Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə76/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   72   73   74   75   76   77   78   79   ...   232

156 

 

nəticəsində tam dəqiqliyi ilə  müəyyən olunmuĢdur ki, bu zaman Ģəhərdə ictimai həyat 



birdən-birə  sönmüĢdür;  evlərin  bir  çoxundakı  taxıl  ehtiyatı  yanıb  tələf  olmuĢ, 

yanmamıĢ  taxıl  isə  bir  daha  istifadə  edilməmiĢdir.  Evlərin  birində  böyük  bir  təndir 

ağzına qədər dən ilə dolu qalmıĢdır. BaĢqa bir təsərrüfat quyusunun içərisindəki çəltik 

ehtiyatından  da  istifadə  olunmamıĢ dır.  Bir  otaqda  isə  yanmıĢ  buğda  qalıqları  qalın 

təbəqə yaratmıĢdır. Bu cür  yanmıĢ qalın çəltik təbəqəsi  də qonĢu otaqlardan birində aĢkar 

olunmuĢdur.  Otaqlardan  birində  böyük  üzüm  sərgisinin  (mövcəlan)  yanıb  kömürə 

döndüyü müəyyən edilmiĢdir. Bütün bunlar həmin yanğınları monqol hərbi yürüĢləri ilə 

əlaqələndirmək üçün çox etibarlı  arxeo loji  dəlillərdir.  Ġlk  mənbələrdən  məlumdur  ki, 

Beyləqanda  monqolların  dağıdıcı  əməlləri  1221-ci  ilin  sentyabr-oktyabr  aylarına 

təsadüf etmiĢdir. 

Arxeoloji qazıntıların aparıldığı sahələrdən birində eyni dövrə  aid, qəbirsiz və 

heç  bir  dini  adətə  riayət  olunmadan  (qibləsiz)  uzanmıĢ  bir  insan  skeleti  aĢkara 

çıxarılmıĢdır.  Yanğın  təbəqəsində  yerləĢmiĢ  bu  skelet  də,  güman  ki,  monqolların 

kütləvi qətllərinin qurbanı olmuĢ Ģəxsindir. Həmin qətllər vaxtı həlak olmuĢ baĢqa bir 

isanın da skeleti  çıxarılmıĢdır.  Skelet  uçmuĢ qala  divarının  altında  lalmıĢdır.  Skeletin 

qabırğaları üzərindən Eldəniz hökmdarının zərb   etdirdiyi bir-birinə yapıĢmıĢ 13 ədəd 

mis sikkə tapılmıĢdır. 

Beyləqanın  Ģimal-Ģərq  qala  darvazası  məhz  monqol  yürüĢləri  zamanı 

dağıdılmıĢdır.  Qala  bürclərinin  dağıdılmıĢ  kərpic  yığınları  arasında  və  yol  yerində 

nəzərə  çarpan  yanğın  izləri,  yüksək  keyfiyyətli  Ģirli  qab  fraq mentləri  və  Eldəniz 

sikkələri bunu əsaslı surətdə təsdiq edir. 

ġəhərin  sənətkarlar  məhəlləsində  təsərrüfat  s əciyyəli  tikinti,  3,  4  və  5  saylı 

dulus  kürələri,  sonuncu  su  kəmərləri  birdən-birə  fəaliyyətsiz  qalmıĢdır.  Təbiidir  ki, 

Ģəhərdəki  evlərin  yandırılması  onlardakı  daha  qiymətli  dəyərlərin,  xüsusilə  metal 

əĢyaların  qarətindən  sonra  baĢ  vermiĢdir.  Ġlk  mənbədə  Ģəhərin  məhz  talan  edilərək 

yandırıldığ ı qeyd edilir. 

Otaqların  döĢəmələrində  çoxlu  miqdarda  Eldəniz  sikkəsi  səpələnmiĢ  halda 

qalmıĢdır. 

Daha  Ģiddətli  alov  içərisinə  düĢmüĢ  yerlərdə  kərpiclərin  də  yanıb  ĢlaklaĢması 

yanğınların  gücünü  nəzərə  çarpdırır.  Bu  yanğınlar  zamanı  tələf  olmuĢ  bir  küpün sınığı 

arasına düĢmüĢ Eldəniz sikkələri (ikisində 1180—1225-ci illərdə hökmran olmuĢ xəlifə 

Ən-Nasirin  adı oxunmuĢdur)  hadisələrin  monqol  yürüĢləri  ilə  əlaqədar  olduğunu  bir 

daha sübut edir. 

Son təbəqə üçün digər səciyyəvi xüsusiyyət də ondan ibarətdir  ki, mənzillərdən 

tapılmıĢ qabların böyük əksəriyyəti sınmıĢ vəziyyətdədir, hətta eyni qabın hissələrinə 

mü xtəlif yerlərdə təsadüf edilmiĢdir. 




157 

 

Qazıntılar  nəticəsində  aydın  olur  ki,  monqolların  dağıdıcı  əməllərindən  sonra 



Ģəhərdə sənətkarlıq  da  birdən-birə  tarix  səhnəsindən  çıxmıĢdır.  Hər  halda,  Ģəhərin 

içərisində  və sənətkarlar  məhəlləsində  XIII  əsrin  birinci  rübündən sonrakı  dövrə aid 

olan (adətən, kütləvi Ģəkildə tapılan) saxsı məmulatı aĢkar edilməmiĢdir. 

Monqol  basqınlarından  sonra  Beyləqanın  bir  daha  dirçələ  bilməməsini,  bu 

dağıntıların  təkcə  Beyləqan  üçün  çox  güclü  və  dəhĢətli  olmasında  deyil, 

ümu miyyətlə,  bütün  ġərqdə  (o  cümlədən  Azərbaycanda)  Ģəhər  həyatının  tənəzzülə 

uğramasında,  Ģəhər  sənətkarlığının  zəifləməsində,  oturaq  təsərrüfatın  pozulması, 

köçəriliyin güclənməsində axtarmaq lazımdır. Monqollar Beyləqanı nəinki dağıtmıĢ, 

həm  də  onun bir  daha  dirçəlməsi  üçün  yarana  biləcək  imkanları  məhv  etmiĢdilər. 

Beyləqanda  monqol  dağıntılarından  sonra çox az, həm də olduqca sönük bir həyat 

mövcud  olmuĢdur.  Hər  halda,  monqolların  dağıdıcı  yürüĢlərindən  sonra  Ģəhərdə 

nəzərə çarpa biləcək mədəni təbəqə yaranmamıĢdır. 

Monqol  yürüĢlərindən  sonra  mədəni  təbəqənin  sönük  olması  Azərbaycanın 

qazıntı  aparılmıĢ  baĢqa  Ģəhərlərində  də  (Gəncə,  ġamaxı,  Bakı  və  s.)  müĢahidə 

edilmiĢdir.  Məsələn,  ġamaxı  qazıntıları  göstərmiĢdir  ki,  əvvəlki  əsrlərə  nisbətən  bu 

dövrün  tikililəri  çox  sadə,  ibtidai  vəziyyətdə  olmuĢdur,  tikintidə  hətta  yonulmamıĢ 

daĢdan istifadə edilmiĢdir. 

Bakıda  "ġəhri-Səbail",  "Bayıl  qəsri",  "Bayıl  daĢları"  adı  ilə  məĢhur  olan, 

Xəzərin səviyyəsinin aĢağı düĢməsindən sonra üzə çıxmıĢ (ölçüləri 125x35 m) abidədə 

apanlmıĢ qazıntılar zamanı da bəzi evlərin yonulmamıĢ və yaxud az yonulmuĢ daĢlardan 

tikildiyi  müĢahidə  olunmuĢdur.  Abidənin  inĢasının  1235-ci  ildə  baĢa  çatdırıldığı 

müəyyən  edilmiĢdir.  "Bayıl  qəsri"nin  qala  divarları  öz  tikinti  texnikası  və  material 

baxımından  XII  əsrdə  Bakıda  "ĠçəriĢəhər"in  ətrafına  çəkilmiĢ  qala  divarlarından 

əzəmətinə  və  keyfiyyətinə  görə  aĢağı  səviyyədədir.  Burada  "Bayıl  qəsrinin  mədəni 

təbəqəsi  də  olduqca sönükdür;  bir  neçə gil  qazan, bardaq,  kasa və  çıraq  fraqmentləri 

tapılmıĢdır.  Lakin  abidədə  nəzəri  cəlb edən  baĢqa bir  cəhət  qeyd olunmalıdır.  Monqol 

dağıntılarından bilavasitə sonra  meydana  gələn bu abidədə sanki  monqol  yürüĢləri  ilə 

heç də hər Ģeyin itirilmədiyini nümayiĢ etdirməyi nəzərə çarpdırmaq meyli özünü büruzə 

verir; görünür ki, qala divarlarının perimetri boyunca fonu dərin oyularaq iri ərəb hərfləri 

ilə yazılan daĢ lövhələrdən yaradılmıĢ lentĢəkilli frizdə ġirvanĢahlar öz sülalə Ģəcərəsini 

verməklə, bu sülalənin hələ davam etdiyini və mövcud olacağını göstərmək istəmiĢlər. 

Gü man  etmək  olar  ki,  abidənin  mühafizəsinə  xüsusi diqqət  yetirilməsi  də bu istəkdən 

doğmuĢdur. Hər halda, "Bayıl qəsri" ndə aparılmıĢ qazıntıların  nəticələri  nəinki  dövrün 

maddi  mədəniyyətini,  həm  də  siyasi  həyatını  öyrənmək  üçün  misilsiz  əhəmiyyətə 

malikdir. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə