkələrin 

dəyərinin  aĢağı  en məsi  prosesi  baĢlandı  və  bu  proses  XIII  əsrin  sonlarına  doğru 

daha  da  gücləndi.  Elxanilər  dövləti  ma liyyə  böhranına  məruz  qaldı  və  dövlətin 

xəzinəsi  boĢaldı.  Bununla  əlaqədar  olaraq  1294-cü  ildə  Key xatu  xanın  əmri  ilə 

Təbrizdə  kağız  pulçao  buraxılmasına  baĢlanıldı.  Çao  daxili  pul  dövriyyəsi  üçün 

nəzərdə  tutulmuĢdu.  KeçirilmiĢ  islahatın  məqsədi  dövriyyədə  olan qızıl  və  gümüĢ 

pulları  icbari  yolla  dövlət  xəzinəsində  cəmləĢdirmək,  onların  xarici  ölkələrə 

axın ının  qarĢısını  almaqdan  ibarət  idi.  Əhali  kağız  pulu  qəbul  et məkdən  imtina 

edirdi.  Kağız pulların buraxılması yolu ilə böhranı aradan qaldırmaq təĢəbbüsü  baĢ 

tutmadı.  Bu  islahat  dövlətin  ma liyyə  vəziyyətini  nəinki  ya xĢılaĢdırdı,  əksinə,  onu 

daha da pisləĢdirdi. 

Qazan  xan (1295-1304) bir sıra  iqtisadi, sosial tədbirlər həyata keçirməyə, o 

cümlədən  sikkə  zərbi  iĢini  sabitləĢdirməyə  baĢladı  və  bütün  Hülaku  dö vləti  üçün 

vahid pul sistemi yaratdı. Su i-istifadə hallarına yol verməmək məqsədilə Qazan xan 

vahid  sikkə  nümunəsi  müəyyən  etdi.  Sikkən in  üzərində  səciyyəvi  hərflərlə  icra 

olunmuĢ  üç  gizli  hərf  iĢarəsi  qeyd  olunurdu.  Qazan  xanın  pul  islahatı  t icarət 

əməliyyatının geniĢlən məsinə yardım etdi. 

Qazan  xan ın  islahatı  nəticəsində  ticarət  əməliyyatları  normal  pul  hesabı  ilə 

aparılmağa  baĢlandı.  Bu  isə  dövlətin  ümu mi  mədaxilinin  artmasına  səbəb  oldu. 

Ticarətin canlan ması və pula olan tələbat yeni zərb xanaların açılmasını zəruri etdi. 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə