Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə35/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   31   32   33   34   35   36   37   38   ...   232

73 

 

Azərbaycanın  Ģimal  hissəsini  də  özünə  tabe  etmək  istəyirdi.  ġəki  və  ġirvana 



göndərilmiĢ Qaraqoyunlu qoĢun dəstələrinin fəa liyyəti buna sübutdur. 

1410-cu  il  avqustun  30-da  Təbriz  ya xınlığında,  Əsəd  qəsəbəsi  kənarındakı 

döyüĢdə  keçmiĢ  müttəfiqi  Cəlairi  Sultan  Əh mədi  məğlub  etmiĢ  Qara  Yusif  ona 

hakimiyyətin yeni sülaləyə keçməsini qanuniləĢdirən sənədlərə qol çəkdirdi, Su ltan 

Əh məd  Qara  Yusifin  oğlu  Pirbudağı  öncədən  oğulluğa  götürmüĢdü.  Bu  məsələni 

Sultan Əh mədə  xatırladan Qara  Yusif Azərbaycanın Pirbudağa verilməsi haqqında 

yarlıq  yazd ırdı.  1411-ci  ildə  Qara  Yusif  Təbrizdə  Azərbaycan  əyanları  və 

Qaraqoyunlu  əmirlərinin  məclisində  Pirbudağı  "sultan"  elan  etdi,  lakin  dövlət 

iĢlərini  bütövlükdə  öz  əlində  saxladı.  Beləliklə,  A zərbaycan  Qaraqoyunlu  dövləti 

yarandı.  Azərbaycanın  Kürdən  cənubdakı  ərazisi,  Ermənistan,  Anadolunun  Ģərq 

vilayətləri və Ġraq-i Ərəb bu dövlətin daxilində idi. 

Qaraqoyunlu dövlətinin ən güclü düĢməni Xorasanda qərar tutmuĢ Teymuri 

hökmdarı  ġahru x  id i.  1419-cu  ildə  Qara  Yusif  böyük  ticarət  əhəmiyyəti  olan 

Sultaniyyə  və  Qəzvini  tutdu.  Qaraqoyunluların  Ģərqə  irəlilə məsi  ġahru xu  qəti 

tədbirlərə  əl  atmağa  sövq  etdi.  O,  1420-ci  ilin  yayında  200  min lik  qoĢunla 

Azərbaycana tərəf hərə kət etdi. Lakin Qara Yusif də geniĢ hərbi hazırlıq görmüĢdü: 

atlı  qoĢunla  yanaĢı  burada  ilk  dəfə  olaraq  piyada  döyüĢçülər  (Təbriz  vilayətinin 

oturaq  əhalisi,  kəndlilər)  ordu  sıralarına  cəlb  edilmiĢdilər.  ġahru xun  Təbrizə 

göndərdiyi  elçisinin  Qara  Yusif  tərəfindən  həbs  edilməsi,  Qara  Yusifin  döyüĢ 

məqsədilə paytaxtdan çıxması  xəbəri ġahru xun  ordusunda böyük həyəcan və təlaĢ 

doğurmuĢdu.  ġahrux  qüdrətli  sərkərdə  kimi  geniĢ  Ģöhrət  tapmıĢ  Qara  Yusifdən 

ehtiyat edirdi. 

Qara  Yusif  ya xĢı  silahlan mıĢ  güclü  qoĢunu  üçün  baxıĢ  təĢkil  etmiĢdi. 

Teymuri  tarixçiləri  bu  ordunun  "günəĢin  zərrələri  və  buludun  damlaları  qədər 

saysız-hesabsız" olduğunu göstərirlər.  Lakin əslində Qara  Yusifin qoĢununun  sayı 

50  mindən çox deyild i. Təbrizdən düĢmən qarĢısına çıxmıĢ Qara  Yusif yolda  ikən 

ağır xəstələndi və qəflətən vəfat etdi. 

Qara  Yusifın  ölü mü  Qaraqoyunlu  ordugahında  böyük  qarıĢıq lığa  və  hərc -

mərcliyə  səbəb  oldu.  ġahzadələrdən  heç  biri  burada  deyildi;  ġah məhəmməd 

Bağdadda,  Ġsgəndər  Kərkükdə,  Ġspənd Adilcəvazda,  CahanĢah  Sultaniyyədə,  Əbu 

Səid  isə  Ərzincanda  idi.  Yaxın laĢan  Teymuri  qoĢunundan  vahiməyə  düĢmüĢ 

Qaraqoyunlu  əmirləri  ordugahdan  qaçdılar.  Bir  dəstə  adam  Qaraqoyunlu 

padĢahının  cəsədi  olan  otağa  girdi,  buranı  qarət  etdi,  cəsədin  əynindən  paltarını 

çıxardı,  hətta  onun qulaqlarındakı  qızıl  sırğaları  da  bıçaqla  kəsib  götürdü.  Yaln ız 

iki gündən sonra Qara Yusifin cəsədi Təbriz əyanları (Seyid Məhəmməd Keçəçi və 

baĢqaları)  tərəfindən  götürüldü,  Təbrizə,  buradan  da  ƏrciĢə  -  ata-babasının 




74 

 

mə za rla rı yanına gətirildi və dəfn edild i. Təbriz əyanlarının  Qara  Yusifə qarĢı be lə 



münasibəti  onu  göstərir  ki,  oturaq  Ģəhər  əhalisi  Qaraqoyunlu  hökmdarını  yabançı 

sülalənin  nümayəndəsi  kimi  deyil,  yerli  Azərbaycan  hökmdarı  kimi 

qiymətləndirird i. 

Beləliklə, heç bir  müqavimətə rast gəlməyən ġahru x A zərbaycanı  zəbt etdi, 

lakin  Qa raqoyunlu  dövləti  dağılmadı.  Qa la  Yusifin  böyük  oğlu  Ġsgəndər  ġahruxa  

qarĢı  inadlı  mübarizəyə  baĢladı.  Qaraqoyunlu  tayfaların ı  ö z  ətrafına  yığ mıĢ 

Ġsgəndər  ƏləĢkert  vadisində  üç  gün  davam  edən  (30  iyu l  -  1  avqust  1421)  qanlı 

döyüĢdə  Teymurilər  tərəfindən  məğ lub  olundu.  Sayı  50  mindən  ço x  o lmayan 

Qaraqoyunlu qoĢunları sayca 4-5 dəfə artıq olan  ġahru xun hərbi qüvvələrinə qalib 

gələ  bilməzd ilər.  Tey murilərin  qoĢununda  Hindistandan  gətirilmiĢ  döyüĢ  filləri  də 

vardı.  Ağqoyunlu  əmiri  Qara  Os man  da  öz  qoĢunu  ilə  ġahru xun  ordusuna 

qoĢulmuĢdu. 

ġahru x  Təbrizi  tərk  etdikdən  sonra  Ġsgəndər  yenidən  buraya  gəldi  və 

Qaraqoyunlu dövlətini bərpa etdi (1422-1429). 

ġahru x Azərbaycana ikinci səfərin i 100  minlik ordu ilə 1429-cu ilin yayında 

baĢladı.  Qaraqoyunlu  Ġsgəndərlə  ġahru x  arasında  həmin  ilin  sentyabrın  17-də  baĢ 

vermiĢ Səlmas vuruĢması iki gün davam etdi. Ġsgəndərin qəhrəmanlıq göstərməsinə 

baxmayaraq, ġahru xun ehtiyat qüvvələri bu döyüĢü də onun xeyrinə həll etdilər. 

ġahru x  Azərbaycanda  Qaraqoyunluların  hakimiyyətini  aradan  qaldırmağa 

qadir  olmadığın ı  anlamıĢdı.  Buna  görə  də  o,  Qara  Yusifin  oğulları  arasında  gedən 

rəqabət  və  düĢmənçilikdən  istifadə  etməyi  münasib  bild i.  ġahru x  Ġsgəndərə  qarĢı 

Qara  Yusifin  ən  kiç ik  oğlu  Əbu  Sə idə  arxalan mağ ı  qərara   ald ı.  1430-cu  ildə 

Qarabağda  qıĢlayan  ġahru x  yanına  gə lmiĢ  Əbu  Sə idi  Azə rbaycanın  hakimi  təyin 

etdi.  La kin  Əbu  Səid  Azə rbaycan  taxtında  ancaq  5-6  ay  otura  bild i.  Azə rbaycana 

gəlmiĢ  Ġsgəndər  Əbu  Səid i  ələ  keçirib  öldürdü  və  yenə  hakimiyyəti  öz  əlinə  aldı 

(1431-1435). 

1434-cü  ilin  ortala rında  Ġsgəndər  ġirvan  üzərinə  qarətçi  yürüĢ  etdi. 

ġirvanĢah  I  Xəlilu llah  sığındığı  Mah mudabad  qalasından  ġahruxun  yanına  öz 

adamını göndərdi, ö lkən in görünməmiĢ surətdə viran  və qarət edildiy ini ona  xəbər 

verdi.  Xəlilullah  eyni  zamanda  Qara  Os mandan  da  yardım  istəmiĢdi.  Ağqoyunlu 

bəyi  dərhal  böyük  qoĢunla  Diyarbəkirdən  hərəkət  etdi  və  Ərzuru mu  mühasirəyə 

aldı. 


Teymuri  sülaləsi  ilə  qohum  olan  Xəlilullahın  yardım  istəməsi  və 

Qaraqoyunlu  Ģahzadələri  arasında  baĢ  verən  münaqiĢələr  1435-c i  ildə  ġahru xu  

Azərbaycana üçüncü dəfə yürüĢ etməyə həvəsləndirdi. Həmin ilin fevralında Reydə 

qıĢlayan  ġahrux  Vanda  olan  CahanĢahı  öz  yanına  dəvət  etdi.  CahanĢah ın  qardaĢı 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə