Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə69/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   65   66   67   68   69   70   71   72   ...   232

142 

 

Əbdülqadir  Marağayi  ramazan  ayının  30  günü  ərzində  30  muğam  əsəri 



bəstələmiĢ,  əsərlərini  Cəlairi  hökmdarı  Su ltan  Hüseynə  təqdim  etmiĢdi.  Bütün 

musiqi  ustaları,  o  cü mlədən  məĢhur  musiqiĢünas  Xacə  RizvanĢah  bu  məharətə 

heyran qalmıĢdılar. ġah Sultan Hüseyn mükafat olaraq Əbdülqadirə  100  min dinar 

məb ləğində  pul    vermiĢdi.  Salnaməçilərin  verdikləri  məlu mata  görə,  Əbdülqadir 

Marağayi  mü xtəlif elmlə r sahəsində də misilsiz biliyə  ma lik  idi.  Əbdülqadir  Əmir 

Teymurun  əmri  ilə  d igər  sənətkarlarla  birlikdə  Təbrizdən    Səmərqəndə 

aparılmıĢdır.  Bu  zaman  Əbdülqadir  musiqi sahəsində  artıq tanın mıĢ bir Ģəxsiyyət 

idi. Onun "Məqasid əl-ə lhan", "Kənz  ül-əlhan", "Ləh inə", "Fəvaidi-əĢərə", habelə 

Səfiəddin  Əbdül-  mö min  Urməvinin  "Kitab  əl-ədvar"  əsərləri  musiqi  nəzəriyyəsi 

sahəsində böyük elmi nailiyyət idi. Bu əsərlərdə musiqin in bütün  nəzəri və təcrübi 

məsələlərinə to xunulmuĢdur. 

Əbdülqadir  Marağayi  MiranĢahın  hakimiyyəti  dövründə  Səmərqənddən 

Təbrizə  qayıtdı  və  saray  musiqiçiləri  Həbib  Ud i,  Qütbəddin  Nai  (neyçalan), 

Əbdülmö min  Quyəndə  ilə  birlikdə  musiqi  fəa liyyətini  davam  etdirdi.  M iranĢah 

atdan  yıxıld ığı  üçün  əsəbləri    pozu lmuĢdu.  O,  günlərini  eyĢ -iĢrətdə  keçirirdi. 

Bundan  xəbər  tutan    Teymur  Təbrizə  gəldi  və  "MiranĢahı  eyĢ-iĢrətə  məcbur  edən 

musiqiç ilərdir"  fikrində  qərarlaĢaraq  Həbib  Udini,  Qütbəddin  Naini  və 

Əbdülmö min  Quyəndəni  Təbrizdə  edam  etdirdi.  Əbdülqadir  Marağayi  isə 

Təbrizdən  Bağdada  qaçaraq  Sultan  Əhməd  Cəlairinin  yanma  getdi.  Tey mur 

Bağdadı  ələ  keçirdikdən  sonra  yenə  də  Əbdülqadiri  edam  etdirmək  istədi. 

Əbdülqadir  dar  ağacının  ipi  boynunda  ikən  Quran  ayəsindən  bir  neçə  cümləni 

muğam axarında və xoĢ avazla o xudu. Əbdülqadirin bu hərəkəti Tey murun  xoĢuna 

gəldi və o, verd iyi hökmdən imtina etdi. 

Qaraqoyunlu və Ağqoyunlu hökmdarlarının dövründə A zərbaycanda musiqi 

xeyli  in kiĢaf  etmiĢdi.  Bu  dövrdə  Təbrizin  musiqi  həyatı  Avropa  səyyahları  və 

elçilərinin də d iqqətini cəlb etmiĢdi. 

Musiqi  yalnız  sarayda  deyil,  Təb rizin  30  min  tamaĢaçı  tutan  "Qurd 

meydanlarında təĢkil o lunan mü xtəlif  məclislərdə də səslənirdi.  Barbaro yazırdı  ki, 

Təbrizin  meydanında  hər  birinin  uzunluğu  bir  gəzdən  artıq  olan  cəng,  ud,  bərbət, 

ney və sinc çalınırd ı. 

Müharibə  və  döyüĢlər  zamanı  da  musiqi  alətləri  (xüsusilə  Ģeypur,  sinc, 

gərranay, təbil və s.) səslənirdi. 

Monqol  yürüĢlərinin  memarlıq  və  Ģəhərsalma  iĢləri  üçün  viranedici 

nəticələri  Azərbaycan  memarlığın ın  qərarlaĢmıĢ  ənənələrini,  memarların  əldə 

etdikləri  yüksək  ustalıq  səviyyəsini  aradan  qaldıra  bilməzdi.  Ağır  itkilərə 

baxmayaraq,  Azərbaycanın  forma laĢ mıĢ  orta  əsr  me ma rlıq  mə ktəbləri  (Arran, 




143 

 

Naxçıvan  və  ġirvan-AbĢeron)  yerli  ənənələrin  sarsılmazlığını  nü mayiĢ  etdirirdi. 



Monqol  yürüĢləri  nəticəsində  Arran  memarlıq  məktəbi  daha  ço x  ziyan  çəkmiĢdi. 

Əsas  mərkəzlərin  (ġəmkirin,  Gəncənin  və  Bey ləqanın)  viran  edil -məsindən  sonra 

orta əsr Azərbaycan me marlığ ında Arran mə ktəbinin əhə miyyəti xey li a zald ı. 

BaĢ  vermiĢ  tarixi-siyasi  dəyiĢikliklərlə  əlaqədar  olaraq  Təbriz  memarlıq  

məktəbi mühü m və aparıcı mövqe qazandı.  

XIII  əsrin  ikinci  yansında  nisbi  sabitliyin  qərarlaĢması  A zərbaycan 

me marlığ ının  daha  da  inkiĢafı  üçün  əlveriĢli  Ģərait  yaratdı.  Azə rbaycan 

torpaqlarının Hülaku (Elxani) dövlətinin baĢlıca mərkəzi o lması bu inkiĢafda böyük 

rol oynamıĢdır. 

Hələ  Hülaku  xan  dövründə  tanınmıĢ  bir  alim  o lan  Nəsirəddin  Tusinin 

baĢçılığı  ilə  Marağada  rəsədxana  inĢa  edildi.  Rəsəd xana  nəinki  öz  dövrünün  iri 

elmi  mərkəzi  idi,  habelə  görkəmli  memarlıq  ko mpleksi  kimi  də  məĢhurlaĢmıĢdı 

(mövcud  olan  tarixi  salnamələr  və  Marağa  yaxınlığındakı  rəsədxananın varlığı bunu 

sübut edir). Beləliklə, XII əsrdə Azərbaycan memarlığının mühüm mərkəzlərindən biri 

sayılan  Marağanın  Azərbaycan  me marlığı  ənənələrinin  XIII  əsrin  ikinci  yarısından 

baĢlanan dirçəliĢində əhəmiyyətli rolu olmuĢdur. 

Məlumdur  ki,  Elxanilər  dövlətinin  baĢlanğıc  mərhələsində  islam,  buddizm  və 

xristian dinlərinin müəyyən rəqabəti baĢ vermiĢdi. Bu isə xristian və buddizm ənənələri 

əsasında  tikilmiĢ  bəzi  memarlıq  obyektlərin in  meydana  gəlməsində  özünü 

göstərmiĢdi.  Lakin  Qazan  xan  islamı  qəbul  etdikdən sonra həmin  memarlıq  abidələri 

dağıdıldı.  Buna  baxmayaraq,  XIII  əsrin  əvvəllərində  Azərbaycana  gəlmiĢ,  buddizmə 

etiqad  edən  uyğur  ustaları  XIV  əsrin  əvvəllərində  Təbrizdə  yaratdıqları  miniatür 

əsərlərində Uzaq ġərq təsirinin izlərini qoydular. 

Elxanilər dövlətinin paytaxtı elan edilmiĢ Təbriz Ģəhəri Qərblə  ġərq arasında 

ən iri  mədəni  mərkəzə çevrilird i. Təbriz böyüklüyünə, əhalisinin sayına və ticarətin 

həcminə  görə  Qərbin  ən  iri  Ģəhərlərini  geridə  qoymuĢdu.  Ərqun  xanın  dövründə 

baĢlanmıĢ  Ģəhərsalma tədbirləri Qazan xanın hakimiyyəti illərində daha geniĢ  miqyas 

aldı.  Bu  tədbirlərin  həyata  keçirilməsində  baĢ  vəzir  RəĢidəddinin  böyük  rolu 

olmuĢdur. 

1297-c i  ildə  ġənb  adlı  yerdə  Təbrizin  yeni  mə rkəzinin   əsası  qoyuldu 

("ġənbi-Qazan" və yaxud "Qazaniyyə" adı ilə tanın mıĢdı). Qazaniyyə kompleksində 

Qazan  xanın  məqbərəsi  mərkəzi  yeri  tuturdu.    Yazılı    mənbələrdəki    məlu matlara 

görə XVI əsrədək  mövcud olmuĢ bu məqbərə Azərbaycanın qülləvan abidələri tipinə 

aid  idi  və  kaĢılarla  bəzədilmiĢdi.  Əbdülkazım  əl-KaĢaninin  məlu matlarına  əsasən, 

ko mpleksi təĢkil edən tikililərin, habelə  məqbərənin müəllifi  memar Tacəddin Əlişah 

idi. O dövrdə Təbrizdə yaradılmıĢ iri  memarlıq obyektlərindən biri də Rəbi-RəĢidi və 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə