Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə57/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   53   54   55   56   57   58   59   60   ...   232

117 

 

sıra  əsərlər  yazmıĢdı.  Onun  tələbələri  Ziyaəddin  ġirvani  (1485-ci  ildə  vəfat 



etmiĢdir) və Əbdülməcid Şinani də bir sıra elmi əsərlərin müəllifləri id i. 

Təbrizli  Bədrəddin  Seyid  Əhməd  Laləvi  (1506-cı  ildə  vəfat  etmiĢdir) 

məntiq i,  sərfi-nəhvi,  ədəbiyyatı  və  riyaziyyatı  gö zəl  b ilirdi.  0,  bir  sıra  əsərlərin  

müəllifid ir. 

HüquqĢünaslıq  sahəsində  də  bir  sıra  alimlər  yetiĢmiĢdi.  Nəcməddin 

Məhəmməd Üskui, İbrahim Səlmasi dövrün məĢhur hüquqĢünasları olmuĢlar. 

Filosof  və  tarixçi  Cəlaləddin  Məhəmməd  Dəvvani  bir  müddət  Təbrizin 

Nəsriyyə  mədrəsəsində  tədris  iĢi  ilə  məĢğul  olmuĢ,  fəlsəfəyə  dair  bir  sıra  əsərlər 

yazmıĢdı.  Onun  Xacə  Nəsirəddin  Tusinin  "Əxlaqi-Nasiri"  əsəri  üslubunda  əxlaq  

məsələlərinə həsr edilmiĢ "Əxlaqi-Cəlali" əsəri  məĢhurdur. Bu əsər  Yaxın və  Orta 

ġərqdə geniĢ yayılmıĢdı. 

Həmin  dövrdə  baĢ  vermiĢ  hadisələri  qələmə  almaq  üçün  Elxan ilər  ö z 

saraylarına tarixçiləri cəlb et məyə çalıĢırdılar. 



Əbülhica  əl-Rəvvadinin  zəmanəmizədək  gəlib  çatmayan  "Tarixi-

Azərbaycan",  Bərdəinin  "Tarixi-Arran",  İbn  əl-Müsənnanın  "Tarix  əl-Marağa" 

əsərləri bu dövrün bəhrəsi idi. XIV əsrin əvvəllərində Təbrizdə tarixçilər "Cami ət-

təvarix"  ("Salnamələr  məcmuəsi")  adlı  dünya  əhəmiyyətli  çoxcildli  tarixi  əsər 

yazmıĢlar. Qiy mətli  mənbə hesab edilən bu elmi əsər məĢhur alim və dövlət xadimi 

Fəzlullah  RəĢidəddinin  rəhbərliy i  altında  hazırlan mıĢdı.  Orta  əsrlər  ġərqin in 

əhəmiyyətli  yazılı  ab idəsi  olan  bu  əsərin  yaradılmasında  xey li  tarixçi,  müzəhhib, 

rəssam, cildçi iĢtirak etmiĢdir. 

XIV  əsrin  əvvəllə rində  Təbrizdə  yaĢamıĢ  KaĢanlı  Əbülqasıra  "Ca mi  ət -

təvarix"  əsərinin   yazılmasında  iĢtirak  etmiĢ,  "Zeyli-Cami  ət-təvarix",  "Zübdət  ət-

təvarix"  və  "Tarixi-Ulcaytu"  əsərlərini  qələmə  almıĢdır.  Əbülqasım  Təbrizdə, 

Elxan ilər  sarayında  vaqiənəvis  olmuĢ,  Ulcaytu  Sultan  Məhəmmədə  həsr  etdiyi 

əsərini də məh z bu üslubda yazmıĢdı. 

XIV  əsrdə  yaĢamıĢ  Azərbaycan  tarixçisi  Məhəmməd  ibn  Hinduşah 



Naxçıvani  "Dəstur  əl-katib"  əsərinin  müəllifidir.  Bu  əsərdə  XIII-XIV  əsrlərdə 

ölkəmizin siyasi, ictimai,  iqtisadi tarixin i əks etdirən  xey li sənəd vardır. XIV əsrin 

görkəmli  tarixçilərindən  biri  də  təbrizli  Əh məd  ibn  Məhəmməddir.  O,  "Tarix  əl-

nəvadir"  və  "ġahənĢahnamə"  adlı  mənzu m  tarixi  əsərlərin  müəllifid ir. 

"ġahənĢahnamə"  hicri  738  (1337-1338)-ci  ildə  Sultan  Əbu  Səidin  Ģərəfinə  nəzmlə 

yazılmıĢ əsərdir. 

Təbrizdə  yaĢamıĢ  məĢhur  tarixçi  və  coğrafiyaĢünas  Həmdullah  Qəzvin i 

"Tarixi-qo zide" və "Nüzhət əl-qülub" kimi  məĢhur əsərlərin  müə llifid ir. XIV əsrin 

tanınmıĢ alimlərindən biri də Əbdür-rəşid Saleh oğlu Bakuvidir (1402-1473). Onun 



118 

 

tarixə və coğrafiyaya dair q iy mətli əsərləri vardır. Tarixi coğrafiyaya aid "Təlxis əl-



asar"  ("Əsərlərin  xülasəsi")  əsəri  Azərbaycan  Ģəhərlərindən  və  memarlıq 

abidələrindən bəhs edir. 

Ağqoyunlu  hökmdarı  Su ltan  Yaqubun  sarayına  xeyli  alim  və  Ģair  cəlb 

olunmuĢdu.  Tarixçilərdən  Əbubəkr  Tih rani,  Ġdris  Bid lisi,  Fəzlullah  Ru zbihan 

Xunəci  bu  hökmdara  qulluq  edirdilər.  Əbubəkv  Tihraninin  Uzun  Həsən  dövrünə 

həsr  etdiyi  "Tarixi-Diyarbəkriyyə"  və  Fəzlullah  Ruzbihan  Xunəcinin  Sultan 

Yaqubun dövrünü əhatə edən "Tarixi-aləm arayi-Əmin i" əsərləri  məĢhurdur. Elmin  

inkiĢafı kitaba olan ehtiyacı və zərurəti artırmıĢ, xəttatlıq sənəti Azərbaycanda xeyli 

inkiĢaf etmiĢ, Təbrizdə böyük xəttatlıq  məktəbi yaranmıĢdı. Abdulla Seyrəfi (1342-

ci  ildə  vəfat  etmiĢdir)  " müsənna"  xəttinin,  Mir  Əli  Təbrizi  isə  "nəstəliq"  xəttinin  

yaradıcısı idi. 

Ədəbiyyat.  XIII-XV  əsrlərdə  A zərbaycan  ədəbiyyatı  çox  çətin  Ģəraitdə 

inkiĢaf etmiĢdir.  XIII əsrin baĢlanğıcından etibarən bütün Yaxın  ġərq i, Avropanın 

bir  qis mini  iĢğal  etmiĢ  monqol  qoĢunları  A zərbaycanı  da  ələ  keçirdilər,  Ģəh ər  və 

kəndləri  xarabalığa  çevirdilər.  Qətl  və  qarətlər,  qanunsuz  vergilərin  toplanması 

əhalini  var-yo xdan  çıxarmıĢ,  yoxsullaĢdırmıĢdı.  Lakin  ədəbi  yaradıcılıq  iĢi  davam 

etməkdə id i.  XIII-XV əsrlər saray ədəbiyyatının, qəsidə Ģerinin nisbətən zəiflədiyi 

bir  dövrdür.  Nəimi,  Nəsimi,  Əvhədi  kimi  görkəmli  Ģairlər  yaradıcılığ ın  ideya 

istiqaməti baxımından saray ədəbiyyatına, məddahlığa yabançı  idilər.  Lakin  Seyid 

Zülfüqar  ġirvani,  Arif  Ərdəbili  kimi  Ģairlər  saray  Ģerin in  ənənələrin i  davam 

etdirirdilər. 



Zülfüqar  Şirvani  1190  (və  ya  1192)-cı  ildə  ġamaxıda  anadan olmuĢ,  orada 

mü kəmməl  təhsil  almıĢ,  bir  sıra  elmlərin  (o  cümlədən  məntiqin,  astronomiyanın, 

fəlsəfənin)  əsaslarını  öyrən miĢdir.  ġair  ö zünün  6  dildə  (həmçinin  azərbaycanca) 

Ģeir  yazdığ ma  iĢarə  etmiĢdir.O,  Ģeirlərində  tez-tez  Aristotelin,  Platonun,  Sokratın 

və  digər  yunan  filosoflarının  adların ı  çəkir,  yunan  fəlsəfəsinə  mükəmməl  bələd 

olduğunu nümayiĢ etdirir. Zülfüqar ġirvani nəsr əsərləri də yazmıĢdır. O, XIV əsrin 

əvvəllərində Təbrizdə vəfat etmiĢ və Sorxab qəbiristanlığ ında dəfn olunmuĢdur. 

Seyid  Zülfüqar  ġirvanin in  qəsidə,  qəzəl,  qitə  və  rübailərdən  ibarət  olan 

böyük  divanı  (1345-ci  il)  Sankt-Peterburqda,  M.E.Saltıkov-ġedrin   adına  Döv lət 

Kütləvi Kitab xanasının əlyazmalar Ģöbəsində saxlanılmaqdadır. 

Zülfüqar  ġirvaninin  yaradıcılığı  və  dünyagörüĢü  ziddiyyətlid ir.  ġair  həm 

saray  mühiti  ilə  bağlı  olmuĢ,  feodalları  mədh  etmiĢ,  həm  də  istedadlı  bir  sənətkar 

kimi dövrün ictimai hadisələrindən kənarda qalmamıĢdır.  

Din i-idealist mah iyyətli dünyagörüĢünə malik Ģairə  sufizm ideyaları da ciddi 

təsir göstərmiĢdir. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə