Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə55/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   51   52   53   54   55   56   57   58   ...   232

113 

 

edirdilər.  Üsyan  Qara  Ġskəndərin  qızları  ArayiĢ  bəyim  və  ġahsaray  bəyim 



tərəfindən yatırıld ı. On lar paytaxtda hakimiyyəti ələ  keçirməyə çalıĢaraq, qoĢunun 

bir  hissəsi  ilə  həmlə  etdilər.  Salnaməçi  ArayiĢ  bəyimi  cəsarətli  bir  qadın  kimi 

səciyyələndirmiĢdir: "O, qadın bəzəklərini hərbi yaraqla, örpəyi isə dəbilqə ilə əvəz 

etmiĢdi. Qeyri-ad i gücə malik olan ArayiĢ bəyim düĢməni (yəni  Sarvanqulunu) elə 

vurdu ki, ox onun sinəsindən çıxdı". ArayiĢ bəyim üsyanı yatırdı, müvəqqəti olaraq 

hakimiyyəti ö z əlinə aldı. 

XV  əsrin  ikinci  yarısında  xalq  narazılığın ın  artması  Azərbaycanda Ģiəliy in 

və onun ifrat cərəyanlarının (qulat) geniĢ yayılmasında ö z əksin i tapırdı. 

Aqrar  islahatdakı  uğursuzluqlar,  zülmün  artması  Ağqoyunlu  dövləti 

ərazisində  Ģiə  təlimləri  əsasında  inkiĢaf  edən  və  Ərdəbilin  Səfəv i  feodalları 

tərəfindən  idarə  olunan  geniĢ  xalq  hərəkatın ı  doğurmuĢdu.  Qaradağ  və  TalıĢ 

vilayətləri  Səfəvi  (qızılbaĢ)  hərəkat ının  əsas  mənbəyi  sayılırd ı.  Bu  vilayətlərdə 

Babəkin,  xü rrəmilərin  ictimai  bərabərlik,  maddi  sərvətlərin  bərabər  Ģəkildə 

bölünməsi ideyaları hələ də yaĢamaqda idi. Feodal  istismarına qarĢı yönəlmiĢ  xalq 

kütlələri hərəkatından Ərdəbil Ģey xləri istifadə etdilər. 

 

V FƏSĠL 



XIII-XV ƏSRLƏ RDƏ AZƏRB AYCAN MƏ DƏNĠYYƏ TĠ 

 

Maarif.  El m.  Monqol  zülmü  A zərbaycan  mədəniyyətinə  müəyyən  zərbə 

vurmuĢ, maarifin və elmin inkiĢafın ı ləngitmiĢdi. Monqol əsarəti mü xtəlif  xalqların  

çoxəsrlik mədəniyyətinə mənfi təsir göstərmiĢdi. Monqollar yerli mədəniyyəti istər-

istəməz qəbul etməli olmuĢdular. 

Azərbaycan hətta monqol iĢğalı dövründə də ġərqin ən  mühüm  mədəniyyət 

mərkəzlərindən  biri  o laraq  qalırd ı.  Maarif  sahəsində  xeyli  in kiĢaf  nəzərə  çarpırdı. 

Yeni məktəblər, mədrəsələr və ali təhsil müəssisələri təsis edilird i.  

Ġbtidai  təhsil  müəssisəsi  "məktəb",  orta  təhsil  müəssisəsi  isə  "mədrəsə" 

adlanırdı.  ġagird  məktəbdə  mü xtəlif  fənlər  haqqında  ilkin  məlu matlar  əldə  ed irdi. 

Məktəb  mədrəsə  üçün hazırlıq  mərhələsi  sayılırdı.  Belə  məktəblərdə,  adətən,  yaĢlı 

uĢaqlardan  bir-iki  nəfər  " xəlifə"  təyin  edilirdi.  Xəlifələr  dərslərin  hazırlan mas ında 

baĢqa  uĢaqlara  kö mək  edir,  müəllimin  göstəriĢlərini  həyata  keçirird ilər.  ġagirdlər 

15  yaĢına  çatanadək  ilk  təhsili  məktəbdə  alır,  sonra  isə  mədrəsəyə  qəbul 

olunurdular. Ġbtidai bilik verən bu  məktəblər sırasına "yetimlər ev i" və "təlim evi" 

adlanan xeyriyyə müəssisələri də daxil  idi. Məktəblərdə  xüsusi tədris proqramı yox 

idi.  Qu ranı  öyrəndikdən  sonra  uĢaqların  ço xu  mə ktəbi  b itirmiĢ  hesab  olunurdu. 



114 

 

Mədrəsələrdə  dini  təlim  əsas  yer  tuturdu.  Lakin  bununla  y anaĢı,  ədəbiyyat,  tarix, 



coğrafiya, riyaziyyat, nücum, məntiq, fəlsəfə dərsləri də keçirilirdi. 

Artıq  XIII-XV  əsrlərdə  Təbrizdə  "Qazaniyyə",  "Fələkiyyə",  "ġeyx 

Kəmaləddin  Xocəndi",  "DəməĢqiyyə",  "Qazi  ġey x  Əli",  "Məqsudiyyə", 

"Müzəffəriyyə",  "Nəsriyyə"  mədrəsələri  məĢhur  idi.  ġənbi-Qazandakı  "ġəfeiyyə" 

və  "Hənəfiyyə"  mədrəsələri,  Bakıda  ġirvanĢahlar  sarayının  "ġah  məscidi" 

yanındakı  mədrəsə,  Seyid  Yəhya  mədrəsəsi,  Ərdəbildə  ġey x  Səfi  məqbərəsi 

nəzdindəki  "Darül-irĢad",  Dərbənd  məhəllə  məscidi  yanındakı  məd rəsə,  Rəbi-

RəĢididə 500 nəfərə qədər ustadın çalıĢdığı ali təhsil müəssisəsi fəaliyyət göstərirdi. 

Mədrəsələrdə  Azərbaycanın  məĢhur  münəccimi,  riyaziyyatçısı,  tarixçisi  Xacə 

Nəsirəddin  Məhəmməd  Tusinin  "Ədəb  əl-mütəllimin  və  mühəssilin"  ("Müəllimlər 

və tələbələr üçün ədəb qaydaları") adlı əsərində sadə və ümumi tərzdə Ģərh edilmiĢ 

qaydalara riayət edilməsi qarĢıya qoyulurdu. 

Bağdadın  "Nizamiyyə"  mədrəsəsindən  sonra  XIV  əsrin  əvvəllərində 

Təbrizin Ģimal-Ģərqində yerləĢən Rəbi-RəĢid idə təsis edilmiĢ  Darülfünun Yaxın və 

Orta ġərqin ən böyük ali təhsil  müəssisəsi sayılırdı. Həmin elmi  müəssisədə 7  min  

tələbə təhsil alırdı. Tələbələrin  min nəfəri  Rəb i-RəĢididə,  6  min nəfəri  isə Təbrizin  

özündə  yaĢayırdı.  On ların  Rəbi-RəĢididə  qaldıqları  yer  "Tələbə  məhəlləsi" 

adlanırdı. 

Çindən,  Hindistandan,  Misirdən  və  Suriyadan  Darülfünuna  cəlb  edilmiĢ  50 

görkəmli alim tədris iĢi ilə məĢğul olur, həmçinin xəs tələri müalicə edirdi. 

Darülfünunda təbiətĢünaslıq, fəlsəfə, tarix, təbabət, nücum, məntiq, ilahiyyat 

Ģöbələri  var  idi.  Təbabəti  tədris  edən  hər  müdərrisin  12  tələbəsi  o lurdu.  Təbabət 

Ģöbəsində təhsil  müddəti  5  il  idi.  Təhsilini  bitirmiĢ  tələbədən  bir  il  ərzində  Rəbi -

RəĢididə  xəstələri  müalicə  etmək  tələb  olunurdu.  Bu  müddət  ərzində  tələbənin 

aldığı ixtisasın keyfıyyəti hərtərəfli yo xlanılır,  xəstələri  müalicə etmək qabiliyyəti, 

tibb  sahəsində  ustalığı  müəyyənləĢdirildikdən  sonra  həkim  iĢləmək  üçün  ona 

icazənamə  verilirdi.  5  ildən  sonra  yeni  müdavimlər  qəbul  olunurdu.  Təbabət 

Ģöbəsinin  tələbələri  aldıq lan  ixtisas  üzrə  Rəbi-RəĢididə  yerləĢən  "Dar  üĢ-Ģəfa"da 

("ġəfa evi") təcrübə  iĢi aparırdılar. Təbabətdən dərs deyən həkim-müəllimlər üçün 

Rəbi-RəĢididə  ayrıca  məhəllə  salın mıĢdı.  Məktəblər,  mədrə-sələr  və  ali  təhsil 

müəssisələri  nəzd ində  kitab xanalar  fəaliyyət  göstərirdi.  Alimlər  tərəfindən 

yazılmıĢ,  məĢhur  xəttatlar  tərəfindən  üzü  köçürülmüĢ,  mü zəhhiblər  və  nəqqaĢlar 

tərəfindən haĢiyələrlə bəzədilmiĢ kitabların sayı vəqf hesabına artırd ı.  

Rəbi-RəĢididə  elmin  mü xtəlif  sahələrinə  dair  60  min  nüsxə  kitabın 

saxlan ıld ığı böyük bir kitab xana var idi. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə