Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə64/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   60   61   62   63   64   65   66   67   ...   232

132 

 

Azərbaycan  ərazisində  dəmirin,  misin,  qızılın  və  digər  metalların  mövcudluğu 



bu  əsrlərdə  daha  bir  dekorativ-tətbiqi  incəsənət  sahəsinin  metalın  bədii  emalının 

geniĢ surətdə  yayılması  üçün  əlveriĢli Ģərait yaratmıĢdı. Bu dövrün metal məmulatı 

nümunələri həm ölkəmizin muzey kolleksiyalarında, həm də xarici ö lkələrdə  kifayət 

qədərdir  (mü xtəlif  boĢqablar,  qazanlar,  küplər,  Ģamdanlar,    quĢ,  inək  və  s.  Ģəkilli 

fiqurlar). Həmin nümunələr həm dekorativ, həm də utilitar (məiĢət) təyinatlıdır. 

Mənbələrdən  məlu mdur  ki,  XIII-XIV  əsrlərdə  Azərbaycanda  metal 

məmu latın ın hazırlan masın ın mühü m  mərkəzləri  Gəncə,   Bərdə, Naxçıvan, ġamaxı, 

Təbriz və Ərdəbil olmuĢdur. 

Orta  əsr  mənbələrində  metal  məmulatının  hazırlan ması  ilə   məĢğul  olan 

sənətkarlıq emalatxanaları karxana adlanırdı. Məsələn, Təbriz Ģəhərində zərgərlərin və 

dəmirçilərin  karxanası  olması  haqqında  məlumat  verilir.  Həmdullah  Qəzvini  də 

Naxçıvanın, Gəncənin mis və dəmir mədənlərin i qeyd edir. 

Son  onilliklərdə  ġirvanda  (Bakı,  ġamaxı  və  s.),  Naxçıvanda,  Mil  düzündə 

(Örənqala,  Qəbələ)  aparılmıĢ  arxeoloji  qazıntılar  nəticəsində  xeyli  maraqlı  və 

özünəməxsus  fiqurlu,  maye  tutumlu    dulusçuluq  məmulatı  aĢkar  edilmiĢdir.  XIII-

XIV əsrlərdə Azərbaycanda hazırlan mıĢ fiqurlu qablar böyük elmi maraq kəsb edir.   

Çünki  bu  material  "müsəlman  ġərqində  heykəltəraĢlıq  nümunələrinin 

olmaması" haqqında köhnə baxıĢı rədd edir. 

Ġndiyədək  Azərbaycan  sənətkarları  tərəfindən  metaldan  hazırlanmıĢ  xeyli 

fıqurlu məmulat bizə gəlib çatmıĢdır. Lakin bunlar içərisində ən qiymətlisi 1206-cı ildə 

istehsal  edilmiĢ,  hazırda  Sankt-Peterburqdakı  Ermitaj  kolleksiyasında  saxlanılan 

bürünc  su  qabıdır.  Ġnək,  buzov  və  bəbir  fiqurlarından  ibarət  kompozisiyalı, 

özünəməxsusluğu  ilə  fərqlənən  bu  qabı  ġirvan  sənətkarı  Əli  ibn  Məhəmməd 

hazırlamıĢdır.  Hər  üç  fiqurun  üzərini  bəzəyən  rəsmlər  qabın  xüsusilə  seçilən 

məziyyətlərindən  biridir.  Fiqurlar  üzərində  ov,  ziyafət,  nərd  oyunu  və  s.  kimi 

səhnələr, ornamentli motivlər təsvir edilmiĢdir. 

XIII-XIV əsrlərdə Azərbaycan ustaları su və Ģərbət saxla maq,  xörək biĢirmək 

üçün  nəzərdə  tutulmuĢ  iri  bürünc,  tökmə  qazanlar  hazırlanması  sahəsində  böyük 

uğurlar  qazanmıĢdılar.  1399-cü  ildə  Əbdüləziz  ibn  ġərifəddin  Təbrizinin  hazırladığı 

nadir  bürünc qazan  metaltökmə  texnikasının  möcüzəli  nümunəsi  hesab  olunur.  Bu 

qazan  Əmir  Teymurun  Xoca  Əhməd  Yasəvi  məscidinə  peĢkəĢi  idi.  Qazanın  ağırlığı 

2000  kiloqram,  hündürlüyü  158,3  santimetr,  diametri  243,4  santimetrdir.  Hazırda  bu 

qazan Sankt-Peterburqda, Ermita jda saxlanılır. 

Qoyunçuluğun  mövcudluğu,  gözəl  təbii  boyaq  maddələrinin  və  bitkilərinin 

olması  bu  dövrdə  xalçaçılığın  da  inkiĢafı  üçün  əlveriĢli  imkanlar  yaratmıĢdı. 

Azərbaycan  xalçaları  nəinki  daxili  tələbatı  ödəyir,  habelə  digər  ölkələrə  də  geniĢ 




133 

 

surətdə  ixrac  edilirdi.  Azərbaycan  xalçalarının  bu  dövrdə  ölkədən  kənarda  geniĢ 



yayıldığını görkəmli Qərbi Avropa və ġərq rəssamlarının əsərlərindəki xalça təsvirləri 

də təsdiq edir. 

XV  əsrdə  baĢlıca  olaraq  Ģəhərlərdə  cəmləĢmiĢ  yerli  sənətkarlar  məiĢət 

tələbatını ödəyən və bədii əhəmiyyət kəsb edən müxtəlif dekorativ incəsənət əĢyaları 

hazırlayırdılar.  Bu  dövrdə  Azərbaycan  ustaları  bedii  metal  emalı  sahəsində  daha 

yüksək səviyyəyə çatdılar. Metaldan silah, məiĢət avadanlığı,  mü xtəlif səciyyəli elmi 

cihazlar  hazırlanırdı.  Elmi  c ihazların  hazırlanması  iĢində  ġirvan  ustaları daha böyük 

uğurlar qazandılar.  Bədii  metal  emalının  ġirvan  məktəbinə  məxsus  olan  bir  nümunəsi 

(bürünc üstürlab) hazırda ABġ-da,  R.Xararin in Ģəxsi ko lleksiyasındadır.  Bu üstürlab 

həm astronomik alət, həm də  maraq lı tətbiqi  incəsənət nümunəsi kimi diqqəti cəlb 

edir. 

Bu  dövrdə  monumental-dekorativ  saxsı  istehsalı  yüksək  inkiĢaf 



mərhələsində  idi  və  dulusçuluq  məmu latı  istehsalının  aparıcı  sahəsini  təĢkil 

edirdi.  Məscid,  xanəgah  və  məqbərələrin  daxili,  xarici  hissələrinin  dekorativ  

tərtibatında  bu  istehsal  növündən  geniĢ  istifadə  olunurdu.  Bu  baxımdan  1465-ci 

ildə  Təbrizdə  tikilmiĢ  "Göy  məscid"  diqqəti  cəlb  edir.  Burada  mü xtəlif  tipli, 

ölçülü, rəngli, təsvirli kaĢılar  iĢlənmiĢdir. Məscidin bəzəyində  mavi və göy rəngli 

kaĢılardan daha çox  istifadə edilmiĢdir  (məh z buna görə də o, " Göy  məscid" adı 

ilə tanınır). 

XIII-XV  əsrlə rdə  Azə rbaycanda  musiqiçilərlə  yanaĢı,  xeyli  musiq i 

nəzəriyyəçisi  də  vardı.  Təbriz  Ģəhərinin  mədəni  mühiti  Yaxın  və  Orta  ġərq 

ölkələrində  məĢhur  olmuĢ  musiqiĢünasları  -  Xacə  Nəsirəddin  Tusini,  Səfiəddin 

Urməv ini, Əbdülqadir Marağayini,  Xacə  RizvanĢah ibn Zəki Təbrizini,  Hafizi və 

YusifĢahı  yetirmiĢdi.  Səfiəddin  Urməvi,  Xacə  RizvanĢah  Təbrizi  və  Əbdülqadir 

Marağayi 

Azərbaycan  musiqi  nəzəriyyəsinin  ənənəvi,  peĢəkar  musiqi 

məktəblərinin və not yazılıĢı sahəsinin baniləri hesab olunurlar. 

Səfiəddin  Urməvi  (1216-1293)  Azərbaycanın  Urmiya  Ģəhərində  anadan 

olmuĢ, təhsilin i isə Bağdadda almıĢdır. O, ədəbiyyata, tarixə və  xəttatlığa dərindən 

yiyələn miĢ,  Bağdadda xəlifənin kitab xanasında əsərlərin üzünü köçürmüĢ, məĢhur 

alimlərin  əsərləri  ilə  də  tanıĢ  olmuĢdur.  O,  əl-Fərabinin  və  Ġbn  Sinanın  əsərlərini 

tədqiq etmiĢ, onların əsasında fərdi  musiqi nəzəriyyəsini yaratmıĢ, 12  muğa mın,  6 

avazatın və baĢqa əsərlərin müəllifi o lmuĢdur. 

Təqribən XIII əsrin üçüncü rübündə Səfiəddin Urməvi Təbrizə,  Elxanilərin 

baĢ  vəziri,  Ģair  və  ədib  ġəmsəddin  Məhəmməd  Cüveyninin  yanına  gələrək  baĢ 

vəzirin  böyük  oğlu  ġərəfəddin  Haruna  musiqi  təhsili  verməyə  baĢladı.  Səfiəddin 

burada yazdığı " Risaleye-ġərəfiyyə" adlı əsərin i də ġərəfəddinə ithaf etmiĢdi.  




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə