Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə77/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   73   74   75   76   77   78   79   80   ...   232

158 

 

Monqol dağıntılarından az sonra Azərbaycanda Ģəhərlərin müdafiə istehkamlarının 



bərpa olunması  faktına  Beyləqan  qazıntılarında da  təsadüf edilmiĢdir.  Belə  ki,  Ģəhərin 

monqol  hücumlarına  məruz  qalmıĢ  Ģimal-qərb  qala  darvazalarının  yerləĢdiyi 

mövqeyinin ən üst təbəqəsində davamsız hörgüyə malik, eni 3 metr olan darvaza bürcü 

aĢkar  olunmuĢdur.  Bu  bürcün  Azərbaycanı  iĢğal  etmiĢ  əski  Xarəzm  hökmdarı 

Cəlaləddinin  vəziri  ġərəf  əl-Mülkün  Beyləqanda  apardığı  bərpa  iĢləri  ilə  əlaqədar 

olduğu sübut  edilmiĢdir.  Lakin  bürc uzun  müddət  qalmamıĢ,  onun davamsız  hörgüləri 

tezliklə uçub dağılmıĢ və Ģəhərin bir sıra baĢqa yerləri kimi bu ərazi də qəbiris tanlığa 

çevrilmiĢdir. 

Gəncə  Ģəhərinin  tikintiləri,  o  cümlədən  qala  divarları  monqol  yürüĢlərindən 

dörd il sonra (1239-cu ildən) baĢlandı və XIII əsrin ortalarında artıq Gəncə abad Ģəhərə 

çevrildi.  Köhnə  Gəncədə  həyat  1616-cı  ilədək  -  Ģəhər  indiki  yerinə  köçürülənədək 

davam etmiĢdir. ġamaxıda monqol hücumlarından sonrakı dövrdə (illəri dəqiq  məlum 

deyildir) tikilmiĢ qala divarları Ģəhərin "ġəhristan" hissəsinə aid edilir.  Bu divarların 

xarici görkəmi XVIII əsrdə rəssam Sergeyevin çəkd iyi Ģəkildən məlu mdur. 

Qəbələ  Ģəhərində  aparılmıĢ  qazıntılar  zamanı  məlum  olmuĢdur  ki,  XV  əsrin 

əvvəllərində  Ģəhərin  "Qala"  adlanan  hissəsinin  (12  hektardan  artıq  sahəsi  var)  qala 

divarları bərpa olunmuĢ və bir hissəsi yenidən tikilmiĢdir. Gü man etmək olar ki, bu iĢi 

Qəbələnin hakimi Əmir ġücaəddin gördürmüĢdür. Yeni tikilmiĢ qala divarının izləri 

"Qala"nın Ģimalında Covurluçayla Qaraçay arasında aĢkara çıxarılmıĢdır. Qala divarını 

xaricdən müĢayiət edən və iki çayı birləĢdirən qala xəndəyi də bu dövrdə qazılmıĢdır. 

Qala  divarı  və  onun  arasına  palçıq  məhlu lu  qoyulmaqla  yonulmuĢ  iri  daĢlardan 

ibarət  olan  bürcləri  çaydaĢından  və  biĢmiĢ  köhnə  kərpicdən  tikilmiĢdir.  YonulmuĢ 

daĢlar divarın görünən tərəfinə düzülmüĢ, orta h issələr isə çaydaĢı və biĢmiĢ kərpic 

qırıqları  ilə  doldurulmuĢdur.  Bəzi  yerlərdə  divarın  görünən  hissələrini  biĢmiĢ  kərpic 

cərgələri,  bəzən  isə  onların  yonulmuĢ  iri  daĢla  birgə  istifadəsi  müĢayiət  edilir. 

Gö rünür  ki,  burada  qala  divarının  tikilməsi  üçün  əsas  material  Ģəhərin  "Səlbir" 

hissəsinin köhnə divarlarından və Ģəhərin dağıdılmıĢ binalarından əldə olunmuĢdur. 

Qala  bürcləri  uzadılmıĢ  yarımdairə  formasındadır.  Bu  qala  divarları  təxminən  XVI 

əsrin sonunadək  özünün  müdafiə  əhəmiyyətini  saxlaya  bilmiĢdir.  Sonralar  Ģəhərin 

Ģərq  tərəfini  Covurluçayın  suları  viran  etmiĢ  və  bütün  Ģəhər  boyunca  dərin  yarğ an 

yaranmıĢdır.  Beləliklə,  "Qala"nın  Ģərq  tərəfində  yeni  qala  divarı  tikməyə  ehtiyac 

duyulmamıĢdır.  Burada  yarğana  nəzarət  etmək  üçün  yalnız  qalanın  Ģimal-Ģərq 

küncündə, yarğanın qırağında dairəvi bürc tikməklə kifayətlənmiĢlər.  Hə min bürcün 

qalıqları  arxeoloji  qazıntılar  zamanı  aĢkara  çıxarılmıĢdır.  Bürcün  tikintisində 

(bünövrə hissədə) çaydaĢı, biĢmiĢ köhnə kərpic və palıd ağacından istifadə edilmiĢdir. 

Bu qala bürcü Qəbələnin sonuncu müdafiə istehkamının qalıq larıdır.  




159 

 

Tarixi  mənbələrdə Beyləqanın 1403-cü ildə Əmir Teymurun göstəriĢi  ilə bərpa 



olunması  haqqında  məlumat  saxlanılmıĢdır.  Beyləqanda  aparılmıĢ  qazıntılar  zamanı  bu 

bərpa  iĢlərinin  arxeoloji  ədəbiyyatda "Kiçik  Ģəhər" adı  ilə tanınan, Ģəhərin  14  hektarlıq 

sahəsini əhatə edən hissəsinə aid olduğu dəqiq Ģəkildə müəyyənləĢdirilmiĢdir. Aydın 

olmuĢdur ki, Ģəhərin bir küncünü (cənub-Ģərqini) hasara almaq üçün çəkilən yeni divar 

"Kiçik Ģəhər"in qərb və Ģimal tərəflərində tikilmiĢ, Ģərq və cənub tərəfdə isə bu məqsədlə 

"Böyük  Ģəhər"in  köhnə  divarı  bərpa  edilmiĢdir.  Yeni  tikilmiĢ  qala  divarı  bünövrə 

hissədə iki tərəfdən bir-birinə paralel, biĢmiĢ köhnə kərpiclə torpaq məhlulunda qoĢa 

divarlar  hörüldükdən  sonra  onların  arasındakı  boĢluğa  torpaq  tökməklə  yaradılmıĢdır. 

Xaricdən  və  daxildən  biĢmiĢ  kərpiclə  hörülən üz  divarlarının  arasına tökülmüĢ  torpaq 

qatları bu iki divarı bir-birinə bağlayıb 6  metrə qədər enində əzəmətli bir qala əmələ 

gətirmiĢdir.  Üz  divarların  arasına  tökülən  torpaq  qala  divarını  xaricdən  ("Böyük 

Ģəhər"in  içərisi  ilə)  müĢayiət  edən qala xəndəyindən əldə edilmiĢdir. "Kiçik Ģəhər"in 

qala divarında (buna arxeoloji ədəbiyyatda "Teymurləng divarı" da deyilir)  33 bürcün 

olduğu müəyyənləĢdirilmiĢdir. Qalanın üstündən yanla-rına tökülmüĢ torpağın həcmini 

nəzərə alsaq, qala divarının vaxtilə 7 metrdən yüksək olduğunu söyləyə bilərik. Tarixi 

mənbələrlə  arxeolo ji  dəlillər  müqayisəli  Ģəkildə  təhlil  edilmiĢ  və  müəyyən 

olunmuĢdur  ki,  "Kiçik  Ģəhər"in təsvir  etdiyimiz  qala  divarı  Beyləqanın sonuncu  qala 

divarıdır,  Əmir  Teymurun  dövründə  (1403)  tikilmiĢdir  və  "Kiçik  Ģəhər"in  ərazisində 

(onun qərb  və Ģimal  tərəfində)  bu divara  qədər heç bir  qala divarı  olmamıĢdır. "Kiçik 

Ģəhər" "Böyük  Ģəhər"dən  (36  hektarlıq  sahədən)  yalnız  təsvir  etdiyimiz  qala  divarı 

tikilən  zaman,  yəni  XV  əsrin  ilk  illərində  ayrılmıĢ dır.  Bu  qala divarları  cəmi  bir  əsr 

mövcud olmuĢ, onun xəndəyinə su da doldurulmamıĢ, XVI əsrə kimi Ģəhər artıq tarix 

səhnəsindən tamamilə silinmiĢ, xarabalığı arxeoloji obyektə çevrilmiĢdir. 

Monqol  dağıntılarından  sonra  Azərbaycan  Ģəhərlərində  eyni  zamanda 

sənətkarlıq  ocaqlarının  da  yenidən  fəaliyyətə  baĢlaması  faktı  izlənmiĢdir.  Məsələn, 

Beyləqanın  Ģimal  darvazasının  xəndəyi  içərisində  aĢkara  çıxarılmıĢ  iki  dulus  kürəsi 

monqol  yürüĢlərindən  sonra  Ģəhərdə  dulusçuluq  sənətini  bərpa  etdirmək  haqqında 

göstərilmiĢ  cəhdin  nümunəsi  hesab  oluna  bilər.  Qazıntılar  nəticəsində  kürələrdən 

biri tamamilə üzə çıxarılmıĢ və onun XIII əsrin ikinci rübünün baĢlanğıcına aid olduğu 

müəyyən edilmiĢdir. Bu kürə Beyləqanın sənətkarlar  məhəlləsində aĢkara çıxarılmıĢ, 

1221-c i il dağıntılarından əvvəl mövcud olmuĢ bütün kürələrdən quruluĢca fərqləndiyi 

kimi,  onda  biĢirilmiĢ  Ģar-konusvari  qablar  da  öz  formasına  görə  Beyləqanda  və 

ümumiyyətlə,  Azərbaycanda  əvvəlki  dövrlərdən  bizə  məlum  olan  Ģar-konusvari 

qablardan  fərqlənir.  Bu  qabların  əksəriyyətinin  oturacağı  vardır.  Kürənin  içərisindon 

140  ədəd Ģar-konusvari  qab  tapılmıĢdır.  Görünür  ki,  bu  kürə  də  monqolların  ardınca 

Ģəhərə edilmiĢ növbəti basqın (çox güman ki, gürcü hücumu) zaman ı dağıdılmıĢdır. 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə