Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə33/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   29   30   31   32   33   34   35   36   ...   232

69 

 

XIV  əsrin  sonu  -  XV  əsrin  ə vvəllərində  Azər baycanın  siyasi  vəzi yyə ti. 

Bəhs etdiyimiz dövrdə Cənubi Qafqaz, Yaxın və Orta ġərqin siyasi vəziyyətində bir 

sıra  mühü m  amillər  əsaslı  rol  oynadı.  Bunlardan  ən  baĢlıcası  Azərbaycanın  və 

qonĢu ölkələrin Tey murun dağıdıcı basqınlarına məru z qalması idi. 

Bu  zaman  Azərbaycanın  Ģimalında  ġirvanĢahlar  dövləti  I  Ġbrahimin  (1382-

1417) hakimiyyəti altında  müəyyən iqtisadi-siyasi tərəqqiyə nail olmağa baĢladı. I 

Ġbrahimin  ağıllı  və  təmkin li  siyasəti  nəticəsində  ġirvan  Azərbaycanın  digər 

hissələrindən  fərqli  olaraq  öz  istiqlaliyyətini  itirməd i,  xarici  iĢğalçıların  zü lmünə 

məruz  qalmadı.  Böyük  siyasi  nüfuz  qazanmıĢ  I  Ġbrahim  eyni  zamanda  Orlat 

sülaləsindən olan ġəki hakimi Seydi Əlin in oğlu Seydi Əh məd i Tey murla barıĢdırıb 

ġəki  torpaqların ı  iĢğalçıların  basqınından  xilas  etdi.  Gürcü  çarı  Geo rginin  də 

Teymurla  sülh  müqaviləsi  bağlamasında  ĢirvanĢahın  müsbət  rolu  özünü  göstərdi. 

Təbiid ir  ki,  Tey murun  vassallarına  çevrilmiĢ  ġirvan  Ģahı  və  ġəki  hakimi  öz 

qoĢunları  ilə  Tey murun  1402-ci  ildə  Os manlı  sultanı  I  Bayazidə  qarĢı  yürüĢündə 

iĢtirak etmiĢdilər. Məhz bu yolla onlar öz daxili müstəqilliklərin i qoruya bild ilər.  

Azərbaycanın zəngin  təbii sərvətləri və münbit torpaqları əzəldən Qızıl Orda 

xanlarının   da  diqqətini  cəlb  etmiĢdi.  Qızıl  Orda  xanları  Elxan ilər  dövlətinə  qarĢı 

Azərbaycan  uğrunda  uzun-uzadı  mübarizədə  nəticə  etibarilə  müvəffəq iyyət  əldə 

edə  bilmədilər.  Onların  Dərbənddən  cənuba  tərəf  basqınları  ö lkəyə  böyük  zərər 

yetirdisə də, bu hücumlar  Elxanilər tərəfindən dəf edild i. To xtamıĢın da ölkəni ələ 

keçirmək  cəhdləri  Tey mu run  və  ġirvanĢahların  müqavimətinə  rast  gələrək  boĢa 

çıxd ı. 

Azərbaycanın cənub (Kürdən cənuba) hissəsi Cəlairilər dövlətinin tərkibinə 

daxil idi. XIV əsrin son rübündə köçəri tayfaların nüfuzu artdı və siyasi hakimiyyət 

onların  əlinə  keçd i.  Son  Cəlairi  sultanı  Əh məd  (1382-1410)  hakimiyyət  uğrunda 

çətin  mübarizədə  qardaĢlarına  qalib  gəld i.  O,  Müzəffəri  sülaləsinin  nü mayəndəsi 

olan  ġahĢücanı  (1364-1384)  Sultaniyyədən  qova  bildi  və  Cəlairilər  dövlətin in 

ərazisini qısa müddət ərzində bərpa etdi. 

Əh məd daxili çəkiĢmələrlə məĢğul olduğu zaman Mavərənnəhrdə Teymurun 

güclü  dövləti  yarandı.  Köçəri  əmirlərin  və  feodal  əyanlarının  mənafeyin i  güdən 

Əmir  Tey mur  geniĢ  miqyaslı  iĢğallara  baĢladı.  O,  q ısa  bir  zamanda  daxili 

ziddiyyətlərdən  zəifləmiĢ  qonĢu  dövlətləri  məğlub  edərək,  1385-ci  ildə  Cəlairilər 

dövlətinin hüdudlarına çatdı. 

Beləliklə,  daxili  düĢmənləri  yenicə  aradan  qaldırmıĢ  Sultan  Əh məd  onun 

dövlətinin  müstəqilliy inə  ciddi  təhlükə  törədən  güclü  və  müdhiĢ bir  düĢmənlə  üz-

üzə  gəldi.  Su ltan  Əhməd  Tey murun  hücumuna  dözməd i  və  Bağdada  qaçdı. 



70 

 

Azərbaycanın  cənub  hissəsi  Cəlairi  hökmdarının  əmiri  olan  Qaraqoyunlu  Qara 



Məhəmmədin qoĢunları tərəfindən zəbt edild i. 

Azərbaycan  uğrunda  Teymurla  To xtamıĢ  arasında  gedən  mübarizə 

Teymurilərin  xeyrinə  qurtardı.  Tey mur  1395-ci  ildə  Dərbənddən  Ģimala  keçərək 

Qızıl Orda  xanının torpaqlarına soxu ldu. Bu yürüĢdə ġirvanĢah I Ġbrahim də iĢtirak 

edirdi.  Tey murun  qoĢunları  HəĢtərxan  və  Saray  Ģəhərlərini  v iran  etdilər  (1395). 

Beləliklə,  Azərbaycan  Qızıl  Orda  xan larının  basqınlarından  xilas  oldu  və  qısa 

müddətə Teymurun əsarəti altına düĢdü. 

ġirvandan  fərqli  olaraq  Azərbaycanın  Kürdən  cənuba  doğru  hissəsi 

Teymurilərin  yürüĢləri  zamanı  böyük  qırğına,  dağıntı  və  qarətlərə  məruz  qaldı. 

Yerli  feodalların  bir  hissəsinin  əmlak  və  torpaqları  əllərindən  alındı,  kəndlilər 

üzərinə ağır vergilər qoyuldu. Məhsuldar qüvvələrə ağır təsir edən bütün bu amillər 

ölkənin iqtisadi tənəzzülünə səbəb oldu. 

Azərbaycanın  cənub  hissəsi  Teymurun  oğlu  MiranĢahın  hakimiyyəti  altına 

keçdi. Arasıkəsilməyən feodal  müharibələri  xalq ın vəziyyətin i daha da ağırlaĢdırdı. 

MiranĢah  yerli  əhaliyə  zülm  ed ir,  azacıq  Ģübhəyə  düĢən  kimi  günahsız  adamları 

edam  etdirir,  yerli  hakimlərə  divan  tutur,  ölkən i  amansızcasına  viran  qoyur, 

qiymətli  madd i  mədəniyyət  abidələrini  dağıdırdı.  M iranĢahın  Bağdada,  Sultan 

Əh mədin  üzərinə  uğursuz  səfəri  zamanı  Təbriz  əhalisi  ona  qarĢı  üsyana  qalxdı, 

lakin M iranĢah qayıtdı və qiyamçılara d ivan tutdu. 

ġəki hakimi Seydi Əli Orlata qarĢı qoĢun göndərmiĢ MiranĢah ġəki ərazisini 

viran  etdi.  ġəkililər  Tey murilərə  qarĢı  inadlı  müqavimət  göstərir,  böyük 

qəhrəmanlıq  nü mayiĢ  etdirirdilər.  Əlincə  qalasının  müdafiəsi  (1387-1401) 

xalq ımızın  azadlıq  uğrunda  mübarizəsin in  mühüm  səhifələrindəndir.  14  illik 

mühasirədən  sonra  qala  müdafiəçilərinin  kö məyinə  gəlmiĢ  müttəfiq  Ģəkili-gürcü 

dəstələri  qalib  gəld ilər.  Bu  sübut  etdi  ki,  Tey murun  Azərbaycanda  hakimiyyəti 

zəifləmiĢ, yerli feodallar ona tabe olmaqdan boyun qaçırmıĢlar.  

Teymurun  vəfatından  (1405)  sonra  Cənubi  A zərbaycanı  MiranĢahın  oğlu 

Ömər  idarə  edirdi.  Tey murun  vəfatı  onun  imperiyasında  sülalə  ixtilaflarına, 

övladları  arasında  hakimiyyət  uğrunda  arasıkəsilməyən  toqquĢmalara  zəmin  

yaratdı.  Azərbaycan  yeni  müharibələr  meydanına  çevrild i.  ƏlveriĢli  siyasi 

vəziyyətdən  faydalanan  yerli  hakimlər  xalq  kütlələrinin  yardımı  ilə  müstəqillik 

uğrunda mübarizəyə baĢladılar. ġirvanĢah I Ġbrahim,  Ərdəbil hakimi Bestam  Cagir, 

ġəki hakimi Seydi  Əh məd və  Gəncə hakimi  Əmir Qaraman Tey muri  Ömərə qarĢı 

qüvvələrini  birləĢdirdilər.  Bunu  bilən  Ömər  Kürü  keçməkdən  imtina  etdi  və  geri 

qayıtdı. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə