Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə46/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   42   43   44   45   46   47   48   49   ...   232

95 

 

qaldırıldı.  Osmanlı  sultanları  Asiyadan  Qara  dəniz  və  Aralıq  dənizi  s ahillərinə 



gələn  karvan  yollarını  tamamilə  öz  nəzarəti  altına  almaq  və  Avropa  -  Asiya 

ticarətində  vasitəçiliyi  ə lə  keçirmə k  üçün  ipəyin  vətəni  olan  A zərbaycanı, 

ümu miyyətlə, Cənubi  Qafqazı, habelə Ġran ərazisini  Osman lı dövlətinə ilhaq etmək 

niyyətində idilər. Os manlı Tü rkiyəsi Avropada da geniĢ iĢğallara baĢlamıĢdı. Bu isə 

Osmanlı  imperiyasından  ehtiyat  edən  və  onu  təklikdə  məğlub  etməyə  qadir 

olmayan  Avropa  və  Asiya  dövlətləri  arasında  yaxın laĢmaya  səbəb  oldu.  Osmanlı 

dövləti  əleyhinə  koalisiya  yaradılması  məqsədilə  danıĢıqlar  aparılmasına  baĢlandı. 

Beləliklə,  Azərbaycanın  Qərb  ö lkələri  ilə  əsrlərdən  bəri  davam  etmiĢ  ənənəvi 

ticarət əlaqələri XV əsrin ortalarından etibarən hərbi-siyasi xarakter almağa baĢladı. 

Ağqoyunlu  hökmdarı  Uzun  Həsən  Qərb  dövlətləri  ilə  hələ  A zərbaycanda 

hakimiyyəti ələ keçirməmiĢdən əvvəl (XV əsrin  50-ci illərindən) əlaqə yaratmıĢdı. 

O  za man  Ağqoyunlu  -  Avropa  əlaqələrində  yunan  mənĢəli  Trabzon  dövləti 

vasitəçilik edirdi. XV əsrin 60-cı illərində Ağqoyunlu diplo matları o lan Məhəmməd 

(1464) və Həsən Əzəm (1465) Ġtaliyaya getmiĢ,  Venetsiya hakimləri  ilə danıĢıqlar 

aparmıĢdılar.  Venetsiya  senatının  1463-cü  il  2  dekabr  tarixli  qərarı  ilə  Lazaro 

Kvirino  Ağqoyunlu  sarayına  səfir  (1464-1469)  göndərilmiĢdi.  Uzun  Həsən 

Qaraqoyunluları  məğlub  edərək  (1467),  paytaxtı  Təbrizə  köçürdü.  Tey muri  Əbu 

Səid  məğlub  edil-dikdən  (1468)  sonra  Ağqoyunlu-Avropa  əlaqələri  daha  da 

geniĢləndi.  Təbrizdə  Venetsiyanın  daimi  səfirliyi  fəaliyyətə  baĢladı.  Venesiya 

səfirləri  olmuĢ  Katerino  Zeno  (1471-1473),  Ġosafat  Barbarc  (1474-1478),  Pao lo 

Onyibene  (1474),  A mbrocco  Kontarini  (1474-1475)  və  baĢqaları  mü xtəlif 

diplo matik tapĢırıqlarla A zərbaycana göndərilmiĢdilər. Uzun Həsənin elçiləri olmuĢ 

Murad bəy, Ġshaq, Xoca Mirək,  Hacı Məhəmməd və b. Ġtaliyaya gedərək, Venesiya 

hökuməti, Ro ma papası və Neapol kralı ilə danıĢıqlar apardılar.  

Ağqoyunlu hökmdarı Os manlı  imperiyasına qarĢı Ro ma papaları  olmuĢ III 

Kalikst (1455-1458), II Piy (1458-1464), II Pavel (1464-1471) və IV Sikstlə (1474-

1484)  də  danıĢıqlar  aparmıĢ,  PolĢa-Litva,  Macarıstan  və  Neapol  krallıq ları, 

Avstriya,  Çexiya,  Burqundiya  hersoqluğu,  Kipr,  Rodos   və  baĢqa  dövlətlərlə 

diplo matik  əlaqələr  yaratmıĢdı.  Qərb  ölkələri  ilə  aparılmıĢ  danıĢıqlar  nəticəsində 

XV  əsrin  70-ci  illərinin  əvvəlində  Osmanlı  dövləti  əleyhinə  Ağqo yunlu  dövləti, 

Venesiya  Respublikası,  Papalıq,  Neapol  krallığı,  Macarıstan,  Rodos,  Kipr, 

Burqundiya və Qaraman bəyliy indən ibarət koalisiya yarandı.  

Lakin Su ltan II Mehmedin hərbi qüvvələrin i iki cəbhəyə parçalamaq və onu 

məğ lub  etmək  p lanı  iflasa  uğradı.  Venesiya  və  baĢqa  Qərb  dövlətləri 

Ağqoyunlulara  vəd  etdikləri  odlu  silahları  və  artilleriya  mütəxəssislərini  də 

vaxtında göndərmədilər. Ağqoyunlu diplomatı  Hacı Məhəmməd, venesiyalı Ġosafat 




96 

 

Barbaro, habelə Neapol kralı və Roma papası elçilərin in mü Ģayiəti ilə Aralıq dənizi 



sahillərinə  göndərilən  silah  yüklən miĢ  gəmi,  habelə  200  nəfə rə   qədər  artille riya 

mütəxəssisi mənzilbaĢına çata bilməd i, bir ilədək Kipr sahillərində qald ı.  



Siyasi  quruluĢ,  idarə  sistemi,  hərbi  qüvvələr.  Azərbaycanın  cənub 

vilayətləri  Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətlərin in  metropoliyası,  yəni  mərkəzi 

ərazisi  idi.  Hər  iki  dövlətin  paytaxtı  Təbriz  Ģəhəri  olmuĢdur.  Cənubi  A zərbaycan 

bilavasitə  padĢahın  və  ya  sultanın  özü,  onun  mənsəb  sahibləri  tərəfindən  idarə 

edilird i.  BaĢqa  vilayətlərə  isə  (Kürdüstan,  Ġraq-i  Ərəb,  Ġraq-i  Əcəm  və  s.)  sülalə 

üzvlərindən caniĢinlər təyin o lunurdu. 

Hər  iki  dövlətin  hökmdarları  əsasən  padĢah  titulu  daĢımıĢlar.  Uzun  Həsən 

özünün  Osmanlı  və  Teymuri  sultanları  səviyyəsində  hökmdar  olduğunu  qeyd 

etmək məqsədilə sultan titulunu qəbul etmiĢdi. 

Sülalə  üzv lərindən  və  yaxud  yüksək  rütbəli  əmirlərdən  s eçilən  hləsi 

(atabəyi)  Ģahzadənin  yanında  olurdu.  O,  Ģah tərəfindən  təyin  edilir  və  Ģahzadənin 

bütün  hərbi,  mülki  və  maliyyə  iĢlərini  onun  adından  idarə  edirdi.  Məsələn, 

CahanĢah  Ġsfahan  əyalətini  oğlu  Məhəmməd  Mirzəyə  verərkən  Ģahzadə  həddi-

büluğa çatmadığından əyalətin bütün iĢləri lələ Məhəmmədə tapĢırılmıĢdı.  

Hakim sülalə ü zvləri və ya yarımköçəri əyanlardan vaxtaĢırı təyin edilən baĢ 

sərkərdələr  əmir  ül-üməra  ad ını  daĢımıĢlar.  On lar  hökmdardan  sonra  dövlətdə 

mühü m  mövqe tutur və qoĢuna baĢçılıq edirdilər.  Bestam Cakir və  Əmir  Qaraman  

Qaraqoyunlu dövlətinin əmir ü l-ü məralarından olmuĢlar. 



 Dövlət  aparatında  ikinc i  Ģə xsiyyət  sədr-əzəm  (baĢ  sədr)  id i  və  o,  bütün 

müsəlman  ruhanilərinə rəhbərlik ed ird i.  Vəqf əmlakı, onların gəliri,  mədrəsələr və 

xeyriyyə idarələri tamamilə onun ixtiyarında id i. Ağqoyunlu dövlətində sədrin rolu 

daha  əhəmiyyətli  olmuĢdur.  Ağqoyunlu  sədri  Qazi  Ġsanın  Sultan  Yaqubun 

dövründə böyük ixtiyar sahibi olduğu məlu mdur. Mərkəzi  idarə aparatında mühü m 

mövqelərdən  birini  də  dövlət  gəlirləri  və  maliyyə  sistemini  idarə  edən  baĢ  vəzir 

tuturdu.  O,  həmçinin  xarici  ölkələrlə  əlaqələri  nizamlay ırdı.  BaĢ  vəzir  ali  divana 

rəhbərlik ed ir və buna görə də sahib-divan adlanırdı. 

Dövlətin  müharibə, sülh, taxta varislik və s. kimi  mühüm siyasi  məsələlərini 

sülalə üzvləri və əmirlərin kənqaĢ adlanan qapalı müĢavirəsi həll edird i.  

Qaraqoyunlu və Ağqoyunlu sarayında digər vəzifələr də  (eşik-ağası, qapıçı, 

möhrdar,  xəzinədar,  əmiraxur  və  s.)  vardı.  Bundan  baĢqa,  mənbələrdə  münşi  əl-

məmalik, mustovfı, qazi əlqüzzat, divanbəyinin də adları çəkilir. 

Ağqoyunlu  qoĢununda  hökmdarın  təminatında  olub,  müəyyən  imtiyazlara 

malik  qvardiya  hissələri,  bəy  və  xassə  nökərləri  vardı.  Onlar  əsasən  Ağqoyunlu 

tayfalarından olan və hakimiyyət baĢında duran Bayandur elinə mənsub idi.  




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə