Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə70/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   66   67   68   69   70   71   72   73   ...   232

144 

 

yaxud    RəĢidiyyə  adlandırılmıĢ  Ģəhərcikdir  (Qa zan  xan ın  vəziri  RəĢidəddinin 



rəhbərliyi  ilə  inĢa  olunmuĢdur).  Kompleksə  daxil  olan  obyektlər  arasında  24  iri 

karvansara, 1500 dükan, 30 min ev və s. xüsusi yer tutur. Hamamlar, kağız istehsal edən 

karxana, boyaqçı emalatxanaları, xiyabanlar, sikkəxana, bağlar, dəyirmanlar, rəssam və 

xəttatların  fəaliyyət  göstərdiyi  emalatxanalar  RəĢidiyyənin  çoxfunksiyalı  Ģəhərcik 

olduğuna dəlalət edirdi.  

Təbrizdə aparılan Ģəhərsalma tədbirlərinin  miqyası orta əsrlərdə görünməmiĢ 

hadisə  idi.  Böyük  karvan yollarının qovuĢuğunda yeni Ģəhərin  -  Sultaniyyənin  əsasının 

qoyulması,  onun  intensiv  inkiĢafı  dövrün  əlamətdar  hadisələrindən  biri  olmuĢdur. 

ġəhərin inĢasına Ərqun xanın dövründə, XIII əsrin 80-ci illərinin sonlarında baĢlanılmıĢ 

və tikinti iĢləri 1305-ci ildə, Ulcaytunun hakimiyyəti zamanı  baĢa çatdırılmıĢdı. 

XIII-XIV  əsrlərdə  Təbrizin  və  Sultaniyyənin  ümumi  memarlıq  simasına  dair 

yeganə təsviri sənədli mənbə XVI əsrin 30-cu illərində Sultan Süleyman qoĢunlarının 

tərkibində bu Ģəhərlərdə olmuĢ Osmanlı səyyahı, Ģairi və rəssamı,  memarlıq sahəsində 

də  tanınan  Mətrakçi  Nasuhun  özünəməxsus  rəsmləridir.  Rəssam  Təbrizin  rəsm-

planında Ģəhərdə mövcud olmuĢ 80-dən artıq mü xtəlif təyinatlı memarlıq obyektini əks 

etdirmiĢdir.  Mətrakçi  Nasuhun  rəsmlərindən  aydın  olur  ki,  Sultaniyyədəki  Ulcaytu 

məqbərəsi XVI əsrdə də tam Ģəkildə qalmaqda idi. 

XIII-XIV  əsrlərdə  Azərbaycanın  bir sıra Ģəhərlərində  də  müəyyən Ģəhərsalma 

tədbirləri  həyata  keçirilirdi.  Lakin  öz  miqyası  və  keyfiyyətinə  görə  bu  tədbirlər 

Təbrizdəki və Sultaniyyədəki iĢlərdən xeyli geri qalırdı. 

Göstərilən  dövrün  aparıcı  memarlıq  tipi  məqbərələr  olmuĢdur.  XIII-XIV 

əsrlərdə Azərbaycanda inĢa edilmiĢ məqbərələrin əksəriyyəti qülləvari formaya malik 

idi  (bu  tipli  məqbərələr  keçmiĢ  memarlıq  ənənələrini  davam  etdirirdi).  Bu  sahədə 

Naxçıvan memarlıq məktəbinin uğurlan ilk növbədə qeyd olunmalıdır. 

Naxçıvanın  Qarabağlar  kəndində  mövcud  olmuĢ  məqbərə  ümu mi 

quruluĢunun fərdi cəhətləri ilə fərqlənir. Zənn edilir ki, bu  abidə də memar Əhməd ibn 



Əyyub Naxçıvani tərəfindən XIV əsrin 30-cu illərində inĢa olunmuĢdur. 

Bu  dövrün  qülləvari  məqbərələri  Səlmas  və  Xiyav  Ģəhərlərində  də  qorunub 

saxlanılmıĢdır. Qarabağ ərazisində XIII-XIV əsrlərdə inĢa edilmiĢ xeyli məqbərə vardır. 

Onların əksəriyyətinin memarlıq həllində Naxçıvan me marlıq istiqamətinin güclü təsiri 

hiss  olunur.  Məqbərələrin  Araz-Qarabağ  qrupuna  əsrin  Azərbaycan  memarlığının 

inkiĢafının  ümu mi  təmayülləri  baxımından  qiymət  verərkən  qeyd  etmək  olar  ki,  bu 

abidələr  özlərində  Naxçıvan  və  ġirvan-AbĢeron  memarlıq  istiqamətlərinin  qarĢılıqlı 

təsirini əks etdirir. 

Bu  dövrdə  müdafiə  qurğularının  inĢ aası  da  geniĢ  miqyas  almıĢdı.    BaĢlıca 

Ģəhərlərin  qala  divarları,  qüllələr,  mü xtəlif  mövqeli  feodallara  məxsus  olan  qəsrlər 




145 

 

həmin qurğuların aparıcı növləri id i. Təbrizin və Sultaniyyənin etibarlı müdafiəsi üçün 



XIII-XIV  əsrlərdə  mühüm  tədbirlər  həyata  keçirilmiĢdi.  Qazan  xanın  hakimiyyəti 

illərində Təbriz Ģəhərinin ətrafını  möh kəmləndirmək  məqsədilə yeni qala divarlarının 

inĢasına  baĢlanıldı,  lakin  Elxani  hökmdarının  ölümü  ilə  əlaqədar  bu  tədbir  sonadək 

həyata keçirilmədi. 

Müdafiə  qurğularının  mühüm  qismini  XIII-XIV  əsrlərdə  AbĢeronda  tikilmiĢ 

feodal  qəsrləri  təĢkil  edir.  Bu  ko mplekslər,  adətən  qala  divarları  ilə  əhatə  olunmuĢ 

saraydan ibarət idi və onların mərkəzində qüllə ucalırdı. Belə tikintilərə Mərdəkandakı 

dördguĢəli qüllə, Nardarandakı qəsr (1301-ci ildə memar Mahmud ibn Sədi tərəfindən 

inĢa olunmuĢdur), yüksək qayalıq üzərində ucaldılmıĢ  Ramana qəsri, ġağanda olan qəsr 

misal ola bilər. Vaxtilə AbĢeronda bu cür qəsrlər daha çox id i. 

Dairəvi  qülləyə  malik  olan  Mərdəkan  qəsri  mühüm  fərdi  cəhətlərinə  görə 

fərqlənir.  Abidənin  üzərində  onun  1232-ci  ildə  memar    Əbdülməcid  ibn  Məsud 

tərəfindən  tikildiyini  təsdiq  edən  yazı  vardır.    XIII  əsr  Azərbaycan  memarlığın ın 

özünəməxsus  abidəsi  olan  Bayıl  qəsri  dövrünün  ən  güclü  istehkamlarından  idi. 

Abidənin  nadir    cəhətlərindən  biri  üzərində  insanların,  heyvanların,  quĢların  və  

əfsanəvi  varlıqların  təsviri,  ərəb  qrafikası  əsasında  yazılar  olan  üzlük  daĢların 

çoxluğudur.  Bu  cür  daĢ  lövhələrin  1200  ədəd  olduğu  güman  edilir  və  indiyədək 

onların 700-ə qədəri tapılmıĢ, tədqiq olun muĢdur. 

Bu  dövrdə dini təyinatlı  obyektlərin  inĢası geniĢ  miqyas  almıĢdı,  lakin  müasir 

dövrədək həmin  abidələrin  az  bir  qismi  qalmıĢdır.    Təbrizdə  tikilmiĢ  Cümə  məscidi 

bunlardan biridir.  Bu  məscid daha çox  ƏliĢah,  yaxud  Ərk  məscidi  adı  ilə tanınmıĢdır. 

Kompleks səciyyəsi daĢıyan bu obyektdə mədrəsə, hovuz, s aray, digər tikililər vardır. 

Mənbələrdə  verilən  məlumatlarda  məscidin  qızıl  və  gümüĢ    elementləri  ilə 

naxıĢlan ması qeyd edilmiĢdir. 

1309-1310-cu  illə rdə  Bakıda tikilmiĢ  Cü mə  məscidi də p lan   quruluĢuna və 

formasına  görə  özünəməxsus  abidə olmuĢdur  (XIX      əsrin  sonlarında  bu  məscidin 

yeri  müəyyən  edilmiĢ  və  XX  əsrin  əvvəlində  həmin  yerdə  yeni  məscid  inĢa 

olunmuĢdur).  Əldə  edilmiĢ  epiqrafik  materiallara  əsasən  güman  edilə  bilər  ki, 

burada V əsrə qədər də dini obyekt mövcud olmuĢdur. 

Xanəgahlar da dövrün baĢlıca dini təyinatlı tikililəri  idi.  Xanəgahlar əsasən ziyarət 

yerləri  ətrafında  meydana  gəlib  formalaĢan,  məqbərələri,  hücrələri  və  karvansaraları 

özündə ehtiva edən, divarlarla əhatə olunan kompleks səciyyəsi daĢımıĢdır. Pirsaat çayı 

yaxınlığındakı  xanəgahın  ilkin  əsasının  yaranması  XIII  əsrə  Ģamil  oluna  bilər. 

Xanəgahın  mərkəzini  təĢkil  edən  Pir  Hüseyn  türbəsi  sərdabəsinin  zəngin  Ģəkildə 

bəzədilməsi  ilə  seçilir.  Xanəgahın  minarəsi  ġirvan-AbĢeron  memarlığının  qiymətli 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə