Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə8/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   4   5   6   7   8   9   10   11   ...   232

19 

 

müstəqilliy ini  itirməmiĢdi.  Ali  monqol  xaqanı  Munke  istilaları  davam  etdirmək 



məqsədilə  1253-cü  ildə  Ön  Asiyaya  qoĢun  göndərdi.  Munkenin  qardaĢı  Hülaku 

xanın  baĢçılıq  etdiyi  bu  yürüĢdə  əsas  məqsəd  Ġranın,  Ġraq-i  Ərəb in,  Suriyanın  və 

digər  vilayətlərin  müstəqil  fəaliyyət  göstərən  hakimlərini  itaətə  cəlb  etməkdən 

ibarət  idi.  Hü laku  xan  iri  feodalların  kö məy i  ilə  bu  vilayətlərdə  bir  ço x  yerli 

hakimləri  özünə  tabe  etdi,  iri  Ģəhərləri  alaraq  ço xlu  qənimət  ələ  keçirdi.  1256 -cı 

ildə  ġima li Ġranda Ġsma ililərin  Ələ mut hökmran lığ ı süquta uğradı. 1257-c i  ildə isə 

Azərbaycan tabe edildi.  1258-ci  ilin  fevralında Hü laku  Bağdadı ələ  keçirdi və 500 

ildən  artıq  mövcud  olmuĢ  Abbasilər  xilafətinə  son  qoyuldu.  Zəbt  edilmiĢ  yeni 

ərazilər hesabına beĢinci monqol ulusu - Hülakular (Elxanilər) dövləti yaradıldı. Bu 

dövlət Azərbaycanda bir əsr (1357-ci ilədək) fəaliyyət göstərdi. 

Hülakular  dövlətin in  yaranması  və  yüz  il  müddətində  fəaliyyət  göstərməsi 

tədricən  Azərbaycanın  ictimai-iqtisadi,  siyasi  və  mənəvi  həyatına  təsir  etdi,  onun 

hüdudlarında,  əhalisinin  etnik  tərkib ində,  dini  görüĢlərində,  mədəniyyətində, 

dilində nəzərəçarpacaq dəyiĢikliklər baĢ verdi. 

Hülakular  dövləti  Yaxın  və  Orta  ġərqdə  geniĢ  ərazini  əhatə  edirdi.  Bu  

dövlətin sərhədləri Misirdən Amudəryaya, Hörmüz  körfəzindən Dərbəndə (Bab əl-

Əbvaba)  qədər  uzanırdı.  Hü laku lar  dövlətin in  tərkibinə  A zərbaycan  (Ġraq -i  Ərəb, 

Ġraq-i Əcəm, Kirman,  Gürcüstan, Kiçik Asiya, Rum),  Ermən istan, Kürdüstan, Fars, 

Xuzistan,  Xorasan  və  s.  vilayətlər  daxil  idi.  Azərbaycan  Hülakular  dövlətinin 

siyasi-inzibati  mə rkə zinə,  Marağa,  sonra  isə  Təbriz  onun  paytaxt  Ģəhərlərinə 

çevrild i.  XIII-XIV  əsrlərdə  Arran,  ġirvan,  ġəki,  Muğan,  Qarabağ,  Naxçıvan, 

GuĢtasfı,  Qaradağ və Arasbar əraziləri A zərbaycanm tərkib inə daxil o lub, ictimai-

siyasi, etnik, mədəni və mənəvi baxımdan onun ayrılmaz h issələri sayılırdı.  

Tarixən  Ģərqdən  Xəzər  dənizi  boyu  uzanan  Azərbaycan  cənub -Ģərqdən 

Gilan,  cənubdan  isə  Fars  vilayətləri  ilə  həmsərhəd  idi.  Azərbaycanın  cənub 

sərhədləri  Zəncan,  Savucbulaq,  UĢnu  Ģəhərlərin in  və  Ruyendej  qalasının 

cənubundan  keçirdi.  Qərbdə  sərhəd  Urmiya,  Səlmas,  Xoy,  Maku  Ģəhərlərin in 

qərbindən uzanaraq Arrana çatırd ı. Arranın   Ermən istan və Gü rcüstanla h əmsərhəd 

olduğunu  qeyd  edən  Həmdullah  Qəzvin i  yazırd ı  ki,  Naxçıvan  Ermənistanla 

sərhəddədir,  Dvin  Ģəhəri  Azərbaycanın  uzaq  hüdudlarında  yerləĢir.  Həmin 

müəllifin  məlu matına görə,  Göyçə gölü Azərbaycanla  Ermənistan arasında, Xunan 

isə Azərbaycanla Gü rcüstan arasında sərhəd olmuĢdur. 

Azərbaycan sərhədləri daha sonra ġəki v ilayətin in qərbindən və Ģimalından 

keçərək  Dərbəndə  doğru  uzanırdı.  A zərbaycanın  Ģimal  sərhədi  Dərbənd  Ģəhərinin 

Ģimalından  keçərək  Xəzərə  qovuĢurdu.  Dərbənd  Hülakular  dövlətinin  Ģimal 

müdafiə  istehkamı  id i.  Yaqut  Həməv inin  (XIII  əsr)  yazdığına  görə,  Dərbənddə 




20 

 

böyük bir dağın üzərində hər il ço xlu odun toplayırdılar ki, düĢmən hücumu zamanı 



tonqal qalayıb Arran və ġirvan əhalisini təhlükədən  xəbərdar etsinlər. Abaqa  xanın 

(1265-1282) dövründə Ģahzadə YuĢmutun Dərbənd, ġirvan və Muğana hakim təyin 

edildiy ini  xəbər  verən  RəĢidəddin  ġirvanĢahların  iki  min  ildən  artıq  müddətdə 

Dərbəndin  və  ġabranın  hökmdarı  olduqlarını  da  bild irir.  1328-ci  ildə  Əbu  Səid 

(1316-1335) Əmir Əkənc ini Də rbənd hakimi təyin etdi. Özbək  xan ın qoĢunu 1335-

ci  ildə  ġirvanda  məğlubiyyətə  uğradı  və  Dərbəndə  doğru  çəkildi.  Həmdullah 

Qəzv ini  qeyd  edirdi  ki,  onlar  "oradan  öz  ölkələrinə  getdilər".  1367-ci  ildə  Cəlairi 

ġey x  Üveys ġirvanı  istila etdiy i  zaman  Dərbənd hakimləri  (Hacı  Fərəməz və  Hacı 

Firudin) onun hüzuruna gəlib ö z itaətlərini b ildird ilər.  

XIII  əsrin  anonim  məxəzi  olan  "Əcaib  əd-dünya"da  məlu mat  verilir  ki, 

türklər Arranda əsas etnik qrup idi: "Arranda 100 000 türk süvarisi vard ı". 

Azərbaycanda (xüsusilə Qarabağın dağlıq ərazilərində) alban etnik qrupu da 

mövcud  idi.  Dövrün  salnaməçisi  Gəncəli  Kirakos  "Tarix"  əsərində  albanları 

ermənilərdən  və  gürcülərdən  fərqlənən  müstəqil  etnik  qrup  hesab  edir.  Müəllif 

1220-c i  ilin  hadisələrindən  danıĢarkən  yazırd ı:  "Tatarla r  Dərbənd  qapılarından 

keçib  Albaniyaya  gəldilər  ki,  oradan  Ermənistana  və  Gürcüstana  soxulsunlar". 

Deməli, XIII əsrdə "Albaniya" və "Ermənistan" bir-birindən fərqli anlay ıĢlar idi. 

XIII  əsrin  ortalannda  Hülaku  xan ın  hərbi  hissələrinin  tərkib ində  Cənubi 

Qafqa za  bir  ço x  türk-monqol  mənĢəli  qəbilə  gəlmiĢdi.  Mənbələ rin  mə lu matı  və  

toponimik  materia lla r  20-dən  artıq  qəbilənin,  o  cümlədən  sulduz-çobani,  cəla iri, 

cığatay,  kurqan,  sukait,  corat,  budat,  oyrat,  tatar,  dolan,  onqut  və  s .  qəbilələrin  

həmin  dövrdə  Azərbaycana  gəlib  məskunlaĢdıqlarını  təsdiqləyirdi.  Onların  

tərkib ində  türkdilli  tayfalar  ço xluq  təĢkil  edird i.  Belə  tayfaların  Azərbaycanda 

məskunlaĢ ması türkd illi əhalinin sayının daha da artmasına səbəb oldu. Artıq XIV 

əsrdə  türklər  Hülakular  dövləti  ərazisində  mühüm,  Azərbaycanda  isə  əsas  yeri 

tuturdular.  Türk  dili  dövlət  dili  mövqeyi  qazandı.  Məhəmməd  Naxçıvaninin  

məlu matına görə, Hü laku lar dövlətində  mühü m sənədlər 3 dildə (ərəbcə,  farsca və 

türkcə)  hər  xalqa  öz  dilində,  o  cümlədən  türklərə  türk  dilində  çatdırılırd ı.  Monqol 

istilaları  dövründə  Azərbaycana  gəlib  məskunlaĢmıĢ  monqol,  türk  qəbilələri  i lə 

yerli  əhalinin  din i  baxıĢlarında  ciddi  fərq lər  mövcud  idi.  Əsasən  bütpərəstlərdən 

ibarət  olan  monqollar  ilk  dövrdə  Azərbaycanda,  habelə  digər  v ilayətlərdə 

bütpərəstliyin yayılması və  möhkəmlən məsi üçün əməli tədbirlər gördülər.  Xoyda, 

Marağada  və  s.  yerlərdə  bütpərəstlik  ab idələri  -  bütxanalar  tikildi,  bütpərəst  din 

xadimlərinin (bə xĢilərin) ha zırlan ması üçün geniĢ imkan lar yarad ıld ı.  

Monqollar  bütpərəstliyi  yaymaq  məqsədilə  islama  qarĢı  ciddi  mübarizə 

apardılar.  Onların  hakimiyyətinin  ilk  30  ili  ərzində  mərkəzi  dövlət  aparatında 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə