Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə45/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   41   42   43   44   45   46   47   48   ...   232

93 

 

1499-cu  ildə  baĢqa  Azərbaycan  diplomatı  -  ġirvan  elç isi  ġəhabəddin 



Moskvaya getdi  və  III  Ġvanla  danıĢıqlar  apardı.  ġirvan-Moskva  əlaqələri  daha  da 

geniĢləndi. 

Ağqoyunlu  dövləti  ilə  Moskva  knyazlığı  arasında  da  əlaqələr  yaranmıĢdı. 

Uzun  Həsənin  qələbələrindən  və  Ağqoyunlu  dövlətinin  mühü m  hərbi-siyasi 

qüvvəyə  çevrilməsindən  xəbərdar  olan  III  Ġvan  bu  dövlətlə  dos tluq  münasibətləri 

yaratmağa çalıĢırd ı.  O,  Qızıl Orda hökmdarı  Əh məd  xana (1459-1481) qarĢı ittifaq 

bağlamaq istəyirdi. III Ġvan öz  məqsədinə nail olmaq üçün Təbrizə  -  Uzun Həsənin 

sarayına  elçi  heyəti  göndərmiĢdi.  Həmin  dövrdə  Azərbaycanda  olmuĢ  Venesiya 

diplo matı  Kontarin i  bu  rus  elçisini  Ağqoyunlu  sarayında  görmüĢ,  onun  Uzun 

Həsənlə  danıĢıqlarının    Ģahidi  o lmuĢdu.  Kontarininin  Marko  Rosso  adlandırdığı 

Moskva  elçisi  Qızıl  Ordaya  qarĢı  Ağqoyunlu  dövləti  ilə  ittifaq  bağlamaq  üçün 

göndərilmiĢdi.  III  Ġvan  Ağqoyunlu  hökmdarı  ilə  dostluq  etməklə  Əh məd  xanı 

qorxuya  salmaq  istəyirdi.  Lakin  o  zaman  Osman lı  dövləti  ilə  müharibədə 

məğ lubiyyətə  uğramıĢ,  daxili  iğtiĢaĢları  yatırmaq la  məĢğul  olan  Uzun  Həsən 

Moskva  knyazlığına  hərbi  yard ım  göstərə  bilmədi.  Uzun  Həsəndən  ehtiyat  edən 

Əh məd  xan  Marko  Rossodan  bir  az  əvvəl  Təbrizə  qiy mətli  hədiyyələrlə  200 

nəfərlik  böyük  bir  elçi  heyəti  göndərmiĢ,  Uzun  Həsəndən  Qızıl  Ordanm  cənub 

sərhədlərini  pozmayacağı  barədə  təminat  almıĢdı.  Lakin  Ağqoyunlu  hökmdarı 

Uzun Həsən Moskva dövləti ilə də əlaqələrini geniĢləndirməyə çalıĢırd ı.  Buna görə 

də  o,  Marko  Rosso  ilə  damĢıq ları  baĢa  çatdırmıĢ,  öz  elçisini  III  Ġvanla  danıĢıqlar 

aparmaq üçün Moskvaya yola salmıĢdı. 

Afanasi  Nikitinin  səyahətnaməsində  Ağqoyunlu  dövləti  haqqında  da 

məlu mat vardır.  O,  Hindistandan qayıdarkən 1472-ci  ildə Təbrizdə olmuĢ, buradan 

isə osmanlılara qarĢı hərbi əməliyyata baĢlamıĢ Ağqoyunluların Ərzincandakı hərbi 

düĢərgəsinə  getmiĢdi.  Səyyah  on  gün  Ağqoyunlu  ordugahında  qalmıĢ,  Uzun 

Həsənlə  görüĢmüĢ  və  onunla  söhbət  etmiĢdi.  Onun  gündəliyində  Uzun  Həsənin 

Teymurilər,  Qaraqoyunlular  ü zərindəki  qələbələri  və  Ağqoyunlu -Osman lı 

müharibəsi haqqında maraqlı qeydləri vardır.  

XV  əsrdə  Azərbaycanın  Avropa  ölkələri  ilə  əlaqələri  də  geniĢləndi.  Bu 

dövrdə  Azərbaycanla  Venesiya  Respublikası,  Ro ma  papalığı,  Neapol  krallığ ı, 

PolĢa-Litva,  Avstriya,  Macarıstan,  Çexiya,  Almaniya  dövlətləri,  Burqundiya 

hersoqluğu,  habelə  Kipr,  Rodos  və  s.  dövlətlər  arasında  əlaqələr  yaranmıĢdı.  Bu  

əlaqələrin  dərin  iqtisadi  əsasları  vardı.  Asiya  ilə  Avropanı  əlaqələndirən  ço x 

mühü m  beynəlxalq  karvan  yolları  Azərbaycan  ərazisindən  keçirdi.  Avropalılar 

Azərbaycan ərazisindəki ticarət mərkəzlərindən mü xtəlif ġərq malları, xüsusən  xam 

ipək,  ipək və pambıq parçalar,  xalça-palaz   məmulatı, ədviyyat, nadir boyalar, daĢ-




94 

 

qaĢ və s. alıb aparırd ılar. A zərbaycan tacirləri  isə o dövrdə Hələb,  ġam  (DəməĢq), 



Trablis  (Tripoli),  Beyrut,  Konya,  Bursa,  Ġstanbul,  Trabzon  kimi  məĢhur  ticarət 

mərkəzlərində  avropalılarla  qızğ ın  ticarət  edirdilər.  Qərb  ölkələri  ilə  əlaqələrdə 

Azərbaycan  ipəyi  mühüm  rol  oynayırdı.  Azərbaycan  ipəyinin  əsas  alıcıları  olan  

Ġtaliya  tacirləri  Qara  dənizdən  Azov  və  Don  vasitəsilə  Volqaya  keçir,  Xəzərsahili 

ticarət  mərkəzləri  ilə  geniĢ  əlaqələr  yarad ırdılar.  On lar  mü xtəlif  ġərq  malları 

xüsusən  xam  ipək  almaq  üçün  Təbriz  bazarlarına  gəlib  çıxırdılar.  Ġtalyan  səyyahı 

Odorik de  Pordenon XIV əsrdə Təbrizə "dünyanın hər yerindən tacirlər gəldiyin i" 

qeyd  edir.  Genuya  Respublikası  Təbrizdə  daimi  ticarət  Ģirkəti  yaratmağa  cəhd 

göstərmiĢdi.  XIV  əsrin  sonu və  XV  əsrin  əvvəllərində  Azərbaycana səyahət  etmiĢ 

Ġohann  de  Qalonifontibus  Azərbaycan  xalq ının  mü xtəlif  ipək  istehsalı  sahəsində 

böyük səriĢtəyə malik o lduğunu göstərir. 

XV  əsrin  əvvəllərində  Azərbaycanda  olmuĢ  Ġohann  ġiltberger  ölkədən  Ön  

Asiyanın  DəməĢq,  Bursa  kimi  məĢhur  ticarət  mərkəzlərinə  xeyli  ipək  ixrac 

olunduğunu  və  orada  həmin  ipəkdən  "yaxĢı  parçalar  to xunduğunu"  qeyd  edir. 

1474-cü  ilin  avqust-sentyabr  aylarında  Təbrizdə  olmuĢ   Venesiya  diplomat ı 

Kontarini  Azərbaycanın  beynəlxalq  ticarət  əlaqələrindən  bəhs  edərək  göstərir  ki, 

"buraya (yəni Təbrizə) ço xlu  ipək gətirilir  ki, sonra da bu ipək  karvanlarla  Hələbə 

yola  salınır".  Ġtaliya  tacirləri-venesiyalılar  və  genuyalılar  ipək  almaq  üçün 

ġamaxıya  da  gəlirdilər.  1475-ci  ilin  payızında  ġamaxıya  gəlmiĢ  venesiyalı 

Kontarini  göstərir  ki,  "bu  Ģəhərdə  bizdə  talaman  ipəyi  adı  ilə  məĢhur  olan  ip ək 

istehsal  olunur".  Azərbaycanın  xam  ipəyindən  Ġtaliyada  -  Venesiya  və  Lukkada 

"əla  məxmər"  to xunurdu.  Ağqoyunlu  hökmdarı  Uzun  Həsənin  gömrü k 

fərmanlarında  "firəngi  atlaz",  "qumaĢ"  adlarının  çəkilməsi  də  Azərbaycamn  Qərb 

ölkələri  ilə  geniĢ  ticarət  əlaqəsi  saxladığ ını  sübut  edir.  Azərbaycan  ipəyi  Bursa, 

Ġstanbul Ģəhərlərindəki to xuculuq müəssisələrinin də  xammalla təmin olun masında 

mühü m  rol  oynayırd ı.  Təbrizi  Bursa  ilə  birləĢdirən  və  o  zaman  Ġpək  yolu  kimi 

məĢhur  olan  karvan  yolunun  Osmanlı  iqtisadiyyatı  üçün böyük  əhəmiyyəti  vardı. 

Azərbaycandan  Bursaya  ipək  aparan  hər  karvanda  təqribən  300 -400  yük  heyvanı 

olurdu. 

XV  əsrin  ortalarında  Avropa  ilə  Asiyanı,  Qara  dənizlə  Aralıq  dənizini 

əlaqələndirən  karvan  və  su  yolların ın  qovĢağında  möhkəmlən miĢ  Osmanlı 

imperiyası  Azərbaycanın  Avropa  ölkələri  ilə  ticarət  ə laqələrini  çətinləĢdirdi. 

Osmanlı  dövləti  ərazisindən  keçən,  Aralıq  dənizi  və  Qara  dəniz  sahilindən  gedən 

ticarət  karvanlarından  xeyli  gö mrü k  haqqı  alın ırd ı.  Ön  Asiyadakı  ticarət 

mərkəzlərinə  gələn  Avropa  tacirlərindən  (o  cü mlədən  venesiyalılardan)  əmtəənin 

dəyərinin  4  faizi  qədər  gö mrük  haqqı  alınırdı.  1476-cı  ildə  həmin  məbləğ  5  faizə 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə