Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə54/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   50   51   52   53   54   55   56   57   ...   232

111 

 

Əh məd  ruhanilərə  və  mülki  idarə  baĢçılanna  arxalan maq la  hərbi-feodal 



əyanlarını  zəiflətməyə  çalıĢırd ı.  Bu  dövrdə  Osmanlı  Tü rkiyəsində  dövlət 

hakimiyyətinin  mərkəzləĢdirilməsi  sahəsində  böyük  uğurlar  qazanılmıĢdı  və 

əmirlər Əh məd i " Ru m padĢahlarının üsulu ilə" hərəkət etməkdə günahlandırırd ılar.  

Xandəmir yazırd ı ki, Əh məd rə iyyətə və əkinçilərə ədalət qaydalarının tətbiq 

olunduğunu  elan  etdi.  O,  "Ģəriətin  himayə  bayrağını  qaldırdı  və  hökm  verd i  ki, 

vergilər  Ģəriətə  uyğun  surətdə  qoyulsun,  vəzirlər,  divan  məmurları  kəndlilərə 

Ģəriətdən  xaric  b ir  d inar  və  bir  man  (buğda)  da  almaqla  əziyyət  ve rməsinlər, 

rəiyyəti divan vergilərindən azad bilib, heç kəsi  ixracat və Ģiltaqatla incitməsinlər". 

Sonra  onun  fərmanı  ilə  mü lk  sahiblərinin  soyurqal  hüquqları  ləğv  olundu,  çalma 

sahibləri  (ərbabi-əmaim)  vergilərdən  azad  edildilər.  Əh məd  sələflərinin  hərbi-

feodal  əyanlara  vermiĢ  olduqları  imtiyaz  fərman larını  qanunsuz  elan  etdi.  O, 

bununla xəzinəni zəngin ləĢdirməyə çalıĢır, vergiləri azaltmaq üçün zəmin yaratmaq 

istəyirdi.  Onun  islahatı  tayfa  əmirlərinə  qarĢı  yönəldilmiĢdi,  ruhanilərin   isə 

soyurqalları saxlanılmıĢdı. Feodal sinfınin qabaqcıl nümayəndəsi kimi Əh məd baĢa 

düĢürdü ki, kəndlilərin vəziyyətini yüngülləĢdirmədən Ģəhər iqtisadiyyatını və kənd 

təsərrüfatını yüksəltmək mü mkün deyildir. 

Monqol  hakimləri  tərəfindən  tətbiq  olunmuĢ  vergi  və  mükəlləfiyyətlərin 

ləğv  edilməsi,  islama,  Ģəriətə  qayıtmaq  ideyaları  xalq  kütlələri  arasında  geniĢ 

yayılmıĢdı.  Əh mədin,  həmçin in  onun  sələfləri  olan  Yaqubun  və  Uzun  Həsənin 

islahatları  bu  ideyaları  həyata  keçirmək  cəhdləri  idi.  Əh mədin  islahatına  əsasən 

yalnız  Ģəriətdə  nəzərdə  tutulan  vergi  və  mükəlləfiyyətlər  saxlanılmıĢdı:  torpaq 

vergisi olan xərac və üşr (onda bir),  maldarlıqdan, ə mla kdan və ticarətdən  - zək at, 

qeyri-müsəlmanla rdan alınan can vergisi -cizyə, monqollar tərəfindən tətbiq edilmiĢ 

və "Qanun"da nəzərdə tutulmayan 20-yə yaxın vergi və  mükəlləfiyyət ləğv olundu. 

Ġxraca,  Ģiltaqat,  biyar  və  müsəlmanlardan  adambaĢına,  ev  hesabına  alınan  ən  ağır 

vergilər  də  ləğv  edilmiĢdi.  ġəhər  iqtisadiyyatının  və  ticarətin  in kiĢafına  əngəl 

törədən tamğa  da bu sırada  idi.  Tamğanın  ləğv  olunması  Ağqoyunlu  hakimlərin in 

həyata keçirdiy i islahatın ən mühüm məqsədlərindən biri idi.  

Hakimiyyətin  mərkəzləĢdirilməsinə  yönəldilmiĢ  islahat  cəhdləri  bu  dəfə  də 

nəticəsiz  qaldı.  Bu  dövrdə  islahatı  həyata  keçirməyə  qarĢı  çıxmıĢ  siyasi  qüvvələr 

daha güclü idi. Əh məd cə mi  7 ay hakimiyyətdə olmuĢ və əmirlərin qiya mı za manı 

qətlə yetirilmiĢdi. 



Xalq  hərəkatı.  XV  əsrdə  istismar  olunan  kəndlilərin,  Ģəhərlilərin  feodal 

sinfinə qarĢı mübarizəsi, adətən, Teymurilərin hakimiyyətinə qarĢı azadlıq hərəkatı, 

iĢğalçıların  qovulması  və  yerli,  Azərbaycan  dövlətlərin in  yaranması  prosesi  ilə 

qovuĢurdu. Teymurun ölümündən sonra baĢ vermiĢ daxili  müharibələr A zərbaycan 




112 

 

əhalisinə  olmazın  əzab lar  gətirmiĢdi.  XV  əsrin  birinci  rübündə  ölkədə  qoĢunların 



fasiləsiz  yerdəyiĢ məsi  və  hərbi  əməliyyatlar  xalq  kütlələrinin  gü zəranın ı 

ağırlaĢdırd ı.  Dözü lməz  həyat  Ģəraiti  yoxsul,  əzilən  kütlələri  fəaliyyətə  cəlb  etdi. 

Dövrün tarixçiləri bu gerçəklik haqqında az da o lsa məlu mat vermiĢlər. 

Bu  dövrdə  antifeodal  mübarizəsi  d ini  mü xalifət  Ģəklində  təzahür  edird i. 

Xalq  narazılığı  və  həyəcanların ın  artması  haqqında  Azərbaycanda,  həmhüdud 

ölkələrdə  rad ikal  Ģiə  məzhəbin in,  hürufiliyin  geniĢ  yayılması  əsasında  mühakimə 

yürütmək olar. ġiələr,  Hürufilər Tey murilərə və  feodal ö zbaĢınalığ ına qarĢı  inadlı, 

barıĢmaz  mübarizə aparırdılar. Hüru filik təliminin banisi azərbaycanlı Məhəmməd 

Təbrizinin oğlu Fəzlullah Nəimi id i. 

Əl-Hü rufi  təxəllüslü  Fəzlu llah  Nəimi  XV  əsrin  əvvəlində  Əmir  Tey murun 

oğlu  MiranĢah  tərəfindən  ġirvanda həbs  olunmuĢ  və bidətçi  kimi  edam  edilmiĢdi. 

Teymurilər  o   dövrdə  dərviĢ  və  zəvvar  kimi  ç ıxıĢ  et miĢ  xalq   hərəkat ı  baĢçıla rına 

amansız  divan  tururdular.  Xalq  arasında  böyük  nüfuza  malik  olan  Baba  Niki  adlı 

bir dərviĢin fəaliyyəti Tey muri hökmdarı  Öməri vahiməyə salmıĢdı.  Ömər hiy lə ilə 

onu sarayına  gətirib  edam  etdirmiĢdi.  1406-cı  ildə  Təbriz  əhalisi  onlardan  böyük 

məb ləğdə  pul  tələb  etmiĢ  Ömərin  casuslarına  qarĢı silahlı  mübarizə  yoluna  keçdi. 

Təbriz  sənətkarları  və  yo xsullarının  fəal  iĢtirak  etdiy i  bu  üsyana  Ģəhərin  yuxarı 

təbəqəsinin nümayəndələri ġey x Əxi Qəssab və Qazi Ġmadəddin rəhbərlik ed irdilər. 

Azərbaycan  ərazisi  Sultan  Əh mədin  əlinə  keçərkən  Qazi  Ġmadəddin 

Naxçıvan  mahalın ın  idarəçiliyini  ələ  ald ı.  Qara  Yusif  Ġmadəddinin  mahaldakı 

hakimiyyətini  tanımağa  məcbur  oldu.  Dövrün  tarixçiləri  məlu mat  vermiĢlər  ki, 

bundan  sonra  Qazi  əhalidən  alınan  vergilərin  həcmini  özü  müəyyən  etmiĢ  və  az 

vaxt  ərzində  xeyli  sərvət  yığ mıĢdı.  ġəhər  sakin ləri  hakimin   zü lmünə  qarĢı  üsyan 

etdilər, onu öldürdülər,  məmurlarına  isə divan tutdular.  Hakimin əmlakı üsyançılar 

tərəfindən qarət olundu. 

Hürufilərin  fəaliyyətinin  dövlət  üçün  təhlükəli  o lduğunu,  onun  antifeodal 

təmayülünü  bu  fakt  da  göstərir  ki,  CahanĢah  Qaraqoyunlunun  hakimiyyəti 

dövründə Təbrizdə onun əmri ilə 400 hürufi edam ed ilmiĢdi. 

CahanĢahın  məğlubiyyəti  və  ölü mündən  sonra  baĢlanmıĢ  iğtiĢaĢlar 

dövründə,  1467-ci  ildə  Təbrizdə  üsyan baĢ  verdi.  Salnaməçinin  məlu matına  görə, 

"alçaqlıq  və  əclaflıqda  məĢhur  olan  Sarvanqulu  adlı  b ir  Ģə xs  qaçqınlar  dəstəsi  ilə  

Təbrizə gəld i və pozğun ünsürlərin (ərazil) rəhbəri o ldu". O, "zorakılığa geniĢ Ģərait 

yaratdı və pozğun ünsürləri, qara camaatı (ronud və ovbaĢ) özünə cəlb etdi, Ģəhəri 

ələ  keçirməyə  baĢladı".  Məlu matdan  aydın  olur  ki,  söhbət  "dəvə  çarvadarı"nın 

(sarvanın)  baĢçılıq  etdiy i  xalq  üsyanından  gedir.  Gü man  etmək  olar  ki, 

Sarvanqulunun baĢçılıq  etdiyi  üsyanda  Təbriz  yo xsulları  və  sənətkarları  da  iĢtirak 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə