Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə58/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   54   55   56   57   58   59   60   61   ...   232

119 

 

XIV  əsrdə  yaĢamıĢ  Ģairlərdən  biri  də  Arif  Ərdəbilidir.  O,  ġirvanĢah  Kavus 



ibn Keyqubadın (1345-1373) dəvəti ilə  ġirvana gəlmiĢ, sarayda yaĢamıĢ, qəsidələr 

yazmıĢdır.  Lakin  Nizamin in  "Xosrov  və  ġirin"  əsəri  mövzusunda  yazdığı 

"Fərhadnamə"  poeması  onu  daha  çox  ĢöhrətləndirmiĢdir.  Müəllifin  XIV  əsrdə 

Nizami  ənənələrin i  davam  və  inkiĢaf  etdirməsi  "Fərhadnamə"nin  Azərbaycan 

ədəbiyyatı tarixindəki əhəmiyyətini artırır. Arif  Ərdəbili  Nizamin i təkrar etməmiĢ, 

yeni, orijinal əsər yazmıĢdır. Əsərin müqəddiməsindən aydın görünür ki, poeman ın 

baĢ  qəhrəmanı  Xosrov  deyil,  Fərhaddır.  Bu  poemada  Fərhad  və  ġirin  haqqında 

Azərbaycanda yayılmıĢ Ģifah i xalq ədəbiyyatı materialları mühü m yer tutur.  

XIV  əsrdə  Azərbaycan  Ģeri  nisbətən  daha  sürətlə  inkiĢaf  edirdi.  Bu  əsrin 

ədəbiyyatı  məzmun  etibarilə  də  əvvəlki  əsrlərin  ədəbi  nümunələrindən  fərqlənirdi. 

O  dövrdə  həyatı  daha  geniĢ surətdə əks  etdirən  epik  dastanlar  meydana   çıxmıĢdı. 

Bu  əsərlərdə  yaradılmıĢ  həyat  lövhələri,  insan  surətləri  poeziyanın  mistikadan 

uzaqlaĢdığını,  onun  həyatla  əlaqələrinin  gücləndiyin i  göstərir.  Arif  Ərdəbilin in 

"Fərhadnamə"si  və  Əssar  Təbrizinin  "Mehr  və  MüĢtəri"  adlı  poeması  bu 

keyfiyyətləri parlaq surətdə əks etdirən əsərlərdir.  

Şəmsəddin Hacı Məhəmməd Əssar Təbrizi əsrin görkəmli söz ustadlarından 

və  alimlərindən  olmuĢ,  riyaziyyat  və  astronomiya  sahəsindəki  tədqiqatı  ilə  də 

tanınmıĢdır. 

Əssar Təbrizi əruz vəzn i və qafiyə haqqında əsər yazmıĢ, "Əlvafi fi tədadül-

qəvafi" adlı qafiyə lüğəti tərtib etmiĢdir. O, A zərbaycan ədəbiyyatı tarixinə  məĢhur 

"Mehr və MüĢtəri" əsərinin müəllifi kimi daxil olmuĢdur.  

"Mehr  və  MüĢtəri"  poeması  Nizami  ənənələrinin  XIV  əsrdə  də  in kiĢaf 

etdiyini,  xalq  dastanlarının  yazılı  ədəbiyyata  qüvvətli  təsir  göstərdiyini  sübuta 

yetirən  bir  əsərdir.  1376-cı  ildə  tamamlan mıĢ  bu  ro mantik  poemada  məhəbbət, 

sədaqət və qəhrəmanlıq məqamları üzv i surətdə birləĢ miĢdir.  

Əssar Təbrizin in bu poeması həyatiliyi, yüksək Ģeriyyəti və sənətkarlığ ı  ilə 

XIV  əsrin  Azərbaycan  poeziyasında  əhəmiyyətli  hadisədir.  Poeman ın  Yaxın  ġərq  

ədəbi mühitində geniĢ yayılması və sonrakı ədəbiyyata təsiri də bunu aydın surətdə 

göstərməkdədir. 

Nizamin in əsərlərindən ilhama gələrək öz yaradıcılığında onun qabaqcıl Ģeir 

ənənələrini  davam  etdirən  görkəmli  Ģairlərdən  biri  də  XIII  əsrin  sonunda  -  XIV 

əsrin  əvvəllərində  yaĢamıĢ  Marağalı  Əvhədidir  (1274-1338).  Əvhədi  də  ö z 

əsərlərin i  Arif  Ərdəbili  və  baĢqa  Ģairlər  kimi,  o  zaman ın  Ģeir  ənənəsinə   sadiq 

qalaraq fars dilində yazmıĢdır. 



120 

 

Əvhədi  "Cami-Cəm"  adlı  əsərində  Ģahların  zülmkarlığ ını,  özbaĢınalığın ı, 



məmu rların  soyğunçuluğunu  və  rüĢvətxorluğunu,  hakimlərin  nadanlığın ı  təsvir 

etmiĢdir. Əvhədinin yaradıcılığ ında dini, mistik meyillər də qüvvətli o lmuĢdur. 

Əvhədi  Azərbaycan  ədəbiyyatı  tarixinə  Nizami  ənənələrinin  davamçısı, 

mütərəqqi ideyalar təbliğ edən görkəmli b ir Ģair kimi daxil olmuĢdur.  

Bu dövrün Azərbaycan Ģerində sufizm  ideyaları daha ço x yayılırdı.  Bunu daxi li və 

xarici  təzy iqin,  istismarın  artması  ilə  izah  etmək  olar.  Müsibətlər,  ölkənin  maddi 

sərvətlərinin  qarət  edilməsi,  aclıq  və  yo xsulluq  xalq  kütlələri  içərisində  etiraz 

doğurmuĢ,  müəyyən  ziyalı  təbəqələrində  və  sənətkarlarda  da  həyatdan  narazılıq, 

məyusluq, ümidsizlik  meyillərini gücləndirmiĢdi.  Bu vəziyyət bəzi Ģair və alimlərin 

sufizm ideyala rına meyil et məsinə Ģərait yaradırdı.  

XIII-XIV 

əsrlərdə  in kiĢaf  edən  sufi  poeziyasının  ən  görkəmli 

nümayəndələrindən biri Şeyx Mahmud Şəbüstəridir (1287-1320). 0,  mədrəsə təhsili 

almıĢ, ərəb və fars dillərini, təbiyyatı, nücumu, orta əsrlərin d ini-mistik fəlsəfəsini 

öyrənmiĢ,  Yaxın  ġərq  ölkələrinə  səyahət  etmiĢ  və  min  beytə  yaxın  məĢhur 

"GülĢəni-raz" əsərini yaratmıĢdır.  Bu əsər sufizmin nəzəri-fəlsəfi  məsələlərinə həsr 

edilmiĢ və sual-cavab Ģəklində yazılmıĢdır.  Burada panteizmin əsasları,  mütəfəkkir 

Ģairin dünyagörüĢü əks olunmuĢdur. 

"GülĢəni-raz"  əsəri  1836-cı  ildə  Vyanada,  alman  dilinə  tərcüməsi  ilə 

birlikdə  nəĢr  edilmiĢdir.  Mah mud  ġəbüstəri  habelə  "Risaleyi-həqqül-yəqin  fı-

mərifəti-rəbbül-aləmin",  "Mirati-mühəqqiqin",  "ġühədanamə"  kimi  fəlsəfi-elmi 

əsərlər  yazmıĢ,  Ġmam  Qəzalinin  "Məlci  ü l-abid in"  adlı  əsərini  ərəbcədən  farscaya 

tərcümə etmiĢdir. 

Uzunmüddətli  monqol  iĢğalın ın  ağır  nəticələri  aradan  qaldırılmamıĢ  XIV 

əsrin  sonlarında  bir  sıra  Yaxın  ġərq  ölkələri  kimi  Azərbaycan  da  yeni  təhlükəyə  - 

Əmir Tey murun istilasına məruz qaldı. 

Ġstismar  və  aramsız  davam  edən  müharibələr  nəticəsində  Azərbaycanda 

məhsuldar  qüvvələrin  inkiĢafı  zəifləmiĢ,  əhalinin  həyat  Ģəraiti  ağırlaĢmıĢdı.  Bu  

Ģəraitdə  Azərbaycanda  hürufilik  təriqəti  meydana  çıxmıĢ  və  o,  ədəbi  inkiĢafa 

qüvvətli  təsir  göstərmiĢdir.  Fəlsəfi  məzmun  baxımından  sufizm  ilə  ü zvi  surətdə 

bağlı olmuĢ hürufilik təriqətin in əsasını məĢhur Ģair və mütəfəkkir  Fəzlullah Nəimi 

Təbrizi (1330-1396) qoy muĢdur. 

Fəzlullah Nəimi Təbrizdə  mü kəmməl təhsil almıĢ, ərəb, fars dillərin i,  Yaxın 

ġərq  ədəbiyyatının,  ġərq  və  yunan  fəlsəfəsini,  din  tarixinə  dair  əsərləri  dərindən 

öyrənmiĢdir.  O,  təxminən  1385-1386-cı  illərdən  etibarən  hürufilik  haqqındakı 

görüĢlərini  təbliğ  etməyə  baĢlamıĢdır.  Fəzlullah  Nəimin in  təlimi  onun 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə