Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə72/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   68   69   70   71   72   73   74   75   ...   232

148 

 

xiyabanlar,  hovuzlar,  fəvvarələr  bu  sarayları  vahid  Ģəkildə  birləĢdirən  elementlər 



olmuĢdur. 

Feodalizm  dövrünün  bütün  mərhələlərində  memarlıq  fəaliyyətinin  baĢlıca 

elementi  müdafiə  qurğuları  idi.  Lakin  əvvəlki  dövrlərə  nisbətən  XV  əsrdə  bu 

sahədə  müəyyən  dəyiĢikliklər  baĢ  verdi.  AbĢeron  tipli  feodal  qəsrləri  artıq  tari xi 

dəyərini  itird i.  Bu  cür  qəsrlər  XV  əsrdə  tikilmirdi.  Müdafiə  qurğularının  baĢlıca 

növləri  ġəhərlərin  qala  divarları,  strateji  keçid lərdə,  dağlıq  yerlərdə  inĢa  edilmiĢ 

qalalar id i. 

Müdafiə  qurğuların ın  ən  nadir  nümunələrindən  biri  Bakın ın  XV  əsrdə 

tikilmiĢ qala divarlarıdır. Qala divarları bütün Ģəhəri əhatə edir və hər iki tərəfdən 

Xəzər dənizinin dərinliklərində itib-batırdı. 

XV  əsrdə  ġamaxı  Ģəhərin in  qala  divarları  yenidən  qurulurdu.  Təbriz  dini-

xatirə təyinatlı iri tikililərin mərkəzi olaraq qalırdı.  

Bu  dövrün  ən  məĢhur  dini-xatirə  obyekti  olan  "Göy  məscid"  CahanĢah 

Qaraqoyunlunun əmri  ilə 1465-ci  ildə tikilmiĢdir və o, ġərqi  memarlıq sənətinin ən 

nadir incilərindən biri kimi tanınmıĢdır. 

ġirvan-AbĢeron  məktəbinə  məxsus  dini-xatirə  təyinatlı  obyektlər  sırasında 

ġirvanĢahların  saray  kompleksinə  daxil  olan  ġaly  məscidi  (1442)  və  Mərdəkanda 

yerləĢən TubaĢahi məscidi (1482) xüsusilə seçilirdi. 

Seyid  Yəhya  Bakuvinin  SəkkizguĢəli  türbəsi  (Bakı)  və  ġama x  bölgəsinin 

Mərəzə  kəndindəki  "Diri  Baba"  türbəsi  ġirvan  xatirə  tikililərindəndir.  "Diri  Baba" 

həm  öz  mövqeyinə, həm  də  memarlıq  həllinə  görə  nadir  abidədir.  Bu  türbə  relyef 

üzərində  tikilməmiĢ  qayalıqda  oyulmuĢ  bir  sahədə  inĢa  edilmiĢdir.  Türbə 

ikimərtəbəlidir.  Birinci  mərtəbə  ziyarətə  gələnlər  və  xid mətçilər  üçün  nəzərdə 

tutulmuĢdur. Sərdabənin yerləĢdiyi baĢlıca otaq isə ikinc i  mərtəbədə  yerləĢir. Ġkinci 

mərtəbədə  otaq  günbəzĢəkillidir.  Sərdabə  türbənin  içərisində  deyil, qayada oyulmuĢ 

xüsusi  yerdə  saxlanılırdı.  Türbənin  naxıĢları  içərisində  memarın  adı  tam 

göstərilməmiĢdir ("Ustad Hacının oğlu"). Lakin məlu mdur ki, türbəni inĢa etmiĢ Ģəxs 

peĢəkar  memar  olmuĢdur.  Türbənin  ön tərəfində aĢkar  edilmiĢ  yazıdan  aydın  olur  ki, 

abidə  1402-ci  ildə  tikilmiĢdir.  Bu  gözəl  xəttatlıq  nü munəsinin  müəllifi  də  həkk 

olunmuĢ  yazıdan  məlum  olur  ("Ustad  DərviĢ").    Qəbələ  bölgəsinin  Həzrə  kəndindəki 

məqbərələr  də  diqqətəlayiq  abidələrdir.  ġeyx  Bədrəddin türbəsi  1446-cı  ildə  tikilmiĢ, 

digər    məqbərə  isə  ġeyx  Barikin  Ģərəfinə  ucaldılmıĢdır  (XV  əsr).  Hər  iki    məqbərə 

səkkizguĢəlidir. 

XV  əsrdə  mülki  tikinti  iĢləri  də  intensiv  surətdə  aparılırdı.    Hamamlar  və 

karvansaralar daha geniĢ Ģəkildə tikilən obyektlər idi.  Hamamlar Azərbaycanın bütün 

yaĢayıĢ məntəqələrində inĢa olunurdu. ġirvanĢahların saray kompleksinə daxil olan 




149 

 

hamam belə tikililərə nümunədir. Lakin bu obyekt bizə yarıdağılmıĢ vəziyyətdə gəlib 



çatmıĢdır. 

Azərbaycan  karvansaraları  qərarlaĢmıĢ  iki  ənənəvi  tipə  aid  idi:  1)  Ģəhər 

karvansaraları;  2)  ticarət  qovuĢuğunda  yerləĢən  karvansaralar  (bunlar  Səngəçal  və 

Miyaci  karvansaraları  ilə  təmsil  olunur).  Karvansaralar  iri  komplekslər  olub,  qonaq 

otaqları,  yardımçı  binalar,  heyvan  saxlanılan  yerlərdən  ibarət  idi.  ġəhər 

karvansaralarını  əsasən  ikimərtəbəli  və  yaxud  birmərtəbəli  tikililər  təĢkil  edirdi. 

Müxtəlif otaqlar və kiçik eyvanlar dördbucaqlı həyət ətrafında yerləĢirdi. 

Fəlsəfi  fikir.  Monqolların  və  Teymurun  yürüĢləri  əleyhinə  mübarizənin 

kəskinləĢməsi  ideologiyada  müxalifət  cərəyanını  gücləndirərək  bu  cərəyanın 

miqyasını geniĢləndirdi, onunla rəsmi (hakim) ideologiya arasında olan uçurumu daha 

da dərinləĢdirdi. 

Bu  yüzilliklərdə  peĢəkar,  o  cümlədən  peripatetik  fəlsəfi  meylin  inkiĢafı 

müĢahidə  edilirdi.  Bu  fəlsəfə  qədim  ġərq  və  qədim  yunan  fəlsəfəsinin  ənənələrinin 

sintezindən ibarət idi. O, orta əsrlərdə ġərq elminin yüksək səviyyəsinə əsaslanaraq 

XIII  əsrə  qədərki  materializm,  rasionalizm  və  dialektika  ideyalarını  təbliğ və  inkiĢaf 

etdirirdi.  Digər  tərəfdən,  bu  dövrdə  bidətçiliyin  tarixən  mütərəqqi,  mistik,  panteist 

fəlsəfəsi  geniĢ yayılırdı.  Materialist,  rasionalist  təmayüllər,  dünyanı  dialektik  qavrama 

cəhdləri bu fəlsəfənin səciyyəvi cəhətləri idi. 

Həmin  tarixi  dövrün  və  sonrakı  əsrlərin  fəlsəfəsinin  inkiĢaf  xüsusiyyətlərindən 

biri peripatetizm  fəlsəfəsinin bidətçi (sufilik, hürufilik, nöqtəvilik və s.), cərəyanların 

mistik  panteist  fəlsəfəsi  ilə  tədricən yaxınlaĢması,  qarĢılıqlı  surətdə  bir-birinə  sirayət 

etməsi olmuĢdur. 

Peripatetizmin inkiĢafı, XIII-XIV əsrlərdə cərəyanlar fəlsəfəsinə onun təsirinin 

fəallaĢması xeyli dərəcədə ölkədə elmin inkiĢaf səviyyəsi ilə müəyyən edilirdi. Marağa 

rəsədxanası  (XIII  əsr),  "Dar  üĢ-Ģəfa"  (XIV  əsr)  və  baĢqa  əzəmətli  elm  ocaqlarının 

mövcudluğu Azərbaycan fəlsəfi fikrinin inkiĢafında böyük rol oynamıĢdır. 

XIII-XIV  əsrlərdə  Azərbaycanda  peripatetik  fəlsəfə  Siracəddin  Urməvinin, 

Əfzələddin  Xunəcinin,  Nəsirəddin  Tusinin,  Səfiəddin  Urməvinin  əsərləri  ilə  təmsil 

olunmuĢdur.  Bu  mütəfəkkirlərin  əsərlərində  fəlsəfi  problemlərlə  yanaĢı  nücum, 

təbabət,  riyaziyyat,  məntiq  və hüquq  məsələləri  də  mühüm  yer tuturdu.  Dövrün peri-

Patetik  fəlsəfəsi  Əl-Kindinin,  Əl-Fərabinin,  Ġbn  Sinanın  və  Behnənyarın  ənənələrini 

davam  etdirir,  konkret  elmlərin  inkiĢaf  səviyyəsinə  uyğun  Ģəkildə  Yaxın  və  Orta 

ġərqin fəlsəfi fikrinin tərəqqisinə təkan verirdi. 



Siracəddin Umtəvi fəlsəfəyə, məntiqə və elmin bir sıra sahələrinə dair əsərlərin 

müəllifid ir.  Fəlsəfənin  əsas  məsələsinin  həllində  idealist  mövqedə duran  mütəfəkkir 

gerçəkliyin təbii qanunauyğunluğunun mövcudluğu ideyası inkiĢaf etdirmiĢ, anlayıĢlar, 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə