Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə39/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   35   36   37   38   39   40   41   42   ...   232

81 

 

tayfa ittifaqının getdikcə yüksəlməsini özləri üçün böyük təhlükə hesab edir, onları 



zəiflətməyə çahĢırdılar.  Bu iĢin həyata keçirilməsində Qara  Yusif daha fəal cəhdlər 

göstərmiĢdi.  Öz  niyyətini  həyata  keçirməyə  çalıĢan  Qara  Yusif  hiylə  iĢlədərək 

Ağqoyunlu  tayfa  ittifaqlarına  tabe  edilmiĢ  ərazilərin  feodal  hakimləri  ilə  əlaqə 

yaratdı.  1408-ci  ildə  Ağqoyunlu  tayfa  ittifaqı  əleyhinə  Qaraqoyunlularla 

mardinlilər  arasında  ittifaq  əmələ  gəld i.  Qara  Yusif  hazırlıq  gördükdən  sonra 

həmin  ilin  yaz  aylarında  böyük  hərbi  qüvvə  ilə  Ağqoyunluların  mərkəzi  o lan 

Diyarbəkir ü zərinə hücuma keçdi. 

Diyarbəkir  yaxınlığında  Ağqoyunlularla  Qarağoyunlular  arasında  gərgin 

döyüĢlər getdi. 20 gün davam edən bu vuruĢma Qaraqoyunlu qüvvələrinin qələbəsi 

ilə  nəticələndi.  Ġki  tərəf  arasında  bağlanmıĢ  sülh  müqaviləsinə  əsasən  Mardin 

vilayəti  Ağqoyunlu  tayfa  ittifaqının  hakimiyyəti  alt ın dan  çıxdı  və  müstəqil  oldu. 

Qaraqoyunlu Qara Yusif böyük qənimət əldə edərək Təbrizə qayıtdı. 

Bu hadisədən bir qədər sonra Təbriz yaxın lığ ında Qaraqoyunlu qüvvələri  ilə 

Teymuri  Ģahzadələrindən  Əbubəkr  Mirzənin  qoĢunu  arasında  baĢ  verən 

toqquĢmadan istifadə edən Qara Osman öz qüvvələrin i cəmləĢdirib Mardin üzərinə 

hücuma  keçdi.  Mard in  ətrafında  Ağqoyunlularla  mard inlilər  arasında  gərgin 

döyüĢlər  getdi.  Bu  döyüĢlərdə  Qara  Osman ın  oğlu  öldürüldü,  lakin  döyüĢ 

Ağqoyunlu qüvvələrinin qələbəsi və Mard inin iĢğalı ilə nəticələndi.  

1420-c i  ildə  Qa raqoyunlu  hökmdarı  Qara  Yusifin  vəfatında n  sonra  onun 

yerinə keçmiĢ Qara Ġsgəndərin dövründə Qaraqoyunlu-Ağqoyunlu münasibətləri və 

onlar arasında gedən mübarizə daha da kəskin ləĢdi. 

Ömrünü  müharibə  və  döyüĢlərdə  keçirmiĢ  Qara  Osman  1435-ci  ildə,  90 

yaĢında ikən Qaraqoyunlu döyüĢçüləri  ilə vuruĢmalardan birində ağır yaralandı və 

öldü. 


XV əsrin 40-50-ci  illərində Ağqoyunlu tayfa ittifaqında hakimiyyət uğrunda 

gedən  mübarizənin  ardı-arası  kəsilməd i.  Qara  Osmanın  dövründə  qüvvətli  mövqe 

tutmuĢ  Ağqoyunlu  tayfa  ittifaqında  baĢlanan  arasıkəsilməyən  daxi li  mübarizə 

Osmanlı  dövlətinin  diqqətini  yenidən  cəlb  etdi.  Osmanlı  sultanlığ ı  Ağqoyunlular 

əleyhinə  bir  sıra  tədbirlər  həyata  keçirməyə  cəhd  etdi,  lakin  əhəmiyyətli  nəticələr 

əldə edə bilmədi. 

Qara  Os mandan  sonra  Ağqoyunlu  tayfa  ittifaqının  baĢçısı  olmuĢ  oğlu  Əli 

bəy  (1443-1444)  daxili  və  xarici  mübarizədə  müəyyən  üstünlüklər  əldə  edə  bildi, 

lakin  təkbaĢına  ta m  qə ləbə  çala  b ilməyəcəyini  an layaraq  Misir  sultanlığ ı  ilə  

yaxınlaĢ mağa  çalıĢdı.  Ġki  tərəf  arasında  baĢlanan  danıĢıqlar  müsbət  nəticələndi. 

Ağqoyunlu  tayfa  ittifaqı  ilə  M isir  sultanlığ ı  arasında  bağlanmıĢ  müqavilədə 

qarĢılıq lı  kö mək  məsələsi  nəzərdə  tutulurdu.  Bu  müqaviləyə  əsasən  Misir  hakimi 




82 

 

olan  Məlik  ƏĢrəf  (1453-1461)  Ağqoyunlu  tayfa  ittifaqının  kö məyinə  50  min 



nəfərlik hərbi qüvvə göndərdi. 

Əli  bəyin  və  Məlik  ƏĢrəfin  birləĢmiĢ  qoĢunu  ilə  Əli  bəyin  qardaĢı  Həmzə 

bəyin  qoĢunları  arasında  kəskin  mübarizə  getdi.  Günlərlə  davam  etmiĢ  əlbəyaxa 

döyüĢlər  müttəfiq  qoĢunların ın  məğlubiyyəti  və  Diyarbəkirin  Həmzə  bəyin  

qoĢunları tərəfindən tutulması ilə nəticələndi. 

Vəziyyətin  ağırlığını  an layan  Əli  bəy  öz  qüvvələrini  yenidən  təĢkil  etmək, 

Misir  sultanlığı  ilə  bağladığı  müqavilən i  möhkəmlət mək  məqsədilə  Misirə  gəldi, 

lakin heç bir nəticə əldə etməyərək geri qayıdarkən yolda öldü.  Bu  zaman Həmzə 

bəy  sui-qəsd  nəticəsində  məhv  edildi.  Əli  bəyin  oğlu  Cahangir  Mirzə  yaran mıĢ 

vəziyyəti  münasib  hesab  edərək  Ağqoyunlu  tayfalarını  bir  yerə  topladı  və 

Diyarbəkirdə möhkəmləndi. 

XV  əsrin  50-ci  illərində  Ağqoyunlu  ərazisində  vəziyyət  müəyyən  qədər 

sabitləĢdi.  Ağqoyunlular  əleyhinə  çıxmıĢ  qüvvələrə  qarĢı  mübarizədə  Cahangir 

Mirzənin  qardaĢı  Uzun  Həsən  böyük  Ģücaət  göstərdi  və  Ģöhrətləndi.  Tezlik lə 

Ağqoyunlu əyanları Uzun Həsənin ətrafında daha sıx birləĢərək Cahangir Mirzənin 

əleyhinə  mübarizəyə  qalxd ılar.  Bu  zaman  Cahangir  M irzən in  əsas  qüvvələri 

Diyarbə kirdə  id i  və  Uzun  Həsən  əsas  zərbəni  öncə  Diyarbəkirə  vurmağa  çalıĢdı. 

1453-cü  ilin  yanvar  ayında  baĢ  vermiĢ  döyüĢdə  Cahangir  M irzənin  qüvv ələri 

darmadağın  ed ild i,  ö zü  isə  Mardinə  qaçmaqla  yaxasını  qurtara  b ild i.  O,  sonralar 

qardaĢı  Uzun  Həsənə  qarĢı  mübarizədə  özünə  müttəfiq  tap maq  məqsədilə 

Ağqoyunluların  əsas düĢməni  olan  Qaraqoyunlu  CahanĢahla  ittifaqa  girmək  üçün 

Təbrizə gəld i. 

Uzun Həsənin Ağqoyunlu tayfa ittifaqına baĢçılıq etdiyi ilk dövrlərdə feodal 

mübarizələrin in  arası  kəsilməd i,  lakin  Ağqoyunlu  əyanları  Uzun  Həsənin  böyük 

nüfuzu ilə hesablaĢmalı o ldular. 

Uzun  Həsən  Ağqoyunlu  tayfa  ittifaqını  daha  da  möhkəmlətmək  və  bu 

ittifaq ın  ərazisin i  Azərbaycan  torpaqları  hesabına  geniĢləndirmək,  Azərbaycanın 

cənub  vilayətlərində  hakimiyyəti  ələ  keçirmək,  orada  hökmranlıq  edən 

Qaraqoyunlulara  qarĢı  mübarizə  aparmaq  üçün  tədbirlər  görməyə  baĢladı.  O, 

əyanlara  böyük  imtiyazlar  və  vədlər  verdi,  onlan  öz  ətrafında  sıx  birləĢdirməyə 

müvəffəq oldu. 

XV  əsrin  ortalarında  Qaraqoyunlularla  Ağqoyunlular  arasındakı  mübarizə 

daha da kəskinləĢdi. Mübarizənin ilk dövrünün xüsusiyyəti ondan ibarət idi ki, hər 

iki  tərəf  dövlətlərdəki  daxili  ziddiyyətlərdən  fəal  surətdə  istifadə  etməyə 

baĢlamıĢdı.  XV əsrin  50-ci  illərində Uzun  Həsən ermənilərin yaĢadıqları torpaqları 

və  Gürcüstanın  Qaraqoyunlu  hakimiyyəti  altında  olan Ģərq hissəsini  ələ  keçirərək, 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə