Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə38/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   34   35   36   37   38   39   40   41   ...   232

79 

 

I  Ġbrahim  hə min  məqsədlə  ġəki  hakimi  Seydi  Əh məd  və  gürcü  çarı  II 



Konstantinlə dostluq əlaqələrini davam etdirird i. 

Qara  Yusif  və  I  Ġbrah imin  hərbi  hazırlıqları  iki  il  davam  etdi.  1412-ci  ilin  

noyabr-dekabr  aylarında  Kür  çaymın  sahilində  Qa raqoyunlu  və  ġirvan  qoĢunları 

arasında  böyük  döyüĢ  baĢ  verdi.  Qara  Yusif  tərəfində  Qarabağın,  Muğanın  və 

Naxçıvan əyalətinin sayca çox olan qoĢunları,  1  Ġbrahimin tərə fində isə  2  min atlı 

ilə  ona  qoĢulmuĢ  II  Konstantinin  məhdud  miqdarda  aznaurları  (hərbçiləri) 

döyüĢürdülər.  Qüvvələrin  qeyri-bərabərliy i  nəticəsində  ġirvanĢah  I  Ġbrahim,  onun 

oğulları,  qardaĢları,  əmirləri  və  məĢhur  sərkərdələri,  habelə  II  Konstantin  əsir 

alındılar.  Tezliklə  gürcü  çarı  və  300  aznaur  edam  edildilər,  I  Ġbrahim  isə  1413-cü 

ilin baharında həbsdən azad olundu və ġirvana qayıtdı.  



Ağ qoyunlu  dövlətinin  yaranması.  XIV  əsrdə  Kiçik  Asiyanın  Ģərqində 

məskunlaĢ mıĢ  Qaraqoyunlulardan  qərbdə  Ağqoyunlular  yaĢay ırdılar.  Cənubda  -

Urfada,  Mardində,  Ģimalda  -  Bayburdda,  Dəclə  çayın ın  mü xtəlif  qollara  ayrıldığı 

sahələrdə qıĢlaq və yaylaq həyat tərzi keçirən Ağqoyunluların  mənĢəyi mübahisələr 

doğurur.  

Ağqoyunlu  ittifaqına  daxil  olmuĢ  qəbilə  və  etnik  qruplar  da  Qara-qoyunlu 

tayfaları  kimi  oğuz  mənĢəlidir.  Ağqoyunlu  etnik  birliyin in  baĢında  Bayandur 

qəbiləsi  dururdu  və  bununla  əlaqədar  olaraq  Ağqoyunlular  "Bayanduriyyə"  də 

adlandırılırd ılar.  Bu ittifaqa Pörnak, Mosullu, ƏfĢar,  Bayat və b. tayfalar, boylar da 

daxil  id i.  Mah mud  KaĢğari  (XI  əsr)  ad larını  b ir-bir  sadaladığı  24  oğuz  qəbiləsi 

içərisində  Kınık  və  Kayıdan  sonra  Bayandur  qəbiləsinin  də  olduğunu  qeyd 

etmiĢdir. 

RəĢidəddinin  (XIV  əsr)  məlu matına  görə,  X  əsrdə  Sırdərya  çayı  sahillərində 

hökmran  olan  Yabqu  oğuzlarının  həyatında  Bayandur  qəbiləsi  böyük  rol 

oynamıĢdır. 

Əbubəkr  Tihrani  "Tarixi-Diyarbəkriyyə"  kitabında  (1471-ci  ildə  yazmıĢdır) 

Ağqoyunlu sülaləsinin məĢhur hökmdarı o lmuĢ Uzun Həsənin Ģəcərəsini vermiĢdir. 

Bu  Ģəcərə  məlu matının  ço xu  tarixi  həqiqətdən  uzaqdır,  lakin  onun  verdiyi  bəzi 

tarixi adların (məsələn, Turəlinin Trab zon imperatorunun qızı  ilə evlən mə hekayəti 

-  VI  boy)  "Kitabi-Dədə  Qorqud"  əsərindəki  adlarla  uyğun  gəlməsi  ma raqlıdır.  Bu  

tarixç inin  təsdiqinə  görə,  Uzun  Həsənin  əcdadlarından  biri  Qutlu  bəy  Trabzona 

hücum  etmiĢ,  yerli  hökmdarı  məğlubiyyətə  uğratmıĢ  və  onun  qızını  əsir 

götürmüĢdü. 

Bu  hekayət  "Dədə  Qorqud"  surətlərin i  xatırladır,  tarixi  həqiqətlə  uzlaĢır. 

Məlu mdur ki,  Qutlu bəy Ağqoyunlu 1352-ci  ildə Trab zon imperatoru III Aleksisin 



80 

 

bacısı  Mariya  ilə  evlən miĢdi.  Qeyd  etmək  lazımd ır  ki,  Ağqoyunlu  sü laləsinin 



məĢhur nümayəndələrindən biri olmuĢ Qara Osman onların oğludur.  

XIV  əsrin  sonu  və  XV  əsrin  əvvəllərində  Ağqoyunlu  tayfa  ittifaq ı  daxilində 

gedən mübarizələr kəskinləĢ məyə baĢladı. Mü xtəlif  feodal qrupları  Qutlu bəyin üç 

oğlu  (Əh məd,  Pirəli  və  Qara  Os manın)  ətrafına  toplaĢaraq  hakimiyyət i 

möhkəmləndirməyə  çahĢdılar.  Əvvəl  üstünlük  qazanmıĢ  Əhməd  və  Pirəli  qorxulu  

saydıqları  Qara  Osman ı  məğlub  edib  həbsə  aldılar.  Lakin  tezliklə  Qaraqoyunlu 

Qara  Yusifin böyük qüvvə ilə Ağqoyunlu torpaqlarına hücumu ilə ə laqədar olaraq  

Qara  Os man  həbsdən  azad  edildi  və  Qaraqoyunlular  əleyhinə  yaradılmıĢ  qoĢunu n 

baĢında  durdu.  O,  Qaraqoyunlularla  olan  döyüĢdə  qələbə  çalaraq  Diyarbəkirdə 

möhkəmləndi  və  Ağqoyunlu  bəyliyin in  əsasını  qoydu.  Sonralar  Ərzincan  və 

Mardin əraziləri də Ağqoyunlu tayfa ittifaqın ın hakimiyyəti altına düĢdü. 

Qara Osman (1394-1435) Diyarbəkiri Ağqoyunlu tayfa ittifaqın ın mərkə zinə 

çevirdi,  ö z  adından  pul  kəsdirdi.  O,  həyata  keçirdiyi  b ir  sıra  tədbirlər  vasitəsilə 

Ağqoyunlu  tayfa  ittifaqını  xeyli  möhkəmləndird i.  Tabe  o lunmuĢ  ərazilərdə 

Ağqoyunlu  tayfa  ittifaqı  əleyhinə  baĢ  vermiĢ  feodal  çıxıĢları  Qara  Os man m  ağır 

zərbələri nəticəsində məğlub edilirdi. 

Osmanlı  dövləti  ilə  həmsərhəd  olan  ərazilərdə  Ağqoyunlu  tayfa  ittifaq ının 

getdikcə möhkəmlən məsi Os manlı sultanlığın ı təĢviĢə saldı. Sultan Bayazid Ġldırım 

öz  qüvvələrini  toplad ı  və  Ağqoyunlulara  qarĢı  mübarizəyə  baĢladı.  Vəziyyətin 

gərginliy ini  hiss  etmiĢ  Qara  Osman  osmanlılar  əleyhinə  mübarizədə  Teymurun 

qüvvələri  ilə  ə laqəyə  gird i,  Tey mur  qoĢunlarının  Kiçik  Asiyaya  yürüĢü  zamanı 

onlar üçün əlveriĢli Ģərait yaratdı. 

Qara  Os man Sivas müharibəs ində, Əlb istan və Malatiyanın alın mas ında da 

iĢtirak  etmiĢdi.  Malatiyanı  zəbt  etmiĢ  Teymur  onu  Qara  Osmana  verdi.  Tezliklə 

Ərzincan  və  Sivas  da  onun  əlinə  keçdi.  Bundan  sonra  Teymur  Suriyaya  hücum 

etdi.  Hələb  müharibəsində  Qara  Os man  və  onun  oğulları  da  döyüĢdülər.  Qara 

Osmanın  oğlu  Ġbrahim  bəy  bu  müharibədə  böyük  Ģücaət  göstərdiyinə  görə  Əmir 

Teymur A mid  (Diyarbəkir) Ģəhərini  mü kafat  kimi ona verdi.  1401-ci  ildə Tey mur 

Bağdadı ələ keçird i, Qara Os man isə Mard ini zəbt etdi.  

Teymur  1402-c i  ildə Kiçik Asiyaya yürüĢ edərkən Qara  Osman,  Əh məd və 

Pirəli də onun dəstələrinə qoĢulmuĢdular. 

XV əsrin əvvəllərində Ağqoyunlu tayfa ittifaqı Os manlı sultanlığ ı əleyhinə 

apardığı  mübarizə lərlə  yanaĢı,  özünün  keçmiĢ  düĢ mənlərindən  birinin  -  Qara 

Yusifin  əleyhinə  də  kəskin  mübarizə  aparmalı  oldu.  Azərbaycanın  cənub 

vilayətlərində  möhkəmlənə  bilmiĢ  Qaraqoyunlular  öz  qonĢuluqlarında  Ağqoyunlu 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə