Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə79/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   75   76   77   78   79   80   81   82   ...   232

162 

 

Qazıntılardan məlum olur ki,  XIII əsrin ikinci yarısı və XVI əsr  boyu Ģəhərlər 



bərpa  olunduqca  onların  bir  sıra  sənət  sahələri  də  bərpa  olunur,  tədricən  özünün 

inkiĢaf yoluna qədəm qoyur və bəzi sahələr (məsələn, kaĢı istehsalı) əvvəlki Ģöhrətinə 

qayıdırdı.  MetaliĢləmə,  xüsusilə  onun  silahsazlıq  sahəsi  daha  geniĢ  vüsət  aldı.  Alət 

istehsalında  ənənəvi  texniki  üsullar  yenidən  bərpa  olundu  və  xeyli  inkiĢaf  etdi. 

Arxeoloqlar Naxçıvanda, ġamaxıda, Qəbələdə, Əlincə qalada dəmirçi kürələrinin izlərinə, 

metal Ģlaklara və s. təsadüf etmiĢlər. Qəbələnin cənub qala darvazası önündə aparılmıĢ 

qazıntılar zaman ı dəmirçiliyə və nalbəndliyə aid xeyli material tapılmıĢdır.  

Orada  at, öküz  nallarına  daha  çox  təsadüf  olunmuĢdur.  Bu dövrdə  Ģəhərdə nallı 

ayaqqabı geymək də geniĢ yayılmıĢdı. Qəbələ qazınnlarının son orta əsr təbəqəsindən 

bizə  dəmirdən  hazırlan mıĢ  dəhrə,  dəfnə  yarpağına  bənzər  ox  ucluğu,  cib  bıçağının 

tiyəsi, cəftə, toqqa, dördkünc biz, üzəngi, bel nümunələri məlu mdur. Üzük hazırlamaq 

üçün  daĢ  qəlib  və  sancaq  düzəltmək  üçün  istifadə  edilən  qalın  gil  qəlib  Qəbələ 

zərgərlərindən  qalmıĢ  yadigarlardır.  Metalın  bədii  iĢlənməsində  də  irəliləyiĢ  özünü 

göstərirdi. Xüsusilə rnis qab istehsalının gözəl yazılı və naxıĢlı nümunələri yaradılırdı. 

Be lə bir mis qab parçası Qəbələdən tapılmıĢdır.  

Memarlıqda bədii daĢiĢləmə və kaĢı sənətkarlığı geniĢ Ģəkildə tətbiq olunurdu. 

Kütləvi  tikintilərdə  inĢaat  texnikası  müəyyən  dərəcədə  aĢağı  səviyyədə  olsa  da 

(divarların eni daralırdı, hörgü səliqəsi azalırdı, köhnə kərpicdən çox istifadə edilirdi və 

s.),  yüksək  və  mükəmməl  mühəndis  ustalığı  ilə  ucaldılmıĢ  daĢ  və  biĢmiĢ  kərpic 

binaların, qala və qəsrlərin,  türbələrin  qalıqlarına  ölkənin bütün  ərazisində  rast gəlmək 

mü mkündür. Xüsusilə qəbir daĢlarının, onların yazı  və  naxıĢlarının  bədii  iĢlənməsinə 

böyük diqqət yetirilird i. 

ġəhər,  hətta  kənd  qəbiristanlıqlarında  belə  nümunələr  (sinədaĢıları, 

baĢdaĢıları)  xeyli  miqdarda  indi  də qalmaqdadır.  Dağ bölgələrində  (Laçın,  Kəlbəcər, 

Gədəbəy, Naxçıvan və s.) qəbirlərin üzərinə qoç daĢ heykəllər qoymaq adəti yenidən 

dirçəlir  və  qısa  müddətdə  bu  sahədə  böyük  uğurlar  əldə  edilirdi.  ġəhərlərin  kütləvi 

tikintiləri əsasən yaĢayıĢ evlərindən ibarətdir. Onları, adətən, ocaq qalıqları, təndirlər, 

quyular, basdırılmıĢ küplər  müĢayiət edir.  YaĢayıĢ binalarının divar hörgülərində daĢ 

və  kərpic  cərgələrin  bir-birini əvəz  etməsi, daĢ və  kərpiclərin  çəp düzülüĢündən, bəzən 

kətillərdən  istifadə  olunması  hallarına  rast  gəlmək  mü mkündür  (Qəbələ,  Gəncə, 

Naxçıvan).  Qəbələdə  aparılmıĢ  qazıntılar  zamanı  küçə  qalıqları  da  aĢkara 

çıxarılmıĢdır.  Eni  2,40-4  metr  olan,  Ģimal-qərbdən  cənub-Ģərqə  istiqamətlənmiĢ  (21 

metr)  belə  küçələrdən  biri  saxsı  qab  qırıqları  və  çınqıl  daĢla  döĢənmiĢdir.  Qalanın 

cənub darvazalarında Ģəhərə gedən küçə isə çaydaĢı ilə döĢənmiĢdir.  

Dövrün  maddi  mədəniyyət nümunələri  içərisində  dulusçuluq sənətinin  bərpa 

olunduğunu  və  inkiĢaf  etdiyini  göstərən  arxeoloji  materiallara  qazıntılarda  hər 




163 

 

addımbaĢı rast gəlinir. Bu, xüsusilə bəzək və yazı kaĢıları istehsalında özünü daha aydın 



Ģəkildə büruzə  verir.  Yerüstü  abidələrlə  (Bərdə türbəsi,  Qarabağlar  tikin t i  kompleksi 

və s.) yanaĢı, qazıntılar zamanı tapılmıĢ materiallar bu sahənin nəinki XII əsr səviyyəsinə 

çatdığını,  hətta  bəzən  onu ötüb-keçdiyini də nümayiĢ etdirir.  Dulusçuluğun saxsı  qab 

istehsalı  sahəsində  bas  veren  dəyiĢikliklər  tədricən  qabların  çeĢid  mü xtəlifliyinin  

bərpa olunması və keyfiyyətinin yaxĢılaĢması ilə nəticələnird i.  Qazan küp, səhəng, 

bardaq,  dolça,  aftafa,  silbic,  nehrə,  sərnic,  küpə,  dopu  matra,  sərpuĢ,  çıraq  kimi 

ənənəvi istifadə olunan qabların istehsalı davam etdirilir. Bəzi qablara uyğun qapaqlar 

da düzəldilirdi. Dövrün sonlarında - XV əsrdə Ģar-konusvari qablar sıradan çıxmağa 

baĢlayır. ġirsiz qabların forma və naxıĢlarında bəzi dəyiĢikliklər baĢ  verir. Qazanlar 

dayazlaĢır,  qulpları  üçbucaq Ģəkil  alırdı.  Küplərin  çiyin hissəsi daha qabarıq, boğazı 

nisbətən  uzun  düzəldilir,  çıraqların  qıfvari  boğazı  n isbətən  hündür  və  genağız  olur, 

silbiclərin  ağız  hissəsi  daha  geniĢ  və  açıq  Ģəkil  alır,  gövdə  isə  aĢağıya  doğru 

geniĢlənirdi  və  s.  ġirsiz  qabların  naxıĢlanmasında  da  ənənəvi  üsullardan  (cızma, 

həkketmə,  möhürbasma  və  s.)  istifadə  olunurdu.  Enliboğaz  bardaqların  çiyin 

hissələrinin  və  matraların  qabarıq  tərəfinin  naxıĢ lanması  üçün  möhür-qəliblərdən 

geniĢ  istifadə  edilirdi.  Qəbələdən  belə  qəlib  nümunələri  də  tapılmıĢdır.  Bu  ərazidə 

gildən hazırlan mıĢ quĢ formasında olan bir ədəd tütək də aĢkar olunmuĢdur. 

ġirli  qab  istehsalının bərpa  olunması  və  inkiĢaf etdirilməsi sahəsində  də uğurlar 

qazanılmıĢdı.  Qəbələdə bu dövrə aid aĢkara çıxarılmıĢ Ģirli  qab biĢirmək  üçün  istifadə 

olunmuĢ dulus  kürə nümunələri  buna  gerçək  misaldır.  Azərbaycanın  baĢqa  orta  əsr 

Ģəhərlərində də (Bakı, Naxçıvan, Gəncə, ġamaxı, ġabran və s.) Ģirli qab biĢirmək üçün 

istifadə  olunan gil  çubuqlar, üçayaqlılar,  qabların  çıxarları  tapılmıĢdır.  Bütün bunlar 

həmin Ģəhərlərdə yerli Ģirli qab istehsalını təsdiq edən faktik materiallard ır. 

Qəbələdə  (Qalada)  Covurluçayın  uçurumu  yanında  dulus  kürələrinin  yanaĢı 

tapılması  XIV-XV  əsrlərdə  burada  dulusçular  məhəlləsinin  yerləĢdiyini  sübut  edir. 

Kürələrin  yanında  emalatxana  quyusu  və  külli  miqdarda  Ģirli  qab  çıxarları  aĢkar 

olunmuĢdur.  Bu  dövrün Ģirli  qabları  əvvəlki  dövrlərin qablarından  az  fərqlənir.  Əsas 

kütləni  müxtəlif  ölçüdə  olan  kasa  və  boĢqablar  təĢkil  edir.  Kasaların  oturacaqları 

hündürdür,  ağız  kənarı  daha  geniĢ Ģəklə  malikdir.  Qabların  naxıĢlanmasında  əvvəlki 

əsrlərdən  məlum  olan  bir  sıra  texniki  üsullar  (anqob  zolaqlar  vurmaq,  cızma  xətlər 

çəkmək, fonu qazıyıb götürmək və s.) bərpa olunurdu. Birrəngli və çoxrəngli Ģirlə saya 

örtülmüĢ və naxıĢ çəkilmiĢ qabların istehsalı yenidən davam etdirilirdi. Bu dövrdə ən 

çox yaĢıl, Ģabalıdı və sarı rəngli Ģirdən istifadə olunurdu. Kiçik qablarda kobalt Ģiri ilə 

vurulmuĢ  naxıĢlara  da  təsadüf  edilirdi.  Qabların  naxıĢlanmasında  nəbati  motivlər 

getdikcə üstün mövqe tutmağa baĢlayırdı. Nadir hallarda olsa da Ģirüstü cızma naxıĢlardan 

istifadə edilirdi. Lakin istər qeyd olunan naxıĢvurma üsulları, istərsə də naxıĢ zənginliyi 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə