Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə73/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   69   70   71   72   73   74   75   76   ...   232

150 

 

haqqında  Aristotel  nəzəriyyəsi  və  hissi  qavrayıĢın,  təfəkkürün  vasitəsilə  gerçəkliyin 



idrakının  mü mkünlüyü  fikrinə  tərəfdar  çıxmıĢdır  Onun  "Mətali  əl-ənvar  fı-məntiq 

və-1-hikmə" ("Məntiq və fəlsəfənin ilkin parıltıları") adlı əsəri Azərbaycanda rasional 

məntiqin formalaĢması və inkiĢafında böyük rol oynamıĢdır. 



Nəsirəddin Tusi ġərq mədəniyyəti tarixində orijinal mütəfəkkül və böyük alim 

kimi  tanınmıĢdır.  Tusinin  fəlsəfəsi  öz  əksini  onun  "Əsas  ül-iqtibas"  ("Biliklərin 

mən imsənilməsinin  əsasları"),  "Təcrid  əl-kəlam"  ("Kəlamdan  seçmələr"),  "Təcrid 

dər məntiq" ("Məntiqdən seçmələr"), "Əzəl və əbəd" ("BaĢlanğıc və son"), "Məkan 

və  zaman",  "Əxlaqi-Nasiri"  ("Nasirin  əxlaqı"),  "Ədəb  üll  mütəəllimin"  ("Təlim 

alanların  tərbiyəsi")  adlı  əsərlərində  tapmıĢdır.  Tusi  iddia  edirdi  ki,  kainat  4  maddi 

elementdən  ibarətdir  və  əbədidir.  Onun  fəlsəfəsində  Allah  əzəli  varlıq,  vahid 

gerçəkli  bütün  mövcudatın  mənbəyi  olan  zəruri  mahiyyətdir.  Tusi gerçək  maddələri 

"sadə" və "mürəkkəb" qisimlərə aid edir. Od, su, hava və torpaq - "sadə", göstərilən 

4  elementdən  yaranmıĢ  maddələr  :  "mürəkkəb"  qismə  aiddir.  Tusi  qeyd  edirdi  ki, 

materiya daimi əbədi hərəkət və mü xtəlif dəyiĢmə lər a xarındadır.  

Tusinin  dini  və  ictimai-siyasi  baxıĢlarında  etiqadla  bidətçil  teokratiya  ilə 

demokratik quruluĢ arasında tərəddüdlə rastlaĢırıq.  

Əfzələddin Xunəci tanınmıĢ filosof,  məntiqçi, hüquqĢünas və təbib olmuĢdur. 

Onun  "Cüməl  fi--məntiq"  ("Məntiqə  dair  cümlələr")  adlı  əsəri  geniĢ  miqyasda 

tanınmıĢdır  və  mü xtəlif  dövrlərdə  ġərq  mütəfəkkirləri  (Seyfəddin  Ġsa  ibn  Davud, 

Əbu  Cəfər  Əh m  ibn  Əbdürrəhman,  Katibi  Qəzv ini  və  b.)  bu  əsərə  bir  sıra  Ģərhlər 

yazmıĢlar. 

Əminəddin  Müzəffər  Təbrizi,  Əbu  Həfs  Ömər  ibn  Məhəmməd  Sührəvərdi,  

ġəmsəddin Əh məd Xoylu, Əbülmənaqib Zəncani, Nəcməddin Naxçıvani, ġəmsəddin 

ġirvani kimi filosofların yaradıcılığ ı  da  XIII  əsrə  təsadüf  edir.  Onların  fəlsəfi,  elmi 

və fəlsəfi  teoloji səciyyəli əsərləri Yaxın və Orta ġərqdə geniĢ tanınmıĢdır.  

Qeyd  etmək  lazımdır  ki,  ölkənin  fəlsəfi  fikrində  hakim  mövqe  tutan  islam 

teologiyası  ilə  yanaĢı,  Azərbaycan  xalqının  alban  etnik  ünsürünün  etiqad  etdiyi 

xristianlıq və buna qarĢı duran mü xalifət cərəyanı da müəyyən yer tutmaqda idi (alban 

mənəvi  mədəniyyəti  və  dünyagörüĢü  YegiĢe  və  Mxitar  QoĢun  irsində  öz  əksini 

tapmıĢdır).  Bu  dövrdə  xalq  içərisində,  onun  mədəni  həyatında  bütpərəstliyin, 

zərdüĢtiliyin adət və inamlarının mövcudluğu da inkarolunmaz həqiqətdir. 

XIII-XIV əsrlərdə Əvhədi Marağayinin və Mahmud ġəbüstərinin dünyagörüĢü 

Azərbaycan  və  islam  ġərqi  fəlsəfəsi  tarixində  mühüm  yer  tutur.  Əvhədi  Marağayi 

"Dəhnamə"  məsnəvisinin,  "Came-Cəm"  poemasının,  xeyli  qəsidə,  qəzəl  və  rübainin 

müəllifidir.  Əvhədi  Allahı  ilkin  səbəb,  yaradıcı  hesab  edir,  lakin  onu  maddi 

gerçəkliklə  əlaqələndirir,  bu  ideal varlığı  maddi  mövcudluq  içərisində "əridirdi".  ġair-




151 

 

filosofun  yaradıcılığı  üçün  sadəlövh  materializm  ele mentlərinin  olması  səciyyəvidir. 



Əvhədi  Marağayi  cəmiyyətin  kamilləĢməsi  prosesində  incəsənətin  xüsusi  rola  malik 

olması fikrini təbliğ ed irdi. 

Azərbaycan filosofu, alimi, Ģairi Səadəddin Mahmud Şəbüstəri Təbriz XIII əsrin  

sonu  -  XIV  əsrin  əvvəllərində  yaĢamıĢdır.  O,  "ġahidnamə",  "Səadətnamə",  "Həqq 

ül-yəqin  fı  mərifəti-rəbbül-aləmin"  ("Aləmi  Yaradanın  dərkinə  dair  həqiqi  bilik"), 

"Mirət ül-mühəqqiqin"  ("Haqqı  axtaranların  aynası")  və  ümumdünya Ģöhrətli  fəlsəfi 

poema  olan  "GülĢəni-raz"  ("Sirlər  bağçası")  əsərlərinin  müəllifidir.  ġəbüstəri  xeyli 

qəzəl, rübai yazmıĢ Ġmam Qəzalinin "Minhəc ül-abidin" ("Ġbadət edənin yolu") əsərini 

farscaya tərcümə etmiĢdir. Mütəfəkkir hesab edirdi ki, dünya Yaradanın aynasıdır və bir 

sıra hallarda onları eyniləĢdirirdi. Aləm əbədi dəyiĢmədə və inkiĢafdadır. Üzvi aləmin 

ən ali mərhələsi meymundan törəmiĢ insandır. Ġnsan eyni zamanda həm aləmlə, həm 

də  Allahla  eyniyyət  təĢkil  edir.  Mah mud  ġəbüstərinin  bu  qəbildən  olan  görüĢləri 

"GülĢəni-raz" poemasında öz əksini tapmıĢdır. 

Zülfüar Şirvaninin fəaliyyəti də XIII əsrə təsadüf edir. Bu Azərbaycan alimi, Ģair 

və  mütəfəkkiri  nücum,  poetika,  məntiq,  fəlsəfə  sahələrində  məĢhur  idi.  Zülfüqar 

ġirvaninin  fəlsəfi  görüĢləri  onun  10  min  beytdən  ibarət  "Divan"ında  əksini  tapıb. 

"Divan"dan  məlum  olur  ki,  Ģair-filosofun  dünyagörüĢü  ġərqin  panteist  təlimləri  və 

Peripatetik fəlsəfənin təsiri altında formalaĢmıĢdır. 

Azərbaycan Ģairi,  mütəfəkkiri  və  böyük siyasi  xadimi  Qazi  Bürhanəddin  XIV 

əsrdə yaĢayıb-yaratmıĢdır (1344-1398).  O, "Tərcih ül-tövzih" və "Ġsir ül-adət fi əsrar 

ül-ibadət" ("Ġadətii sirlərində adətlərin mahiyyəti") adlı əsərlərin, Azərbaycan dilində 

poetik divanın müəllifid ir. 

XIII-XIV əsrlərdə Azərbaycanda sufizm ideologiyasının müxə lif cərəyanları 

geniĢ  yayılmıĢdı.  QızılbaĢ  hərəkatının  ideologiyası  cərəyanlar  arasında  xüsusilə 

seçilir.  Səfəvi  nəslinin  banisi  ġeyx  Səfiəddin  İshaq  Ərdəbili  (1252-1334)  bu 

ideologiyanın yaradıcısı olmuĢdur. Bu təlim əhalinin geniĢ kütlələrini əhatə etmiĢdi. 

Hərəkat  Azərbaycanda,  Ġranda  və  Kiçik  Asiyada  yayılmıĢdı.  ġeyx  Səfiəddinin 

ölümündən sonra onun təriqətinə  ġeyx  Sədrəddin  Musa  (1334r  1392),  ġey x  Xoca  Əli 

(1392-1427),  ġey x  Ġbrahim  (1427-1447)  rəhbərlik  et miĢlər.  Ehtimal  ki,  ġeyx 

Cüneydin  (1447-1460)  dövündə  Səfəvilər  Ģiəlik  təriqətini  qəbul  etdilər  və  ondan 

siyasi hakimiyyət uğrunda mübarizədə kəsərli vasitə kimi  istifadə etməyə baĢladılar. 

Sufilik ideyaları Ģəhərlərdə, sənətkarlar arasında xüsusi intensivliklə yayılmıĢdı. 

XIII  əsrin  ikinci  rübündən  XV  əsrin  əvvəllərinədək  olan  dövrdə  əxilik 

Azərbaycanda  təĢkilat  baxımından  möhkəmləndi  və  gücləndi.  Əxilik  ideologiyası 

solçu,  sufi  mahiyyətli  Ģiəliyə  çox  yaxın  idi.  Bu dövrdə  ismaili təlimi  də  müəyyən təsir 

dairəsinə  malik  olmuĢdur.  Məhəmməd  Şəms  Təbrizi sufiliklə  bərabər  ismaililiyin  əsas 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə