Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə43/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   39   40   41   42   43   44   45   46   ...   232

89 

 

Sufi  Xəlil  Süley man  bəy  Bicənoğlu  tərəfindən  məğlub  edild i  və  hakimiyyət  onun 



əlinə  keçdi.  Lakin  ço x  çəkməd i  ki,  Bayandur  əyanlarından  Eybə  Sultan  adı  ilə 

məĢhur olan Dana Xəliloğlu Ġbrahim Uzun Həsənin Əlincə qaladakı nəvəsi Rüstəmi 

həbsdən  azad  edib  onu  Təbriz  taxtına  çıxartdı.  Baysunqur  babası  Fərru x  Yəsarın 

sarayında sığınacaq tapdı. Süley man bəy isə Diyarbə kirə qaçdı və orada öldürü ldü. 

Rüstəm  beĢ  il  hakimiyyətdə  qaldı  (1492-1497).  Türkiyədən  gələn  Uzun 

Həsənin  baĢqa  nəvəsi  (Uğurlu  Məhəmmədin  oğlu)  Gödək  Əh məd  Eybə  Su ltanın 

xəyanəti nəticəsində Rüstəmə qalib gəldi və Təbrizdə taxta çıxd ı.  Lakin altı aydan 

sonra  Gödək  Əh məd  Eybə  Sultanın  növbəti  xəyanəti  və  qiyamı  nəticəsində 

öldürüldü. 1499-cu ildə Ağqoyunlu dövləti artıq iki hissəyə bölündü, iki ildən sonra 

isə  öz  yerin i  Uzun  Həsənin  nəvəsi  Ġsmayılın  qurduğu  Səfəvi-QızılbaĢ  dövlətinə 

verdi. 

Səfəvi -QızılbaĢ hərəkatı. Səfəvilərin Ərdəbil  malikanəsi.  XV əsrin ikinci 

yarısında  Azərbaycanın  siyasi  həyatında  Səfəvi  xanədanına  mənsub  olan  Ərdəbil 

Ģeyxləri  mühü m  rol  oynamağa  baĢladılar.  Səfəvi  xanədanının,  habelə  Ərdə bil 

"Səfəvi təriqəti"nin adı ġey x Səfiəddinlə (1252-1334) bağlıdır. 

Bəzi  Ġran  tarixçiləri  Səfəv ilər  dövlətini  Ġranın  " milli  dövləti"  kimi  qələmə 

verməyə  çalıĢır,  Səfəvilərin  mənĢəcə  fars  və  yaxud  kürd  olduqlarını  gö stərməyə 

cəhd edirlər. ġey x  Səfiəddinin azərbaycanlı və onun ana dilin in də Azərbaycan dili 

olduğu  tarixi  faktlara  əsaslanır.  Səfəv ilərin  mənĢəyinə  aid  bu  yanlıĢ  müddəa  isə 

Ġran müəlliflərinin millətçi dünyagörüĢünün bəhrəsidir.  

XV  əsrin  ortalarınadək  Səfəvilər  Ərdəbildə  dərviĢ  Ģeyxləri  idi  və  onların 

fəaliyyəti  əsasən  dini  səciyyə  daĢıyırdı.  ġey x  Səfiəddin in  xələfləri  olan  ġey x 

Sədrəddin (1334-1392), ġey x Xoca Əli (1392-1427) və ġey x  Ġbrahim  (1427-1447) 

təriqət  baĢçıları  kimi  böyük  nüfuz  qazanmıĢdılar.  Onların  dövründə  Ərdabil 

təriqətinin  Gilanda, Farsda və Rumda  (Kiçik Asiyada) çoxlu  müridi olmuĢdur. Bu  

mürid lər  mü xtəlif  ictimai təbəqələrdən idi. On lar arasında kəndlilər, sənətkarlar və 

mü xtəlif  peĢə  sahibləri  ilə  yanaĢı,  feodal  dairələrin  də  nü mayəndələri  vard ı. 

Əvvəllər adi kəndli o lmuĢ, əkinçiliklə və  xırda ticarətlə dolan mıĢ Səfəvilər tez b ir 

zamanda  Ərdəbildə,  qonĢu  vilayətlərdə  böyük  torpaq,  vəqf  əmla kı  sahiblərinə 

çevrild ilər.  Ərdəbildəki  ġey x  Səfi  (Səfiəddin)  məqbərəsi  yaxın  və  uzaq  yerlərdən 

gələn mürid və zəvvarların ziyarətgahına çevrild i.  

Sonradan  yaranmıĢ  tarixi  ənənəyə  görə,  Səfəvilər  guya  lap  əvvəldən  Ģiə 

məzhəbli olmuĢ, Ģiəliy i təbliğ etmiĢlər.  Lakin indi sübut edilmiĢdir ki, təriqət banisi 

ġey x  Səfiəddin  və  onun  ilk  xələfləri  Ģiə  deyil,  sünni  olmuĢlar.  Səfəvilərin  Ģiə 

təriqətinə qoĢulması  XV əsrin ortalarına təsadüf edir və bu, onların siyasi mübarizə 

meydanına  çıxması  ilə  əlaqədardır.  Səfəvilər  baĢa  düĢürdülər  ki,  onların  



90 

 

Azərbaycanda  hakimiyyətə  gəlmək  niyyətləri  hərb i  qüvvə  olmadan  mü mkün 



deyildir.  Buna  görə  onlar  Azərbaycanda,  qonĢu  ölkələrdə  yaĢayan  yarımköçəri 

tayfaları  ö z  tərəflərinə  çəkmək  və  onlardan  hərbi  qüvvə  kimi  istifadə  etmək 

qərarına  gəldilər.  ġamlı,  Ru mlu,  Ustaclı,  Təkəli,  ƏfĢar,  Qacar,  Zü lqədər  belə 

tayfalardan idi. Onla rın b ir hissəsi Kiç ik Asiyada Osmanlı sultanlarının ha kimiyyəti 

altında yaĢayırdı. 

XIV-XV əsrlərdə  Ya xın ġə rqdə və Orta Asiyada mövcud olmuĢ dövlətlərin 

hakim d ini  islamın sünni məzhəbi  idi.  ġiəlik bidətçi cərəyan hesab edilir, Ģiələr isə 

təqib  olunurdular.  Bu  vəziyyət  məzlu m  xalq  kütlələri  içərisində  Ģiəliyin  geniĢ 

yayılmasına  səbəb  olur,  rəsmi  sünniliyə  qarĢı  n ifrət  və  qəzəb  doğururdu.  ġiəlik 

yuxarıda  adları  çəkilən  yarımköçəri  tayfalar  arasında  xüsusilə  gen iĢ  yayılmıĢdı. 

Səfəvi Ģey xlərinin bu tayfala rla sıx əlaqələri hələ ġey x Səfi dövründə yaranmıĢdı və 

sonralar  sabit  xarakter  almıĢdı.  Bu  tayfalar  " müqəddəs"  Səfəvi  Ģeyxlərin in 

mürĢid liy ini  qəbul  etdilər  və  onların  " mürid ləri",  "dərviĢləri",  "sufiləri"  hesab 

olunmağa  baĢladılar.  XV  əsrin  ikinci  yarısından  etibarən  bu  tayfalar  Səfəvi 

Ģeyxlərin in hərbi dəstələrinin əsasını təĢkil etdilər.  

Səfəvilər  Azərbaycanda  siyasi  hakimiyyət  uğrunda  mübarizəyə  ġey x 

Cüneydin  (1447-1460)  və  ġey x  Heydərin  (1460-1488)  təriqət  rəhbərliy i  dövründə 

baĢladılar.  O  vaxtlar  Ərdəbil  rəsmən  əvvəlcə  Qaraqoyunlu,  sonra  isə  Ağqoyunlu 

dövlətinin  tərkibində  olsa  da  Səfəvi  Ģeyxləri  artıq  Ərdəbildə  hakimiyyəti  ələ 

keçirmiĢdilər. 

1449-cu  ildə ġey x  Cüneydin nüfuzunun artmasından ehtiyatlanan Caha nĢah 

Qaraqoyunlu  onu  Ərdəbildən  çıxmağa  məcbur  etdi.  Cüneyd  7  il  ərzində  Kiçik 

Asiyada və Suriyada  Varsağ və Zülqədər tayfaları hesabına öz  müridlərinin  sayını 

artırd ı.  O,  1456-cı  ildə  20  min   müridlə  Diyarbəkir  hakimi  Uzun  Həsənin  yanına 

gəldi.  CahanĢahla  mübarizəyə  hazırlaĢan  Uzun  Həsən  Səfəvilərlə  ittifaqa  girməyi 

münasib bildi və bu məqsədlə bacısı Xədicə bəyimi ġey x Cüneydə ərə verdi.  

Ərdəbildə  Səfəv i  təriqətinin  rəhbərliy inə  CahanĢahın  köməy i  ilə  Cüneydin 

əmisi ġey x  Cəfər (1449-1470) keçdi.  1459-cu ildə ġey x Cüneyd Ərdəbilə qayıtmaq  

istədi,  lakin  ə misi  buna  icazə  ver mədi.  O,  b ir  dəstə  müridlə  "çərkə z  diyarı"na 

qəzavat  yürüĢü  təĢkil  etdi  və  sonra  qıĢlamaq  üçün  Qarabağa  qayıtdı.  1460 -cı  ildə 

Cüneyd bir daha Dərbənddən Ģimala hərb i səfərə çıxdı. Səfərlər v axtı  mürid lər hər 

dəfə  ġirvandan  keçməli  olurdular,  bu  isə  ġirvanĢah  Fərrux  Yəsarı  narahat  etməyə 

bilmə zd i.  Bu  dəfə  ġirvan  qoĢunları  Cüneydin  yolunu  kəsdilər.  Martın  4-də  Sa mur 

çayı sahilində baĢ vermiĢ döyüĢdə ġeyx Cüneyd həlak oldu.  

ġey x  Cüneydin  oğlu  ġeyx  Heydər  atasının  siyasətini  inadla  davam  etdirdi. 

O,  Uzun  Həsənin  qızı  AləmĢah  bəyimlə  evlənərək  ö z  hökmdar  dayısı  ilə  ittifaqı 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə