Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə56/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   52   53   54   55   56   57   58   59   ...   232

115 

 

Tarixçi  Vəssaf  ġənbi-Qazandakı  iki  böyük  kitab xananı  "Qiy mətli  kitablar 



xəzinəsi" adlandırmıĢdı. 

Təbriz,  Ərdəbil,  Bakı,  ġamaxı  və  Gəncədə  də  böyük  kitab xanalar  vardı. 

Bakıdakı  ġirvanĢahlar  sarayında,  Ərdəbildəki  ġey x  Səfi  məqbərəsinin 

kitab xanasında  elmin  mü xtəlif  sahələrinə  aid  yüzlərlə  kitab  toplanmıĢdı.  Təbrizdə 

Ağqoyunlu  hökmdarı  Uzun  Həsənin  və  Sultan  Yaqubun  saraylarında  da  b öyük 

kitab xanalar fəaliyyət göstərmiĢdir. 

Məktəb  və  mədrəsələrdə  ərəb  və  fars dilləri  ilə  yanaĢı,  Azərbaycan  dili  də 

səslənirdi.  Təsadüfi  deyildir  ki,  XIII-XV  əsrlərdə  A zərbaycan  dilində  bir  sıra 

əsərlər  yazılmıĢ  və  onlardan  bəzisi  fars  dilindən  Azərbaycan  dilinə  tərcü mə 

edilmiĢdir. 

Yaxın  və  Orta  ġərqin  ən  məĢhur  rəsədxanası  A zərbaycan  alimi  Xacə 

Nəsirəddin  Məhəmməd  Tusinin  (1201-1274)  göstəriĢi  və  iĢtirakı  ilə  1259-cu  ildə 

Marağa  ətrafında,  yüksək  bir  yerdə  təsis  edilmiĢdi.  Onun  nücum  elminə  dair  "Zic 

Elxan i"  ("Elxan i  cədvəlləri")  əsəri  səyyarələrin  (planetlə rin  -  uldu zla rın.  -  məsul 

red.)  və  digər  səma  cisimlə rin in  öyrənilməsinə  həsr  olunmuĢdu.  Alimin 

yaradıcılığ ında  "Əxlaq i-Nasiri",  "Əxlaqi-möhtəĢəmin",  "Övsafül-əĢrəf‖,  "Risaleyi-

fəlsəfi", " Qəvaidi-elmi-tibb" adlı fəlsəfi, əxlaqi,  məntiq i, riyazi əsərlər  mühü m yer 

tutur.  Görkəmli  alimin  maliyyə  məsələlərinə,  mus iqiyə  və  s.  sahələrə  aid  sanballı 

əsərləri  də  vard ır.  Alim  Orta  ġərqdə  məĢhur  nücum  və  riyaziyyat  məktəbin in 

əsasını qoymuĢ və sonralar bu məktəbin bir ço x nümayəndələri görkəmli alim  kimi 

geniĢ  Ģöhrət  qazanmıĢlar.  Marağa  rəsədxanasının  təsisində  mühüm  xid mətləri 

olmuĢ Marağalı Fəxrəddin, ġirvanlı ġəmsəddin bunlara misal göstərilə b ilər.  

Marağa  rəsədxanası  böyük  elm  və  tədris  ocağı  idi.  50  ilə  yaxın  fəaliyyət 

göstərmiĢ  bu  rəsədxanada  Yaxın  və  Orta  ġərq  ölkələrindən,  Çindən  gəlmiĢ 

tədqiqatçılar  elmi  axtarıĢlar  aparırd ılar.  Nəsirəddin  Tusinin  rəhbərliyi  ilə  burada 

təĢkil  edilmiĢ  ali  təhsil  müəssisəsində  onlarca  xarici  tələbə  təhsil  alırd ı.  Tusinin 

baĢçılığı  ilə bir sıra qiy mətli  kitablar yunan dilindən ərəb və fars dillərinə tərcü mə 

olunmuĢdu. O, nücuma və həndəsəyə aid tədris kitabları da tərtib etmiĢdir. Alimin 

"Evklid in  həndəsi  üsulları  kitabı"ndan  uzun  müddət  tədris  vəsaiti  kimi  istifadə 

olunmuĢdur. 

Xacə  Nəsirəddin  Məhəmməd  Tusi  vəfat  etdikdən  sonra  rəsədxananın  iĢi 

onun  övladları  Sədrəddin  Əli  və  Əsiləddin  Həsən  tərəfindən  (1317-ci  ildə  vəfat 

etmiĢdir) davam etdirilmiĢdir. 

XIV  əsrin  əvvəllərində  ġənbi-Qazanda  da  əzəmətli  bir  rəsədxana  tikilib 

istifadəyə verilmiĢdi.  Böyük elmi  mərkəz sayılan bu rəsədxana Marağa rəsədxanası 

üslubunda Qazan xan ın təĢəbbüsü ilə tikilmiĢ və dəqiq cihazlarla təch iz edilmiĢdi. 




116 

 

Həm  Marağa,  həm  də  ġənbi-Qazan  rəsəd xanaları  baĢqa  ölkələrdə  nücum 



elminin  in kiĢafına  həlled ici  təsir  göstərmiĢdi.  Tarixçi  Vəssaf  ġənbi-Qazan 

rəsədxanasından  bəhs  edərək  yazırd ı  ki,  orada  təkcə  uldu zların  hərəkəti  deyil, 

habelə hesablamalar, cədvəllər və baĢqa sahələr tədris olunurdu. 

MəĢhur  alim  İzzəddin  Əbu  Məhəmməd  Əbdülvahab  Xacə  Nəsirəddin  

Məhəmməd  Tusinin  xahiĢi  ilə  Təbrizdə  nücum  elminə  aid  "Ət -təzkirə"  əsərini 

yazmıĢdı.  Xacə  Fəzlullah  RəĢidəddin  (1247-1318)  elmin  mü xtəlif  sahələrindən 

bəhs  edən  24  cildlik  "Əl-əhya  vəl-əsar"  adlı  ensiklopedik  əsərin  müəllifidir.  O, 

həmçinin  "Cami  ət-təvarix",  "Ər-risalət  əs-Sultaniyyə",  "Lətaif  əl-həqaiq", 

"Tovzihat", "Bəyan ül-həqaiq" kimi məĢhur əsərləri yazmıĢdır. "Tənsuqnamə" əsəri 

Rəbi-RəĢididə  RəĢidəddinin  göstəriĢi  ilə  Çin   dilindən  ərəb  dilinə  tərcü mə 

etdirilmiĢdi. 

XIII-XV  əsrlə rdə  tibb  elminə  dair  bir  sıra  əsərlər  yaran mıĢdı.  Gö rkə mli 

alim,  filosof  və  əczaçı  Mahmud  ibn  İlyas  1260-cı  ildə  "Elmi-tibb"  ("Tibb  elmi") 

əsərini yazmıĢdı. O, "Ġnayətül fi-tibb" ("Tibb elminə kö mək") və "Kitab əl-xəfi fil-

mədavi" ("Müalicə elmi haqqında kitab") əsərlərin in müəllifidir.  

Ərdəbil həkimlərindən olmuĢ Sədi Ərdəbili və Ģirvanlı Şükrulah bu dövrdə 

daha  çox  tanın mıĢdılar.  ġü krullah  ġirvani  tibb  sahəsində  Qahirədə  ixtisaslaĢmıĢ, 

Ġstanbula  getmiĢ  və  Sultan  Mehmed  Fatehin  sarayında  çalıĢmıĢdı.  Həkim  Sədi 

Ərdəbili də bir sıra əsərlərin müəllifidir. 

Bu  dövrdə  də  ġərqin  görkəmli  alimlərin in  (xüsusilə  Əbu  Əli  ibn  Sinanın) 

əsərləri  A zərbaycan  alimlərinin  diqqətini  cəlb  etməkdə  idi.  Nəcməddin  Əhməd 

Naxçıvani (1253-cü ildə vəfat etmiĢdir) Əbu Əli ibn Sinanın əsərlərinə tənqidi Ģərh 

yazmıĢdı. 

Riyaziyyat  sahəsində  də  bir  sıra  görkəmli  alimlər  yetiĢmiĢdi.  "Risalət  ül-

hesab"  ("Hesab  kitabı")  əsərinin  müə llifi  Übeyd  Təbrizi  tanınmıĢ  riya ziyyatçı  id i. 

Tarixçi  Əbülqasım  KaĢani  yazırd ı  ki,  "dünyəvi  və  dini  elmlərdə  onun  misli-

bərabəri yo x idi". 

Riyaziyyatçılar  Şeyx  Abdulla  Şəbüstəri  və  Məhəmməd  Təbrizi  bir  sıra 

əsərlərin  müəllifləri olmuĢlar. Məhəmməd  Təbrizi "Kitabi-irĢad fı-mərifətül-ədad" 

adlı əsərini ġirvanĢah ġeyx Ġbrahimə həsr etmiĢdi.  

Fəlsəfə  sahəsində  Şeyx  Mahmud  Şəbüstəri  (1252-1320)  tanın mıĢdı. 

"GülĢəni-raz"  ("Sirlər  gülĢəni")  və  "Səadətnamə"  əs ərləri  onun  ən  dəyərli 

yaradıcılıq  məhsulları  idi.  XV  əsrdə  Seyid  Yəhya  Bakıtvi  (1464-cü  ildə  vəfat 

etmiĢdir)  " Gü lĢəni-raz"  əsərinə  Ģərh  yazmıĢ,  "Əsrar  ət-talibin"  ("Həqiqət 

axtaranların sirləri") adlı fəlsəfi traktatı yaratmıĢdır. O, nücuma və tarixə dair də bir 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə