Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə7/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   2   3   4   5   6   7   8   9   10   ...   232

17 

 

iqamətgahı  olan  Gəncədə  xarəzmlilərin  ağalığına  qarĢı  üsyan  əhvali-ruhiyyəsi 



çoxdan mövcud idi. Bu hərəkatda Ģəhər əhalisinin b ir q ismi (baĢda sənətkar Bəndər 

olmaqla) fəa l iĢtira k edirdi.  Gəncədə Ģəhər hakiminin sarayı dağıdıldı, mə murlar və 

qulluqçular öldürü ldü. ġəhərdə olan Xarəzm hərb i hissəsi məhv edild i.  Cəlaləddin 

üsyançılarla  danıĢıqlara  baĢladı,  lakin  bu,  müsbət  nəticə  vermədi.  Tarixçi 

Nəsəvinin  də  iĢtirak  etdiyi  səfirlər  heyəti  üsyançıların  nümayəndələri  ilə  görüĢüb 

onları  itaətə çağırdı.  Sonra Cəlaləddinin özü də qoĢunla  Gəncəyə yaxınlaĢdı, Ģəhər 

ətrafındakı  bağlardan  birində  məskən  saldı.  O,  gəncəlilərlə  danıĢıqlar  üçün 

dəfələrlə  elçi  göndərdi,  onlara  əmin-amanlıq  vəd  etdi.  Nəsəvi  yazırdı  ki,  "bu  cür 

vədləri  eĢitdikdə  qayalar  da  yumĢalardı".  Gəncəlilər  isə  mübarizədən  əl 

çəkmədilər.  Üsyançılar Ģəhərdən çıxd ılar və sultan ordusuna hücum etdilər.  Lakin  

qanlı döyüĢdən sonra onlar Ģəhərə doğru geri çəkilməli old ular. Cəlaləddin onların  

ardınca  qala  darvazasından  özünü  Ģəhərə  saldı  və  üsyanı  yatıra  bildi.  Üsyan 

baĢçılarından  30  nəfəri  edam  edildi,  Bəndər  isə  tikə-tikə  doğrandı.  A zərbaycanın 

Xoy,  Mərənd,  Naxçıvan  və  digər  Ģəhərlərində  də  XarəzmĢah  Cəlaləddinə  qarĢı 

üsyanlar  qalxd ı  və  hərəkat  geniĢ  vüsət  aldı.  Monqolların  barıĢmaz  düĢmən i  kimi 

Ģöhrət tapmıĢ Cəlaləddin siyasi vəziyyətdən səmərəli  istifadə edə bilmədi. O, daim 

qonĢu ölkələrin hakimləri ilə müharibə apardı, monqollara qarĢı onların qüvvələrini 

birləĢdirmək  əvəzinə  daha  da  zəiflətdi.  Beləliklə,  monqolla rın  A zərbaycanı  və 

qonĢu ölkələri zəbt etməsi üçün daha əlveriĢli Ģərait yarandı.  

Monqolların  ikinci  yürüĢü  və  Azərbaycanın  istila  olunması.  Monqol 

qoĢunları Cormağunun baĢçılığı  ilə  Rey və Həmədan Ģəhərlərini  zəbt edib, 1231-ci 

ildə  ikinci  dəfə  Azərbaycana  soxuldular.  A zərbaycanda  mövcud  olan  vəziyyət 

düĢmənə  güclü  müqavimət  göstərməyə  imkan  verməd i,  lakin  bir  sıra  Ģəhərlərdə 

istilaçılara  qarĢı  gərgin  mübarizə  getdi.  Marağa  Ģəhəri  düĢmənə  ciddi  müqavimət 

göstərdi.  Monqollar  Ģəhəri  çətinliklə  tuta  bildilər  və  əhali  üzərinə  ağır  vergi 

qoyuldu.  Sonra  Təbriz  Ģəhəri  mühasirəyə  alındı.  Lakin  Ģəhər  əy anları  yenidən 

istilaçılarla danıĢıq lar apardılar. On ları qiy mətli hədiyyələrlə  razı saldılar və Ģəhəri 

növbəti qırğından  xilas etdilər.  Bu danıĢıqlar nəticəsində Təbrizin bir ço x tanın mıĢ 

sənətkarları da monqolların tələb i ilə onların vətəni olan Qaraqoru ma göndərild ilər. 

Monqollar  buradan  Gəncəyə  yönəldilər  və  Ģəhəri  tutmağa  cəhd  etdilər. 

Əhalinin  müqaviməti elə güclü  idi ki, iĢğalçılar qala divarlarını dağıtdıqdan sonra 

da  bir  həftə  ərzində  Ģəhərə  girməyə  cürət  etmirdilər.  Bəzi  gəncəlilər  ö z 

əmlakların ın  düĢmən  əlinə  keçməməsi  üçün  evlərini  yandırdılar,  var-dövlətlərini 

məhv etdilər. Uzun  mübarizədən sonra 1235-ci  ildə  Gəncəni  zəbt edən düĢmənlər 

əhaliyə  qanlı  divan  tutdular.  Monqol  əsgərləri  qənimət  əldə  etmək  məqsədilə 

binaların  xarabalıq larını  da  qazd ırdılar,  Ģəhər  əhalisi  tərəfindən  gizlədilmiĢ  qızılı, 



18 

 

gümüĢü  və qiymətli  əĢyaları  tap mağa  cəhd  göstərdilər.  Monqolların  hücumundan 



sonra  Gəncə  4  il  ərzində  xaraba  vəziyyətdə  qaldı  və  yalnız  sonralar  Ģəhərin 

bərpasına cəhd göstərildi. 

Monqollar Azərbaycanın digər Ģəhərlərində də dağıntılar törətdilər, Ģəhər və 

kənd  əhalisini  qarət  etdilər.  On lar  ġəmkirdə  ciddi  mü qavimətə  rast  gəldilər. 

DüĢmən Ģəhərə yaxınlaĢdıqda Ģəmkirlilər Ģəhər hakimi  Bəhramdan yadellilərə qarĢı 

mübarizəyə  qalxmağı  tələb  etdilər.  Lakin  Bəhram  buna  razı  olmad ı.  Monqollar 

ġəmkiri mühasirəyə ald ılar, Ģəhər ətrafındakı xəndəklərə odun və saman dold uraraq 

qala  divarlarına  qalxmağa  cəhd  göstərdilər.  ġəmkirlilər  bundan  xəbər  tutub  gecə 

ikən samana od vurub yandırdılar. ġəhərə can atan monqol qoĢunu xəndəkləri qu m 

ilə do ldurdu və bu üsulla atəĢə son qoyaraq Ģəhərə soxula bildi. ġəmkir ya ndırıldı, 

onun sakinləri q ılıncdan keçirild i. 

Monqollar  Azərbaycanın  digər  Ģəhərlərinə  də  yürüĢ  etdilər.  Bakı  və  Tovuz 

ələ  keçirild i.  1239-cu  ildə  Dərbənd  Ģəhərinin  zəbt  olunması  ilə  bütün  Azərbaycan 

monqollar tərəfindən istila edildi. 

Ġlk yürüĢlərdən fərqli olaraq  monqolların ikinci yürüĢündə əsas məqsəd zəbt 

edilmiĢ  ölkələrdə  (ilk  növbədə  Azərbaycanda  və  ona  qonĢu  olan  ərazidə) 

möhkəmlən mək  idi.  Buna  görə  də  monqollar  qələbə  əldə  etdikdən  sonra 

Monqolustana qayıtmadılar, Cənubi Qa fqazda və Ġranda məskunlaĢdılar.  

Azərbaycan və ümu miyyətlə Cənubi Qa fqaz ə ra zisi 1239 -1256-c ı illərdə A li 

monqol  xaqanlığının  təyin  etdiyi  caniĢinlər  tərəfindən  idarə  olunurdu.  Arqun  Ağa 

Xorasan,  Ġraq-i  Əcə m,  Azərbaycan  (ġirvan  da  daxil  olmaqla),  Gü rcüstan, 

Ermənistan,  Lur  və  Kirmana  caniĢin  təyin  olundu.  Arqun  ağanın  Azərbaycanda 

həyata  keçirdiy i  siyasətin  əsas  mahiyyəti  yerli  feodalların  (vassalların)  köçəri 

monqol  əyanlarından  asılılığın ı  getdikcə  gücləndirməkdən  ibarət  idi.  Ġri  köçəri 

əyanlardan təyin olunan caniĢinlərə Ali  monqol  xaqanlığı böyük etimad bəsləyirdi. 

Onların  təyin  olunduqları  ölkələrdə  böyük  imtiyazları  vardı.  Heç  kimin  caniĢinin  

iĢinə  qarıĢmağa  ixtiyarı  yox  id i.  Azərbaycanın  əksər  torpaq  sahələri  və  otlaqları 

monqol  caniĢin liy inin  ə lində  toplanmıĢdı.  Monqollar,  ilk  növbədə,  tabe  olmayan 

yerli 

feodallara  qarĢı  mübarizə  aparır,  onların  əksəriyyətini  torpaq 



malikanələrindən  məhru m  edirdilər.  Belə  ki,  Muğan  ərazisi  110  monqol  noyonu 

arasında  bölündü.  Yerli  feodalların  bir  qis mi  monqolların  vassalı  kimi  fəaliyyət 

göstərirdi. On lar  monqolla ra  maddi yard ım göstərmə li, ordunu ərzaq, geyim, at və 

digər ləvazimatla təmin etməli idilər. 



Azərbaycan  Hülakular  dövlətinin mərkəzi kimi. Monqol xaqanlığ ının Ön 

Asiyanı, Cənubi Qafqazı və Kiçik Asiyanı ələ  keçirməsinə baxmayaraq, XIII əsrin 

ortalarında  həmin  v ilayətlərdə  bir  sıra  iri  feodal  malikanələri  hələ  də  öz 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə